Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alagir
Alagir (oset. Алагир deyilişi) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır. Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. == Etimologiyası == Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. == Tarixi == 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan kəndi quruldu. 1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi.19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi. Tolmaçova görə bu dövrdə burada 1975 nəfər yerli sakin, 736 nəfər imeretiyalı, 949 nəfər osetiyalı yaşayırdı.
Ağagir
Ağagir (fars. آقاگیر‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 212 nəfər yaşayır (75 ailə).
Arapgir kafedralı
Arapgir kafedralı — Türkiyənin Malatya vilayətinin Arapgir ilçəsində yerləşən və 1249-cu ildə tikilən tarixi erməni kilsəsi. == Tarixi == Tanrının müqəddəs anası adlandırılan kilsə 1249-cu ildə tikilmişdir. Şərqi Avropanın ən böyük kilsələrindən biri olmuşdur. 3000 nəfərlik tutuma malik idi. 1915-ci ildə erməni-türk qarşıdurması zamanı kilsə böyük zərər görmüşdür. Daha sonra təmir edilərək məktəb kimi istifadəyə verilmişdir. 1957-ci ildə Arapgir bələdiyyəsi kilsəni yıxmaq qərarına gəlmiş, 18 sentyabr 1957-ci ildə kilsə dinamitlə yıxılmışdır. Kilsənin yerləşdiyi ərazi Hüseyn adlı kəndliyə 28.005 lirə qarşılığında satılmışdır. Bugün kilsənin qalıqları ərazidə hələ də qalmaqdadır.
Alagir rayonu
Alagirski rayonu (oset. Алагиры район) — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Alagir şəhəridir. == Coğrafiya == Alagirski rayonu, Qafqaz dağlarının şimal yamaclarında bölünərək Meşə (şimalda) silsilələrinə qədər, Ardon çayının hər iki tərəfində və uzaq şimalda Osetiya yamacının bir hissəsində uzanır. Rayonun çox hissəsi respublikanın dağ zonasında yerləşir . Rayon ərazi baxımından respublikanın ən böyük bələdiyyəsidir. Alagirski rayonunun ərazisi 2013.49 km² təşkil edir. Rayon respublikanın bütün ərazisinin dörddə bir hissəsindən çoxdur. == Əhali == === Urbanizasiya === Şəhər şəraitində (Alagir şəhəri) bölgə əhalisinin 54,68% -i yaşayır. === Etnik tərkib === 2010-cu il Ümumrusiya Əhali siyahıyaalmasına görə əhalinin 92,1 %-ni osetinlər, 4,9 %-ni ruslar, 3%-ni digərləri təşkil edir.
Suhrab Faqir
Suhrab Faqir (Sind dilində: سُهراب فقير صوفي‎) ( d.1934 – ö. 23 oktyabr, 2009) — Pakistanın Sind əyalətindən olan sufi musiqiçi. == Haqqında == Suhrab Faqirin tam adı Sohrab Fakir Manganhar idi. Suhrab Faqir 1936-cı ildə Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində dünyaya göz açmışdırb. Suhrab Faqirin atası Hammal Faqir tabla və sarangi üzrə böyük istedada sahib musiqiçi idi. Suhrab Faqir Sinddə sufi musiqisinin kralı hesab edilirdi və Pakistanın ən böyük mistik musiqiçilərindən biri idi. Suhrab Faqir musiqiçi ailəsində dünyaya gəlib. Bu da onun yetişməsində müstəsna rol oynayıb. Suhrab Faqirin ailəsi Birtaniya Hindistanında Racastanın Caisalmer ştatından köçüb gəlmişdi. 23 oktyabr 2009-cu il tarixində Suhrab Faqir doğulduğu Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində də vəfat edib.
Afaqın məhəbbəti (film)
Afaqın məhəbbəti qısametrajlı televiziya tamaşası rejissor Ağakişi Kazımov tərəfindən ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Televiziya tamaşasında əsas rolları Məhluqə Sadıqova, Mirvari Novruzova, Muxtar Avşarov, İlham Əsgərovvə Səidə Quliyeva ifa edirlər. == Məzmun == Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Tamaşa Afaqın İlyasın evinə gətirilməsi ilə başlayır. İlk gündən İlyas (İlham Əsgərov) Afaqa kəniz gözüylə baxmadığını qeyd edir. O, Afaqın mərdliyinə, gözəlliyinə valeh olur. Afaq İlyasa gün keçdikcə daha da bağlanır və eşqini ilk dəfə İlyasın anasına (Məhluqə Sadıqova) etiraf edir. İlyas Afaqın taleyilə maraqlanır və Afaq ona başına gələnləri nəql edir.