Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Albuka
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
Abruka adası
Аbruka adası (est. Abruka, alm. Abro‎) — Riqa körfəzində yerləşən Estoniya adasıdır. Saaremaa adasından 4 km cənubda yerləşmişdir.. == Coğrafiyası == Qonşu bir neçə kiçik ada (Vahase, Kasselaid, Linnusitamaa və Kirjurahu) ilə birlikdə Laane-Şaar Parisin bir parçası olan Abruka kəndini meydana gətirirlər. 34 adamın yaşadığı kəndin ümümi sahəsi 10.1 km²-dir. Abruka adasının ümumi sahəsi 8,78 км², qonşu kiçik adaların ümumi sahəsi isə 1,3 км²-dir.. == Təbiət == Abruka adası nadir hesab olunan Orta Avropa tipli enliyarpaqlı meşələrinin olduğu bir adadır. Bu təbiət ehtiyatı 1937-ci ildə qoruma altına alınıb və qoruq kimi fəaliyyət göstərir. Abruka adasında bir kitabxana (Liman binasında olan) və adanın ən köhnə binası olan bir malikanə (Abruka Evi) yerləşmişdir.
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Albula
Albula (lat. Albula) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinə aid heyvan cinsi.
Alupka
Alupka (ukraynca , rus. Алупка) — Krım dağlarının cənub hissəsində yerləşən bir kurort şəhəridir. == Coğrafiyası == === İqlim === Yanvar və fevral aylarının orta temperaturu +3 – +4 °C, avqust ayında isə +24,6 °C-dir. Orta illik yağıntı dərəcəsi — 400 mm, günəşli saatların illik orta miqdarı — 2150 saat. Yay mövsümü martdan oktyabradək davam edər (su hərarəti təxminən +22 – +28 °C). == Tarix == Müasir Alupka torpaqlarında ilk insan yerləşmələri miladdan əvvəl VIII minillikdə yarandı. Şəhər birinci dəfə 960-cı ildə Alubika adı ilə anıldı. 1475–1774 illəri arasında Alupka osmanlıların hakimiyyəti altında keçdi. Krım Rusiyanın əlinə keçdikdən sonra (1783-cü il) Alupka R. Potömkinin mülkü oldu. 1823-cü ildə isə burada saray qurduran Mixail Vorontsovun sahibliyinə keçdi.
Arauka
Arauka — Kolumbiyanın Arauka deparatamentində yerləşən şəhər, Venesuela ilə sərhəddir. Tam adı Santa Barbara Araukadır. Şəhər dağlıq yerdədir və tez-tez daşqınlara məruz qalır. == Tarixi == Arauka ərazisi 1536-cı ildə Almaniyalı konkistador Xorxe de la Espira tərəfindən əsası qoyulmuşdur. Lakin kondistadorlar bu yerdə qalmadılar və Eldorado da axtarışa yolandılar. Daha sonra yezuitlər gəlidi və yaşayış məntəqələrini burda qurdular. Arauka şəhəri, 4 dekabr 1780-ci ildə Xuan İsidro Daboyn tərəfindən kiçik kənd Quaxironun yerində əsası qoyuldu. Burada kiçik bi hind ailəsi 10 ilə yaxın yaşadı. Arauca indi Venesueladan ayrılan və öz növbəsində yerli əhalinin özünə məxsus adını verən Arauca çayının adına verildi. Bir zamanlar şəhər Kasanare vilayətinin paytaxtı idi.
Bazuka
Bazuka(bazooka) İkinci dünya müharibəsi dövründə istifadə olunan və Amerika Birləşmiş Ştatları istehsalı olan bir antitank daşına bilən silahıdır. İstifadə olunduğu dövrlərdə ABŞ ordusunun piyada qüvvələri tərəfindən istifadə olunan əsas antitank silahı olmuşdur. Bu silah yüksək partlayıcılı antitank (High Explosive Anti-tank /HEAT) döyüş başlığına malik ilk antitank silahlarından biridir. Alman silahlı qüvvələri də bu silahın dizaynına uyğun dərhal silah istehsal etmişdirlər. Bu silah 88 mm-lik Raketenpanzerbüchse silahıdır.
