Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epos
Epos — hər bir xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə əhatə edən folklor əsəri. Epos həmin mətnləri öz içinə alan, onları bütövlükdə əhatə edən dastançılıq düşüncəsidir. Eposda dastançılığın bütün süjetləri və motivləri cəmlənir. Yəni hər hansı bir dastan konkret bir süjeti və onun tərkib hissələrini təşkil edən motivlərdən ibarətdirsə, epos bütün dastanların süjetlərini və motivlərini əhatə edən dastançılıq ənənəsi, dastançılığın düşüncə ehtiyatı, xəzinəsidir.
Eros
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. == Mənşəyi == Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. == Eşq və nifrət tanrısı == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.
Eos
Eos (yunanca: Ηώς, yaxud Έως) – Yunan mifologiyasında dan şəfəqi ilahəsi, titan Hiperion və Teyanın qızı, Astreyanın həyat yoldaşı və Anem (külək) və Astrın (ulduz) anasıdır. Roma mifologiyasında Avrora adlanır. Astreyin arvadı, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) anası. Rəvayətə görə dan şəfəqi ilahəsi Eos Areslə yatdığına görə Afroditanın qəzəbinə tuş gələrək sevgi düşgününə çevrilir. Mifologiyaya görə məhz səhər tezdən dan şəfəqinin qırmızımtıl rəngi Eosun keçirdiyi gecəyə görə utanmasına işarədir. Onun sevgililəri Klit və Kefal olmuşdur. O, öz sevgililərini xoşluqla olmadıqda zorla özünə tabe etdirirmiş. Yaraşıqlı Tifona vurulan Eos Zevsdən sevgilisini ölməz etməyi xahiş edir. Lakin, onun daim cavan qalmasını xahiş etməyi unudur. Lakin illər keçdikcə yaşlaşan Tifonun qayğısına qalsa da yatağı onunla bölüşməkdən çəkinir.
433 Eros
Eros (E r o t) – 433 saylı kiçik planet. == Ümumi məlumat == Almaniyalı həvəskar astronom Q. Vitt tərəfindən 1898-ci ildə kəşf edilmişdir. Eros Günəş ətrafında hərəkəti zamanı Yerə yaxınlaşa bilən, yer qrupuna aid kiçik planetlərdən biridir. Onun Günəş ətrafında fırlanma periodu 1.76 il, böyük yarımoxu 1.46 a.v., ekssentrisiteti 0.22, ekliptika müstəvisinə meyilliyi isə 10°.8-dir. Apohelidə Eros Marsın orbitindən kənara çıxır, perihelidə isə Yerin böyük oxundan cəmisi 0.14 a.v. qədər aralıdan keçir. Erosun Yerə ən çox yaxınlaşması (əlverişli qarşıdurma) 37 ildən bir olur və 1894, 1930–31, 1967–68-ci illərdə müşahidə olunmuşdur. Erosun Yerə yaxın olması, onu Günəş parallaksının təyin edilməsində əlverişli obyektə çevirmişdir. 1950-ci ildə amerikan astronomu E. Rabe, 1926–1946-cı illər ərzində Erosun hərəkətinə aid müşahidə məlumatlarına əsasən Günəş parallaksının qiymətinin 8ʺ.79835±0ʺ.00058 olduğunu göstərmişdir (o dövrdə qəbul olunmuş qiymət 8ʺ.80 idi). Sonralar anoloji hesablamalar 1926–65-ci illər ərzindəki müşahidələrə əsasən aparılmış və parallaks üçün alınan yeni nəticə (8ʺ.79417±0ʺ.00018 – Rabe, Frensis) radiolokasiya tədqiqatlarından alınmış qiymətlə tam üst-üstə düşmüşdür.
