Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yarmarka
Yarmarka və ya Sərgi – Ticarətin yaxşılaşdırılması məqsədilə müəyyən müddətə ədalətli, bazar qurulmuşdur. Alıcıların və satıcıların bir araya gəldikləri və işgüzar müqavilələr bağladıqları bu bazarlar ümumiyyətlə hər il eyni tarixdə bir neçə həftə ərzində eyni yerlərdə və müntəzəm olaraq qurulur. Bu sərgilər hər hansı bir məhsul və xidmətləri əhatə etdiyi kimi, müəyyən bir iş sahəsinin hər hansı bir sahəsini də, əhatə edə bilər, həmçinin hər növ məhsulu və xidmət sahəsini də əhatə edə bilər. == Tarixi == Yarmarka əsasən xalq toplantılarının, böyük kilsə bayramlarının kəsişdiyi yerdə, eləcə də çox qorunan və ən az vergiyə cəlb olunacaq yerlərdə təşkil olunurdu. Yarmarkanın mahiyyəti XI və XII əsrlərdə daha da artdı. XVIII əsrin sonuna kimi Avropanın şərq və qərb hissələri arasında bütün ticarət mübadiləsi yarmarkanın köməyilə baş verirdi. XIV və XV əsrlərdə Brügge, XVI əsrdə isə Lion şəhəri yarmarkanın mərkəzinə çevrildi. XVI əsrdə Medina-delKampo (İspaniya) və Antverpen şəhəri (Belçika) beynəlxalq yarmarka və kredit mərkəzi oldu. XVIII əsrdə hələ XIII əsrdən Leypsiqdə məşhur yarmarka beynəlxalq əhəmiyyət kəsb edirdi. XIX əsrdə ticarət münasibətlərinin genişlənməsi və daxili vergi rüsumlarının ləğv edilməsi, xüsusilə dəmir yollarının çəkilməsi, əmtəələrin yeridilməsi təhlükəsizliyinin artması, nəhayət, kommivoyajerlərin əmələ gəlməsi ilə yarmarkalar tənəzzülə uğradı və onların əksər hissəsi bağlandı.
Armavia
Armavia (erm. Արմավիա;ing. Armavia) — Ermənistanda hava daşımalarına həyata keçirən şirkət; beynəlxalq hava daşınmaları sahəsində erməni inhisarçısı. Şirkətin əsası 1996-cı ildə qoyulmuşdur. "Aviafin" MMC və "Mik Ermənistan Treydinq" MMC erməni təşkilatları tərəfindən təsis edilmişdir. Əsas aeroportu İrəvanda yerləşən "Zvartnos" hava limanıdır. Aviaşirkət 48-dən çoxda müntəzəm reysləri yerinə yetirir (Yaxın Şərq, Avropan, Asiya və Şimali Afrikanın şəhərləri). Əsas reys və çarter beynəlxalq uçuşları Zvartnos aeroportundan həyata keçirilirlər. 29 mart 2013 tarixində şirkətin müflis olduğu bəyan edildi. Ermənistandan, ən çox Rusiya, MDB həmçini Yaxın Şərq və Avropanın şəhərlərinə marşrutlar həyata keçirilirdi.
Arxaika
Arxaika (yun. άρχαικός – qədim) – qədim yunan incəsənətinin inkişafında erkən mərhələ (e.ə. 7–5 əsrin əvvəlləri). Erkən arxaik (e.ə. 570 ilədək), yetkin arxaik (e.ə. 570–530), son arxaik (e.ə.530– 480) dövrlərə bölünür. Arxaika mərhələsində klassik üslubun təşəkkül tapması üçün ilkin şərtlər formalaşmışdır: ağac-çiy kərpiç memarlığından daş memarlığına keçid nəticəsində dorik və ionik memarlıq orderlərinin yaranması (e.ə. 6 əsrin əv vəli) və onların yeni materialın tələblərinə uyğunlaşdırılması; heykəltəraşlıq da əvvəlcə daşdan (e.ə. 7 əsrin ortaları), sonra isə tuncdan (təqr. e.ə.
