Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alevtina Çernikova
Аlevtina Anatolyevna Çernikova (22 may 1966, Şatalovka[d], Belqorod vilayəti) — Rusiya iqtisadçı alimi, iqtisad elmləri doktoru, "MİSİS" - Milli tədqiqat texnoloji universitetinin rektoru ( 21 may 2013-cü ildən).
Agrostis valentina
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Artemisia aleutica
Artemisia aleutica (lat. Artemisia aleutica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Artemisia valentina
Artemisia valentina (lat. Artemisia valentina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Coronilla valentina
Coronilla valentina (lat. Coronilla valentina) — paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü.
Draba albertina
Draba albertina (lat. Draba albertina) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü.
Matviyenko Valentina
Valentina İvanovna Matviyenko, qızlıq soyadı Tyutina (rus. Валентина Ивановна Матвиенко, Тютина; d. 7 aprel 1949, Şepetovka, Xmelnitski vilayəti, Ukrayna SSR) – Sankt-Peterburq şəhərinin qubernatoru (5 oktyabr 2003-2011). == Həyatı == Valentina Matviyenko 7 aprel 1949-cu ildə Ukrayna SSR-də anadan olmuşdur. 1967-ci ildə Leninqrada köçmüşdür. 1972-ci ildə Leninqrad Kimya-Əczaçılıq İnstitutunu bitirmişdir. 5 oktyabr 2003-cü ildən 2011-ci ilədək Sankt-Peterburq şəhərinin qubernatoru olmuşdur. 21 sentyabr 2011-ci ildə Rusiya Federasiya Şurasının spikeri seçilmişdir.
Palestina Prima
Palestina Prima (lat. Palaestina Prima, yun. Πρώτη Παλαιστίνης; mənası – Birinci Fələstin) — Bizans imperiyasında vilayət. 390-cu ildə qurulmuş vilayət 614-cü ildə Sasanilər tərəfindən ələ keçirilmiş, daha sonra 628-ci ildə geri alınmışdır, ancaq 638-ci ildə müsəlmanları tərəfindən birdəfəlik fəth edilmişdir. == Tarixi == Ərazi İsavra, Kilikiya, Kipr, Yevfratisiya, Mesopotamiya, Osroena, Finikiya və Araviya Petreya ilə birlikdə Roma imperiyasına aid Şərq diosezinin bir parçası olmuşdur. Bizans imperiyası dövründə inzibati bölgülərə yeni dəyişikliklər edilmişdir. Kilikiya vilayəti Kilikiya Prima və Kilikiya Sekundaya bölünmüşdür. VI əsrdə Siriya Palestina vilayəti Siriya Prima, Siriya Salyutaris, Finikya Lebanensis, Palestina Prima, Palestina Sekunda və Palestina Salyutarisə bölünmüşdür. Samaritlər xristian dominantlığına rəğmən IV–V əsrlərdə Samariya ölkəsində öz muxtariyyətlərini qoruya bilmişdir. Bu muxtariyyət tədricən genişləmiş və üsyanlara səbəb olmuşdur.
Quercus valentina
Quercus velutina (lat. Quercus velutina) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus coccinea var. nigrescens A.DC. Quercus coccinea var. tinctoria (Bartram) A.DC. Quercus discolor Aiton Quercus leiodermis Ashe Quercus magnifica Dippel [Invalid] Quercus missouriensis Ashe Quercus rubra var. tinctoria (Bartram) Kuntze Quercus tinctoria Bartram Quercus tinctoria Michx. Quercus tinctoria var. angulosa Michx. Quercus tinctoria var. macrophylla Dippel Quercus tinctoria var.
Salentina yarımadası
Salentina yarımadası (it. Salintina, taran. Salènde) — İtaliya ərazisində, Apenin yarımadasının cənub-şərq qutaracağında yerləşən yarımada. Adriatik dənizi ilə İon dənizinin suları ilə yuyulur. Otranto boğazının akvatoriyasına daxildir. Uzunluğu 150 km-dir. Hündürlüyü 300 metr olan düzənlikdən ibarətdir. Əsasən dolomitdən ibarətdir. Bitki örtüyü əsasən Aralıq dənizi zonasında bitən kolluqlardan ibarətdir. Əsasən üzümçülük və tütünçülükdən ibarət təsərrüfata malikdir.
