Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Alona Koşevatskiy
Alona Koşevatskiy (d. 8 oktyabr 1997) — İsraili təmsil edən bədii gimnast. Alona Koşevatskiy 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Koşevatskiy həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Alona Koşevatskiy 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Yekaterina Levina, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Alyona Alyona
Alyona Alyona təxəllüsü ilə çıxış edən Alyona Oleqovna Savranenko (ukr. Альона Олегівна Савраненко; 14 iyun 1991, Kapitanovka[d], Kirovoqrad vilayəti) — Ukrayna hip-hop və rep ifaçısı. == Həyatı == Alyona Savranenko 14 iyun 1991-ci ildə Kirovoqrad vilayətinin Kapitanovka şəhərində anadan olub.İki ali təhsili var. Qriqori Skovoroda adına Pereyaslav-Xmelnitski Dövlət Pedaqoji Universitetini bitirmişdir. Barışevka şəhərində yerləşən Teremok uşaq bağçasında müəllim işləmişdir. Həmçinin, Kiyev yaxınlığındakı Dernovka kəndində uşaq bağçasının müdiri vəzifəsində çalışıb. Uşaq bağçasında 4 il çalışdı. Rep mətnlərini uşaq yaşlarından yazmağa başlamışdır, ancaq geniş kütləyə yaradıcılığını 27 yaşında "YouTube" videohostingində paylaşımlar edəndən sonra təqdim etdi. 2018-ci ilin oktyabr ayında "Ribki" (ukr. «Рибки») ilk videoklipi çıxdı, 12 noyabrda isə "Qolovi" (ukr.
Abolla
Abolla (yunan dilində:ἀμβόλλα, latın dilində: abolla) - Qədim yunanlar və romalılar arasında geniş yayılan, mantiya tipli olub, çiyinə bərkidilən, rəngli yun parçadan hazırlanan qolsuz geyim. Sarı və ya qəhvəyi rəngdə olan abolladan daha çox istifadə olunurdu.. Sonralar abollanı "filosofların plaşı" adlandırmışlar.. == Qədim Romada == Abolla qədim romalıların istifadə etdikləri, dizlərə qədər uzanan ikiqatlı plaşdir. O, fibula adlandırılan metal sancağın köməyilə çiyinə bərkidilən, düzgün olmayan dördbucaqlı formasına malik geyim növüdür. Əvvəllər bu plaşdan yüksək vəzifəli hərbçilər, sonralar mülki əhali toqanın əvəzinə istifadə edirdilər. Saqum adlanan hərbi plaşdan fərqli olaraq abolla çox zərif parçadan hazırlanırdı. Paltarın nazikliyinə görə qədim Roma şairi Mark Valeri Marsial zarafatla oğrulara məsləhət görürdü ki, oöurluğa gedərkən abolla geyinməsinlər, çünki paltarın altından oğurladıqları əşyalar görünür. Qədim Roma şair və yazıçılarının faciə janrında yazdıqları əsərlərdə abollanı həm də "filosofların günahları" adlandırmışlar. .
Abqora
Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi, qorasuyu. == Hazırlanma qaydası == Abqora hazırlamaq üçün kal üzüm salxımlarını toplayır, onları təmizləyir, yuyur, taxta və ya yaxşı qalaylanmış mis qaba doldurur və toxmaqla əzib suyunu sıxırlar. Sonra bu suyun narıngözlü ələkdən, yaxud tənzifdən süzüb şüşə qaba doldururlar. Kal üzümün suyu bulanıq olduğundan onu durulmaq üçün bir müddət qabda saxlayır, tam durulandan sonra butulkalara doldurur, ağzını bərk-bərk bağlayırlar. == Saxlama qaydası == Qora suyu butulkaya ağzına qədər doldurulmalıdır. Əks təqdirdə yarımçıq doldurulmuş butulkada qalmış hava mayeni acıdır, qora suyu öz keyfiyyətini itirir. Ağzına qədər qora suyu ilə doldurulmuş və ağzı bərkidilmiş butulkaları günəş işığı düşən yerə düzür və 40 gün butulkalar günəş işığı altında saxlanılır. Bu müddət ərzində butulkalardakı su öz şəffaflığını itirir, xına rəngi alır. Deməli, abqora hazırdır. Bundan sonra abqora dolu şüşələri günəş qarşısından götürüb sərin yerdə, divar şkaflarında və taxçalarda saxlayırlar.