Mabruka
Məbrukə (ərəb. مبروكة‎‎) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Rəsulayn rayonunun Rəsulayn nahiyəsində qəsəbə. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Qəsəbə 2015-ci ilin may ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirmişdir. == Coğrafiya == Məbrukə Suriyanın Türkiyə ilə olan sərhədindən 11 kilometr (6.8 mil) cənubda, Təll-Abyad şəhərindən 73 kilometr (45 mil) şərqdə, Əl-Həsəkə şəhərindən 90 kilometr (56 mil) şimal-qərbdə, Raqqa şəhərindən isə 104 kilometr (65 mil) şimal-şərqdə yerləşir yerləşir. == Əhali == 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Qəsəbə əhalisinin əksəriyyətini ərəblər təşkil edir.
Albuca
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
Abuca
Abuca (ing. Abuja, yor. Abùjá) — 1991-ci il 12 dekabr tarixindən etibarən Nigeriyanın paytaxtı. Ölkənin mərkəzində-Cos platosunda yerləşir. Şəhərin əhalisi 778 567 nəfər (2006), aqlomerasiyanın əhalisi təxminən 1,4 milyon nəfərdir (2005). == Tarixi == Şəhərin əsası 1828-ci ildə, kiçik düşərgə-istehkam düşərgəsinin yerində salınmışdır. Abucaya federal paytaxt funksiyasının verilməsi haqqında qərar 1976-cı ildə qəbul edilmiş, 15 illik hazırlıq, yenidənqurma və inşaat işlərindən sonra bu qərarın icrası təmin edilmişdir. Əksər hökumət idarələri isə rəsmən 1991-ci ilin dekabrında köçürülmüşdür. Ölkənin əvvəlki paytaxtı Laqos şəhəri olmuşdur. Şəhər yapon memarı Kendzo Tanqe tərəfindən layihələndirilmişdir.
Abuta
Abuta (lat. Abuta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinə aid bitki cinsi.
Abaka
Musa textilis (lat. Musa textilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Tropik ölkələrdə lif almaq məqsədilə becərilir. Vətəni Filippin adalarıdır. Abakaya Manila kəndiri (lifi) də deyilir. İspanların lif ixrac etmək məqsədi ilə becərilməsini təşkil etdikləri 1768-ci ildən bəri bu bitki avropalıların həyatına qədəm qoydu. Abakanı ilk olaraq yalnız Filippin becərilirdi, 1920-ci ildən bu yana isə İndoneziya, eləcə də Mərkəzi Amerikada (Kosta-Rika, Honduras) istifadə olunur. Bitkinin lifli hissəsi 18-24 ayda yetişir, bundan sonra lif qabıqdan təmizlənir, günəşdə qurudulur və əlavə emal olunmadan və hətta əyirilmədən istifadə edilə bilər. == Sinonimləri == Musa abaca Perr. nom.
Albula forsteri
Albula forsteri (lat. Albula forsteri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinin albula cinsinə aid heyvan növü.
Albula glossodonta
Albula glossodonta (lat. Albula glossodonta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinin albula cinsinə aid heyvan növü.
Albula vulpes
Albula vulpes (lat. Albula vulpes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinin albula cinsinə aid heyvan növü.
Arauka (departament)
Arauka(isp. Arauca) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şimal-şərqində, Orinoko çayı hövzəsində yerləşir. Şimal və şərqdə Venesuela ilə sərhəddədir. İnzibati mərkəzi Arauka şəhəridir.
Balaka (mahal)
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Balaka dairəsi
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Canluka Bezzina
Canluka Bezzina (9 noyabr 1989) — 9 noyabr 1989-cu ildə anadan olan Maltalı həkim-müğənni. Canluka Bezzina 2013 Avroviziya Mahnı Müsabiqəsində Maltanı "Tomorrow" mahnısı ilə təmsil edib və bu kiçik ada ölkəsinə 8-ci yeri qazandırıb.
