ADDAMAQ

f. Üstündən keçmək, üzərindən atılıb keçmək, aşıb keçmək, aşmaq. Çəpəri addamaq. Arxın o tayına addamaq.
[Şahvələd] o vaxt gəlib çatdı ki, gördü Qərib Kürü addayıb, kor-peşman geri qayıtdı Tiflisə. Aşıq Qərib”.
[Gəldiyev] fındıqlı deyilən balaca dərəni addayıb, meşəyə çıxmaq istədi. Mir Cəlal.

// Bir yerdən o biri yerə keçmək.
…Kərim bəy Nərimanı özü oxutmuş, hər sinif addadıqca, bir mükafat ilə həvəsləndirmiş(di)… Mir Cəlal.

// məc. Ötmək, keçmək, aşmaq.
– Şeyx Şəbanın yaşı altmışdan addamışdı. Ə.Haqverdiyev.

Синонимы

  • ADDAMAQ aşmaq — keçmək
  • ADDAMAQ ötmək — keçmək
ADDAMA
ADDIM

Значение слова в других словарях