Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesi, aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.
Aldatmaq
Aldatma və ya sədaqətsizlik — evli ya da romantik və cinsi bir əlaqə içərisindəki tərəflərdən birinin yoldaşının xəbəri və ya razılığı olmadan bir başqa adam ilə əlaqəyə girməsi. Aldatma yalnız romantik səviyyədə, yalnız cinsi əlaqə səviyyəsində və ya həm romantik həm cinsi əlaqə şəklində ola bilər. Aldatmanın tərifi mədəniyyətdən mədəniyyətə və ya cütlər arasındakı razılaşmalara görə fərqlilik göstərə bilər. Romantik aldatma; adamın romantizm, zaman və maraqları kimi romantik qaynaqlarını əlaqə xaricindəki bir kimsəyə yönəltməsidir. Yeni əlaqənin ölçüsü üz-üzə görüşmə ilə internet, məktub və ya telefon vasitəsilə uzaqdan görüşmə arasında dəyişə bilər. İslam mədəniyyətində evli olmayan iki adamın cinsi əlaqəyə girməsi zina olaraq adlandırılar. Ancaq zinanın reallaşması üçün tərəflərdən birinin yoldaşını aldadır olması lazım deyil. İslamda zina haramdır.
Aldama
Aldama (lat. Aldama) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Agiabampoa Rose ex O.Hoffm. Alvordia Brandegee Dichotoma Sch.Bip. ex Benth. & Hook.f.
Adata
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Addala-Şuxqelmer
Addala-Şuxqelmer — Böyük Qafqazın şərq hissəsində, Boqos silsiləsi sistemində, Dağıstanda dağ zirvəsi. Dağıstanın üçüncü ən yüksək dağ zirvəsidir, hündürlüyü dəniz səviyyəsindən 4151 metr hündürlüyə çatır. Yerlilər dağa Kabbala dağı deyirlər. == Təsviri == Dağın forması zirvəyə doğru uzanan silsilələri xatırladır, buna görə də, Adalla-Şuxqelmer ulduz kimi görünür. Dağın cənub-qərbində Boçek dağı (4116 m) massivi var, qərbdən Addalaya qədər buzla örtülmüş, Belyakov (Belenqi-mer, 4053 m), Baydukov (Kosaraku-mer dağı, 4097 m), Çkalov (Anchobala-anda, 4150 m) zirvələrinin olduğu bir silsilə yüksəlir. Yarım kilometr şərqdə Tunsada (4013 m) və İjinamer (4025 m) zirvələri yüksəlir. Çoxlu dırmanma marşrutları Adallaya aparır. Avar və Andi Göysu çaylarının çoxsaylı qolları Addala buzlaqlarından başlayır, dağ bu çayların hövzələrini ayırır. Addala yaxınlığında Dağıstanın Tsumada rayonunun kəndləri: Honox, Xvarşi, Tindi vardır. == Tarixi == Dağa ilk dəfə 1892-ci ildə Belenqi dərəsindən Alman alpinist Qotfrid Mertsbaxer olmuşdur.
Ceyn Addams
Ceyn Addams (6 sentyabr, 1860 Cedarville, İllinoys, ABŞ- 21 may, 1935 Çikaqo, İllinoys, ABŞ) — Rəngli İnsanların İnkişafı Milli Assosiasiyasının, Amerika Vətəndaş Azadlıqları Birliyinin qurucu üzvü, Nobel Sülh Mükafatını alan ilk Amerikalı qadın. == Həyatı == Ceyn Addams 1860-cı ildə ABŞ-nin İllinoys ştatının Cedarville şəhərində bölgənin zəngin ailələrindən biri olan Adamsların ailəsində dünyaya gəlib. 1935-ci il mayın 21-də əziyyət çəkdiyi xəstəlikdən vəfat etdi və ABŞ-nin Sedervilldəki qəbiristanlığında dəfn edildi. == Təhsili == Ceyn Addams 1877-ci ildə Rokford qızlar üçün missioner məktəbinə daxil olur və 1881-ci ildə məktəbi əla qiymətlərlə bitirir. Bir il sonra isə bakalavr dərəcəsi alır. == İctimai-siyasi və sosial fəaliyyət == 1910-cu ildə Addams Milli Sosial İş Konfransının ilk qadın prezidenti olub; 1911-ci ildən 1914-cü ilədək Qadınların Seçki Hüququ Uğrunda Amerika Assosiasiyasının vitse-prezidenti olub; 1915-ci ildə Dünya Qadınlar Partiyasının sədri olub; 1919-cu ildə sülh və azadlıq uğrunda təsis edilmiş Beynəlxalq Qadın Liqasının ilk prezidenti olub; 1931-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb; "Settlement House Movement"-in təsisçisi olub Amerika sosial reformizminin ilk xadimlərindən biri olub. == "Hull House"nin yaradıcısı == 1883-cü ildə Ceyn Addams dostu Elen Qeyts Starrla birgə Avropaya gedir. İngiltərədə olan zaman sosial sahədəki problemlər onun diqqətini daha çox çəkir. Beləliklə, o, müşahidə etdiyi hadisələri qələmə almağa başlayır. Ceyn Adams rəfiqəsi Ellen Qeyts Starrla Londonun East-End məhəlləsində Oksford universitetinin bir qrup tələbələrinin xidmət göstərdiyi "Toynbi-holl" sığınacağına baş çəkirlər.
Obri Addams
Obri Addams (25 may 1987, Vestfild[d], Nyu Cersi) — amerikalı pornoaktrisa.
