Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Elba
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Elda
Elda (isp. Elda) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 45,79 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 54815 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir. Şəhərdə Elda adlı qəsr yerləşməkdədir.
Ella
Ella — rus qadın adı. Bu adı olan tanınmışlar Ella Leya — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı. Ella Yaqubova — Azərbaycanın teatr və kino aktrisası, Ella Fitscerald — amerika cazmeni Digər Tilsimlənmiş Ella (film, 2004) — Amerika, İngiltərə və İrlandiya istehsalı olan fentezi, ailə və komediya janrlı film.
Elva
Elva (est. Elva) — Estonianın cənubi-şərqində şəhər, Tartumaa bölgəsinin inzibati mərkəzi. Emayıgi çayına tökülən Elva çayında yerləşir. Şəhərdə iki göl var: Verevi və Arbi. Həmçinin şəhər yaxınlığında Viysyaagu gölü də mövcuddur.
Elza
Elza — Qadın adı. Elza Seyidcahan — Azərbaycan bəstəkarı; müğənni. Elza Salahova — kimya elmləri doktoru. Elza Triole — Rus əsilli fransız yazıçısı. Elza Səmədova — Xəzər Universiteti Təhsil fakültəsinin dekanı.
Əkka
Əkka (ivr. ‏עכו‏‎, ərəb. عكا‎), Akra, Sen-Jen d’Akr (Avropa dillərində: Acre, St. Jean d’Acre) — İsrailin qərb sahilində olan önəmli bir şəhər. == Tarixi == Bugün İsrail dövləti sərhəd-sınırları içində yer alan Əkka şəhəri, Hayfa körfəzinin (qədimdən Əkka körfəzi) şimalında ehtimalən miladdan öncə III minil içində qurulmuşdur. Cənubunda olan Hayfaya 15 km. uzaqlıqdadır. Əhd-i Ətiqdə Akko adıyla keçən şəhərə Qədim Misirlilər kr, yunanlar Ptolemais, Fransızlar Acre adını vermişdilər. Əkka Xəlifə Ömər zamanında 636-cı ildə Şürahbil ibn Həsənə tərəfindən fəth edildi. Daha sonra Bizanslılarla aparılan savaşlar sırasında xaraba qoyuldusa da Xəlifə Müaviyə zamanında yenidən inşa edildi.
EOKA-B
EOKA-B ilk dəfə Makariosun 19 iyul 1974-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında etdiyi çıxışlarda istifadə etdiyi terror təşkilatı tərifidir. Kipr adasında qurulan EOKA 1970-ci ilə qədər ingilislərə, kommunistlərə və Kipr türklərinə qarşı (kütləvi məzarlıqlar, insan qırğınları kimi) fəaliyyətlərdə iştirak etmişdi. Lakin 1971-ci ildə Yunan Hərbi Xuntasının lideri Dimitri İonidas, Kipr türklərinin məhv edilməsi üçün Makarios idarəçiliyinin üsullarını kafi görməyib və EOKA-nı yenidən aktivləşdirmək üçün təşkilata pul və silah bağışlamağa başlayıb. Makarios Nikos Sampsonun rəhbərliyi ilə dövlət çevrilişinə səbəb olan bu hərəkətlər dövrünü onun əvvəllər təsdiq etdiyi terror aktları dövründən ayırmaq üçün EOKA-B terminindən istifadə edib.
Elba (çay)
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Elba çayı
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Elea məktəbi
Elea məktəbi — Miladdan öncə VI və V yüzilliklərdə güney İtaliyanın Elea (yun. Έλέα, lat. Velia) şəhərində fəaliyyət göstərən fəlsəfi məktəb. Elea filosofları varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürmüşdürlər. Elealılar həm də bütün dünyanın vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də tanınmışdılar. Elea məktəbinin əsas təmsilçiləri: Ksenofan Parmenid Eleyalı Zenon Melissus Fəlsəfi təlimləri onlara aid olan məqalələrdə verilmişdir. == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Ella Fitscerald
Ella Ceyn Fitscerald(ing. Ella Jane Fitzgerald; 25 aprel 1917, Nyuport-Nyus, Virciniya, ABŞ — 15 iyun 1996, Beverli-Hils, Kaliforniya, ABŞ) — amerika caz müğənnisi. == Həyatı == "Mahnıların Birinci Ledisi" - Ella Fitsceraldı belə adlandırırdılar. Onun vokalı, haqlı olaraq caz tarixində ən incə vokal hesab edilirdi, hərçənd çoxları bu baxımdan Sarah Vaughanı, yaxud Billie Holidayı də ən uca pillədə hesab edə bilər. Təbiətin geniş diapazonlu gözəl səs bəxş etdiyi Ella oxumaqda kimi desəniz üstülüyə bilərdi. O, bənzərsiz skat-müğənni idi və praktiki olaraq ideal elokvensiyaya malik idi. İnsanlar həmişə onun məhz nə oxuduğunu, onun hər bir kəlməsini başa düşürdü. Ellaya xas olan yeganə daimi və yeri gəlmişkən bir qədər kurzey xarakterli nöqsan ondan ibarət idi ki, o, hədsiz dərəcədə həyatsevər idi və mahnının mətninin tələb etdiyi kimi, hədsiz lirik tərzdə oxuya bilmirdi. Hətta "Love For Sale" kompozisiyasında da onun ifası şən və şaqraq səslənirdi. Hər halda onun karyerasını bütövlükdə qiymətləndirmək istəsək, sadəcə olaraq bu səviyyəli başqa bir müğənni yox idi.