Eros Maddi
Eros Maddi (5 fevral 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Maddi Sparta Rotterdam akademiyası vasitəsilə inkişaf etmişdir. 2014-cü ildə Maddi Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Oyunçunu bir müddət Tottenhem Hotspur klubu transfer etmək istəmişdir. Maddi öz peşəkar karyerasında debütünü 20 noyabr 2018-ci ildə Utrext II klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Sebastian Paskuali əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Maddi Vurden şəhərində anadan olmuşdur. Valideynləri isə Surinam vətəndaşlarıdır. == Karyera statistikası == 29 dekabr 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Eros Ramazotti
Eros Lusiano Valter Ramazotti (28 oktyabr 1963, Roma) — İtalyan müğənni və bəstəkar. İfaçının duet oxuduğu ulduzlar arasında Adriano Çelentano, Andrea Boçelli, Co Koker, Tina Törner, Karlos Santana, Luçano Pavarotti kimi nəhənglər olub. Mahnılarını italyancadan başqa ən çox ispanca oxuduğuna görə ispan ölkələrində daha çox məşhurdur. 1984-cü ildən bəri Ramazzatti 11 studiya albomu, 1 mini albom, 3 kompazisiya albomu, 3 canlı ifa albomu və 37 mahnı yayımlayıb. 30 illik karyerasında 60 milyondan çox mahnı və səsyazması satılıb.Ramazzotti, ilk dəfə 1993-cü ildə, Tutte storie albomu ilə beş milyon albom satışını toplamış və əvvəllər albomlarını çıxardığı hər ölkədə ilk beşliyi tutmaqla beynəlxalq müvəffəqiyyət qazanmışdır. Bu müvəffəqiyyət 1994-cü ildə Ramazzottinin, əsası 1987-ci ildə qoyulan Alman səsyazma qrupu olan BMG ilə müqvilə bağlamasına yol açmışdır. == Həyatı == === Uşaqlığı və gənclik illəri === Eros Ramazzotti 1963-cü ilin 28 oktyabrında Romada, inşaatçı Rodolfo Ramazzotti və evdar Rafaella Molinanın ailəsində anadan olub. Romaya atası Rodolfo Ramazotti Latsiodakı Vitebro əyalətindən, anası isə Kalabriyadakı Valentia əyalətindən gəliblər. Ailə oğullarına Qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı olan Erosun adını verir. Rodolfo maddi cəhətdən imkanlı olmasa da oğluna gitara alır və Erosa alınan həmin gitara onun gələcək taleyinin həll edir.
Eros Ramazzotti
Eros Lusiano Valter Ramazotti (28 oktyabr 1963, Roma) — İtalyan müğənni və bəstəkar. İfaçının duet oxuduğu ulduzlar arasında Adriano Çelentano, Andrea Boçelli, Co Koker, Tina Törner, Karlos Santana, Luçano Pavarotti kimi nəhənglər olub. Mahnılarını italyancadan başqa ən çox ispanca oxuduğuna görə ispan ölkələrində daha çox məşhurdur. 1984-cü ildən bəri Ramazzatti 11 studiya albomu, 1 mini albom, 3 kompazisiya albomu, 3 canlı ifa albomu və 37 mahnı yayımlayıb. 30 illik karyerasında 60 milyondan çox mahnı və səsyazması satılıb.Ramazzotti, ilk dəfə 1993-cü ildə, Tutte storie albomu ilə beş milyon albom satışını toplamış və əvvəllər albomlarını çıxardığı hər ölkədə ilk beşliyi tutmaqla beynəlxalq müvəffəqiyyət qazanmışdır. Bu müvəffəqiyyət 1994-cü ildə Ramazzottinin, əsası 1987-ci ildə qoyulan Alman səsyazma qrupu olan BMG ilə müqvilə bağlamasına yol açmışdır. == Həyatı == === Uşaqlığı və gənclik illəri === Eros Ramazzotti 1963-cü ilin 28 oktyabrında Romada, inşaatçı Rodolfo Ramazzotti və evdar Rafaella Molinanın ailəsində anadan olub. Romaya atası Rodolfo Ramazotti Latsiodakı Vitebro əyalətindən, anası isə Kalabriyadakı Valentia əyalətindən gəliblər. Ailə oğullarına Qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı olan Erosun adını verir. Rodolfo maddi cəhətdən imkanlı olmasa da oğluna gitara alır və Erosa alınan həmin gitara onun gələcək taleyinin həll edir.