Azərmarka
Azərmarka — Azərbaycan Respublikasının bütün poçt markalarının istehsalı və paylanması üçün məsul Azərbaycan dövlət şirkəti. "Azərmarka" şirkəti 1992-ci ildə Azərbaycan Respublikası Rabitə Nazirliyinin 14 iyul 1992-ci il tarixli 104 saylı əmri ilə yaradılmışdır. "Azərmarka" şirkətinin nizamnaməsi 13 sentyabr 1995-ci il tarixində D-707 saylı şəhadətnamə ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Rabitə Nazirliyi yenidən təşkil edilib. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin yaranması ilə əlaqədar 15 avqust 2005-ci il tarixində nizamnaməyə müvafiq dəyişiklik edilmişdir. Poçt markaların çap olunması üçün ilin əvvəlində tematik plan tərtib olunur. Plan əsasında poçt markanın dizaynı "Azərmarka" şirkətində hazırlanır və təsdiq olunması üçün nazirliyə göndərilir. Tematik plan nazirlikdə müvafiq sərəncamla təsdiq olunduqdan sonra müxtəlif mövzuları əks etdirən poçt markalar əlamətdar günlər qabağı çap olunur. 1992-ci ildən bu günə kimi (2012-ci il) "Azərmarka" tərəfindən 100 mövzuda 563 orijinal süjetli poçt markası hazırlanaraq çap olunmuşdur. Görkəmli şəxsiyyətlərə, arxitekturaya, flora və faunaya, milli mövzuya, nəqliyyata, idmana, kosmosa və digər mövzulara aid 145 milyon 600 mindən artıq ümumi tirajla poçt markası çap olunaraq dövriyyəyə buraxılmışdır.
Remarka
Remarka (fr. remarque) - Pyes müəllifinin, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərini səciyyələndirən izahı. Səhnədə oxunmur, aktyorlar və rejissorlar üçün göstəriş rolunu oynayır. Çox zaman mötərizə içərisində verilir. Obrazın zahiri görkəmi, yaşı, səhnəyə gəlməsi və getməsi, hisləri və hərəkətləri barədə izahatdır. Pyesin oxucuları üçün məlumat, izahat mənbəyidir.
Arauka
Arauka — Kolumbiyanın Arauka deparatamentində yerləşən şəhər, Venesuela ilə sərhəddir. Tam adı Santa Barbara Araukadır. Şəhər dağlıq yerdədir və tez-tez daşqınlara məruz qalır. == Tarixi == Arauka ərazisi 1536-cı ildə Almaniyalı konkistador Xorxe de la Espira tərəfindən əsası qoyulmuşdur. Lakin kondistadorlar bu yerdə qalmadılar və Eldorado da axtarışa yolandılar. Daha sonra yezuitlər gəlidi və yaşayış məntəqələrini burda qurdular. Arauka şəhəri, 4 dekabr 1780-ci ildə Xuan İsidro Daboyn tərəfindən kiçik kənd Quaxironun yerində əsası qoyuldu. Burada kiçik bi hind ailəsi 10 ilə yaxın yaşadı. Arauca indi Venesueladan ayrılan və öz növbəsində yerli əhalinin özünə məxsus adını verən Arauca çayının adına verildi.Bir zamanlar şəhər Kasanare vilayətinin paytaxtı idi. Kasanare müasir Araukanın indiki departamentindən daha böyük idi.
