Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adaptasiya
Adaptasiya (lat. adaptatio) — uyğunlaşma, adapto – uyğunlaşdırıram deməkdir. == Ümumi məlumat == 1) iqtisadi, texniki sistemlərin və onun ayrı-ayrı subyektlərinin dəyişkən xarici mühit və şəraitə, istehsal, əmək, mübadilə və həyat şəraitinə uyğunlaşması; 2) sistemlərin uyğunlaşması; 3) qüvvədə olan dövlətdaxili hüquq normalarının həmin dövlətin qanunvericiliyində heç bir dəyişikliklər edilmədən onun yeni beynəlxalq öhdəliklərinə uyğunlaşdırılması; 4)orqanizmin quruluş və funksiyasının şəraitə uyğunlaşması. Adaptasiya (sosiologiya) — latınca uyğunlaşma mənasını verən adaptatio sözü Adaptasiya (biologiya) — orqanizmlərin (fərd, populyasiya, növ) quruluş və funksiyalarının, eləcə də onların orqanlarının mühit şəraitinə uyğunlaşması. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Adaptasiya (biologiya)
Adaptasiya (biologiya) — orqanizmlərin (fərd, populyasiya, növ) quruluş və funksiyalarının, eləcə də onların orqanlarının mühit şəraitinə uyğunlaşmasıdır. Bir çox nəsillərin ömrü boyu dəyişilən yeni mühit şəraitinə uyğunlaşmasıdır. (məs. soyuğun təsiri ilə heyvanlarda tük, yaxud yunun uzanması). Mühitin dəyişilməsi ilə əlaqədar yeni keyfiyyət dəyişikliyi kimi meydana çıxan adaptasiya ali bitki və heyvan orqanizmləri arasında geniş yayılmışdır. Adaptasiyaya aid bir sıra misallar göstərmək olar. Gözün həssaslığının işıqlanma şəraitinə uyğunlaşması adaptasiyaya aid nümunələrdən biridir. Parlaq işıqdan qaranlığa keçdikdə gözün həssaslığı artır (qaranlıq adaptasiyası), qaranlıqdan işığa keçidi zamanı həssaslıq azalır (işıq adaptasiyası). İşıqlanmanın rəngi dəyişəndə gözün spektral həssaslığı da dəyişir. Bu fiziki yanaşmadır.
Adaptasiya (sosiologiya)
Adaptasiya (uyğunlaşmaq) – (latınca uyğunlaşma mənasını verən adaptatio sözündən) – insanların, iqtisadi sistemin və onun ayrı-ayrı subyektlərinin, işçilərinin dəyişkən xarici mühitin şəraitinə, istehsal, əmək, mübadilə və həyat şəraitində uyğunlaşması. Məsələn, mərkəzləşdirilmiş iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövründə müəssisələr və onların işçiləri bazar mühitinə və bazar münasibətlərinə adaptasiya etməlidirlər.
Sosial adaptasiya
Sosializasiya - insan ehtiyatlarının inkişafı mühüm məsələrdən biridir. İnsan ehtiyatlarının inkişaf səviyyəsi cəmiyyətin sosial-iqtisadi inkişafının əsas faktorlarından biridir. İnsanın əmək potensialından daha səmərəli istifadə olunması ilə yanaşı keyffiyyətli işçi qüvvəsinin yaradılması məqsədilə, işaxtaranların və eləcədə işçilərin peşə hazırlığı və yenidən hazırlığı və ixtisaslarının artırılması yüksək səviyyədə təşkil olunmalıdır. İnsan ehtiyatlarının inkişafı və səmərəli istifadə olunması üçün sosial-peşə adaptasiya sisteminin yaradılması və inkişafı zəruridir. İnsanların sosial adaptasiyası-onların cəmiyyətdə yeni iqtisadi şəraitə uyğunlaşması prosesidir. Sosial adaptasiyanın əsasını insanın mövcud sosial mühitlə qarşılıqlı əlaqəsi, eləcə də onun şəxsiyyətinin keyfiyyətcə dəyişdirilməsi təşkil edir. Sosial adaptasiya prosesini insanların dəyişən sosial mühitə qısa bir zamanda alışması, uyğunlaşması kimi də başa düşmək olar. Bu prosesin müsbət nəticəsi birinci növbədə insanların psixoloji keyfiyyətlərindən, şətinlikləri üstələyə bilməsi qabiliyyətindən asılıdır. Sosial adaptasiya problemlərinin həlli dövlətin sosial siyasətində əsas istiqamətlərdən biri olmalı, sosial-iqtisadi çətinliklərlə üzləşən insanların sosial müdafiəsinin təşkil edilməsi üçün dövlət tərəfindən xüsusi tədbirlər hazırlanıb həyatakeçirilməlidir. İşsiz və işaxtaranların cəmiyyətə adaptasiya olunması onların, xüsusilə gənclərin düzgün peşə və ixtisas seçimindən, insanların peşə və ixtisaslara meyllərin formalaşmasından, istiqamətləndirilməsindən asılıdır.
