Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AMOKO
Amoco — Dünyanın ən böyük neft və qaz istehsalçılarından biri. 1889-cu ildə yaradılmışdır. Müxtəlif ölkələrdə 42.000 işçisi var. "AMOKO" Şimali Amerikada ən böyük təbii qaz istehsalçısıdır. Şirkət energetika, neft və qaz emalı, kimya və neft-kimya sahələrində də fəaliyyət göstərir.
Abako
Abako adaları — Baham adalarının şimal hissəsində adalar qrupu. Cənubi Abako — Baham adalarının 32 rayonundan biri.
Aleko
Moskviç-2141, Moskviç markasının yeni adı olaraq 1986-cı ildə bazara çıxan Rus avtomobilidir. İstehsalı 1988 və 2000 illəri arasında davam etmişdir. Bu anda müflisləşmiş vəziyyətdədir.
Bioko
Bioko (1973-cü ilədək Fernando-Po,1979-cu ilədək Masias-Ngema-Biyoqo) — Atlantika okeanının Qvineya körfəzində ada. Afrika sahilləri yaxınlığındadır; Ekvatorial Qvineyanın ərazisidir. == Sahəsi == Sahəsi 2017 km2 . Uzunluğu 70 km, eni 30 km-ədək. == Əhalisi == Əhalisi təqribən 258 min (2005). Bioko ölkənin daha çox məskunlaşmış hissəsidir. == Xüsusiyyətləri == Bir neçə vulkan konusunun (hündürlüyü 3007 m-ədək) birləşməsindən yaranmışdır. Dağ yamacları rütubətli tropik meşələrlə örtülüdür. Piko-de-Santa-İsabel qoruğu Bioko ərazisindədir. Kakao, qəhvə plantasiyaları var; maniok, yerfındığı, şəkər qamışı becərilir.
Cez Alboro
Cez Alboro (ing. Jez Alborough; 13 noyabr 1959 və ya 12 noyabr 1959) — ən azı 15 dilə tərcümə edilmiş və çoxsaylı mükafatlar almış uşaq şəkilli kitabların ingilis yazıçısı və illüstratorudur və çoxsaylı mükafatlar alıb.Alboro, Londonun cənub-qərbində Temza üzərindəki Temza Kinqston şəhərində anadan olub. Məcburi məktəbdə oxuduqdan sonra Albro, Norviç İncəsənət Məktəbində bir dərəcə qazandı və burada ilk kitabını "Bun ilə rəqs et" kitabını nəşr etdi. Daha sonra "Dinləyici" nin Uels nəşrində çalışdı və burada Nöqtə təriflərini nəşr etdi. Bir illüstrator olmaq istedadı üçüncü tərəf bir nəşriyyat tərəfindən kəşf edildikdə, 1985-ci ildə nəşr olunan ilk uşaq kitabını, Çılpaq Ayını yazmaq təklifi aldı. O vaxtdan bəri Alboro sərbəst bir müəllif və illüstrator olaraq çalışdı. İndi Danimarkalı həyat yoldaşı ilə birlikdə Londonun Riçmond şəhərində yaşayır.
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
Abako adaları
Abako adaları (ing. Abaco Islands) — Baham adalarının şimal hissəsində adalar qrupu. Əsas adalar Böyük Abako və Kiçik Abakodur.
Aventin bloku
Aventin bloku (it. Secessione dell'Aventino) — İtaliyada antifaşist müxalifətçi partiya və siyasi qruplaşmaların bloku. 1924-cü ildə yaradımışdı. Aventin blokuna bu ad patrisilərlə mübarizə dövründə Aventin təpəsində sığınacaq tapan Qədim Roma plebeyləri haqqında rəvayətlə əlaqədar verilmişdi. Faşizmə qarşı açıq kütləvi mübarizə aparmaq üçün İtaliya Kommunist Partiyası (İKP) da Aventin blokuna qoşulmuşdu, lakin Aventin blokuna daxil olan digər partiyalar İKP-nin ümumi siyasi tətil elan etmək və parlament əleyhinə çıxmaq təklifini qəbul etmədilər. İKP parlament tibunasından faşizmin ifşasını davam etdirmək üçün blokdan çıxıb parlamentə qayıtdı. 1926-cı ildə Mussolininin faşist hökuməti müxalifətin fəaliyyətini qadağan etdi. Kütlələrdən ayrı düşən Aventin blokunun qalıqları faşizmə qarşı mübarizədə ciddi rol oynamadı. == İstinadlar == == Əlavə ədəbiyyat == Лопухов Б. Р. Авентинский блок // Советская историческая энциклопедия. / Под ред.
