AD

\[ing. Name; ər. إعى \] – əski türkcədən gəlmədir, hal-hazırda çox işlənən və müxtəlif mənalara gələn sözlərdən biridir. Dili-mizdə adlar əşyalara məxsus ən böyük xarakterik xüsusiyyət olub, bilavasitə onun mahiyyətini tərif edir. Adlar vasitəsilə biz canlı və cansız təbiətdə və kainatda olan hər var olanı tanıyır, bilirik. Adlar və sifətlər bütün var olanların ən mühüm xüsusyyətlərini təşkil edir. Doğulduğu zaman adama verilən şəxsi isim. Ad və soyad. Ad qoymaq. Adın nədir? Adını söyləmək və s. ADAPTASİYA – \[ing. Adaption; tr. adaptasyon\] insanların yeni etnik mühitə uyğunlaşmasına deyilir. Ümumi mənada fəlsəfədə uyğunlaşma, həmahəng olmağa deyilir. Adaptasiya və ya akkomodasiya ən çox biologiyada işlədilir, misal üçün növlərin adaptasiyası. ADƏT \[ing. Habit; ər. آدج \]– müəyyən etnik birlik daxilində qəbul edilmiş davranış qaydalarıdır. Adətlər və ənənələr hər hansı bir xalqa, topluma, hətta kiçik topluma da aid ola bilər. Adətlər bu sosial birliklərin yüz, hətta min illərdən süzülüb gələn köklərə malikdir.
AÇIQLAMA
ADDİTİV

Значение слова в других словарях