Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ahıl
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Amul
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Ahal vilayəti
Ahal (türkməncə: Ahal welaýaty) — Türkmənistanda vilayət.
Amul şəhristanı
Amul şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Amül şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 343,747 nəfər və 93,194 ailədən ibarət idi.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Avul iyesi
Ağul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul rayonu
Ağul rayonu – Rusiya Federativ Respublikasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 812 km² , inzibati mərkəzi Tpiq kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun bütün yaşayış məntəqələrində 23,314 nəfər əhali yaşayırdı . 2010-da isə 11,290 nəfərdir. Rayonun ərazisinə 18 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntələridir . Rayonun əhalisinə görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış məntəqəsi Tpiq (2.637 nəfər) kəndidir . 1989 – cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisininin 92%-ni ağullar təşkil edir .
Rahul Bose
Rahul Bose (27 iyul 1967, Kəlkətə) — hind aktyoru, ssenarist, rejissor və aktivist. == Həyatı == Rahul Bose 1967-ci il iyul 7-də anadan olmuşdur. Bitas inkişaf kimi Bollywood Side Effects cüt hansılardır , film görüldü. 013 Tamil - Hindi film Vishwaroopam və o oynadı.
Rahul Qandi
Rahul Qandi (19 iyun 1970, Yeni Dehli) — Hindistanlı siyasətçi, Hindistan Milli Konqresinin başçısının köməkçisi, Lok Sabha üzvü, Hindistan Gənclik Konqresi və Mili Tələbələr Birliyinin Başçısı, həmçinin Hindistan Parlamentinin üzvü. Atası Raciv Qandi, anası Sonya Qandidir. Təhsili ilə əlaqədar düzgün və dəqiq məlumatlar yoxdur. Gənc yaşlarından siyasətə qoşulmuşdur.
Avul iyəsi
Ahal müqaviləsi
Ahal müqaviləsi ( rus. Ахалский договор) həmçinin Ahal-Xorasan Sərhəd Konvensiyası kimi tanınan Qacarlar ilə Rusiya arasında 21 sentyabr 1881-ci ildə İranın Xarəzmin (əsasən indiki Türkmənistan ərazisi) Rusiya İmperiyası tərəfindən ilhaqını rəsmən tanımasını qeyd etmək üçün imzalanmış müqavilədir.
Amül qiyamı
Amül qiyamı — maoçu İran Kommunistləri İttifaqı (Sərbədaran) təşkilatı tərəfindən İran hökumətinə qarşı silahlı üsyan. == Zəmin == İran Kommunistləri İttifaqı (Sərbədaran) və ya qısaca İKİ(S) xalq müharibəsini öz mübarizə xətti kimi qəbul edən maoçu bir təşkilat idi. Amül şəhristanı İKİ(S) tərəfindən inqilabi baza ərazisi kimi seçilmişdir. == Tarixi == 1982-ci ildə İKİ(S) Amül ətrafındakı meşələrdə qüvvələri səfərbər etmiş və İslam Respublikasına qarşı silahlı kampaniyaya başlamışdır. 25 yanvar 1982-ci ildə Siyamək Zaimin başçılığı ilə üsyan təşkil edilmişdir. Qiyam nəhayət uğursuz olmuş, bir çox İKİ(S) və maoçu liderlər güllələnmişdir. Zaim Amülü zorla geri aldıqdan sonra İnqilab Keşikçiləri tərəfindən həbs edilmiş və nəticədə atışmanın dayandırılmasına kömək etdiyi üçün verilən bəraətə baxmayaraq 1984-cü ildə edam edilmişdir. == Nəticəsi == Üsyanın uğursuzluğundan sonra İKİ(S) rəhbərliyinin və üzvlərinin əksəriyyətinin həbs edilməsi və ya öldürülməsi ilə çətin bir dövr keçirmişdir. Bundan sonra partiya daxilində müxtəlif nəzəri və siyasi böhranlar yaşanmışdır.