Avqust bloku
Avqust bloku (rus. Августовский блок) — Rusiya SDFP-nin Praqa şəhərində keçirilən VI konfransından sonra özünü Kommunist Partiyasına qarşı qoyan antipartiya qrup və cərəyanlarının (trotskiçi, təsviyəçi və bundçuların) ittifaqı. 1912-ci ilin avqustunda Vyanada Lev Trotskinin təşəbbüsü ilə təşkil edilmişdi. Orqanı "Lüç" qəzeti idi.Trotski ittifaqın fəaliyyətini bolşeviklərlə menşevikləri "birləşdirmək" və "barışdırmaq" olduğunu bildirmiş, lakin Vladimir Lenin hakimiyyətinə görə, o, protelariatın gizli inqilabi partiyasını ləğv etməyə çalışan menşevik-təsviyəçiləri müdafiə edirdi. Lenin əvvəllər bildirmişdir ki, Trotski açıq təsviyəçilərdən daha "alçaq və zərərlidir", çünki o, "fəhlələri aldadaraq, özünü elə göstərir ki, fraksiyalara qoşulmuş, həqiqətdə isə menşevik-təsviyəçiləri müdafiə edir". Ona görə, "Avqust bloku"nun əsas məqsədi fəhlələri inqilabdan uzaqlaşdırmaq, bolşevik partiyası və onun leninçi mərkəzi komitəsinə qarşı mübarizə aparmaqdan ibarət idi. Azərbaycan Sovet Ensiklopediyasında bildirilir ki, inqilabi fəhlə hərəkatının daha da yüksəlməsi, partiyanın möhkəmləndirilməsi sahəsində aparılan gərgin iş, trotskiçilərin prinsipsizliyinin bolşeviklər tərəfindən ifşa olunması "Avqust bloku"nun süqutunu sürətləndirirdi. Blok 1913–1914-cü ildə dağıdılmışdır. == Əlavə ədəbiyyat == KitablarAvqust bloku // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Azadlıq Bloku
Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalifət siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Demokrat Partiyaları tərəfindən təşkil olunmuşdur. 2006-cı ildə Müsavat Partiyası bloku tərk etmişdir. Sonralar Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları da bloka daxil olmuşlar. 2012-ci ildə blokun buraxıldığı deyildi.
Bloke yaylası
Bloke, bloşka (sloven. Bloška planota, Bloke) — Sloveniyanın cənub-qərbində yerləşən yayla (plato). Yayla boşqab formasında olub ölkənin tarixi Krayna bölgəsindədir. == Ümumi məlumat == Yaylanun uzunluğu 15 km, eni isə 10 km-dir. Yaylanın hündürlüyü 700 metrdən 800 metr arasında dəyişir. Geoloji baxımdan yayla Rakitna tektonik blokundan və iki fərqli dinar sınma zolağından təşkil olunub. Coğrafiyaçı Anton Melikin fikirinə görə Bloke yaylası pliosen dövrünün yenidən aktivləşən bölgəsinin qalığıdır. Əhəng daşı və dolomit mənşəli süxurlardan ibarət olan yayalada səth axınları yetərincə yüksəkdir. Ərazidə rütübətlənmə yüksək olduğundan bataqlıq ərazilərə rast gəlinir. Bol sulu çoxlu su mənbələri mövcuddur (Bloşniça).
Cənubi Abako
Cənubi Abako (ing. South Abaco) — Baham adalarının 32 rayonundan biri. Rayon Abako adalarınının cənub qismini əhatə edir. == İstinadlar == == Xarici keçidlər == Statoids.com об административно-территориальном делении Багам на англ.
