Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aftafa
Aftafa (fars. آفتابه‎) — Əsasən, misdən hazırlanan və əl-üz yumaq üçün istifadə edilən məişət əşyası. Yaxın və Orta Şərq ölkələrində geniş yayılmışdı. Afatafalar, adətən, qızlara cehiz verildiyi və məclislərdə işlədildiyi üçün zərif naxışlarla bəzədilirdi. Azərbaycanda, xüsusilə Lahıcda misgərlərinin düz əltdikləri aftafalər xarici ölkələrdə də şöhrət qazanmışdı.
Aftafa (Kövsər)
Aftabə (fars. افتابه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Gəncgah kəndistanında, bölgənin mərkəzindən 15 km. qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun 5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (28 ailə).
Aftafa (dəqiqləşdirmə)
Aftafa — Əsasən, misdən hazırlanan və əl-üz yumaq üçün istifadə edilən məişət əşyası. Aftafa (Kövsər) — İranın Ərdəbil ostanında kənd.
Actaea
Qarğaotu (lat. Actaea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Astara
Astara rayonu — Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Axtala
Aşağı Axtala — Ermənistan Respublikasının Loru mərzində şəhər. Yuxarı Axtala — Ermənistan Respublikasının Loru mərzində kənd. Axtala (selav) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda selav. Axtala (mədən) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda mədən yeri. Axtala (çay) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, Allahverdi rayonu ərazisində çay. Axtala monastır kompleksi — Loru mahalında, Allahverdi rayonu ərazisində erməni-gürcü monastırı və qalası.
Aytala
Ayıtala (Gədəbəy) — Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Ayıtala — Zaqatala rayonunun Maqov inzibati ərazi vahidində kənd.
Ağstafa
Ağstafa — Azərbaycanda şəhər, Ağstafa rayonunun inzibati mərkəzi. 1941-ci ildə rayon tabeli şəhər statusu almışdır. Dəniz səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (2020-ci il tarixə) 21817 nəfərdir. Ağstafanın Bakı şəhəri ilə arasındakı olan məsafə 400 km-dir.
Ağtala
Ağtala (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ağtala (Qaraqoyunlu) — Çəmbərək rayonunda kənd. Ağtala — Qax rayonunun Qoşaqovaq kəndi ərazisində duz.
Astaf
Astaf — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim ast (aşağı, çökək) və af (a/ab/ob) sözlərindən düzəlib, "dərə çay" və ya "çay dərəsi" deməkdir.Bundan başqa Astaf toponimini Ağstafa (yaxınlıqda yerləşən rayon) toponimi və onun daha qədim variantı olan, orta əsr qaynaqlarında qeyd edilən Axıstabad toponimi ilə də müqayisə etmək və əlaqələndirmək olar. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qaflanqala silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Astaf kənd kitabxana filialı, Astaf kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Astaf kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Astaf kənd tibb məntəqəsi yerləşir.
Actaea spicata
Sünbülvari qarğaotu (lat. Actaea spicata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qarğaotu cinsinə aid bitki növü.
Astana (Şazənd)
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Astana Arena
«Astana Arena» — Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən stadion. Stadionun tutumu 30 000 yerlikdir. Stadion ilk rəsmi açılışda Kajımukan stadionu adlanır. Stadion güləşçi Kajımukan Munaytpasovun şərəfinə adlandırılmışdır. Sonradan stadionun hazırkı adı Astana Arena olaraq təstiqlənmişdir. Stadion futbol üzrə ixtisasladırılsada digər məqsədlər üçün uyğunlaşdırıla bilər. Burada güləş, cüdo və boks kimi idman yarışları keçirilə bilər. Stadion 30 000 azarkeşlikdir. Stadionun üzəri 20 dəqiqə ərzində açıla və bağlana bilir. Bütün infrastruktura sahibdir.
Astana FK
"Astana FK" (qaz. Астана Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu. == Tarixi == "Astana"nın əsası 2009-cu ildə, "Lokomotiv" adıyla qoyulub. Qazaxıstan Dəmir Yollarının sponsorluq etdiyi klub 2011-ci ildən hazırkı adını daşıyır.Komanda əsası qoyulduğu il qatıldığı çempionatı 2-ci pillədə başa vurur. Beləliklə ilk qatıldığı çempionatdan avrokuboklara vəsiqə qazansa da, UEFA onların lisenziyasını qəbul etmir və nəticədə "Astana" qitənin ali futbol qurumu tərəfindən üç il müddətinə avrokuboklardan kənarlaşdırılır. Buna görə də, paytaxt təmsilçisi avrokuboklarda debütünü 2013-cü ilədək təxirə salır."Astana" avrokuboklarda ilk oyununu Avropa Liqasında Bolqarıstan "Botev"inə qarşı keçirib. "Sarı-göylər"in avrokuboklarda debütü uğursuz alınıb. Belə ki, paytaxt təmsilçisi bolqarlarla ev oyununda 0:1, səfərdə isə 0:5 hesabıyla məğlub olaraq, mübarizəni elə ilk mərhələdəcə dayandırır.Avropa Liqasına qatıldığı ikinci mövsümdə Ermənistan "Pünik"ini, İsrail "Hapoel"ini və İsveç AİK-ini mübarizədən kənarlaşdıran qazaxlar pley-offda "Vilyarreal" səddinə ilişir.2015-2016 mövsümündə isə ÇL-in ikinci mərhələsində "Maribor"u, üçüncü mərhələsində HİK-i, pley-offda isə APOEL-i mübarizədən kənarlaşdıraraq tarix yazdılar. Belə ki, "Astana"nın timsalında Qazaxıstan təmsilçisi ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmışdır. == Stadionu == Klub ev oyunlarını 2009-cu ildə açılmış, tikintisinə 185 milyon dollar xərc çəkilmiş 30 min yerlik "Astana Arena"da keçirir.
