Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağqanadlı
İstixana ağqanadlısı (lat. Trialeurodes vaporariorum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ağqanadlılar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yaşlı fərdin (imaqo) bədəni açıq-sarı, qanadları isə ağ rəngdədir. Dişilərin bədən ölçüsü 1,1 mm, erkəklərin isə 0,9 mm-dir. Ayaqları bozumtul rəngdə olmaqla, əvvəlcə açıq-sarı, 8-10 gündən sonra isə qara rəngdə olur. Yumurtadan çıxan sürfənin (ölçüsü 0,3 mm) ayaqları və bığcıqları görünür. Sürfələr üçüncü yaşda 0,5 mm, dördüncü yaşda isə 0,73 mm ölçüdə olurlar. Yaşlı sürfələrin, nimfa halına keçən vaxtı, qırmızı rəngdə gözləri görünməyə başlayır. Nimfa yaşılımtıl- ağ rəngdədir. == Həyat tərzi == Ağqanadlının inkişafı 7 mərhələdə gedir: yumurta, sürfə 1-4 yaş, nimfa və imaqo.
İstixana ağqanadlısı

Ağqanadlılar
Aleyrodidlər və ya ağqanadlılar yarımdəstəsi — (lat. Aleyrodinea) Buğumayaqlılar tipinin Həşəratlar sinfinin Bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici görünüşü == Mikroskopik güvələri xatırladan çox xırda (uzunluğu 2,0 mm-dən az) Avropa cücüləridir. Qanadları və bədəni ağ, unvarı tozla örtülmüşdür. Bədəni sarı, bəzən tünd naxışlıdır. Bığcıqları 7 buğumludur, ilk iki buğum kürəşəkilli, qalanları nazik, uzundur. Son buğum tikanvari tüklə qurtarır. Rinariləri dəyirmi, xırda olub, tük çələngi ilə əhatə olunmuşdur. Adətən 3, 5 və 7 buğumda bir-bir və bir neçəsi yerləşir. Mürəkkəb gözlərinin eninə tarımı var və ya tamamilə bel və qarın hissələrinə bölünmüşdür.
Ağqanad balabansəs
Ağqanad balabansəs (lat. Psophia leucoptera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin balabansəslər fəsiləsinin balabansəs cinsinə aid heyvan növü.
Ağqanad danaayağı
Hündürlüyü 20-40 sm olan çoxillik bitkidir.Kök yumruları kökümsov şəklində oval və yaxud uzanmışdır. Gövdəsi yarpaq saplağından qısadır. == Yarpaq == Yarpaq ayası iridir, nizəşəkilli oxşəkillidir, demək olar ki, saplağa bərabərdir; kənar bölümləri aralıdır.Toppuzşəkilli törəmələr qısa-silindrikdir, sarı rəngdə, bəzən az bənövşəyi rəngdədir. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-May. == Azərbaycanda yayılması == Samur-Şabran oval., Alazan-Əyriçay, Lənk. Muğ., Lənk.dağ., Lənk. oval. Ovalıqdan aşağı, bəzən orta dağ qurşağında. == Yaşayış mühiti == Meşə içərsindəki çəmənlikdə, kolluqlarda, qırılmış meşələrdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Qurumuş köklərindən alınan toz xalq arasında yarasağaldıcı vasitə kimi istifadə olunur.
Ağqanad pinqvin
Ağqanad pinqvin (lat. Eudyptula minor albosignata) — elədə böyük olmayan pinqvinlər 30 sm uzunluğa, yarın kq çəkiyə malik olurlar. Bu yarımnövün nümayəndələri Banks yarımadası və Motunau adasında yuva qururlar. Sayının 3750 cüt olması eehtimal edilir. == Təsnifat == Bir çox alimlər bu canlını Kiçik pinqvinlərin yarımnövü hesab edir. DNT analizləri sayəsində 2009-cu ildə "BirdLife International" bu canlını rəsmən Kiçik pinqvinlərin yarımnövü elan ettmişdir. == Yaşayış bölgəsi == Ağqanad pinqvinlər əsasən Yeni Zelandiyanın Kenterberi vilayətinin burun, mağara, küləkdən müdafiə olunan buxtalarda yaşayırlar. == Xüsusiyyətləri == Digər pinqvinlərdən fərqli olaraq gecə həyatı keçirirlər. Gündüzlər isə yuvalarında yatırlar. Gecələr dənizə çıxırlar.
Ağqanad ördək
Ağqanad ördək (lat. Asarcornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qanadlı cücülər
Qanadlı həşəratlar (lat. Pterygota) — həşəratlar sinfinə aid heyvan yarımsinifi.
Qanadlı həşəratlar
Qanadlı həşəratlar (lat. Pterygota) — həşəratlar sinfinə aid heyvan yarımsinifi.
Qanadlı islimilər
Qanadlı İslimilər — mürəkkəb formalı islimi elementlərin sağ və sola açılan (yarpaqlarına) iki qollusuna deyilir.
