SEVİNCLİ

sif.zərf Sevinc içərisində, fərəhli, şad.
[Student] sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi. Çəmənzəminli.
[Laçın] sonra isə baxıb sevincli bir hal ilə gülümsəməyə başladı. H.Nəzərli.
[Quşlar] dəstə-dəstə uçub gəldilər, sevincli çığırtılarla Afaqın bağçası üstündə qanad çalıb dövrə vurdular. Ə.Məmmədxanlı.

// Sevinc verən, sevindirən, fərəhli.

Синонимы

  • SEVİNCLİ fərəhli — nəşəli — şad — şən
SEVİNCƏK
SEVİNCSİZ

Значение слова в других словарях