Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aeroqatar
Aeroqatar (q.yun. ἀέριος – «hava» + ərəb. قطار‎ – «qatar») — güclü turbovintli mühərriki olan təkərsiz qatar. Sürəti 350–400 kilometr/saatdır. Aeroqatar monorels yolda hava yastığı üzərində hərəkət edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Aeroqatar ilə əlaqəli mediafayllar var.
Avtoqatar
Avtomobil qatarı — bir və ya bir neçə qoşqulu avtomobil. Avtomobil qatarı yük və sərnişin (qoşqulu avtobus) üçün olur. Adi avtomobillərə nisbətən avtomobil qatarında daşınan yükün miqdarı çox, istismar xərcləri, yükləmə-boşaltma zamanı dayanmalar, görülən iş vahidinə sərf edilən istismar materiallarının miqdarı az olur. Yük uzaq məsafəyə daşındıqda avtomobil qatarının iqtisadi səmərəsi daha da yüksəlir. Avtomobil qatarı vahid tormoz sistemi və elektrik avadanlığı şəbəkəsi ilə təchiz edilir. Çətin yol şəraitində aktiv oxlu avtomobil qatarından istifadə olunur. Belə qatarda bürücü moment mühərrikdən yalnız yedək maşının aparan oxuna deyil, həm də bir və ya bir neçə qoşqu oxuna ötürülür.
Aerostar
Aerostar (Pilotsuz Uçan Apararat)- Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən İsrail lisenziyası ilə istehsal olunan PUA-dır. == Tarixi == Aerostar — taktiki pilotsuz uçuş aparatı İsrailin "Aeronautics Defense Systems" şirkətinin lisenziyası ilə Azərbaycan MSN mütəxəssisləri tərəfindən Silahlı Qüvvələrimizin havadan kəşfiyyat, müşahidə, aşkaretmə və izləmə funksiyalarını daha təhlükəsiz və etibarlı şəkildə icra edə bilmələri məqsədilə istehsal edilir. Bu aparatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamera yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, radio-elektron basdırma vasitələrinə qarşı da dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Orta yüksəklikdə uzun müddət ərzində aparat geniş ərazidə real zamanda ələ keçirdiyi kəşfiyyat məlumatlarını peyk rabitə sisteminin kanalları ilə yerüstü idarəetmə stansiyasına (GCS) ötürür. Hərbi sahələrdən başqa digər sahələrdə digər sahələrdə istifadə edilə bilən "Aerostar"kompleksi 4 ədəd PUA-dan və yerüstü idarəetmə stansiyasından ibarətdir. Bu stansiyalar artilleriya atəşinin nizamlanmasında, hədəf göstərilməsində, sərhədlərə nəzarət olunmasında, dəniz akvatoriyasına nəzarət edilməsində, axtarış- xilasetmə tədbirlərində geniş istifadə olunur.
Aerostar (PUA)