Koroğlu Eposu
Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən xalq qəhrəmanıdır. Əsl adı Rövşən olmuşdur. "Koroğlu" Rövşənin ləqəbidir və ona atasının gözləri xan tərəfindən çıxarıldıqdan sonra verilmişdir. == Dastan haqqında == Dastanda Koroğlunun kim olduğundan, onun etdiyi mübarizələrdən bəhs edir. Koroğlunun atası Alı kişinin Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində idi, lakin qonağı Hasan paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırdı. Koroğlunun əsl adı Rövşəndir. Atası ölmədən əvvəl ona "Koroğlu" adını qoydu. Bunuda qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir. Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur.
Slavyan eposu
Slavyan eposu (çex. Slovanská epopej) — Çexiya art-nevü rəssamı Alfons Muxa tərəfindən 1910-1928-ci illərdə yaradılmış rəsm əsərləri seriyasıdır. Seriyada çexlər və digər slavyan xalqlarının mifologiyası və tarixi təsvir edilir. 1928-ci ildə monumental əsərini tamamlayan Muxa, əsərlərin sərgilənməsi üçün xüsusi pavilion inşa edilməsi şərti ilə seriyanı Praqa şəhərinə bağışlayır.. 2012-ci ilə kimi əsərlər Çexiyanın Yihomoravsk diyarındakı Moravski-Krumlov şəhərindəki qəsrin daimi ekspozisiyasına daxil olmuşdur. 2012-ci ildə seriyaya daxil olan 20 əsərin hamısı Praqa Milli Qalereyası tərəfindən təşkil edilmiş sərgidə nümayiş olunmaq üçün Sərgi sarayına gətirilmişdir. == Tarixi == Alfons Muxa, şah əsəri hesab edilən “Slavyan eposu”nun işlənməsinə on səkkiz il sərf etmişdir. XX əsrin əvvəllərindən Muxa Slavyan tarixinə həsr edilmiş əsərlər seriyası yaratmağı arzulasa da, maddi çətinliklərə görə arzusunu yerinə yetirə bilməmişdir. 1909-cu ildə rəssam, slavyan mədəniyyətinin heyranı olan ABŞ filantropu Çarlz Riçard Kreyndən qrant almağa nail olur. O, işə rəsmlərdə təsvir etmək istədiyi Rusiya, Polşa və Afondakı pravoslav monastırları da daxil olmaqla Balkan ölkələrini gəzməklə başlayır.
Upupa epops
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.
İran eposu
Ameşa spenta - əksər irandilli xalqların ümumi mifoloji irsinə aid mifoloji personajlar. Qədim irandilli xalqların hər an qarşılaşdığı və izah edə bilmədiyi təbiət hadisələri barədə təsəvvürləri ilə bağlıdır. Bu hadisələrin izahı empirik düşüncə tərzinə uyğun idi. Qeyd etmək lazımdır ki, heç də bütün mifoloji surətlər qorunub, bəziləri xalq düşüncəsində transformasiyaya uğrayıb. Təsəvvürlərin dəyişməsində həlledici məqam dinin dəyişməsi oldu. İslam xalqın düşüncəsinə kainat haqqında yeni təsəvvürlər gətirdi. Div - iran mifoloji personajıdır. Qədim İran inanclarına xeyirlə şərin dualizmi səciyəvidir. Hər iki qüvvənin öz tanrılar iyerarxiyası var. Belə ki Xeyir Hürmüzün tərəfdarları olan ameşa-spentalar və yazatanlar tərəfindən qorunur.
Baça poş
Əfqanıstan və Pakistanda qızları kişi kimi böyütmək adət-ənənələri var - belə uşaqları "baça poş (bacha posh)" adlandırırlar. Bu cür üsul o ailələr tədbiq edir, övladlarının hamısı yalnız qız doğulur, bu da yerli adətə görə ailə üçün az qala rüsvayçılıq hesab edilir. "Baça poş"a kişi adı verilir, oğlan geyimləri geyindirilir və saçları qısa kəsdirilir. O, həmçinin cəmiyyətdə daha çox görünmə imkanı əldə edir, məktəbə gedir və idmanla məşğul olur. Lakin cinsi yetkinləşmə zamanı çatdıqda baça poş bütün kişi hüquqlarından məhrum olaraq yenidən qız həyatına geri dönür, bundan sonra isə ərə verilir. Adətən onlar pis həyat yoldaşı olurlar, belə ki, qadının öhdəliyinə düşən işləri, yemək bişirməyi, tikməyi və digər işləri görməyə məcburi surətdə öyrədilməyib.