Adaptasiya (film, 2002)
Adaptasiya filmi rejissor Spayk Cons tərəfindən 2002-ci ildə ekranlaşdırılmışdır. Əsas rolları Nikolas Keyc, Meril Strip və Kris Kuper ifa edirlər. == Məzmun == Syuzan Orlean adlı jurnalistin "Orxideya oğrusu" adlı kitabını film üçün ssenari formasına adaptasiya etməyə qalxışan ssenarist Çarli Kaufman mənəvi və yaradıcıllıq böhranına düçar olur. Onu əhatələyən qəribə hisslər işləməyə imkan vermir. Daha sonra Çarli qərara gəlir ki, ssenariyə onunla reallıqda baş verən hadisələri də əlavə etməlidir. Reallıqla uydurma bir-biri ilə çox qəribə və özünəməxsus tərzdə qarışmağa başlayır.
İ.İlf və Y.Petrovun əsərlərininin film adaptasiyalarının siyahısı
== " On iki stul " (1928) == 1933 - On iki stul (Çexoslovakiya-Polşa). Avropa realisinə uyğunlaşdırılıb; 1936 - Zəhmət olmasa oturun! (İngiltərə); 1938 - 13 stul (Almaniya). Ssenari alman realisinə uyğunlaşdırılıb; 1939 - Vərəsəlik arxasınca qaçışda (İtaliya); 1945 - İş kisələrdədir (ABŞ); 1945 - On üç stul (İsveç); 1954 - Yeddi qara büstqalter (İsveç). Axtarış obyekti büstqalterlərdən birinə tikilmiş brilyantdır; 1957 - On üç stul (Braziliya); 1957 - Xoşbəxtlik küçədə yerləşir (Almaniya); 1962 - On iki stul (Kuba). Süjet Kuba məkanına köçürülüb; 1966 - 12 stul, televiziya tamaşası. Bender rolunda - İqor Qorbaçov, rej. Aleksandr Belinski; 1969 - On üç nəfərdən biri (İtaliya-Fransa); 1970 - On iki stul (The Twelve Chairs) (ABŞ). Bender rolunda Frank Langella, rej. Mel Brooks; 1971 - On iki stul.