Canluka Mankuso
Canluka Mankuso (3 fevral 1998-ci ildə Buenos-Ayresdə anadan olub) — Argentina Primyera Diviziyası təmsilçilərindən olan Velez Sarsfild klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Argentinalı futbolçudur. == Klub karyerası == === Velez Sarsfild === Mankuso Velez Sarsfild akademiyası vasitəsilə inkişaf etmişdir. Mankuso öz peşəkar karyerasında debütünü 26 may 2017-ci ildə Leandro Nikeforo klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Velez Sarsfild liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Argentina Superkuboku görüşləri daxildir.
Canluka Palyuka
Canluka Palyuka (it. Gianluca Pagliuca;18 dekabr 1966, Boloniya) — italiyalı qapıçı və məşqçidir. == Bioqrafiyası == O, bəlkə də, 90-cı illərdə İtaliyanın ən yaxşı qapıçısı idi və bu müddətdə "Sampdoriya" (1987-94) və "İnter"in (1994-99) şərəfini qoruyub. Palyuka 1990-cı il ev mundialında "Skuadra Azzura"nın heyətində olmasına baxmayaraq, onun yığmadakı debüt oyunu 1991-ci ildə, İsveçdəki turnedə baş tutub. Ümumilikdə, Canluka millidə 39 matç keçirib və 27 qol buraxıb. 1999-cu ildə qolkiper "İnter"i "Bolonya"ya dəyişməklə kiçik vətəninə qayıdıb. == 2006/07-ci illər mövsümü == Ötən mövsümün başlanğıcından əvvəl qapıçı yenidən "A" Seriyasında çıxış etmək üçün "Askoli" ilə anlaşdı. Əvvəlcə hər şey yaxşı gedirdi. Palyuka 23 oyunda start fitindən final fitinə qədər meydanda oldu. Sonuncu görüş fevralın 18-nə təsadüf edir.
Canluka Rokki
Canluka Rokki – 25 avqust 1973-cü ildə İtaliyanın Florensiya şəhərində doğulmuş FİFA hakimi. 2000-ci ildə İtaliyanın sayca üçüncü liqası olan Seria C-də 38 oyuna təyinat alıb. 2010-cu ildə, Seriya A və Seriya B oyunlarını idarə edib. 2008-09 mövsümündə UEFA Kubokuna, 2010-11 futbol mövsümündən etibarən isə UEFA Çempionlar Liqası oyunlarına təyinat alır. Avro 2012-nin seçmə mərhələsində 3 oyun idarə etdikdən sonra 2012-ci ildə Yay Olimpiya Oyunlarına dəvət aldı. 2018-ci ildə FİFA Dünya Kuboku-nun final mərhələsində oyunlara təyinat alıb.
Canluka Qaytano
Canluka Qaytano (5 may 2000, Çimitile[d], Kampaniya) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun oyunçusu. Hücumameyilli yarımmüdafiəçi və vinger kimi çıxış edir.
Sitiveni Rabuka
Sitiveni Liqamamada Rabuka (ing. Sitiveni Ligamamada Rabuka; 13 sentyabr 1948, Çakaudrove[d]) — 24 dekabr 2022-ci ildən bəri Ficinin Baş naziri olan siyasətçi, keçmiş əsgər və keçmiş idmançı.
Yabuka (ada)
Yabuka (xorv. Jabuka) — Adriatik dənizində Xorvatiyaya məxsus vulkanik ada. Ada Vis arxipelaqına aiddir. İnzibati baxımdan ölkənin Split-Dalmasiya jupaniyasına məxsusdur. Adanın sahəsi 0,022585 km², ən yüksək zirvəsi dəniz səviyyəsindən ― 99,333 metrdir. Ada ilk dəfə xəritələrdə XIV əsrdə göstərilmişdir. XV—XVII əsrlərdə adada qızılquş yumurtalarının toplanması həyata keçirilmiş və məqsəd onların çoxaldılması idi. 2013-cü ildən Yabuka və ətraf sular «Natura 2000»-nin qorunan ərazilər siyahısına salınmışdır. 2017-ci ildən Yabuka akvatoriyasında balıqçılığa məhdudiyyət qoyulmuşdur. 17 aprel 2019-cu ildən bütün arxipelaq UNESCO-nun geopark statusunu almışdır.