Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Afərin Qulamzadə
Məhəmmədəli Fərdin
Məhəmmədəli Fərdin (fars. محمّدعلی فردین‎ Müḥəmməd-‘əlī Fərdīn; 7 aprel 1930, Tehran – 6 aprel 2000, Tehran) — iranlı aktyor. İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri idi. Məşhur aktyor Huşəng Azəroğlu ilə birlikdə "Gənc-i Qarun" filmində də rol alıb.
Maday (Yafətin oğlu)
Maday (ivr. ‏מָדַי‏‎ [maˈdaj], yun. Μηδος [mɛːˈdos]) — İvrit Müqəddəs Kitabının Yaradılış Kitabında Nuhun 16 nəvəsindən biridir. Bibliya alimləri ümumiyyətlə Madayı, daha sonralar qeyd olunan Madaylarla eyni biliblər. İosif Flavi və ondan sonrakı yazıçılar, Midiyalıları onun nəslindən hesab edirdilər, həm Assur, həm də İbrani mənbələrində də Maday kimi tanınırdılar. Daha müasir dövrdə bəzi alimlər Mitanni, Maday (Matiene) və Manna kimi müxtəlif əvvəlki xalqlarla da əlaqə yaratmağı təklif etdilər. Jubilees Kitabına görə (10: 35-36), Maday Şem adlı bir qızıla evləndi və Qara dənizin kənarında Yafətin mirasında yaşamaqdansa, Şem nəsilləri arasında yaşamağı üstün tutdu; Beləliklə, qardaşı Elam, Aşşur və Arfaksada yalvardı ki, sonunda, onun adını daşıyan ərazi - Midiyan aldı.
Xoda Afərin su anbarı
Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bənd. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərin] SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102 və ya 200 meqavata bərabərdir. Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur. Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır. Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur.
Aberdin
Aberdin — Böyük Britaniyada, Şotlandiyada şəhər. Aberdin Birləşmiş Krallığın nəhəng liman şəhəridir. Buradan neft buruqlarına xidmət göstərmək üçün xeyli gəmi yola çıxır. Şəhərin və qraflığın əhalisi birlikdə yarım milyondan artıqdır. Bilavasitə Aberdində 200 mindən artıq insan yaşayır. Aberdində iki universitetdən və çox sayda tədris və təhqiqat intstitutlarından ibarət güclü akademik baza var. Şotlandiyada əsas fəaliyyəti bütün sənaye sektorlarının inkişafına və onların əməkdaşlarının ixtisaslarının artırılmasına yönəlmiş bir sıra şirkətlər çalışır. == Tarixi == Şəhərin əsası Qədim Romanın müstəmləkəsi Devanın yerində qoyulub və iki çayın – Di və Donun məcraları arasında uzanır. Bu çaylar şəhəri iki hissəyə — Köhnə Aberdinə (şimal hissə) və Yeni Aberdinə (cənub hissə) ayırır. XII əsrdən başlayaraq XV əsrə qədər Aberdin Şotlandiya krallarının iqamətgahı olub.
Aberdin Universiteti
Aberdin Universiteti — Şotlandiyada Aberdin şəhərində yerləşən universitetdir. Universitetin təməli 1495-ci ildə qoyulub və St. Andrews və Qlazqo Universitetindən sonra Şotlandiyada üçüncü ən qədim universitetdir. Universitet dünyada ingilis dilli 5-ci ən qədim universitetdir. Hazırkı universitet 1860-cı ildə iki bazlı kollecin-King's College (təməli 1495-ci ildə qoyulub və Aberdin Universiteti kimi hesab olunur) və Marischal College (1593-cü ildə təməli qoyulub və hazırda Aberdin şəhər mərkəzinə aid edilir). Bu gün Aberdin Universiteti mərkəzləşdirilmiş tədqiqat universiteti kimi fəaliyyət göstərir və dünyanın ilk 150 universiteti arasında mövqe tutur. Hazırda Aberdin universiteti Aberdin şəhərində yerləşində yerləşən 2 universitetdən biridir(digəri Robert Gordon Universitetidir). Universitet Aberdin şəhərinin simbolu olan rəmzi binaları ilə şəhər həyatında mühüm yer tutur. Universitetin 2 əsas şəhərciyi var: əsas tədbirlər və dərslər əsasən Old Aberdin Kings College şəhərciyində (əsasən 20-əsrdə tikilmiş binalar və qədim orjinal binalar yerləşir) baş verir.