Anastasiya Bliznyuk
Anastasiya İlyiniçna Bliznyuk (d. 28 iyun 1994, Zaporojya, Ukrayna) — Rusiyanı təmsil edən bədii gimnast. Anastasiya Bliznyuk, Rusiyanı 2012 London və Rio-de-Janeyro Olimpiadalarında təmsil edib və 2 dəfə qızıl medal qazanıb. Anastasiya Bliznyuk həmdə, bir dəfə Dünya, üç dəfə isə Avropa çempionu olub. == Karyerası == Anastasiya Bliznyuk, 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ulyana Donskova, Alina Makarenko, Kseniya Dudkina, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı. Anastasiya Bliznyuk, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Vera Biryukova, Anastasiya Maksimova, Anastasiya Tatareva və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və 2-ci dəfə Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Anastasiya Boroda
Anastasiya Boroda (2 yanvar 1976, Cambul vilayəti) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Anastasiya Boroda, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Anastasiya Borodina
Anastasiya Borodina (d. 5 yanvar 1982) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Anastasiya Borodina Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Anastasiya Davidova
Anastasiya Davidova — Rusiyalı sinxron üzgüçü. Anastasiya Davidova 2004, 2008 və 2012-ci illərdə 5 dəfə Olimpiya Oyunlarının qızıl medalını qazanmışdır. Anastasiya Davidova həmçinin 13 qat Dünya və 7 qat Avropa Çempionatının qızıl medalçısıdır. Anastasiya Davidova 2005-ci ildə "Dostluq" ordeninə, 2009-cu ildə "Şərəf" ordeninə, 2012-ci ildə isə "Vətənə xidmətə görə" 4-cü dərəcəli ordenə layiq görülmüşdür. == Həyatı == Anastasiya Davidova 2 fevral 1983-cü ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Anastasiya Davidova 2000-ci ildən idman ilə məşğul olur. == Karyerası == Anastasiya Davidova birinci uğurunu 2000-ci ildə qazandı. O Finlandiyanın Helsinki şəhərində Avropa Çempionatında qızıl medal qazandı. 1 ildən sonra isə o 2001-ci ildə Dünya Çempionatında qızıl və gümüş medal qazandı. Elə həmin ildə Berlində karyerasında 3-cü dəfə Avropa Çempionu adını qazandı.
Anastasiya Həsənova
Anastasiya Həsənova (15 may 1999, Saratov) — Azərbaycan əsilli Rusiya tennisçisi. == Həyatı == 1999-cu il mayın 15-də Saratov şəhərində doğulub. Ata tərəfindən azərbaycanlıdır.Tennis ilə altı yaşından məşğul olur. === İdman karyerası === 2020-ci ilin sentyabr ayında Rusiya çempionu olmuşdur.
Anastasiya Maksimova
Anastasiya İvanovna Maksimova (d. 27 iyun 1991, Petrozavodsk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Anastasiya Maksimova, 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Anastasiya Maksimova, 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Vera Biryukova, Anastasiya Bliznyuk, Anastasiya Tatareva və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Anastasiya Metelska
Anastasiya Metelska (d. 9 mart 1992) — Ukrayna əsilli Azərbaycanı təmsil edən həndbolçu. Anastasiya Metelska, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Anastasiya Metelska, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.
Anastasiya Nazarenko
Anastasiya Konstantinovna Nazarenko (d. 17 yanvar 1993; Kalininqrad, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Anastasiya Nazarenko, Rusiyanı 2012 London Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Anastasiya Nazarenko 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Ulyana Donskova, Kseniya Dudkina, Alina Makarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Anastasiya Nikolayevna
Anastasiya Nikolayevna Romanova (rus. Анастасия Николаевна; 18 iyun 1901, Peterhof, Sankt-Peterburq quberniyası[d] – 17 iyul 1918[…]) — Rusiya imperiyasının sonuncu çarı II Nikolayın və onun həyat yoldaşı Aleksandra Fyodorovnanın qızı.
Anastasiya Prasolova
Anastasiya Prasolova (19 oktyabr 1989) — Azərbaycanı təmsil edən bədii gimnast və məşqçi. == Karyerası == Anastasiya Prasolova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1303 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında məşqçi olaraq qazandığı uğurlara və Azərbaycan idmanında xidmətlərinə görə Anastasiya Prasolova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edildi.
Anastasiya Prikhodko
Anastasia Prixodko (ukr. Анастасія Костянтинівна Приходько, Anastasiya Kostyantynivna Prykhodko; rus. Анастаси́я Константи́новна Прихо́дько, Anastasiya Konstantínovna Prikhodko; 21 aprel 1987, Kiyev, SSRİ) — Ukraynalı müğənni. == Həyatı == Anastasiya Prixodko 21 aprel 1987-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "Mamo" mahnısı ilə təmsil etmişdir. Finalda 91 xalla 11-ci olmuşdur. == Həmçinin bax == Mamo == İstinadlar == == Xarici keçidlər == Anastasiya Prikhodko.