Ahu (Ərdəbil)
Ahu (fars. اهو‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər yaşayır (21 ailə).
Ahu Tonqariki
Ahu Tonqariki —Ahu Tonqariki Sakit okeanda Şərqi Polineziyada Rapa Nui adasında (Pasxa adası) arxeoloji ərazidir. == Tarixi == Ahu Tonqariki, Rapanuinin şərq konfederasiyası olan Hotu İtinin əsas mərkəzi və paytaxtı idi. Moai Ahu Tonqariki adada vətəndaş müharibəsi zamanı devrilmişdi. 1960-cı ildə Çili sahillərində zəlzələ nəticəsində yaranan sunami Ahu Tonqariki bölgəsini basdı. Ahu Tonqariki əsasənv XX əsrin 90-cı illərində əhəmiyyətli dərəcədə bərpa olundu. Ahu arxeoloqlar Klaudio Kristino və Patrisiya Varqasın başçılıq etdiyi şoxprofilli qrup tərəfindən bərpa edilmişdir. Beş illik layihəyə daxil olan bərpa işləri Çili hökumətinin Tadano Limited şirkəti və Çili Universiteti ilə rəsmi razılığı əsasında həyata keçirilib. == Təsviri == Ahu Tonqariki Pasxa adasındakı ən böyük ahudur. Bu ahu Pasxa adasının cənub sahilində, iki sönmüş — Rano Raraku və Poika vulkanlarının yaxınlığında yerləşir. Ahu Tonqariki moaisinin demək olar ki, yarısı hələ də Rano Rarakunun yamaclarında basdırılır.
Ahu Tuğba
Ahu Tuğba 13 avqust 1955 İstanbul) - Alban əsilli Türkiyə kino aktrisası . Əsl adı Tuğba Çetin'dir. Varlı bir ailənin yeganə övladı idi. Orta məktəbdə oxuyarkən kino aləminə gəldi. Məktəbi bitirdikdən sonra Kanadanın Konkordia Üniversitetinin İngilis Dili fakültəsinə qəbul oldu amma kino aktrisalığa olan marağı üzündən təhsilini yarımçıq buraxmalı oldu. Türk kinosunda 80-ci illərin seks simvollarından biri olmuşdur.Ümumilikdə 6 dəfə ailə qurub. İlk evliliyini 1981ci ildə Mustafa Ulusoy ilə qurub.1991 ci ildə Alban əsilli Amerikalı həkim Timmy Alejtanij ilə qurduğu evliliyindən Anjelin adında 1992 təvəllüdlü bir qızı vardır.
Qerzel-Aul
Qerzel-Aul (Yuxarı Qerzel) (çeç. Гезлой-Эвла) — Çeçenistan Respublikasının Qudermes rayonundakı kənddir. Qerzel-Aul kənd qəsəbəsinin inzibati mərkəzidir. == Coğrafiyası == Kənd, Aksay çayının sol sahilində, "Qafqaz" P217 federal yolu yaxınlığında, Qudermes bölgə mərkəzindən 25 km cənub-şərqdə və Qroznı şəhərindən 62 km şərqdə yerləşir. Ən yaxın kəndlər: şimal-şərqdə - Boraqanqeçuv kəndi, şərqdə Xamavyurt və Tsiyab-Tsoloda kəndləri, cənub-şərqdə Tuxçar kəndi, cənubda İşxoy-Yurt kəndi, qərbdə Koşkeldi və Biltoy-Yurt kəndləri və şimal-qərbdə Kadi-Yurt və Enqel-Yurt kəndləridir.. == Tarixi == Qerzel-Aul kəndinin əsası Kaçkalıqlılar tərəfindən qoyulmuşdur. A.V. Tverdiyə görə, adın mənası türk dilindəki güzel - "gözəl" sözündəndir, yəni "gözəl aul" mənasını verir. F. V Totoyev xəbər verir ki, əfsanələrə görə, Çingiz xan Çeçen dərələrinin çıxışında və girişində qüllələr tikdirmiş və daha sonra Mamay xana tabe olan valiləri, Çingizləri burada qoydu. Onlardan birinin, qərargahı Qerzel-Aulda qalan və çeçenlərin adətlərinə görə hökm sürən Yaxsay xanın adı xalqın yaddaşında qorunub saxlanılmışdır. 1812-ci ildə polkovnik-leytenant Butskovski Çeçen kəndləri arasında Xasa Mekent, Balçı, Qerzeli, Dadayurt və Umaracını qeyd edir ki, onlarda Qumıq knyazlarına tabe idi.