Aberdin Dağı
Aberdin Dağı (Mount Aberdeen) — Kanadanın Alberta vilayətində, Banff Milli Parkının ərazisində yerləşən dağ. == Tarixi == Dağın adı 1897-ci ildə Kanadanın 7-ci General Qubernatoru Lord Aberdinin şərəfinə adlandırılmışdır. Zirvəyə ilk yüksəliş 1894-cü ildə Samuel E.S. Allen, L.F. Frissel və Uolter D. Uilkoks tərəfindən olmuşdur. Dağın adı rəsmi olaraq 1952-ci ildə Kanadanın Coğrafi Adlar Şurası tərəfindən elan edilmişdir. == Coğrafiyası == Aberdin dağı Banff Milli Parkının Luiz gölünə yaxın yerləşən 3,152 metrlik (10,341 fut) dağ zirvəsidir. Dağın ən yaxın yüksək zirvəsi Cənub-Qərbdən 2,9 km (1,8 mil) məsafədə yerləşən Lefroy dağıdır. Haddo zirvəsi Aberdin dağı ilə eyni massivdə, Aberdin buzlaqı isə iki zirvə arasında yerləşir. == Geologiyası == Banff Parkındakı digər dağlar kimi, Aberdin dağı da Kembridən əvvəl Yura dövrünə qədər uzanan qayalıqlardan ibarətdir. == İqlimi == Dağ qışı soyuq, qarlı və yayı mülayim keçən Subarktik iqlim zonasında yerləşir. Temperaturu -20°-4° və küləyin soyuma dərəcələri -30°-22°-ə qədər enə bilər.
Zeynul Abedin
Zeynul Abedin (benq. জয়নুল আবেদিন) — Banqladeş rəssamı. Onun əsas əsərləri xalq həyatı mövzularına həsr olunub, onlardan ən məşhuru "1943 -cü ildə Benqaliyada aclıq" qrafik seriyasıdır. Zeynul Abedin 29 dekabr 1914-cü ildə Şərqi Benqaliyada yerləşən Maymansinqhdə anadan olmuşdur. Atası Təmizuddin Əhməd polis müfəttişi, anası isə evdar qadın idi. O, demək olar ki, bütün uşaqlığını Brahmaputra çayının yaxınlığında keçirmişdir. Daha sonra Brahmaputra çayı onun bir çox rəsmlərində əks olunmuş və həyatı boyu əsas ilham mənbəyinə çevrilmişdir. 1933-cü ildə Zeynul Abedin Kəlkətə Dövlət İncəsənət Məktəbinə daxil olmuşdur. Abeninin Brahmaputra çayına həsr etdiyi bir sıra akvarellər 1938 -ci ildə Bütün Hindistan Sərgisində Qubernator Qızıl medalını qazanmışdır. Beləliklə, Zeynul Abedinin özünəməxsus üslubu yaranmışdır.
Aberdin-Anqus qaramalı
Aberdin-Anqus qaramalı (ing. Aberdeen Angus) — tezyetişən ətlik qaramal cinsi. == Tarixi == Şotlandiyada yetişdirilmişdir. İngiltərə, Yeni Zelandiya, ABŞ, Kanada, Argentina və s. ölkələrdə əsas qaramal cinslərindəndir. 1932-ci ildə SSRİ-yə gətirilmişdir. Rusiyada əsas damazlıq təsərrüfatı Volqoqrad vilayətindədir. Azərbaycanda yerli cinsləri yaxşılaşdırmaq üçün istifadə olunur. == Xüsusiyyəti == Ayaqları qısa, rəngi qaradır. Buynuzsuzdur.
Corc Hamilton-Qordon Aberdin
Corc Hamilton-Qordon, 4-cü Aberdin qrafı (ing. George Hamilton-Gordon, 4th Earl of Aberdeen; 28 yanvar 1784[…], Edinburq – 14 dekabr 1860[…], London) — İngiltərə siyasətçisi. O, 1852–1855-ci illərdə 34-cü Böyük Britaniya Baş naziri olmuşdur. Hamilton-Qordon pilitlərin, 1850-ci ildən isə torilərin liderlərindən biri idi. O, 1828–1830-cu illərdə və 1841–1846-cı illərdə Böyük Britaniyanın Xarici İşlər naziri vəzifələrində çalışmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Balfour F., «Life of George, fourth earl of Aberdeen» v. 1-2. L., [1923] Gordon, «The Earl of Aberdeen» (L., 1893). «Correspondence between Dr.