Anastasiya Prixodko
Anastasia Prixodko (ukr. Анастасія Костянтинівна Приходько, Anastasiya Kostyantynivna Prykhodko; rus. Анастаси́я Константи́новна Прихо́дько, Anastasiya Konstantínovna Prikhodko; 21 aprel 1987, Kiyev, SSRİ) — Ukraynalı müğənni. == Həyatı == Anastasiya Prixodko 21 aprel 1987-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "Mamo" mahnısı ilə təmsil etmişdir. Finalda 91 xalla 11-ci olmuşdur. == Həmçinin bax == Mamo == İstinadlar == == Xarici keçidlər == Anastasiya Prikhodko.
Anastasiya Serdyukova
Anastasiya Serdyukova (d. 29 may 1997, Daşkənd, Özbəkistan) — Özbəkistanı təmsil edən bədii gimnast. Anastasiya Serdyukova 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Serdyukova həmdə Asiya Oyunlarının qızıl və bürünc medalını qazanıb. == Karyerası == Anastasiya Serdyukova 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.490 xal topladı və 17-ci yeri tutaraq mübarizəni dayandırdı.
Anastasiya Simanoviç
Anastasiya Simanoviç (d. 23 yanvar 1995) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Anastasiya Simanoviç, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Anastasiya Tatareva
Anastasiya Alekseyevna Tatareva (d. 19 iyul 1997, Yekaterinburq, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Anastasiya Tatareva, 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Anastasiya Tatareva, 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Vera Biryukova, Anastasiya Bliznyuk, Anastasiya Maksimova və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Anastasiya Todorova
Anastasiya İqorevna Todorova (ukr. Анастасі́я Ігорівна Тодорова; 10 dekabr 1994 və ya 10 dekabr 1993, Belqorod-Dnestrovski, Odessa vilayəti) — Ukrayna idmançısı, kayakçı, Ukraynanın beynəlxalq idman ustası. Odessada yaşayır. 2015-ci ildə Odessa Humanitar Universitetinin Hüquq fakültəsində oxuyurdu. Anastasiyanın digər idman hobbiləri arasında basketbol, voleybol yer alırlar, qışda isə buzüstü xokkeydir. 2015-ci ilin iyununda, ilk Avropa Oyunlarında Maria Povx ilə birlikdə kayak-cütlük növündə bürünc medalı qazandı (37,719). Elə həmin il Çexiyada keçirilən Avropa çempionatında gümüş medal qazandı. Ukrayna milli komandası ilə birlikdə 500 metrlik kayak-dördlük növündə iştirak etmək üçün 2016 Olimpiadasına getdi, dördüncü yeri tutdu.
Anastasiya Tyurina
Anastasiya Tyurina (27 sentyabr 2001, Düşənbə) — Tacikistanlı üzgüçü. Anastasiya Tyurina Tacikistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Anastasiya Tyurina birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 31.15 saniyəlik nəticəsi ilə 73-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Anastasiya Voznyak
Anastasiya Voznyak (d. 9 dekabr 1998) — Ukraynanı təmsil edən bədii gimnast. Anastasiya Voznyak 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Voznyak həmdə I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal qazanıb. == Karyerası == Anastasiya Voznyak 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Yevgeniya Qomon, Oleksandra Qridasova və Valeriya Qudim ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
Anastasiya Xmelnitska
Anastasiya Xmelnitska (d. 31 dekabr 1997; Praqa, Çexiya) — Almaniyanı təmsil edən bədii gimnast. Anastasiya Xmelnitska, 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Anastasiya Xmelnitska 2016-cı ildə Almaniya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Natalie Hermann, Daniela Potapova, Yuliya Staviçkaya və Sina Tkaltşeviş ilə birgə təsnifat mərhələsində 32.400 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Anastasiya Zubkova
Anastasiya Zubkova (d. 3 fevral 1980) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Anastasiya Zubkova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.