Ella Leya
Ella Leya (tam adı: Ella Leya; XX əsr, Bakı) — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı. == Həyatı == Ella Leya Bakı şəhərində anadan olmuşdur. Əvvəl Moskvaya köçmüş, daha sonra 1990-ci ildə ABŞ-yə mühacirət etmişdir. == Fəaliyyəti == "Qadınların sirli həyatı", "Gecə kraliçası" və "Rus romansları" adlı albomları yüksək dəyərləndirilib. "Qadınların sirli həyatı" adlı albom rus romanslarından ibarət olaraq qadınların iç dünyasından, onların mənəvi yaşantılarından bəhs edir. Ella Leya özünün SELAH caz orkestri ilə Avropa və ABŞ-yə dünya turuna çıxmışdır. 2015-ci ildə ilk romanı - "Yetim səma" dərc olunmuşdur. Romanın qəhrəmanı olan istedadlı gənc pianoçu, musiqi və xalq nağılları vasitəsilə keçmiş sovet ölkəsinin həqiqətlərini təsvir edir. Əsərdə Qız qalası da təsvir olunur. Elə müəllif əsəri əvvəlcə "Qız qalası" adlandırmış, sonradan naşirin fikri ilə dəyişdirmişdir.
Ella Purnell
Ella Purnell (17 sentyabr 1996, Uaytçepel[d], İngiltərə, Birləşmiş Krallıq) — İngiltərə teatr və film aktrisası.
Ella Yaqubova
Ella İsmayıl qızı Yaqubova (30 dekabr 1946, Kirovabad) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (1989). == Həyatı == Yaqubova Ella İsmayıl qızı 1946-cı il Dekabrın 30-da Gəncə şəhərində anadan olub. İbtidai təhsilini Gəncə şəhərində, orta məktəbi isə Bakı şəhərində 44 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub, 1966-cı ildə oranı bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrına göndərilib həmin teatrda müxtəlif dram əsərlərində iştirak etib. 1968-ci ildə təyinatla Mingəçevir Dövlət Dram Teatrına göndərilib. 300-dən artıq obrazlar ifa edib. Mingəçevir Dövlət Dram Teatrında ifa etdiyi rollar: Almaz "Almaz" (Cəfər Cabbarlı) Sara "Solğun çiçəklər"(Cəfər Cabbarlı) Gültəkin "Aydın" (Cəfər Cabbarlı) Tanya "Yaşar" (Cəfər Cabbarlı) Sona "Hacı Qara"(Mirzə Fətəli Axundov) Həcər xanım "Eşq və İntiqam"(Süleyman Sani Axundov) Fəxrundə "Bayramın birinci günü"(Nazim Hikmət) Sara bəyim "Vətən dərdi"(Nazim Hikmət) Ana "Ana" (Hüseyn Cavid) Nənə "Nənəmin kələyi" (Əli Əmirli) Ana "İki yetimin taleyi"(Əli Əmirli) Nurcahan "Nənənin Kələyi"(Əhməd Orucoğlu) və.s əsərlərdə baş rolların və birinci dərəcəli obrazların ifaçısı olub. 40-ildən artıq Mingəçevir Dövlət Dram Teatrında fəaliyyət göstərən aktrisa hal-hazırda Mingəcevir Dövlət Dram Teatrında yaranmış "Ümid" gənc aktyorlar studiyasında müəllim kimi fəaliyyət göstərərək Azərbaycan teatrı haqqında anlayış, səhnə danışığı, səhnə texnikası, səhnə hərəkəti və Azərbaycan teatrı haqqında tədris, maarif və mədəniyyət dərslərini keçir. Region televiziya kanalı olan "El" kanalında fəaliyyət göstərir. Azərbaycan istehsalı olan "Xoca" filmində "Sultan" xanım obrazında və "Həyat varsa" teleserialında çəkilib.