Sterna aleutica
Valentina Aslanova
Aslanova Valentina Vasilyevna (16 may 1945, Tbilisi) — Aktrisa, Azərbaycan SSR əməkdar artisti (23.12.1976), RF-nin əməkdar artisti (2000); == Həyatı == Valentina Aslanova 1945-ci il mayın 16-da Tbilisidə anadan olmuşdur. 1962-1966-cı illərdə Moskva Bədaye Teatrının məktəb-studiyasında təhsil almışdır. A. Puşkin adına Moskva Dram Teatrında və N. Qoqol adına Moskva Dram Teatrında çalışmışdır. 1973-cü ildən Ordu Teatrında fəaliyyət göstərməyə başlayıb. Kino fəaliyyətinə isə 1966-cı ildən başlayıb. O, «Şərq dəhlizi» (1966), «Qeyri-adi gün» (1972), «Ələ keçirmə» (1986), «Azərbaycanfilm»də «Sevil» (1970), «Var olun, qizlar!» (1972), «Ürək...ürək» (1976) filmlərində müxtəlif rollarda çıxış etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 dekabr 1976 "Rusiya Federasiyasının əməkdar artisti" fəxri adı — 2000 == Filmoqrafiya == Sevil (film, 1970) Var olun, qızlar... (film, 1972) Ürək... Ürək...
Valentina Bettarini
Valentina Bettarini (d. 29 iyun 1990; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Valentina Bettarini İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Valentina Kevliyan
Valentina Kevliyan (11 mart 1978) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Valentina Kevliyan Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Valentina Koqan
Valentina Koqan (d. 20 fevral 1980; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Valentina Koqan Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Valentina Marino
Valentina Marino (5 oktyabr 1977) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Valentina Marino İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Valentina Matviyenko
Valentina İvanovna Matviyenko, qızlıq soyadı Tyutina (rus. Валентина Ивановна Матвиенко, Тютина; d. 7 aprel 1949, Şepetovka, Xmelnitski vilayəti, Ukrayna SSR) – Sankt-Peterburq şəhərinin qubernatoru (5 oktyabr 2003-2011). == Həyatı == Valentina Matviyenko 7 aprel 1949-cu ildə Ukrayna SSR-də anadan olmuşdur. 1967-ci ildə Leninqrada köçmüşdür. 1972-ci ildə Leninqrad Kimya-Əczaçılıq İnstitutunu bitirmişdir. 5 oktyabr 2003-cü ildən 2011-ci ilədək Sankt-Peterburq şəhərinin qubernatoru olmuşdur. 21 sentyabr 2011-ci ildə Rusiya Federasiya Şurasının spikeri seçilmişdir.
Valentina Monetta
Valentina Monetta (d. 1 mart 1975, San Marino şəhəri) — San-Marino müğənnisi. O, San-Marinonu 2012, 2013, 2014 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsinə görə tanınır. Müğənni dörd Avroviziya iştirakından yalnız birində müsabiqənin finalına yüksələ bilmişdir. == Həyatı == Valentina Monetta 1 mart 1975-ci ildə Avropanın "cırtdan" ölkələrindən olan San-Marinonun paytaxtı San-Marino şəhərində anadan olmuşdur. Valentinanın anası san-marinolu, atası isə italyandır. İtaliyanın Rimini şəhərində yerləşən Giovanni da Rimini məktəbində təhsilini başa vuran Valentina erkən yaşlarından musiqiyə həvəsli olmuş və pianoda ifa etməyi öyrənmişdir. Onun musiqi karyerası 1995-ci ildə Tiberio qrupunun üzvü olaraq başlamışdır. Müğənni həmin illərdə daha bir neçə qrupda vokalist olaraq fəaliyyət göstərmişdir. O 2001-ci ildə İtaliyanın Popstars musiqi yarışmasında iştirak etmişdir.
