Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Açadara
Açadara (gürc. აჩადარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 1280 m hündürlüktə, Suxumidən 6 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 269.
Aladağ
Aladağ — Adana ilinin ilçəsi. Şərqində Kozan ilçəsi, cənubunda İmamoğlu ve Qaraisalı ilçələri, qərbində Pozantı ilçəsi və şimalında Niğdə ilə Kayseri illəri vardır. Ərazisi 1.347 km² olub əhalisi 2008-ci il əhalinin siyahıyaalınma məlumatına görə 18.249 nəfərdir.İlçənin inzibati mərkəzi Aladağ qəsəbəsidir. Əvvələr Karsantı adı ilə Qaraisalı ilçəsinə bağlı bir bucaq olan ilçə, 1987-ci ildə ilçə olmuşdur. İlçənin şimal hissəsində Tavr Dağlarının Aladağlar adı ilə tanın qismi mövcuddur. İlçə də adını bu dağlardan almaqdadır. İlçə coğrafi baxımdan dağlıq bir ərazidə olduğundan kənd təsərrüfatında məhsuldarlıq aşağıdır. İlçə, 6360 saylı qanunla Böyükşəhər ilçə bələdiyyəsi statusuna malik olmuş, 31 məhəlləsi vardır.Turizm baxımın ən məşhur yerləri; Akören Kilisəsi, Meydan Qalası, Ağacakisə Abidə Ağac, Simit Şəlaləsi, Eğner, Kapuzbaşı Şəlaləsi, Mazılıq Örən Qalası, Posyağbasan Qalası, Sandıqlı su ve Acı sudur. == Etimologiyası == Aladağın keçmiş adı Karaköy olub 1973-cü ildə Karsantı olaraq dəyişdirilmişdir. Bura 1987-ci ildə ilçə mərkəzi olduqda bugünkü adı verilmişdir.
Apadana zalı
Apadana (Qədim Fars dili: 𐎠𐎱𐎭𐎠𐎴) İranın Persepolis şəhərindəki böyük bir hipostil salonudur. Böyük Daranın orijinal dizaynının bir hissəsi olaraq, eramızdan əvvəl VI əsrin birinci yarısında Persepolis şəhərinin ən qədim tikinti mərhələsinə aiddir. İnşaatı I Xerxes tərəfindən başa çatdırılmışdır. Modern elm "Apadana relyeflərinin məcazi təbiətini idealizə olunmuş sosial sifarişlər kimi nümayiş etdirir".. == Etimalogiyası == Apadana (fars dili. آپادانا qədim farsca. "apa-dāna-" "saray", parfca. "pdn" "saray", orta fars dili. "’’ywn" "saray", klassik fars dili ayvān (*apa-dā̊na- > *aβδān > *awyān > aywān) — qədim Fars şəhəri Persepolisdə 24 metr hündürlüyündə 72 sütunla möhkəmləndirilmiş dama malik, 1000 m² sahəsi olan böyük bir zal. Ehtimal edilir ki, Fars memarlığında olmuş bu cür quruluşlu binalar təntənəli kral qəbulları üçün istifadə olunurdu.
Ölümə qadağa
Ölümə qadağa — xüsusi ərazilərdə ölümə qoyulan hüquqi qadağa. Qadağa ölmüş insanın ailəsinə cərimə formasında tətbiq olunur. Tarixdə bu tip qadağaya e.ə. V əsrdə Yunanıstanda rast gəlinir. Müqəddəs Delos adasında dini inanclar zəminində ölümə qadağa qoyulmuşdu. Böyük Britaniyada ehtimal olunur ki, parlamentin Vestminster sarayında ölərək oranı murdarlamaq qəbul edilməzdi. Əgər bu baş verərsə kralın hesabına dəfn edilərək təmizlənmə həyata keçirilir. Müasir dövrdə bir çox yaşayış məntəqələri ölümə qadağa qanunu qəbul etmiş. Buna səbəb ərazidə qəbiristanlıq yerinin dolması olur və aidiyyatı qurumlardan bu yolla yeni ərazinin ayrılmasına nail olmaqdır. Belə qanun İspaniyanın Əndəlus vilayətinə aid olan Lanjaronvə Fransanın cənubunda yerləşən üç yaşayış məntəqəsində — Kyuno, Le-Lavandu və Sarpurans, eləcədə Norveçin Şpitsbergen adalarında yerləşən Lonqyirbyuen şəhərində güvvədədir.
