Astaf — Azərbaycan Respublikası]nın Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.[2]
Astaf | |
---|---|
40°28′03″ şm. e. 45°51′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Oykonim ast (aşağı, çökək) və af (a/ab/ob) sözlərindən düzəlib, "dərə çay" və ya "çay dərəsi" deməkdir.[3]
Bundan başqa Astaf toponimini Ağstafa (yaxınlıqda yerləşən rayon) toponimi və onun daha qədim variantı olan, orta əsr qaynaqlarında qeyd edilən Axıstabad toponimi ilə də müqayisə etmək və əlaqələndirmək olar.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Qaflanqala silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 397 | 212 | 185 |
2009[5] | ↗415 | ↗234 | ↘181 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Astaf kənd kitabxana filialı, Astaf kənd klubu fəaliyyət göstərir.[6]
Kənddə Daşkəsən rayon Astaf kənd tam orta məktəbi fəaliyyət göstərir.[7]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Astaf kənd tibb məntəqəsi yerləşir.[8]