Armata
T-14 Armata Rusiya Federasiyası tərəfindən istehsal olunmuş əsas döyüş tankıdır. Bu, ilk dəfə seriyalı istehsal olunmuş yeni nəsil tankdır. Rusiya Ordusu 2015-2020-ci illər aralığında orduya təhvil verilmək üzrə 2,300 ədəd T-14 tankı sifariş vermişdir. T-14 tankı ilk dəfə 2015-ci il may ayının 9-da Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində Qırmızı meydanda keçirilmiş hərbi parad zamanı nümayiş etdirilmişdir.T-14 Armata tanklarıRusiya Federasiyasının istehsal etmiş olduğu ən müasir tankdır.T-14 Armata tanklarının maksimum sürəti saatda təxminən 80-90 kilometr arasında dəyişir.Bu tankların hərəkət mənzili də kifayət qədər yüksəkdir-500 kilomerdir. == Konstruksiya == T-14 Armata yeni nəsil tank olaraq digər tanklarla müqayisədə daha fərqli dizayna sahibdir. Tank insansız qüllənin olması və üç nəfərdən ibarət ekipajının ön tərəfdə zirehli kapsul içərisində olması kimi bir sıra fərqli xüsusiyyətlərə sahibdir. Konstruksiya müddəti 5 il(2009-2014-cü illər arasında)çəkmişdir. == Silahlanması və təchizatı == T-14 Armata tankının əsas silahı əvvəlki rus tanklarında olduğu kimi 125 mm-lik yivsiz topdur. Dəqiqədə 10-12 atəş açmaq qabiliyyətinə malik olan bu top 8 km uzaqlıqda yerləşən zirehli maşını məhv etməyə qadirdir. Gün işığında 5 km, gecə qaranlığında isə termal kamera sayəsində 3.5 km uzaqlıqdakı hədəfi təyin edə bilir.
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Arara
Arara — Braziliyanın şəhəridir.
Marka
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Dianthus armeria
Əzələ qərənfil (lat. Dianthus armeria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-50 (70) sm, düz və ya əsasından azacıq qalxan, sadə və ya az budaqlanan, yuxarı hissədə sıx və qısa tüklü olan birillik və ya ikiillik ot bitkisidir . Yarpaqları oturaq, düzduran, qaidə hissəsində qısa qında qovuşan, xətli-neştərvari və ya xətvaridir, eni 1-3 mm-dir, sivri, alt tərəfdən aydın görünən damarı vardır, tüklüdür. Çiçəkləri oturaq və ya qısa saplaqdadır, gövdənin və budaqların uc hissəsində 3-10 ədəd çiçəklə sıx başcıqda toplanmışdır. Çiçəkaltlığı pulcuqları otşəkillidir, neştərvaribizşəkillidir, tüklüdür, kasacığa bərabər və ya ondan uzundur. Ləçəklərinin ayası tünd fırfırqırmızı rəngdə olub, yuxarı tərəfində daha tünd xalları vardır, uc hissəsi dişlidir. Qutucuq silindrikdir, kasacıqdan azacıq qısadır. Toxumlarının uzunluğu 1,5 mm-ə yaxındır, qara rəngli, yumurtaşəkilli, yastı, qabarıq nöqtəli, uc hissədə qısa buruncuqludur. İyun ayında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Acacia armata
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Ammara Pinto
Ammara Pinto (14 sentyabr 1997) — Malavili üzgüçü. Ammara Pinto Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ammara Pinto birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.32 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Arauka (departament)
Arauka(isp. Arauca) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şimal-şərqində, Orinoko çayı hövzəsində yerləşir. Şimal və şərqdə Venesuela ilə sərhəddədir. İnzibati mərkəzi Arauka şəhəridir.
Aymara dili
Aymara dili (Aymar aru) — aymaralar tərəfindən danışılan dil. Aymara ispan dili ilə birlikdə Boliviyanın rəsmi dilidir. Peru, Argentina və Çilidə də danışılır. Aymara dili qədim dövrlərdə Uari imperiyasının dili idi, lakin sonradan onlar inkalar tərəfindən fəth edilmişdir. Bəzi dilçilər iddia edirlər ki, Aymara onun qonşusu olan Keçua dili ilə bağlıdır. Bununla belə, bu iddia mübahisəlidir. Bu dillər arasında oxşarlıqlar olsa da, əksər dilçilər bu oxşarlıqların bu dillərin uzun müddət qarşılıqlı əlaqədə olması, eyni və ya qonşu əraziləri tutması ilə əlaqədar olduğu ilə razılaşırlar. Aymara dili bir milyondan çox danışan bir neçə hind dillərindən biridir. Bu dildə təxminən 3,1 milyon insan danışır. Aymara dilinin qrammatikası ilk dəfə 1603-cü ildə Ludoviko Bertonio tərəfindən tərtib edilmişdir.
