Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aləmşah bəyim
Aləmşah bəyim (1460, Diyarbəkir – 1522, اردبیل və ya Səfəvilər, Ərdəbil, Səfəvi imperiyası) — Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin arvadı və Şah İsmayıl ilə Şeyx Sultan Əlinin anası. == Adı == Aləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur. Həlimə bəyim ağa, Aləmşah bəyim. Xristian müəlliflər bəzən onu Marta da adlandırır. == Həyatı == Aləmşah Bəyim Ağqoyunlu hökmdarı Uzun Həsən ilə onun arvadı, Trabzon imperatoru IV Conun qızı Teodora Megale Komnenenin (Ağqoyunlu sarayında Dəspinə Xatun olaraq bilinmişdir) ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illərinə aid dürüst məlumat yoxdur. 1471-ci ildə bibisi Xədicə Xatunun oğlu və Səfəvi sülaləsindən olan Şeyx Heydər ilə evlənmişdir. Onların bu evlilikdən 3 oğlu - Əli Mirzə Səfəvi, İbrahim və İsmayıl, 4 qızı dünyaya gəlmişdir. === Ağqoyunlular tərəfindən təzyiqlər === Aləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir. Belə yürüşlərdən sonuncusu 1488-ci ildə baş verdi.
Şahzadə Aləmşah
Şahzadə Aləmşah (1477, Amasya ili – avqust 1503, Manisa vilayəti) — 8-ci Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Aləmşah 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülruh Xatundur. 1480-ci ildə babasının əmriylə İstanbula gətirilmiş, qardaşları Əhməd, Qorqud, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə sünnət edilmişdir. 1490-cı ildə Mentəşə, 1502-ci ildə isə Manisa sanqcaqbəyliyinə təyin edildi. Bütün bu təyinatları boyunca anası Gülruh Xatun da onunla birlikdə vəzifə yerinə göndərilmişdir. Gülruh Xatunun oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərir. Qeyd edildiyi üzrə Şahzadə Aləmşah 1503-cü ildə anidən vəfat etdi.
Aləmdar
Ələmdar — kişi adı. Polad Ələmdar Bu adı olan tanınmış şəxslər Ələmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professor Yaşayış məntəqələri Ələmdar — Hadişəhrin digər adı.
Polad Aləmdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Ələmşah Məmmədov
Ələmşah Əli oğlu Məmmədov (10 mart 1950, Şahvəllər, Bərdə rayonu – 19 yanvar 2009) — Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmiş "Azadlıq" batalyonunun komandiri, döyüşçü. == Bioqrafiya == Ələmşah Məmmədov 10 mart 1950-ci ildə 10 uşaqlı ailənin ilk övladı olaraq Bərdə rayonunun Şahvəlilər kəndində dünyaya gəlmişdir. 1972-ci ildə, Gəncə şəhərində yerləşən Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra, 1975-ci ildən etibarən, Ələmşah Məmmədov Bərdə və Tərtər rayonlarında yerləşən məktəblərdə tarix müəllimi olaraq fəaliyyət göstərmişdir. Dağlıq Qarabağda müharibənin ilk günlərindən etibarən yaxın ətrafı ilə birlikdə sayları 300-400 nəfərə çatan silahlı özünümüdafiə dəstəsi - "Azadlıq" batalyanunu təşkil etmiş və onun komandirliyi vəzifəsini öhdəliyinə götürmüşdür. Bu müddət ərzində Azərbaycan Ordusunun nizamlı hərbi birləşmələri ilə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin may ayında, Milli Məclisdəki çıxışı zamanı dövrün Müdafiə Naziri Rəhim Qazıyev o cümlədən digər hökumət və dövlət rəhbərlərini tənqid etdikdən sonra ona qarşı münasibət dəyişmiş və bir müddət sonra batalyonun bir çox üzvü kimi o da həbs edilmişdir. Barəsində konkret ittihamlar olmamasına baxmayaraq, 1 il həbsdə saxlanılan Ələmşah Məmmədov Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin qərarı ilə bəraət alaraq azadlığa çıxmışdır. 19 yanvar 2009-cu ildə vəfat etmişdir. == Haqqında == 2017-ci ildə ARB telekanlı Ələmşah Məmmədov haqqında sənədli film hazırlamışdır.
Aləmdar Mustafa Paşa
Aləmdar Mustafa Paşa (türk. Alemdar Mustafa Paşa; 1755, Xotin – 15 noyabr 1808, Konstantinopol) — 1808-ci ildə üç ay on səkkiz gün sədrəzəmlik eləmiş Osmanlı dövlət adamı. == Həyatı == 1755-ci ildə Hotində doğulub. 14 noyabr 1808-ci ildə İstanbulda vəfat edib. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.11–12.
Polat Alemdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Aleksa Çanq
Aleksa Çanq (ing. Alexa Chung) ingilis qadın aparıcı və modeldir. BBC kanalında musiqi qrupları ilə danışıqlar aparmışdır.
Migel Aleman Valdes
Migel Aleman Valdes (isp. Miguel Alemán Valdés, İspanca tələffüz: [miˈɣel aleˈman] ( dinlə); 27 sentyabr 1900 – 14 may 1983, Mexiko) — Meksika dövlət və siyasət xadimi, 1 dekabr 1946-cı ildən 30 noyabr 1951-ci ilə qədər Meksika Prezidenti. Onun administrasiyası adətən "Meksika möcüzəsi" adlandırılan Meksikanın sürətli şəkildə sənayeləşməsi prosesi, həm də özü və həmkarlarının şəxsi səviyyədə zənginləşdməsi ilə xarakterizə olunurdu.. Onun prezidentliyi Meksika dövlət başçılarının Meksika inqilabında birbaşa iştirak etməyən yeni nəslinin başlanğıcı olmuşdur. Onun hökumətində çoxları gənc, universitet təhsilli mülki şəxslər, universitetdə oxuduğu günlərdən yaxın dostlar idi. == Həyatı == Migel Aleman Valdes 27 sentyabr 1900-cü ildə Verakruzda anadan olmuşdur. 1936-cı ildə senator seçilmişdir. 1939-cu ildə ali məhkəmənin hakimi təyin edilmişdir. 1936–1939-cu illərdə Verakruz hökumətinə rəhbərlik etmişdir. O, Avila Kamaçonun seçki kampaniyasına rəhbərlik etmişdir.
Massimo D'Alema
Massimo D'Alema (tam adı: Massimo D'Alema, it. Massimo D'Alema; 20 aprel 1949[…], Roma) — İtaliya siyasətçisi, İtaliyanın 53-cü baş naziri (1998-2000). Sonralar 2006-2008-ci illərdə baş nazirin müavini və xarici işlər naziri kimi çalışmışdır. O, həmçinin jurnalistdir. Adı Massimo olduğuna, eləcə də İkinci Respublika dövründə solçu koalisiyalarda hakim mövqeyinə görə KİV-də onu Lider Maksimo (ing. Leader Maximo) da adlandırırdılar. İlk işlədiyi illərdə İtalyan Kommunist Partiyasının üzvü olmuşdur. O, həmçinin NATO ölkəsinin baş naziri olan ilk keçmiş kommunist və İtaliyanın yeganə keçmiş kommunist baş naziridir. == Həyatı == Massimo D'Alema 20 aprel 1949-cu ildə Romada kommunist siyasətçi Cüzeppe D'Alemanın ailəsində anadan olmuşdur. Siena Universitetinin professoru Linda Giva ilə ailə həyatı qurmuşdur və Culiya və Françesko adlı iki övladı var.