Valentina Popova
Valentina Popova (rus. Валентина Попова; 21 noyabr 1960, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — ardıcıllıqla SSRİ və Slovakiyanı təmsil etmiş keçmiş stolüstü tennisçi. Üç Yay Olimpiya Oyunlarının iştirakçısı, doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionu. SSRİ əməkdar idman ustası (1984). == Karyerası == === Oyunçu === Valentina Popova karyerasına Azərbaycanda başlayıb. Sumqayıt tennis məktəbinin yetirməsidir. 1971-ci ildən 1990-cı ilə qədər "Dinamo Bakı" komandasını təmsil edib.1976-cı ildən 1992-ci ilədək SSRİ, 1994-cü ildən isə Slovakiya yığma komandasında çıxış edib.Valentina Popova XXIV Yay Olimpiya Oyunlarında SSRİ-nin, XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın, XXVI Yay Olimpiya Oyunlarında isə Slovakiyanın heyətində Olimpiya oyunlarının iştirakçısı olub. Doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionudur. === Məşqçi === Hazırda qadınlardan ibarət stolüstü tennis üzrə Slovakiya yığma komandasının məşqçisidir. == Şəxsi həyatı == 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib.
Valentina Rovetta
Valentina Rovetta (24 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Valentina Rovetta İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Valentina Serena
Valentina Serena — məşhur italiyalı voleybolçu. Bir dəfə CEV Qadınlar Çempionlar Liqasında çempion titulunu qazanmışdır. == Karyerası == Serena karyerasına doğma vətəni İtaliyada başlamışdır. 12 il öz ölkəsində oynadıqdan sonra Türkiyəyə transfer olunmuşdur. Bir il "Ankaragücü"ndə oynamış, 2013-cü ildən 2014-ci ilə qədər isə Azərbaycanın "İqtisadçı" voleybol klubunda oynamışdır.2014-cü ildən voleybolçu Rumıniyanın Stai creando Clubul Sportiv Municipal Buxarest klubunda oynayır.
Valentina Starikova
Valentina Starikova (başq. Старикова Валентина Ивановна; 24 fevral 1949, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — rus pianoçu, incəsənət işçisi, musiqi müəllimi. Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi, M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin dosenti, beynəlxalq və ümumrusiya müsabiqələri laureatı, Başqırdıstan Respublikası Orta Xüsusi Musiqi Kollecinin müəllimi. Bir sıra beynəlxalq musiqi müsabiqələrinin münsiflər heyətinin üzvü. == Bioqrafiyası == İlk musiqi təhsilini M. V. Şatalovun sinfində almışdır. Ufa İncəsənət Məktəbində G. Neyhausun tələbəsi Valeri Petroviç Starodubrovskinin sinfində oxumdur. 1973-cü ildə Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutundan (Aleksandr Davidoviç Frankın sinfi) məzun olur. Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutudə dərs deyir, pedaqoji işini M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti və Orta ixtisas musiqi kollecində davam etdirir. == Yaradıcılığı və tədris fəaliyyəti == Rusiyada aparıcı fortepiano müəllim-metodistlərindən biridir. Fəaliyyəti dövründə Rusiya Federasiyasının əməkdar artisti Sergey Çipenko, Başqırdısrtan Respublikasının əməkdar mədəniyyət işçiləri İldar Xisamutdinov, Tatyana Lonşçakova və Aleksandr Vorotnik, pianoçular Li Sion da daxil olmaqla 60-dan çox beynəlxalq və ümumrusiya müsabiqəsi laureatını yetişdirmişdir.