POS terminal
POS terminal (ing. Point Of Sale) – ödəniş kartı vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödə­nilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılma­sı, habelə nağd pul vəsaiti­nin alınması üçün nəzərdə tutulmuş avadanlıq. == Mənbələr == Kreditkart.info Arxivləşdirilib 2018-08-06 at the Wayback Machine == Həmçinin bax == Vikianbarda POS terminal ilə əlaqəli mediafayllar var.
EPS 12V güc mənbəyi
Server sistemləri ilə birlikdə güc mənbəyindən daha çox axın çəkilməsi ehtiyacı ATX12V standartında onsuz da olan ancaq çox istifadə olunmayan AUX (köməkçi) konnektor yerinə 8 uclu əlavə bağlayıcı və standart 20-Pin ATX güc bağlayıcı yerinə də 24-Pin bağlayıcı görünməyə başladı. Bu standart SSI (Server System Infrastructure) server sistemləri infrastrukturu Extenden Power Supply adıyla da bilinən EPS12V olaraq adlandırılır. EPS12V xüsusiyyətində bir güc mənbəyi 24-Pin (Şəkil 1) və köməkçi bağlayıcı (Şəkil 2) vasitəsi ilə xüsusilə Intel Xeon prosessor ilə təchiz server anakartına daha çox güc verə bilər. EPS12V standartı güc mənbəyində 450W və üstü gücü şərt edər. EPS12V standartında bir güc mənbəyi 24 pin ATX konnektorunun əlaqələri Cədvəl 1-də, prosessor gücünü verən Processor Power Connector isə Cədvəl 2-də görülməkdədir.Göründüyü kimi 1 nömrəli Pin sabit olduqda ilk 20 uc və onun qarşısındakı 20 digər uc standart ATX kabeli ilə eynidir.Nəticə olaraq əgər 20-Pin standart ATX güc kabelini 1 nömrə sabit qalmaq şərti ilə EPS12V standartında 24-Pin Connector bağlıya bilərsiniz. (Şəkil 1) Ancaq diqqət edilməlidir ki, bu bənzərlik çox gücə ehtiyac duyan XEON sistemləri, standart ATX12V güc mənbəyi ilə kifayətlənmək mənasında deyil. Xüsusilə bazarda USD 5-8 arası satılan "ATX P4" güc mənbələrinin server anakartları ilə istifadəsi həqiqətən çox mənasızdır. Yenə 8-Pin'li Processor power ucu da bildiyimiz 4-Pin'li ATX12V bağlayıcı ilə bir bənzərlik daşıyır. Ancaq təbii ki kafi güc verir mənasında deyil. Cədvəl 2 isə EPS12V üçün lazımlı olan güc çıxışları görülməkdədir.
Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya
Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya — AMEA prezidenti, akademik İsa Həbibbəylinin monoqrafiyası == Haqqında == 2020-ci ildə AMEA prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyası “Elm” nəşriyyatında çap olunub. Kitabın üz qabığında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevin ağac üzərində ərəb əlifbası ilə “Dədə Qorqud” sözləri yazılmış xəttatlıq sənəti nümunəsinin fotosürəti əks olunub. “Elm” nəşriyyatında çap olunan, Giriş, dörd fəsil və nəticədən ibarət olan 280 səhifəlik monoqrafiyada rus dilində irihəcmli xülasə də verilib. Monoqrafiyanın məsul redaktorları fil.f.d., dos. İsmixan Osmanlı və fil.f.d., dos.Aygün Bağırlıdır. === Məzmunu === Monoqrafiyada ilk dəfə olaraq bu məşhur Azərbaycan Oğuznaməsindən ədəbiyyatımızın ortaq başlanğıc dövründə canlı ifadə və şifahi yaddaş əsasında yaradılmış yazılı ədəbiyyat abidəsi kimi bəhs edib. Akademik “Kitabi-Dədə Qorqud”la bağlı indiyədək həmin istiqamətdə irəli sürülmüş tezislər də nəzərə alınmaqla bu möhtəşəm ədəbi abidənin Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı faktı olması fikrini tutarlı faktlarla isbat edib. Bu məqsədlə “Kitabi-Dədə Qorqud”un adındakı “kitab” sözünün mahiyyəti aydınlaşdırılıb, eposun şifahi xalq ədəbiyyatı ənənəsində olduğu kimi çoxvariantlı deyil, təkvariantlı olması nəzərə çatdırılıb, Dədə Qorqudun tarixdə yaşamış şəxsiyyət olması müəyyənləşdirilib. Həmçinin müəllif “Kitabi-Dədə Qorqud”da Azərbaycan və türk folklorunda sələfi olmayan və ilk dəfə bu eposda təqdim edilən obrazların olmasını da həmin Oğuznamənin yazılı ədəbiyyatın yaranma prinsiplərinə uyğun gələn xüsusiyyəti kimi diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Dədə Qorqudu Azərbaycan ədəbiyyatının Homeri adlandırıb, Azərbaycan Oğuznaməsini “İlliada” və “Odisseya” ilə müqayisə edib.
"Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə
Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə
Apus apus
Qara uzunqanad (lat. Apus apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Avropada, Asiyada və Afrikada yayılıb. Natamam sinantropdur. Köçəri növdür, ölkəmizdə yazda bala çıxarmaq üçün gəlir və qışı Afrikada keçirmək üçün payızda köçür. Bu quşlar ömrünün böyük əksəriyyətini (ilin 10 ayını) havada keçirirlər. Havada olarkən qidalanır, su içir, yatır və hətta havada cütləşir. Yerdən havalana bilmirlər. Belə olan halda onları yüksək bir yerdən buraxmaq və ya havaya atmaq lazımdır. Yalnız balalamaq üçün yuvalarına "qonurlar".
APDS
Zireh dağıdan sabot mərmi (ingiliscə: Armor piercing discarding sabot — APDS) zirehli hədəfləri məhv etmək üçün yivli lüləli silahlardan atılan kinetik enerji mərmisinin bir növüdür. APDS mərmiləri silahın nominal kalibrindən daha kiçik və fırlanaraq sabitləşən mərmini lülədən çıxan kimi mərmini tərk edən sabotlarla birlikdə daşıyır. Sabot, mərminin lülənin ortasında qalmasını təmin edir və yanan barıtın yaratdığı qazın mərmini itələməsini təmin edir. 1980-ci illərin əvvəllərinə qədər böyük çaplı tank silahlarında geniş şəkildə istifadə olunurdu, lakin bu gün zireh dağıdıcı finlə sabitləşdirilmiş sabot (APFSDS) mərmiləri ilə əvəz edilmişdir. Yivsiz toplarda istifadə olunan mərmilər səthdə sabitlənmiş bir zireh deşən alt mərmini daşıyır. Bununla birlikdə, APDS mərmiləri hələ də kiçik və ya orta çaplı silah sistemlərində geniş yayılmışdır. Müəyyən bir kalibr üçün bu tip sursat, bir silahın zireh nüfuzunu, zireh dağıdıcı (AP), zireh deşən, qapaqlı (APC) və ya zireh deşən, kapüşonlu, ballistik başlı (APCBC) mərmilərlə müqayisədə iki dəfə artırır. Sabotlu yüngül zireh dağıdıcı (SLAP) konsepsiyası bu texnologiyanı kiçik çaplı silahlara tətbiq edir.
Aphos
Aphos (lat. Aphos) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Apis
Apis (münbitlik allahı) — münbitlik allahı. Apis (arı) — bal arısı cinsi. Apis (şəhər) — şəhər. Apis (Yunan mifologiyası) — Yunan mifologiyası.