Addams ailəsi
Addams ailəsi (ing. The Addams Family) — amerikalı karikaturaçı Çarlz Addams tərəfindən yaradılmış uydurma ailə. Çarlzın çəkdiyi rəsmlər 1938-ci ildən 1988-ci ilə qədər "The New Yorker" jurnalda çap olunub. Addams ailəsi haqqında teleseriallar, filmlər, videooyunlar, komikslər və bir çox şey istehsal olunmuşdur. Addams ailəsi başqalarının onları qəribə və ya qorxulu hesab edə biləcəyindən tamamilə xəbərsiz olan, qaranlıq və qorxulu şeylərdə sevinc tapan özünəməxsus imkanlı ailədir. Bu ailənin personajlarına 1964-cü ildə serial çəkilənə qədər ad verilməmişdir. Addams ailəsi Qomez və Morticia Addams, onların uşaqları Venzdey və Paqsli, həmçinin onların yaxın qohumları Fester əmi və Nənədən ibarətdir. Həmçinin onların Lurch adlı sadiq nökərləri də vardır.
Venzdey Addams
Venzdey Addams (ing. Wednesday Addams) — Çarlz Addams tərəfindən yaradımış Addams ailəsi multimedia franşizasına daxil olan uydurma personaj. Venzdey qaranlıq və qorxulu şeylərə valeh olan gənc qızdır. O, solğun dərisi və qara hörüklü saçları ilə tanınır. Venzdey müxtəlif film və teleseriallarda fərqli aktrisalar tərəfindən ifa olunub. Lisa Lorinq onu "The Addams Family" (1964–1966) serialında və "Halloween with the New Addams Family" (1977) televiziya filmində canlandırıb. Christina Ricci Venzdeyi "Addams ailəsi" (1991) və "Addams Family Values" ​​(1993) bədii filmlərində canlandırıb. Başqa bir aktrisa Nikol Fugere onu "Addams Family Reunion" (1998) filmində və "The New Addams Family" (1998-1999) serialında oynayıb. Son olaraq Venzdey aktrisa Cenna Orteqa tərəfindən 2022-ci ildə çəkilmiş Netflix serialında ifa olunub.
Çarlz Addams
Çarlz Semuel Addams (ing. Charles Samuel Addams; 7 yanvar 1912[…], Vestfild[d], Nyu Cersi – 29 sentyabr 1988[…], Hells Kitçen[d], Nyu-York ştatı) — amerikalı karikaturaçı rəssam. O, yaratdığı qorxunc personajlarla tanınma qazanıb. Onun ən məşhur əsərlərindən biri Addams ailəsidir. Çarlz Addams Nyu-Cersi ştatının Vestfild şəhərində anadan olub. Onun valideynləri Qreys M. (qızlıq soyadı: Spear; 1879–1943) və Çarlz Huey Addams idi. Atası fortepiano şirkətində işləyirdi və memar olmaq istəyirdi. Uşaqlıq dostları onu dəcəl uşaq kimi xatırlayırdı. O, soyadlarının fərqli yazılışına baxmayaraq ABŞ prezidentləri Con Adams və Con Kuinsi Adamsla uzaq qohum idi. Həmçinin o, sosial islahatlarda gördüyü işlərlə məşhur olan Ceyn Addamsın əmisi oğlu idi.
Adama Berrou
Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965, Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti. Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı. Berrou 2016-cı il prezident seçkilərində 43,34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi.
Adama Diakabi
Adama Salimi Diakabi (fr. Adama Diakhaby; 5 iyul 1996, Ayaçço) — Türkiyənin "Bandırmaspor" klubunda vinqer kimi çıxış edən Seneqal əsilli fransalı futbolçu. Fransa gənclər milli komandasının üzvü olub. == Karyerası == Fransanın Ayaçço şəhərində doğulan Adama Diakabi "Kann" futbol klubunun yetirməsidir. 2013-cü ildə o, "Kann" klubunun ikinci komandasına dəvət edilir. 24 avqust 2013-cü ildə "Kale" klubu ilə oyunda "Kann" klubunun ikinci komandasında debüt edir. 8 noyabr 2015-ci ildə Diakabinin "Renn" klubu ilə bir illik müqavilə imzalayır və 2015–16 mövsümünün qalan hissəsini "Renn" klubunun ikinci heyətində keçirir. 2017-ci ilin yay transfer pəncərəsi ərzində "Monako" klubu "PSJ" klubuna gedən Kilian Mbappeni əvəzləmək üçun Diakabini 10 milyon avroya transfer edir.2017–18 mövsümundə "Monako"nun heyətində ümumilikdə 30 oyunda meydana çıxır və 3 qol vurur. 20 iyul 2018-ci ildə Diakabi, İngiltərə Premyer Liqası klubu "Haddersfild Taun"a taransfer olur və bir il də artırılma şərti ilə üç illik müqavilə imzalayır. 13 yanvar 2023-cü il tarixində "Qarabağ" klubu ilə 30 iyun 2025-ci il tarixinə kimi müqavilə imzalayır.
Addams ailəsi (film, 1991)
Addams ailəsi (ing. The Addams Family) — ABŞ film rejissoru Barri Zonnenfeld tərəfindən komediyalı qorxulu film janrında çəkilən ABŞ filmidir. == Məzmun == Addams ailəsi çox qəribə ailədir. Bu ailəyə Fester adında qəribə bir adam gəlir. Fester ailə başçısının 25 ildən çox itkin düşmüş qardaşının adıdır. Ailəyə daxil olan Fester isə başqa insandır. Onu bura digər ailə göndərmişdir ki, bu evdə yerləşən ailənin qəbir qızılını ələ keçirməyə kömək etsin. Getdikcə vəziyyət dəyişir. Yavaş-yavaş bu ailə Festerə doğmalaşır.