Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akonit
Kəpənəkçiçək (lat. Aconitum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır. == Təbii yayılması == == Botaniki təsviri == Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Apofit
Apofit — əkin sahəsində yayılıb alağa çevrilə bilən bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Apofis
99942 Apofis — Misir mifologiyasında pisliyin simvolu, qaranlıqlar və xaos tanrısı Apofisin adı verilən, "Qitə qatili" ləqəbli meteorit Çəkisi 20 milyon ton, diametri 300 metrdir. 99942 Apofis, Dünyaya yaxın bir orbiti olan meteordur.NASA tərəfindən edilən dəqiq hesablamalarda,2029 və 2036-cı illərdə Dünyamızın çox yaxınından keçəcəyi təsbit edilmişdir.Saatda 37 min km sürətlə hərəkət edən və 2029-cu ildə Yerin 32 min kilometrliyindən keçəcək göy cismi 7 ildən sonra,2036-cı ildə isə 30-40 min kilometr yaxından keçəcək.7 Oktyabr 2009 tarixində edilən hesablamalara görə 13 aprel 2036-cu ildə Dünya ilə toqquşma ehtimalı 250.000 'də 1-dir.Bir başqa mümkün toqquşma tarixi isə 2037-dir.Bu tarixdə toqquşma ehtimalı 12,3 milyonda 1 olaraq təyin olunmuşdur.Şəkildə toqquşma riski olan bölgələr göstərilmişdir.
Fakolit
Fakolit — linzavari, kökü olmayan və çox vaxt antiklinal, nadir hallarda sinklinal strukturaların şarnir hissəsində yerləşən kiçik intruziv massiv. Az həcmli maqmanın yuxarı qalxaraq qırışıqlıq prosesində iştiraki nəticəsində yaranır. Əsasən ultraəsasi (alp tipli) ofiolit intruzivlərinə xasdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Akoin
Alofi
Alofi (Alofis) (ing. Alofi) — qəsəbə, Sakit okeanın cənub hissəsində yerləşən Niue adasının inzibati mərkəzi . Koordinatları: 19°4' c.e. 169°95' q.u. Dəniz səviyyəsindən hündürlüyü — 20 m. Əhalisi — 614 nəfər (2001-ci il, siyahıyaalma). İki hissədən ibarətdir — Şimali Alofi (əhalisi 256 məfər) və hökumət idarələri yerləşən Cənubi Alofi (əhalisi 358 nəfər). Həmçinin liman şəhəridir, kopra və banan aparılır. Alofi adanın qayalı sahili boyu bir neçə kilometr uzunluğunda olan yaşayış məntəqəsidir. Qəsəbənin bir neçə gözəgəlimli binasından əlavə kanoe yaxınlaşması üçün sahil yeri vardır.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
99942 Apofis
99942 Apofis — Misir mifologiyasında pisliyin simvolu, qaranlıqlar və xaos tanrısı Apofisin adı verilən, "Qitə qatili" ləqəbli meteorit Çəkisi 20 milyon ton, diametri 300 metrdir. 99942 Apofis, Dünyaya yaxın bir orbiti olan meteordur.NASA tərəfindən edilən dəqiq hesablamalarda,2029 və 2036-cı illərdə Dünyamızın çox yaxınından keçəcəyi təsbit edilmişdir.Saatda 37 min km sürətlə hərəkət edən və 2029-cu ildə Yerin 32 min kilometrliyindən keçəcək göy cismi 7 ildən sonra,2036-cı ildə isə 30-40 min kilometr yaxından keçəcək.7 Oktyabr 2009 tarixində edilən hesablamalara görə 13 aprel 2036-cu ildə Dünya ilə toqquşma ehtimalı 250.000 'də 1-dir.Bir başqa mümkün toqquşma tarixi isə 2037-dir.Bu tarixdə toqquşma ehtimalı 12,3 milyonda 1 olaraq təyin olunmuşdur.Şəkildə toqquşma riski olan bölgələr göstərilmişdir.
