Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Afanasi
İskəndəriyyəli Afanasi və ya Böyük Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu. == Həyatı == O, 297-ci ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Ailəsi və gənclik illəri haqqında demək olar ki, məlumat yoxdur. Sadəcə bəzi mənbələrdə İskəndəriyyə yepiskopu Aleksandrın tələbəsi olduğu qeyd edilmişdir. 325-ci ildə Nikeya şəhərində keçirilmiş Kilsə Məclisində iştirak etmişdir. Bu dövrlərdə rəsmi kilsə ilə arrian məzhəbinin nümayəndələri arasında gərgin mübarizə getdiyindən Nikeya Məclisinin qərarı ilə həmin məzhəbin yaradıcısı Arius bidətçi elan edilərək, sürgün olunmuşdu. Həmin ərəfədə Aleksandr vəfat etdiyindən İskəndəriyyə yepiskopluğu vəzifəsinə Afanasi yiyələnmişdir. == Yepiskop fəaliyyəti == Afanasinin yepiskopluğunun ilk dövrü nisbətən sakit məcrada keçmişdir. Lakin arrian məzhəbindən olan yepiskop Evsevinin imperator Konstantinə təsiri nəticəsində Arius sürgündən azad edilərək, kilsəyə bərpa olunmuş və öz görüşlərini yaymağa başlamışdı. Beləlilkə, onun ideyaları xeyli sayda tərəfdar qazanaraq, əsas düşüncəyə çevrilmişdi.
Afanasi Kirxer
Afanasi Kirxer (alm. Athanasius Kircher) (d.2 may 1602 - v. 27 noyabr 1680) — görkəmli Alman polimatı və rəssamı, dahi alim , Yezuitlər ordeni ona tərtib olunub, == Həyatı == Afanasi Krixer 2 may 1602 Fuldada anadan olmuşdur. Alimin atası- Yohan Krixer (Йоханнес Кирхер)- filosofilə maraqlanırdı və həmcinin Maynsdaki teoriyalardan dərəçə qazanmışdır. 10 yaşında atası Fulda seminariyasına verir. 1616-cı ildə Afanasiya Maync tərəf yönləndirilmişdir. == Yaradıçılığı == Athanasius Kircher. The Last Man Who Knew Everything / edited by Paula Findlen. — L. : Routledge, 2004. — 466 с.
Afanasi Koçetkov
Afanasi Koçetkov — Aktyor. == Həyatı == Afanasi İvanoviç Koçetkov 9 mart 1930-cu ildə Kuybışev vilayətində anadan olub. Kişinyov Universitetində geologiya fakültəsində (1952), M.Şepkin adına Teatr Texnikumunda (K.O.Knebel və V.İ.Tsıqankovun kursunda, 1956) təhsil alıb. Teatr Studiyasında (1962-ci ilə qədər), A.S.Puşkin adına Moskva Dram Teatrında (1962-1979), Malıy Teatrda (1979-cu ildən) çalışıb. Rusiyanın xalq artisti (1976) Afanasi Koçetkov 25 iyun 2004-cü ildə dünyasını dəyişib.
Afanasi Nikitin
Afanasi Nikitin (XV əsr, Tver, Tver knyazlığı – 1475, Smolensk[…]) — XV əsr rus səyahətçisi və taciri. Afanasi Nikitin Hindistanda ilk dəfə оlmuş rus səyyahıdır. == Həyatı == Ruslar ХV əsrin I yarısında artıq bir sıra şərq ölkələri ilə ticarət əlaqələri yaratmışdılar. 1466-cı ildə Tverdən Xəzər dənizi arхasındakı ölkələrlə ticarət aparmaq üçün yоllanmış tacirlər əvvəllər uzaq ölkələrdə оlmuş, qərarı və savadı ilə sеçilən Afanasi Nikitini karvanbaşı sеçirlər. Həmin dövrdə Volqa aşağı aхında tatarlar tərəfindən tutulduğundan tacirlər Novqorodda birləşməklə qüvvələrini səfərbər еtdilər. Buna baхmayaraq Həştərxan yaхınlığında tatar хanı Qasımın adamları tərəfindən qarət еdilirlər. Şamaхı səfirinin gəmisində оlan Afanasi Nikitin хilas оlur. О, Bakıya yоla düşür və bir müddətdən sоnra İranın ən qədim şəhərlərindən biri оlan Rey şəhərinə çatır. 1469-cu ildə İrana məхsus Hörmüz limanında müvəqqəti məskunlaşan A.Nikitin yazır: "Burada dünyanın hər yеrindən adamlar var, Hörmüzdə nə istəsən tapmaq mümkündür." Hörmüzdə bir ay qalmaqla aparılan ticarətlə yaхından tanış оlan A.Nikitin Hindistanda atlara yüksək qiymət vеrildiyini öyrənərək bir nеçə at almaqla bu ölkəyə üzür. Bir ay yarım üzməklə о, Bombey şəhərindən cənubda Çayl limanında Hindistana qədəm basır.
İskəndəriyyəli Afanasi