Kommunist bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Mühərrik bloku
Mühərrik bloku — daxili yanma mühərriklərində porşen-sürüngəc, dirsəkli val və silindrlərin daxili olduğu mühərrik hissəsidr. == Quruluşu == Aşağı hissədən mühərrik bloku yağ vannası-karterlə örtülür. Mühərrik bloku yaxarı hissədən silindr başlığı ilə qapanır. Mühərrik bloku mühərrikin böyük sayda hissələrini daşıdığına, yüksək temperaturda işləyən yanma kamerasına malik olduğuna, həmçinin enerji çevrilməsi üçün məsuliyyətli olan ötürmə mexanizmlərinin yaratdıqları reaksiya qüvvələrini götürdüyünə görə, onun hazırlanmasına xüsusi tələbatlar qoyulur. Mühərrik blokları həmişə tökmə yolu ilə hazırlanır. Material kimi çuqun və aluminiumdan (yüngül mühərriklər üçün) isifadə olunur. Hava ilə soyudulan mühərriklərdə adətən silindr bloku mühərrik blokunun üzərinə qoyulur. Dizel mühərriklərində isə bloku asan montaj və demontaj edəbilmək üçün onu bir neçə hissədən hazırlayırlar. == Istinad == Rezo Əliyev. Maşınqayırma leksikonu.
Qida bloku
Qida bloku- (ing. power supply unit) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğu. Qida blokunun bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Sərinkeş vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Qida blokunun əsas texniki xarakteristikası onun gücüdür. Gücün (görülən işin bu işin görülməsinə sərf olunan zaman müddəti) vahidi vattdır. Sistem blokunun daxilinə nə qədər çox qurğular quraşdırılarsa, (yaddaş qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b.) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150–200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir. Kompüter çalışarkən əsasən çıxan səs mənbəyi məhz qida blokunun səsidir, daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış sərinkeşdir.
Qərb bloku
Qərb bloku (ing. Western Bloc) — Soyuq müharibə dövründə Şərq blokuna qarşı ABŞ və NATO ilə müttəfiq olan ölkələrə verilən ad. Şərq blokuna SSRİ və ÇXR rəhbərliyindəki Varşava Müqaviləsi Təşkilatı ölkələri daxil idi. Qərb bloku ölkələrinin hökumətləri və mətbuatlarını özlərinə "Azad dünya" və "Qərb dünyası", Şərq bloku ölkələrinə isə "Kommunist dünyası" və ya "İkinci dünya" deyirdilər. == Qərb bloku assosiasiyaları == === NATO === Belçika Kanada Danimarka Fransa Almaniya (1990-cı ildən) Qərbi Almaniya (1955-ci ildən) Yunanıstan (1952-ci ildən) İslandiya İtaliya Lüksemburq Niderland Norveç Portuqaliya İspaniya (1982-ci ildən) Türkiyə (1952-ci ildən) Böyük Britaniya ABŞ === ANZYUS === Avstraliya Yeni Zelandiya ABŞ === SEATO === Avstraliya Fransa (1965-ci ilə qədər) Yeni Zelandiya Pakistan (1972-ci ilə qədər) Filippin Tailand Cənubi Vyetnam (1975-ci ilə qədər) Böyük Britaniya ABŞ == Həmçinin bax == Antanta İttifaq dövlətləri Antihitler koalisiyası Berlin-Roma-Tokio oxu Şərq bloku == Ədəbiyyat == Matloff, Moris. Makers of Modern Strategy. Ed. Peter Paret. Prinston: Princeton UP. 1971. 702.
Seçki bloku
Seçki bloku — dövlət seçkili orqanlarına seçki dövründə bir neçə siyasi partiyaların ümumi proqramla vahid namizədlərin irəli sürülməsi üçün yaratdığı birlik.
