DƏRUNİ

sif. [ fars. ] Ürəyə, qəlbə, daxilə, daxili aləmə mənsub olan, aid olan, məxsus olan.
…Ruhiyyat alimləri də başqasının ruhunu və başqasının dəruni xüsusiyyətlərini ancaq öz ruhi və dəruni xüsusiyyətləri ilə ölçmüşlər. M.S.Ordubadi.
[Nizami] Afaqın səsində təqib edilməkdə olan doğma ana dilinin o qəribə və dəruni musiqisini eşidib həyəcanlanır, bu dildə yaratmaq, bu dildə ötmək, bu dildə ağlamaq həsrəti qəlbini yandırıb-yaxırdı. Ə.Məmmədxanlı.

// Ürəkdən gələn, içdən gələn, səmimi.
Mədəndə işə girdikləri ilk həftədən bu balaca otaqda dəruni bir dostluq yaranmışdı. M.Hüseyn.

DƏRUN
DƏRVAZA

Значение слова в других словарях