Yeni Aul
Yeni Aul (rus. Новый Аул) — Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən kəndlərdən biridir. == Coğrafiya == Məhərrəmkənddən 7 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ilin məlumatına görə kənddə 2760 nəfər yaşayır.
Jan-Ed Ahulu
Jan-Ed Ahulu (20 mart 1994-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Karyerası == Ahulu öz futbolçu karyerasına Lill klubunda başlamışdır. O, 2012 və 2015-ci il aralığında bu klubda çıxış etmiş, lakin heç bir oyunda meydana çıxmamışdır. Ahulu 7 oyunda ehtiyat skamyasında əyləşmişdir. O, Lill B klubu ilə 49 oyunda iştirak etmiş və 4 qolla yadda qalmışdır. Son mövsümündə Ahulu 20 oyunda iştirak etmiş, lakin klubu isə 2. Fransa Həvəskarlar Liqasına enmişdir. 2015-ci ildə Ahulu Milli Çempionat təmsilçilərindən olan Orleyan klubuna transfer oldu. O, debüt mövsümündə 32 oyunda iştirak etmiş və 2 qolla yadda qalmışdır. Beləliklə Orleyan Liqa 2-yə vəsiqə qazanmışdır.
ADSL
ADSL (ing.. Asymmetric Digital Subscriber Line — asimmetrik rəqəmsal abunəçi xətti) — adi analoq telefon xətlərini yüksək sürətli qoşulma xətlərinə çevirən modem texnologiyası. == İnkişaf tarixi == ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman İnteraktiv televiziyanı təmin edən texnologiyaların axtarışı aparılırdı. 1987-ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı. Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə — ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsi ilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı. Hal-hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən 100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini təmin edir.
AHDQ
Azərbaycan Hərbi Dəniz Qüvvələri — 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamış Azərbaycan Silahlı Qüvvələrinin xüsusi qoşun növü. 1919-cu ilin sonlarında Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – "Ərdahan" və "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti və köməkçi gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paraxodu, həmçinin lazımi qədər kater var idi. == HDQ Arsenalı == == Azərbaycan Xalq Cümhuriyyəti dövrü == Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılmış və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdır. Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız "Ərdahan" və "Astrabad" gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı. 1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – "Ərdahan" və "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti və köməkçi gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paraxodu, həmçinin lazımi qədər kater var idi.
AHİK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. == AHİK-in orqanları == Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
Adel
Adel (ing. Adele), Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins) — Britaniya müğənni və söz yazarı. == Həyatı == 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Adil
Adil — kişi adı və təxəllüs. Adil Gəray — Adil şah — Adil Şirin — Adil Rüstəmov — Azərbaycan rəssamı Adil xan Ziyadxanov — Adil Üseyran — Məşədi Adil — Adil Vəliyev — Adil Aşırım — Adil Barmal — Adil Kaskabay — Adil Yaqubov — Adil Baxşəliyev — tibb elmləri doktoru, professor Adil Babayev Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958) Adil Babayev (professor) — Filologiya elmləri doktoru, professor.
Adəl
Adel (ing. Adele), Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins) — Britaniya müğənni və söz yazarı. == Həyatı == 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.