Sosialist bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Ticarət bloku
Ticarət bloku — blok üzvləri üçün ticarət maneələrini endirən və ya aradan qaldıran bir qrup ölkə. Ticarət bloku yaratmaq üçün ölkələr beynəlxalq müqavilələr bağlayırlar. İqtisadi inteqrasiyanın müxtəlif dərəcələrindəki ticarət blokları mövcuddur: Azad ticarət sahəsi Gömrük İttifaqı Ümumi bazar == Aktiv ticarət blokları == Bir sıra ölkələr iki və ya daha çox fərqli ticarət blokuna aiddir. Ticarət bloklarının təsnifatında təkrarlanmamaq üçün bu ölkələr ən aktiv ticarət bloklarından yalnız birinə həvalə edilmişdir. Blokların "fəaliyyəti" aşağıdakı üç meyara görə qiymətləndirilir: Əhəmiyyətli praktik nailiyyətlərin olması (yalnız blok üzvlərinin real hərəkətləri ilə dəstəklənməyən bəyannamələr deyil) Son (və ya müntəzəm) fəaliyyətlər (iclaslar, yeni müqavilələr, daxili prosedurlar) Gələcək iqtisadi inteqrasiya üçün iddialı planların olması və onun icrası üçün dəqiq bir son tarix.Xəritədəki müəyyən rənglər müxtəlif bloklar üçün dəfələrlə istifadə olunur. Tünd rəng tam bir penis deməkdir; açıq rəngli- assosiativ üzv, müşahidəçi, gələcək iştirakçı, namizəd və ya oxşar status.
Xalq bloku
Xalq bloku (və ya Xalq ittifaqı) (malay dilində: Pakatan Rakyat) — Malayziyada 2008-cü il seçkilərində vahid cəbhədə çıxış edən 3 müxalifət partiya - Demokratik Hərəkat Partiyası, Panmalayziya İslam Partiyası və Xalq Ədalət Partiyası tərəfindən yaradılmış təşkilat. Saravaka Milli Partiyası da Saravak ştatı səviyyəsində bu blokun üzvüdür. == Yaranması və fəaliyyəti == Xalq bloku 2008-ci il seçkilərində parlamentdə olan 222 yerdən 82-ni əldə edərək parlamentdə iqtidarda olan Milli Cəbhəninin mövqelərini əhəmiyyətli surətdə sıxışdırdı. (Əvvəli seçkilərdə müxalifətin cəmi 21 yer var idi) və Kedah, Kelantan, Selanqor və Pinanq ştatlarında yeni hokumətlər təşkil etdilər. İlk dövrdə blok hökuməti Perakda təşkil olunmuşdur, lakin federal hökumətin və Perak sultanının təzyiqi nəticəsində blok ştat üzərində nəzarəti itirdi. Xalq bloku Kuala-Lumpurda da ustünlük qazansa da, mövcud olan qanunvericiliyə əsasən mer də daxil olmaqla, paytaxtın inzibati orqanlarının rəhbərləri federal hökumət tərəfindən təyin olunurdu . 5 may 2013-cü ildə keçirilən seçkilərdə blok parlamentdə 89 yer aldı və Kelantan, Pinanq və Selanqor ştatları üzərində öz nəzarətini saxladı . Müxalifətdə olan 3 partiyanın koalisiyasının yaranması Malayziyada ikipartiyalı sistemin meydana çıxmasına səbəb oldu. Bir tərəfdən blok təşkilatı kimi Malayziyanın milli təşkilatlarının aparıcı qüvvələrini təmsil edən və 13 partiyanı əhatə edən Milli Cəbhə, digər tərəfdən Xalq bloku Malayziyada hakimiyyət uğrunda mübarizənin fəal iştirakçılarına cevrilmişlər. Partiyalardan təşkil olunan Milli Cəbhədən fərqli olaraq milli prinsiplər əsasında təşkil olunan Xalq bloku formal olaraq çoxmillətli partiyalar (sol, liberal və islam istiqamətli) və Malayziyanın bütün vətəndaşları üçün açıq idi .
