Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abatiya
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
Abatia
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
Abaxay xan
Abaxay xan (28 noyabr 1592 – 21 sentyabr 1643, Mancuriya) Nurxasi xanın səkkizinci oğlu — Mancuriya dövlətinin qurucusu. == Həyatı == Mancurlar XVII əsrin birinci yüzilliyində Tsin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarından birini Çin imperatoru elan etdilər və bunula da yeni Tsin sülaləsinin əsasını qoydular. Abaxay xan 1626-cı ildə ulu xan və imperator seçildi. Abaxay xan 1643-cü ilin sentyabr ayında vəfat etmişdir. == Ədəbiyyat == Oleq NepomninИстория Китая: Эпоха Цин. XVII — начало XX века. М.: Восточная литература, 2005. ISBN 5-02-018400-4 Э. Паркер — Китай, его истории, политика и торговля, 1903 г.
Əbdülqafur Acatay
Əbdülqafur Acatay (türk. Abdulgafur Acatay d.1903, Dənizli - ö. 1993) — Türk meşə mühəndisi və entomoloq. Tədqiqat sahəsi meşəçilik və meşə böcəkləridir. Abdülqafur Acatayın adı bəzi mənbələrdə Abdülgafur və Abdülgaffar kimi də xatırlanır. 1926-cı ildə Ali meşəçilik məktəbini bitirmiş, 1937-ci ildə isə Almaniyanın Saksoniya Ali Mühəndislik Məktəbinin bir qolu olan Tharandt Ali Meşəçilik Məktəbində təhsil almışdır. Meşəçilik üzrə elmlər namizədi adını qazanan Əbdülqafur Acatay Türkiyəyə qayıtdıqdan sonra Meşəçilik fakültəsinə daxil oldu və 1946-cı ildə professor adını qazandı. Meşəçilik fakültəsi 1948-ci ildə İstanbul Universitetinə daxil olduqdan sonra uzun illər Meşə Entomologiyası və Mühafizəsi professoru vəzifəsində çalışdı. Eriophyes cedri Acatay; Pinus nigra var. pyramidata (Avstriya şamı) Acatay 1956 Floeosinus acatayi Schedl 1958 Untersuchungen über Menge und Güte des Samenasatzes in versehiedenen Kronenteilen einheimischer Waldbäume (yerli meşə ağaclarının müxtəlif yerlərində toxumun miqdarı və keyfiyyətinə dair araşdırmalar), Berlin 1937; İstanbul yaxınlığında və xüsusən Belqrad meşəsində zərərli meşə böcəkləri, mübarizələri və işə təsirləri, Ankara 1943; Meşə qoruma bələdçisi, İstanbul 1946; Zərərli meşə həşəratlarının analizi, İstanbul 1948; Ehrami Avstriya şamı (Meşə Fakültəsi Jurnalı, 6 (2): 75-85) 1956; Qovaq kitabı, İstanbul 1956; Meşə Mühafizəsi, İstanbul 1959; Tətbiqi Meşə Entomologiyası, İstanbul 1963; Türkiyədə Mazi meşəsi, (əldə edilən mazi bitkisi üzərində araşdırmalar, Prof.
Batay Jorj
Batay Jorj (10 sentyabr 1897[…] – 9 iyul 1962[…], Paris) — Sosial həyatın irrasional tərəflərinin öyrənilməsi və dərk olunması ilə məşğul olan fransız filosofu, sosioloqu, sənət nəzəriyyəçisi. == Həyatı == 10 sentyabr 1897-ci ildə Fransanın cənubundakı kiçik əyalət Biyomda şəhərində dünyaya göz açmışdır. Uşaqlıqda dini təhsil almadan, 1914-cü ildə Katolikliyi qəbul etdi və keşiş olmağa hazırlaşdı. Bir müddət seminariyada oxudu, amma məzun olmadı. Daha sonra inancdan məyus oldu və 1920-ci illərin əvvəllərində özünü ateist kimi göstərdi. 1918-ci ildə Batay məzun olduğu Parisdəki Milli Xartiya Məktəbinə daxil oldu. 1922-ci ildə uzun illər kurator işlədiyi Milli Kitabxanaya daxil oldu. 1920-ci illərdə Batay Lev Shestov ilə sıx təmasda idi. Sonra Boris Souvarinin Demokratik Kommunist Dərnəyinə daxil oldu. 1931-ci ildən etibarən Batay, Ali Tədqiqatlar Məktəbində Alexander Koyrenin din tarixi seminarına qatıldı və 1930-cu illərdə Batay, Alexander Kozhevin, Raymond Aron, Andre Breton, Maurice Merleau-Ponty və başqaları kimi görkəmli şəxsiyyətlərlə fəal əməkdaşlıq etdiyi seminarların fəal iştirakçısı idi.