Qanadlı raket
Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı. Qanadlı raketlər trapesiya formalı qanadı orta hissədə yerləşən monoplan və raketdən ibarətdir. Qanadlı raket təyyarə mərmi də adlanır. Hazırda dünyanın bir çox ölkələrində istehsal olunan müasir qanadlı raketlərdən strateji hücum vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur. Məsələn, uçuş uzaqlığı 2500 km olan "Tomaqavk" qanadlı raketi sualtı qayıqlardan və gəmilərdən, AGM-86A tipli qanadlı raket isə strateji bombardmançı təyyarələrdən buraxıla bilər. Öz mühərrikinin köməyi ilə uçan qanadlı raketlər də var. Qanadlı raketin əsas xüsusiyyəti onun alçaq uçmaq (30–100 m) və hədəfi dəqiq vurma qabiliyyətidir.
Qanadlı zantoksilum
== Ümumi yayılması == Himalay dağlarında, Çin, Koreya və Yaponiyada yayılmışdır. == Botaniki təsviri == 2–4 m hündürlükdə,yarpağını tökən və ya həmişəyaşıl,budaqları çılpaq,qırmızımtıl-palıdı rəngdə olanağac və ya koldur. 2 sm uzunluqda cüttikanlıdır; gövdəsinin üzərindəki mərcilər хırda olub, açıq rəngdədir. Yarpaqları təklələkli, 6-20 sm uzunluqda olub, 6-11 ellipsvarı, lansetvarı, 3-12 sm uzunluqda yarpaqcığa malikdir. Yarpaqcıqlarının ucu iti, kənarı хırdadişli və ya tamdır, üstdən tünd yaşıl, altdan bir qədər açıq rəngdə olub, əsas damarları qəhvəyi tükcüklərlə örtülüdür. Yarpağının saplağı enli qanadlı və tikanlıdır. Çiçəkləri yaşıl rəngdə olub, хırda, bircinslidir. 2-5 sm uzunluqda süpürgələrə toplanmışdır. Qutucuğu 5 mm diametrdə olub, qırmızı və хallıdır. Toхumları qara və parlaqdır.
Ağqanad diuka
Ağqanad diuka veya buzlaqquşu (lat. Idiopsar speculifer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinin diuka cinsinə aid heyvan növü. Argentina, Çili, Boliviya və Peruda rast gəlinir. Təbii məskənləri subtropik və ya tropik yüksək dağ çəmənlikləridir.
Qanadlı Şəfavericilər (1990)
== Məzmun == Elmi-kütləvi film gəlirli təsərrüfat sahələrindən birinə-arıçılığa həsr olunmuşdur. Filmdə balın müalicəvi əhəmiyyətindən, arıçılıqda qabaqcıl təcrübənin yayılması zərurətindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Hikmət Seyidov Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov Məsləhətçi: Tağı Atakişiyev (biologiya elmləri namizədi) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.
Sabit qanadlı təyyarə
Sabit qanadlı hava nəqliyyatı, qanadlarının quruluşu və irəliyə doğru hərəkətinin nəticəsində formalaşmış hava sürətinin yaratdığı daşıma ilə uçan hava nəqliyyatı vasitəsi. Bu baxımdan fırlanan qanadlı hava nəqliyyatından ayrılırlar.
Qanadlı sehirbazlar (film, 1978)
== Məzmun == Kinolent arı balının insan sağlamlığı üçün böyük əhəmiyyətindən, qədimdən xalq təbabətində arı zəhərindən istifadə olunmasından, arı mumundan bir çox tibb məlhəmləri, plastır, kosmetika kremləri hazırlanmasında istifadə edilməsindən danışır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vyaçeslav Mixaylov Ssenari müəllifi: M.Sultanov, Musa Yaqub Operator: Tofiq Sultanov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Qanadlı şəfavericilər (film, 1990)
== Məzmun == Elmi-kütləvi film gəlirli təsərrüfat sahələrindən birinə-arıçılığa həsr olunmuşdur. Filmdə balın müalicəvi əhəmiyyətindən, arıçılıqda qabaqcıl təcrübənin yayılması zərurətindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Hikmət Seyidov Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov Məsləhətçi: Tağı Atakişiyev (biologiya elmləri namizədi) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.
Qara qanadlı ördək (personaj)
Qara qanadlı ördək (ing. Darkwing Duck) — 1991-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajı. Bu personaj 1991-1992-ci illərdə istehsal edilən "Qara qanadlı ördək" serialının baş qəhrəmanıdır. Onun əsl adı Dreyk Mallard (Drake Mallard) dır. Personaj komiks müəllifi olan Karl Barks tərəfindən yaradılan, uydurulmuş Sen-Kanar şəhərində yaşayan adi şəxslərdən biridir. Həmçinin, super qəhrəmandır. Cinayətkarlara qarşı mübarizə aparır. Daim ən yaxşı qəhrəman olmaq üçün çalışır. == Ailəsi və dostları == Qara qanadlı ördəyə "Qara Plaş" da demək olar. Çünki o, qara, daha doğrusu bənövşəyi plaş geyinir.
Sabit qanadlı hava nəqliyyatı