Banksia armata
Dryandra armata (lat. Dryandra armata) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Mimosa armata
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Məğlubedilməz armada
Məğlubedilməz armada (isp. Armada Invencible) yaxud Möhtəşəm və şərəfli armada (isp. Grande y Felicísima Armada) — ingilis-ispan (1587-1604) müharibəsi zamanı, ispanlar tərəfindən toplanan (130 gəmidən ibarət) nəhəng hərbi donanma. Armadanın yürüşü 1588 ilin may-sentyabr aylarında, Alonso Peres de Qusman, Medina-Sidoniya hersoqunun komandanlığı altında baş tutub. Məğlubedilməz armada, Çarlz Hovardın komandanlığı altında, kiçik holland və ingilis gəmilərindən ibarət donanma tərəfindən, Qravelin döyüşü ilə bitən bir neçə toqquşmada yüngülcə şilküt edilib. Bu döyüşlərdə seçilən “Yelizavetanın piratları”ndan biri - Frensis Dreyk idi. Döyüş iki həftə davam etdi. Armada yenidən qruplaşa bilməyərək, döyüşdən vaz keçərək, şimala tərəf getdi, bununla belə ingilis donanması, İngiltərənin şərq sahili boyunca məsafə saxlayaraq onu izləməyə davam edirdi. Ispaniya qayıdış ağır idi: Armada şimali Atlantika ilə getdi, İrlandiyanın qərb sahili boyunca. Güclü boran və ştormlar nəticəsində gəmilər bu adanın şimal və qərb sahilinə çırpıldı.
Phyllodoce armata
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Racosperma armata
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Senna armata
Senna armata (lat. Senna armata) — paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü.
Yenilməz armada
Məğlubedilməz armada (isp. Armada Invencible) yaxud Möhtəşəm və şərəfli armada (isp. Grande y Felicísima Armada) — ingilis-ispan (1587-1604) müharibəsi zamanı, ispanlar tərəfindən toplanan (130 gəmidən ibarət) nəhəng hərbi donanma. Armadanın yürüşü 1588 ilin may-sentyabr aylarında, Alonso Peres de Qusman, Medina-Sidoniya hersoqunun komandanlığı altında baş tutub. Məğlubedilməz armada, Çarlz Hovardın komandanlığı altında, kiçik holland və ingilis gəmilərindən ibarət donanma tərəfindən, Qravelin döyüşü ilə bitən bir neçə toqquşmada yüngülcə şilküt edilib. Bu döyüşlərdə seçilən “Yelizavetanın piratları”ndan biri - Frensis Dreyk idi. Döyüş iki həftə davam etdi. Armada yenidən qruplaşa bilməyərək, döyüşdən vaz keçərək, şimala tərəf getdi, bununla belə ingilis donanması, İngiltərənin şərq sahili boyunca məsafə saxlayaraq onu izləməyə davam edirdi. Ispaniya qayıdış ağır idi: Armada şimali Atlantika ilə getdi, İrlandiyanın qərb sahili boyunca. Güclü boran və ştormlar nəticəsində gəmilər bu adanın şimal və qərb sahilinə çırpıldı.
Dryandra armata
Dryandra armata (lat. Dryandra armata) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Nor Marmara (qəzet)
Nor Marmara (erm. Նոր Մարմարա) - İstanbul şəhərində gündəlik nəşr olunan qəzet. Qəzet 1940-cı ildən nəşr olunur. Nəşr dili ermənicə olan qəzet, Türkiyədə yaşayan ermənilərin gündəlik həyatlarını işıqlandırır.