Xarofit yosunlar
Charophyceae (lat. Charophyceae) — bitki sinfi. Vegetativ və ya cinsi yolla çoxalırlar. Bir çox formaların karbonat hopmuş dişi cinsi hüceyrələri fossil halında mühafizə olunub qalır və "xara tufları" və ya "xarasit" süxurları əmələ gətirir. Xarofit yosunlar şirin su hövzələrində, dayaz laqunlarda geniş pöhrəliklər əmələ gətirir. Gec silur — müasir.
Psevdomembranoz kolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır. lat. Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. lat. Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər. Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur. Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir.
Kofi Annan
Kofi Atta Annan (ing. Kofi Atta Annan; 8 aprel 1938-ci il, Kumasi, Qızıl Sahil, Britaniya İmperiyası — 18 avqust 2018-ci il Bern, İsveçrə) — Qanalı diplomat, Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi (1997–2006), 2012-ci il fevralın 24-dən 31 avgusta qədər — BMT-nın və Ərəb Dövlətləri Liqasının Suriyadakı münaqişənin həllində xüsusi nümayəndəsi, 2001-ci ildə Nobel Sülh Mükafatının laureatı. == Bioqrafiya == Kofi Annan 1938-ci ildə sonradan müstəqil Qana Respublikasına çevrilən Britaniyanın Qızıl Sahil koloniyasında doğulub. 1954–1957-ci illərdə Keyp-Kost Mfantsipim metodist məktəbində oxumuş, sonra isə Kvame Nkruma adına Elm və Texnologiya Universitetində təhsil almışdır. Sonralar o, Ford Fondunun təqaüdü köməyi ilə ABŞ-nın Minnesota ştatının Sent-Pol şəhərində Makalester Kollecında təhsil almışdı və iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 1961–1962-ci illərdə İsveçrədə Jenevrə Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdı. Annan hələ tələbə olarkən, 1962-ci ildən BMT-də Ümumdünya Səhiyyə Təşkilatının bir əməkdaş olaraq işə başladı. Sonra BMT-nin digər strukturlarında — Əfqanıstakı BMT İqtisadi Komissiyasında Addis Ababa şəhərində işləmişdir; Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının ofisinə rəhbərlik etmişdir. Annan ingilis, fransız, akan dili, və digər Afrika dillərini yaxşı bilirdi. === Kofi Annanın Suriya ilə bağlı sülh təşəbbüsləri === BMT-nin sabiq baş katibi Kofi Annan 2012-ci il fevralın 23-də Suriyada diplomatik mühiti qorumaq üçün BMT və ƏDL-nın Suriya üzrə xüsusi nümayəndəsi təyin olundu.
Koit Toome
Koyt Toome (est. Koit Tomme; d. 3 yanvar 1979, Tallin, Estoniya) — Estoniya müğənnisi və aktyoru. O, Estoniyanı 1998 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Koyt Toome 3 yanvar 1979-cu ildə Estoniyanın paytaxtı Tallin şəhərində anadan olmuşdur. Koyt bir oğul və iki qız atasıdır. Koytin əmisi İndrek Toome 1988-ci ildən 1990-cı ilə kimi Estoniyanın Baş naziri olmuşdur. == Musiqi karyerası == Koyt Toome musiqi prodüseri Mikk Tarqo tərəfindən 1994-ci ildə musiqi məktəbində aşkarlanmışdır. Koyt üçün musiqi karyerası yaratmağı planlaşdıran prodüser həmin musiqi məktəbində eyni zamanda Sirli Hiius adlı istedadlı bir ifaçı aşkar edərək, Koyt və Sirlidən ibarət Code One adlı pop duet yaratmışdır. Code One həmin illərdə Estoniyada bir neçə hit mahnılar ifa etmişdir.
Kofi Atta Annan