Valentina Tatarova
Valentina Kirilllovna Tatarova (Xakasca: Валентина Кирилловна Татарова, 15 iyun 1952, Arşanovo ulusu, Altay rayonu, Xakasiya ) – xakas şairəsi, yazıçısı və publisisti, Rusiya Yazıçılar Birliyinin üzvü, Xakasiya Respublikası Əməkdar Mədəniyyət işçisi. == Bioqrafiyası == Valentina Tatarova 15 iyun 1952-ci ildə Xakasiya Respublikasının Altay rayonunun Arşanovo ulusunda anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almış, daha sonra Abakan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Təhsilini bitirdikdən sonra bir müddət orta məktəbdə müəllim, daha sonra jurnalist və tədqiqat-metodiki mərkəzdə elmi işçi, Xakasiya Yazıçılar Birliyinin sədr müavini vəzifələrində çalışmışdır. Valentina Tatarova Rusiya Yazıçılar Birliyinin üzvü, Xakasiya Respublikasının Əməkdar Mədəniyyət işçisi, Moisey Bainov adına Xakasiya Respublikası ədəbi mükafatı lauretaıdır. Hazırda Abakan şəhərində yaşayır. == Yaradıcılığı == Valentina Tatarova bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə şeirlə başlamışdır. O, "Gənc səslər" ədəbi birliyinin fəal üzvü olmuş, ilk əsərlərini də burada səsləndirmişdir. Onun ilk şeiri 1974-cü ildə "Bahar yarpaqları" adlı almanaxda dərc olunmuşdur. Lakin Valentina Tatarova özünün ədəbiyyat aləmində ilk uğurunu məşhur xakas yazıçısı Nikolay Domojakovun "Uzaq aulda" romanının motivləri əsasında məktəb səhnəsində tamaşaya qoyulmaq üçün ssenari yazması hesab edir.
Valentina Tereşkova
Valentina Vladimirovna Tereşkova (6 mart 1937[…]) — sovet kosmonavtı, dünyada ilk qadın kosmonavt, Sovet İttifaqı Qəhrəmanı, general-mayor. 19 iyun 1963-cü ildə "Vostok 6" gəmisi ilə 71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövr etmişdir. 4 dekabr 2011-ci ildə "Vahid Rusiya" partiyasından deputat seçilmişdir. Belə ki, Rusiyanın Yaroslav vilayətinin qubernatoru "Vahid Rusiya" partiyasının bölgə siyahısına rəhbərlik edən Sergey Vaxrukov dövlət dumasına altıncı çağırışda öz istəyi ilə mandatından imtina etmişdir. Nəticədə siyahıda ikinci yerdə duran Tereşkova onun yerinə keçib. 2011-ci ildə Yaroslavl regional siyahısı üzrə Vahid Rusiya partiyasından Rusiya Dövlət Dumasına deputat seçilib. Tereşkova Yelena Mizulina, İrina Yarovaya və Andrey Skoç ilə birlikdə xristian dəyərlərinin müdafiəsi üzrə fraksiyalararası deputat qrupunun üzvüdür; bu vəzifədə o, Rusiya Konstitusiyasına düzəlişlərin edilməsini dəstəklədi, ona görə "Pravoslavlıq Rusiyanın milli-mədəni kimliyinin əsasıdır". 21 dekabr 2011-ci ildən Dövlət Dumasının Federal Quruluş və Yerli Özünüidarəetmə Komitəsi sədrinin müavini təyin olunmuşdur.
Valentina Vessali
Valentina Vessali (14 fevral 1974) — dünya şöhrətli İtaliya qılıncoynadan (rapiraçı), siyasətçi. Valentina Vessali Dünya Çempionatlarında 6 dəfə (1999, 2001, 2003, 2005, 2007 və 2011-ci illərdə) qızıl medal, 2 dəfə gümüş, 4 dəfə isə bürünc medal qazanıb. Avropa Çempionatlarında isə o, 5 dəfə (1998, 1999, 2001, 2009 və 2010-cu illərdə) çempion olub, 3 dəfə finalçı olub, 2 dəfə isə bürünc medala sahib olub. Valentina Vessali 2013-cü il fevralın 25-də baş tutan Parlament seçimlərdə, Mario Montinin lideri olduğu "Vətəndaş seçimi" Partiyasında İtaliya deputatlar Palatasına üzv seçildi.