Abroma
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Abronia
Abroniya (lat. Abronia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinə aid bitki cinsi.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Allonj
Allonj — Vekselə (və ya dövriyyədə olan digər qiymətli kağızlara) birləşdirilmiş əlavə vərəqdir. Bu vərəqdə vekselin arxa tərəfinə sığışmayan imzalar (indossamentlər) həkk olunur. Həmin imzalar elə həkk olunur ki, onların başlanğıcı vekselin, sonu isə allonjun üzərində yerləşmiş olsun. Bununla yanaşı, allonjun üzərində ötürücü qeydlər və aval da həkk oluna bilər.
Ankona
Ankona (it. Ancona) — İtaliyada şəhər. Marke vilayətinin və eyni adlı Ankona əyalətinin inzibati mərkəzi. == Ümumi məlumat == Adriatik dənizi sahilində (28.2.2010 etibarıyla) 102.477 əhalisi olan bir liman şəhəridir. Ancona, Adriatik dənizinin ən böyük ticarət limanıdır. Adriatik dənizi sahilində, Konero burnunun şimal sahilindədir. Mühüm dəniz portu. Aeroport. Dəmiryol stansiyası. Hərbi dəniz bazası.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Lablon
Leblon çimərliyi (port. Leblon) — Rio-de-Janeyronun cənubundanda yerləşən çimərlik. Şərq sərhədi kanal, qərb sərhədi isə Doyz-İrmanz dağı yerləşir. XIX əsrin son on illiklərinə qədər ərazidə fermalar mövcud olmuşdur. Bu fermalardan birinin sahibi (1845) balina ovu şirkətinin sahibi fransız Karlos Leblon olmuşdur. Çimərlikdə onun şərəfinə adlandırılmışdır.
Rabona
Rabona — futbolda dribblinq fəndi. Bu fənd zamanı, topsuz ayağı digər ayağın arxasından gətirərək topa zərbə vurulur. == Tarixi == İlk dəfə 1948-ci ildə Estudiantes də la Plata and Rosario Central arasında oynanan matçda Argentinalı hücum oyunçusu Rikardo İnfantenin istifadə etdiyi bu fənd futbolçular tərəfindən estetik ortalar və paslar çıxarmada istifadə edilir.
Sablon
Sablon (fr. Sablons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38349. Kommunanın 1999-cu il üçün əhalisi 1 539 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 135 ilə 154 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Alosa
Alosa (lat. Alosa) — siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid balıq cinsi. Üst çənəsi çənəarası sümüklərdə kəsiklidir. Qarnının orta xətti boyunca kil pulcuqları uzanır.Quyruq üzgəcinin əsası yaxınlığında bir cüt uzanmış pulcuq vardır. Anal üzgəcin son süaları uzanmışdır. Fəqərələrinin sayı 43-49-dur.Bədənin hər iki tərəfində, qəlsəmə qapaqlarının gerisində tünd rəngli xal vardır. Bəzən bu xalların gerisində bir neçə xallardan əmələ gələn iri xallar da olur. Xəzər dənizində siyənəklərin 6 növü və bir çox yarımnövü, Azərbaycanın ərazi sularında isə 5 növü yaşayır. Alozalara şişqarın siyənəklərin 20-ədək növü daxildir. Uzunluğu 18 sm- dən 100 sm-ədək olur.
Aloya
Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər.
Ayona
Ayona (ing. Iona; şot.kelt I Chaluim Chille, qulaq as) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən 1 mil (1.6 km) uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var. Adanın ölçüsü – 5,6 km × 1,6 km. == Etimologiya == Toponim gel dilindən tərcümədə "Müqəddəs Kolumbanın adası" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır. == Tarix == 563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, Şotlandiya və Şimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi.
Rbona
Rbona (gürc. რბონა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 0 nəfər idi. 2014-cü ildə 5 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VIII cild, səh.
Abroma javanica
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Abroma mariae
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Abroma mollis
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Abroma obliqua
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.