1. Dumanla örtülü, duman bürümüş. Dumanlı hava. Dumanlı göy.
– Payızın dumanlı bir günü idi.
Mən bir aşiqəm ki, bu çaldığım saz; Dumanlı dağlara səs salacaqdır.
Səsləyir yurdumun şeri, zinəti; Zirvəsi dumanlı o dağlar məni.
// Tüstülü, tüstü ilə dolmuş.
[Çocuqlar] …külbə önündə oynarkən birdənbirə havanın dumanlı bir alov ilə qızardığını gördülər.
Hüseyn göydə deyil, yığıncaqdadır; Dumanlı, tüstülü bir otaqdadır.
2. məc. Qarışıq, tutqun, aydın olmayan.
[Şeyx Hadi:] Tutsa afaqi şöleyi-hikmət; Onu duymaz dumanlı gözlər, əvət!
Bəşər qardaşlığı tərk etmiş, əfsus! Hər əməl dumanlı xülyaya bənzər.
// məc. Üstüörtülü, qeyri-müəyyən, anlaşılmaz. Dumanlı danışıq. Dumanlı fikir. Dumanlı məsələ.
3. məc. Kədərli, tutqun. Dumanlı çöhrə.
– Nümayəndələr sədrin buludlu və dumanlı üzünü gördükdə onun hələ də acıqlı olduğunu yəqin etdilər.