Apus
Uzunqanad (lat. Apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
BIOS
BIOS (Basic Input/Output System – giriş /çıxış baza sistemi) — əməliyyat sistemindən asılı olmayan, proqramlaşdırılan daimi yaddaş qurğusuna (və ya fleş-yaddaşa) yazılan, eləcə də ekran, klaviatura və s. periferiya qurğuları ilə əməliyyatları nizamlayan proqram. Kompüter qoşularkən BİOS ilkin testləri yerinə yetirir və çox böyük inteqral sxemləri inisiallaşdırır və ya başqa cür desək proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resurslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır. Fərdi kompüterin daimi yaddaşında kompüter avadanlıqlarının işini yoxlayan (məlumatı ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Həmin proqramlar toplusunun çox hissəsi müəyyən dərəcədə kompüterdə daxiletmə-xaricetmə əməliyyatlarını yerinə yetirir. Belə proqramları BIOS adlandırırlar. BIOS ayrıca mikrosxem şəklində düzəldilir. == Funksiyası == Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial ATA, SCSI göstərmək olar.
CMOS
CMOS (ing. Complementary metal–oxide–semiconductor—metal oksid yarımkeçirici) CMOS ana plata üzərində yerləşir . Bu elektron sxemin funksiyası kompüterin konfiqrasiyasını , vaxtı və tarixi yadda saxlamaqdır . CMOS özündə(xüsusi batareyada ) elektrik enerjisi saxlayaraq kompüter sönülü olanda da fəaliyyətdə olur . Bunun nəticəsində uzun müddət kompüterdən istifadə etməsək belə , tarix , saat və ümumi konfiqrasiyayadda saxlanılır . CMOS daimi yaddaşdır , yəni enerji olmadıqda belə , orada saxlanılan informasiya itmir . Lakin kompüter sönülü olan zaman vaxtın hesablanması , kalendarın nizamlanması kimi əməliyyatlar üçün enerjiyə ehtiyyac duyulur ki , CMOS-un batareyası da bunun üçün nəzərdə tutulub.
Delos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır.Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.Adadakı tək çay İnopdur. Çay yağış zamanı daşır.Adada e.ə.
Depok
Depok (sunda yazısı. ᮓᮦᮕᮧᮊ᮪) — İndoneziyanın Böyük Cakarta metropol bölgəsində yerləşən Qərbi Yava əyalətindəki şəhər. 200,29 km² sahəsi var. 2021-cü il siyahıyaalmasına görə əhalisi 2.462.215 nəfər, sıxlığı 8.746 nəfər / km² idi. 27 aprel 1999-cu ildə Depok ayrı bir şəhər olaraq elan edildi. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Depok haqqında səyahət məlumatları var. (indon.) depok.go.id — Depok rəsmi saytı Jakarta Globe News article by Tasa Nugraza Barley dd. August 26, 2010.
Efes
Efes (yun. Eφεσος, lat. Ephesus) — Anadolunun qərb sahillərində İzmir ilinin Səlcuq ilçəsinin 3 km uzaqlığında yerləşən tarixi yunan şəhəri. Efes Qədim Yunanıstan dövründə İoniyanın 12 şəhərindən biri olmuşdur. Şəhərin neolit dövründə salındığı ehtimal olunur.
Efor
Efor (q.yun. Έφορος; təq. e.ə. 400, Kyme, İzmir ili – təq. e.ə. 330) — məşhur qədim yunan tarixçisi. Eolidanın Kima şəhərində anadan olmuşdur. Təqribən e.ə. 405-330-cu illərdə yaşamışdır. İsokratın şagirdi olan Eforu tarixi tədiqatlarla yönəltmişdi.
Eiso
Eyso - Eyso sülaləsindən ilk Rükyu kralı. Gihonun baş naziri idi, o taxtdan əl çəkərkən yerinə gəlmişdi. Onun hakimiyyəti dövründə vergi sistemində və idarəetmədə inkişaflar başlamışdı. Kumecima, İheya kimi adalar krala vergi verməyə başlamışdı. Amami-Oşima adası da ələ keçirilmişdi. 1272-ci və 1276-cı illərdə Xubilay xanın elçilərini qəbul etmişdi.