Anazağa yaşayış yeri
Ana zağa düşərgəsi və ya Ana zağa mağarası — Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində təbii sığınacaq, mağara. Yarıaçıq mağaranı xatırladan bu boşluğun divarlarında və onlara bitişik dağlarda çoxsaylı qədim təsvirlər mövcdu olduğuna görə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən bu yerə "Ana zağa" adı verilmişdir. == Tədqiqi == Ana zağa düşərgəsi Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında əmələ gəlmiş iri ölçülü iki gözdən ibarət qayaaltı boşluqda aşkar edilmişdir.Arxeoloji qazıntılar nəticəsində Ana zağanın çöküntülərində litoloji cəhətdən fərqlənən üç əsas mədəni təbəqə aşkar edilmişdir. Onlardan qazıntı sahəsinin orta hissəsində aşkar edilmiş alt (Mezolit) və orta (Neolit) mədəni təbəqələr Neolitin sonundan ilk orta əsrlərə qədərki dövrlərə aid olan üstdəki qarışıq təbəqədən 10 sm qalınlığındakı həyat izi olmayan təbəqə ilə ayrılırdı. Mezolit dövrü materialları saxlanmış alt təbəqənin qalınlığı 1 metr, bəzən 1,2 metrə qədər idi. Bu təbəqə rəngi boza çalan, sementləşmiş, içərisində qaya - əhəngdaşı qırıqlarına rast gəlinən gillicədən iabrət idi. Mezolitin sonu ilə ilk Neolit dövrünə aid orta təbəqə ilə alt, Mezolit dövrü təbəqəsi arasında lal təbəqə yoxdur.Orta təbəqə alt təbəqəyə nisbətən yumşaq, qəhvəyi rəngə çalan 0,2-0,6 metr qalınlığındakı torpaq qatından ibarətdir.Ana zağ düşərgəsində Daş dövrünə aid mədəni təbəqələr (alt və orta) düşərgənin əsasən orta hissəsində, onun şimal divarını təşkil edən 30 nömrəli qayanın cənub dibində, 1965 və 1966-cı illərdə qazılmış sahədə aşkar edilmişdir. Düşərgəni əhatə etmiş qayaların təxminən e.ə. VII-VI minilliklərdə baş vermiş yerdəyişməsi nəticəsində yaranmış təhlükəli vəziyyət qazıntı sahələrinin hər yerində alt (Mezolit) mədəni təbəqəyə çatmağa imkan verməmişdir.Qazıntı sahəsindəki alt təbəqə üst Paleolitdən Mezolitə keçid və Mezolitin ilk mərhələsinə, orta təbəqə isə əsasən Mezolit və Mezolitdən Neolit keçid mərhələsinə aiddir. Burada alt və orta təbəqələr arasında lal qatın olmaması onların yaranma dövrü arasında uzun bir fasilənin olmaması ilə bağlıdır.
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi (ing. : Comprehensive Nuclear-Test-Ban Treaty – CTBT), bütün nüvə sınaqlarını, istər hərbi, istərsə də, mülki məqsədlər üçün olsun hər bir halda qadağan edən çoxtərəfli müqavilədir. Müqavilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 10 sentyabr 1996-cı ildə qəbul edilmişdir, ancaq səkkiz dövlət müqaviləni təsdiqləmədiyi üçün qanuni qüvvəyə minməmişdir.