Ella adası
Ella adası (dan. Ella Ø) — Qrenlandiyanın şərqində, Kral Oskar fiordunun şimalında, Kempe fiordunu girəcəyində yerləşən ada. Ada Şimal-Şərqi Qrenlandiya Milli Parkı ərazisinə daxildir. Alfred Qabriel Nathorstın 1899-cu il ekspedisiyası zamanı həyat yoldaşı Emi Rafaella Vindalın (qısaca Ella) (1858–1936). == Tarixi == Laqe Kox adanın şimalında daxmaya sahib isi. Botanik Torvald Sorensen 1931–1934-cü illər ərzində burada yaşamışdır. O, öz müşahidələrini doktorluq işinin 1941-ci ildə müdafiyəsində istifadə etmişdir. İkinci dünya müharibəsi zamanı ABŞ ordusunun bölüyü yerləşdirilmişdi. 1971-ci ildə adada L-6 xondrit adı verilən meteorit tapılmışdır.
Elsa Pataki
Elsa Lafuente Medianu (ing. Elsa Lafuente Medianu); əsasən Elsa Pataki kimi tanınır (ing. Elsa Pataky; 18 iyul 1976, Madrid, İspaniya) — İspaniya aktrisası və fotomodeli. Pataki əsasən "Forsaj" filmlər seriyasındalı Elena Neves rolu ilə tanınır.
Elza Bəkirova
Elza Salahova
Salahova Elza Əbdüləziz qızı (24 dekabr 1950, Bakı) — kimya elmləri doktoru. == Həyatı == Salahova Elza Əbdüləziz qızı 1950-ci ildə dekabr ayının 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə 172 saylı orta məktəbi "gümüş medalla" bitirmiş və həmin ildə Azərbaycan Pedoqoji İnstitutunun Kimya fakültəsinə daxil olmuşdur. E. Ə. Salahova institutda oxuduğu müddətdə elmi işə maraq göstərmiş və tələbə elmi cəmiyyətinin fəal üzvü olmuşdur. 1972-ci ildə onun apardığı elmi tədqiqat işi respublikada Mendeleyev cəmiyyəti xətti ilə keçirilən elmi konfransında II yerqazanmış və mükafata layiq görülmüşdqür. E. Ə. Salahova 1972-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsinin "fərqlənmə" diplomu ilə bitirmiş, institutun kimya fakültəsinin elmi şurasının təqdimatı əsasında həmin ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur. 1979-cu ildə o, "renium ilə tellurun birgə elektrolitik çökməsi prosesinin tədqiqi" mövzusunda namizədlik dissertasiya işini Lensovet adına Leninqrad Texnoloji İnstitutunda "elektrokimyəvi istehsalat" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə etmiş və texniki elmlər namizədi adına layiq görülmüşdür. 2010-cu ildə Kimya Problemləri İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında "Fiziki kimya" və "Qeyri üzvi kimya" ixtisasları üzrə "Renium xalkogenidlərinin elektrokimyəvi çökdürülməsinin elmi əsasları və alınmış yarımkeçirici təbəqələrin fiziki kimyəvi xassələri" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmləri doktoru adını almışdır. Təhsili, elmi dərəcə və elmi adları 1972-ci ildəm Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsini "fərqlənmə" diplomu ilə bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur.
Jelka Sviyanoviç
Jelka Sviyanoviç (serb. ; 4 mart 1967) — Bosniya və Herseqovinanın serb əsilli siyasətçisi. 9 noyabr 2018-ci ildən bu yana Serb Respublikasının prezidentidir. 2013-2018-ci illərdə Serb Republikasının Baş Naziri olmuşdur. == Təhsil == Sarayevo Universitetinin Fəlsəfə Fakültəsində və Banja Luka Universitetinin Hüquq Fakültəsində oxumuşdur. İngilis dili və ədəbiyyatı professorudur. Diplomatiya və konsulluq hüququ üzrə magistr dərəcəsi almışdır. == Kareyası == Jelka Sviyanoviç Bosniya və Herseqovinadakı AB Monitorinq Missiyasında İngilis dili müəllimi və baş tərcüməçi, köməkçi vəzifələrində çalışmışdır. Daha sonra Serb Respublikası Baş Naziri Milorad Dodikin Avropaya inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri üzrə müşaviri vəzifəsini icra edir. Üstəlik koordinasiya və Avropaya İnteqrasiya şöbəsinə rəhbərlik etmişdir.