Şərq bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Praya-du-Abriko
Praya-du-Abriko (port. Praia do Abricó) — Rio-de-Janeyro şəhərinin qərb hissəsində yerləşən çimərlik. Çimərlik naturizm tərəfdarlarını özünə cəlb edir. Rəsmən Braziliya Naturizm Federasiyası ilə bağlıdır (FBrN). == Tarixi == Çimərlik yerli əhali tərəfindən artıq 1940-cı ildən naturizm çimərliyi kimi istifadə edilir. 1950-ci ildə çimərliyi braziliyalı rəqqas, feminist və naturist Luz del Fueqo ziyarət etmişdir. 1972-ci ildə burada Avenida Estado-da-Quanabara yolu çimərliyə girişi asanlaşdırmışdır. 1992-ci ildən rayonun ətraf mühitin qoruma rəyisi icra başçısına naturizm çimərliyinin ləğv edilməsi məqsədi ilə qanun qəbul edilməsini təklif edir. Qanun 1994-cü ildə qəbul edilir. Bununla belə naturizm praktikası tam ləğv edilə bilinməmişdur.
Aləm gözəl (ablom)
Aləm gözəl – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. == Albom haqqında == Albomda Arif Məlikov, Emin Sabitoğlu, Ənvər Sadıqov və s. bəstəkarların mahnıları yer alır.
Avqust antipartiya bloku
Avqust bloku (rus. Августовский блок) — Rusiya SDFP-nin Praqa şəhərində keçirilən VI konfransından sonra özünü Kommunist Partiyasına qarşı qoyan antipartiya qrup və cərəyanlarının (trotskiçi, təsviyəçi və bundçuların) ittifaqı. 1912-ci ilin avqustunda Vyanada Lev Trotskinin təşəbbüsü ilə təşkil edilmişdi. Orqanı "Lüç" qəzeti idi.Trotski ittifaqın fəaliyyətini bolşeviklərlə menşevikləri "birləşdirmək" və "barışdırmaq" olduğunu bildirmiş, lakin Vladimir Lenin hakimiyyətinə görə, o, protelariatın gizli inqilabi partiyasını ləğv etməyə çalışan menşevik-təsviyəçiləri müdafiə edirdi. Lenin əvvəllər bildirmişdir ki, Trotski açıq təsviyəçilərdən daha "alçaq və zərərlidir", çünki o, "fəhlələri aldadaraq, özünü elə göstərir ki, fraksiyalara qoşulmuş, həqiqətdə isə menşevik-təsviyəçiləri müdafiə edir". Ona görə, "Avqust bloku"nun əsas məqsədi fəhlələri inqilabdan uzaqlaşdırmaq, bolşevik partiyası və onun leninçi mərkəzi komitəsinə qarşı mübarizə aparmaqdan ibarət idi. Azərbaycan Sovet Ensiklopediyasında bildirilir ki, inqilabi fəhlə hərəkatının daha da yüksəlməsi, partiyanın möhkəmləndirilməsi sahəsində aparılan gərgin iş, trotskiçilərin prinsipsizliyinin bolşeviklər tərəfindən ifşa olunması "Avqust bloku"nun süqutunu sürətləndirirdi. Blok 1913–1914-cü ildə dağıdılmışdır. == Əlavə ədəbiyyat == KitablarAvqust bloku // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Bizim Azərbaycan Bloku
Bizim Azərbaycan bloku - Azərbaycanda siyasi partiyalar ittifaqı. 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. == Haqqında == Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir. Bloka 29 siyasi partiya və 67 ictimai təşkilat daxil olub. Blok 2003-cü il prezident seçkilərində İsa Qəmbəri dəstəkləyib. Blokun vahid namizədi İsa Qəmbər seçkidə 338 145 seçicinin səsini toplayaraq, 14 %-lə II yeri tutmuşdur. Lakin blok seçkilərin kütləvi saxtalaşdırıldığını iddia etmiş və nəticələri tanımamışdır. 15-16 oktyabr 2003-cü ildə seçki nəticələrinə etiraz etmək məqsədilə Azadlıq meydanında keçirilən icazəsiz mitinqlərdən sonra isə bloka daxil olan bir çox siyasi partiya rəhbərləri və mitinq iştirakçıları həbs olunmuşdur. 19 noyabr 2005-ci ildə bloka üzv olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı İsa Qəmbəri müdafiə etməyəcəklərini söyləmişdir.