Astana Opera
Astana Opera (qaz. Астана Oпера) — Nursultan Nazarbayevin sərəncamı əsasında Qazaxıstanın Astana şəhərində yeni qurulmuş bir opera evidir. == Dizayn və tikinti == Binanın dizaynı qismən Nursultan Nazarbayev tərəfindən hazırlanmışdır və tikinti Mabetex qrupunun rəhbərliyi altında, 2010-cu il iyulun 6-da başlayıb. Bina 9 hektar ərazidə tikilib. Binanın açılışı 2013-cü ildə Qazaxıstanın Birjan və Sara operalarından olan açılış nümayəndəliyi tərəfindən edildi. Teatrın akustikası dünyanın ən yaxşılarından sayılır və italyalı Enriko Moretti (Biobyte) və Maria Kairoli tərəfindən hazırlanmışdır. == Təsviri == Opera evinə iki salon daxildir: Opera və balet tamaşalarına ev sahibliyi edən və 120 nəfərə qədər musiqiçi üçün bir orkestr səhnəsi olan əsəs zal (1250 yer), Kamera Zalı (250 yer), kamera musiqisi konsertləri üçün.Bu, Astanada yeni tikilmiş ikinci bir operadır, çünki 1500 yerlik opera salonuna sahib olan Sülh və Razılıq Sarayı 2006-cı ildə tikilmişdir. Bina dünyanın üçüncü ən böyük operası hesab olunur. Opera binasının diqqətəlayiq xüsusiyyətlərindən biri 13 m yüksəklikdə yerləşən 1,6 tonlu çilçıraqdır. Opera evində bir neçə restoran və truppanın məşqləri üçün lazım olan bütün qurğular var.
Astana bayrağı
Astana bayrağı — bayraq Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayev tərəfindən dizayn edilib.
Astara (Azərbaycan)
Astara — Azərbaycan Respublikasının rayon tabeliyində olan şəhəri. Astara rayonunun inzibati mərkəzi. 1945-ci ildə rayon tabeli şəhər statusu almışdır. Astara şəhəri Astara çayının sol sahilində yerləşir. Bakıdan 313 km məsafədə yerləşir. Şəhərdən 3 km aralıda Astara dəmiryolu stansiyası yerləşir. == Etimologiya == Astara sözünün etimologiyasına aid bir neçə versiya və tarixi mənbələr var. Talış toponiminə əsasən "osto" (azərb. ahəstə, asta, asan‎), "ru" (azərb. yol‎), yəni "asan yol" deməkdir.[mənbə göstərin] Başqa versiya, asterid (lat.
Astara (dəqiqləşdirmə)
Astara rayonu — Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Astara (qəzet)
Astara (rayon)
Astara rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Astara rayonu Azərbaycan Respublikasının cənubunda, İran İslam Respublikası ilə sərhəddə yerləşir. Şimaldan, Lənkəran rayonu ilə, Şimal-Qərbdən Lerik rayonu ilə həmsərhəddir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Mərkəzi Astara şəhəridir. == Tarixi == == Qədim dövr == === Tunc dövrü === Tunc və antik dövrə aid Siyakü kəndindəki I və II — Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları", Koraoba kəndindəki 3 ədəd kurqanlar var. === Dəmir dövrü === Dəmir dövrünə aid Koroba kəndindəki, "Koraoba daş qutu nekropolu" var. == Antik dövr == E.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki "Daş qutu nekropolu", Miki kəndindəki "Miki dolmen nekropolu"nu və e.ə. V–I əsrlərə aid Rüədıla kəndindəki "Xolobin daş qutu nekropolu"nu göstərmək olar.
Astara (İran)
Astara — İranın Gilan ostanında yerləşən şəhər. Bu şəhəri Azərbaycan Respublikasında da yerləşən Astaradan, Astara çayı ayırır. Əhalinin əksəriyətini talışlar təşkil edir.
Astara (şəhər)
Astara rayonu — Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Astara bulvarı
Astara bulvarı — Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən park-bulvar kompleksi. == Tarixi == Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanılmış və 2015-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. == Ərazisi == Park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilmişdir. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılmışdır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Astara bulvarı ilə əlaqəli mediafayllar var.