Kaniggia Elva
Kaniggia Ginola Elva (14.7.1996) — 2. Bundesliqa təmsilçilərindən olan Ştutqart FK klubunda hücumçu kimi çıxış edən peşəkar Sent-Lüsiya — Kanada futbolçusudur. == Klub karyerası == === VfB Ştutqart === 2013-cü ilin noyabr ayında Elva Bundesliqa təmsilçilərindən olan Ştutqart FK klubunda yoxlanışdan keçmişdir. Elva 14 iyul 2014-cü ildə 18-ci ad günündə digər klublardan, xüsusilə də Premyer liqa təmsilçilərindən olan Arsenal FK klubundan da gələn təkliflərə baxmayaraq, yoxlanışdan keçdikdən sonra Ştutqart FK klubu ilə 4 illik müqavilə imzaladı. Kanada vətəndaşlığını qəbul etməməyinə baxmayaraq, Elva Ştutqartın ehtiyat komandası ilə 3. Liqada iştirak edə bilmədi. Həmin müddət ərzində o, U-19 Bundesliqasında iştirak edirdi. Bunun nəticəsində Elva istənilən oyun təcrübəsini əldə edə bilmədi. O, klubun əsas komandası üçün hazır vəziyyətdə deyildi. Sonralar o, xaricdə icarə əsasında çıxış etməyə başlamışdır.
İdris Elba
İdrissa Akuna "İdris" Elba (ing. Idrissa Akuna «Idris» Elba; 6 sentyabr 1972, Hakni[d], Böyük London) — britaniyalı kino və televiziya aktyoru. Əsas məşhurluğunu "28 həftə sonra" (2007), "RoknRolla" (2008), "Götürücülər" (2010), Kabus yarışçı 2: İntiqam atəşi, Prometey (2012) və Tor triloqiyası (2011, 2013, 2017) kimi filmlərdə qazanmışdır. == Bioqrafiya == İdrisa Akuna Elba 6 sentyabr 1972-ci ildə Londunun Xakni borosunda A doğulmuşdur. Ailənin yeganə övladı olan aktyorun atası Siyerra-Leoneli və anası isə Qanalıdır. Hələ məktəb illərdə səhnəyə çıxmağa başlamışdır. 1986-cı ildə dicey olan əmisinə işində köməklik etməyə başlayıb, daha sonra özü dicey kimi müxtəlif gecə klublarında "DJ Big Driss" ləqəbi ilə çıxış edib. Gənc yaşlarında həm də Ford şirkətində də çalışmışdır. == Karyerası == İdris Elba kino aktyor karyerasına televizyadan başlayır və müxtəlif seriallarda çəkilir. Böyük kinoda ilk addımlarını isə 2000-ci illərdə atmağa başlayır.
Əlki rayonu
Əlki rayonu (tatar. Әлки районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəz şəhər tipli Bazarlı Matak kəndidir. == Coğrafiyası == Respublikanın cənubunda yerləşir. Respublikanın Spas, Alekseevsk, Nurlat rayonları və Ulyanovsk vilayəti ilə (Melekes və Novomalıklin rayonları) həmsərhəddir. Əsas çaylar Kiçik Çeremşan (Ata, Şiya, Yuxmaçka çayları), Aktay və Bezdnadır. Orta illik temperatur + 2.8 ° C-dir. Yanvar ayının orta temperaturu -13-14 ° C, iyul ayının orta temperaturu isə + 18-20 ° C-dir. Orta illik yağıntının miqdarı 430-500 mm, buxarlanma 550-570 mm-dir. == Tarixi == Əlki rayonu inzibati mərkəzi Əlki kəndi olaraq 10 avqust 1930-cu ildə qurulmuşdur.
Elia Smiral
Elia Devid Smiral (ing. Elia David Cmíral, /ˈsmɪrəl/; 1 oktyabr 1950, Zlin) — Çexiya əsilli ABŞ bəstəkarı. O, film, televiziya, balet və video oyunları üçün musiqi bəstələmişdir. Smiral bir çox janrlarda çoxsaylı layihələr üzərində çalışmışdır. == Erkən həyatı == Elia Devid Smiral 1 oktyabr 1950-ci ildə Çexoslovakiyada, aktrisa və rejissorun ailəsində anadan olmuşdur. O,Antonin Dvorjakın şagirdlərindən birinin nəvəsi olmuşdur. Cmiral Praqa Konservatoriyasında təhsil almış, burada bəstəkarlıq və kontrabas oxumuşdur. O, İsveçə mühacirət etdi, burada bir sıra Avropa filmləri, televiziya şouları və səhnə əsərləri üçün bəstələmişdir. 1987-ci ildə ABŞ-aa köçmüş və burada Cənubi Kaliforniya Universitetində oxumuşdur.
Elza Cin
Sapfira Nikol Hauell (ing. Sapphire Nicole Howell; 1 sentyabr 1996[…], Nors-Kanton[d], Ohayo, ABŞ), səhnə adı ilə Elza Cin (ing. Elsa Jean) — ABŞ fotomodeli və pornoqrafik aktrisası.