Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akif Rüstəmov (alpinist)
Akif Rüstəmov — məşhur azərbaycanlı alpinist. == Həyatı == Keçmiş SSRİ-nin yeddi min metrlik beş zirvəsindən dörüdünü - İsmayıl Somoni - (7495 m), Korjenev (7135 m), Xantenqri (7010 m) və İbn-Sina zirvələrini (7130 m) fəth etmiş yeganə azərbaycanlıdır. 2003-cü ildə Tyan-Şanda 4700 metr hündürlüyü olan adsız zirvəyə ilk dəfə qalxan Azərbaycan alpinistlərinin kapitanı olub. 19 avqust 2009-cu ildə vəfat etmişdir.
Hillari Nelson (alpinist)
Hillari Nelson (13 dekabr 1972, Sietl, Vaşinqton – 26 sentyabr 2022, Manaslu) — Amerikalı xizəkçi alpinist. Nelson 25 may 2012-ci ildə 24 saatlıq təkanla iki 8000 metrlik zirvəyə (Everest və Lhotze) qalxan ilk qadın olub. == Həyatı == Nelson 13 dekabr 1972-ci ildə Sietl şəhərində anadan olub və burada böyüyüb. İlk dəfə üç yaşında olarkən Stivens keçidində xizək sürməyə başlayıb. O iki oğlu ilə bərabər Telluride Koloradoda yaşayırdı. O The North Face qlobal atletik komandasının vəzifəsində çalışıb. 2012 Montana Dövlət universitetinin Everest Təhsil Ekspedisiyasında komanda üzvü idi. Nelson National Geographic Explorers qrant alıcısıdı və 40-dan çox ekspedisyada üzv olub. == Ölümü == 26 sentyabr 2022-ci ildə 49 yaşlı Nelson həmkarı Cim Morrisonla Manaslu dağının 8163 metrlik zirvəsində xizək sürərkən dağdan yıxılıb. Pis hava şəraitinə görə Nelsonun axtarışı iki gün davam edib.
Tufandağda alpinistlərin itkin düşməsi
Tufandağda alpinistlərin itkin düşməsi — 2017-ci ilin 23 dekabr tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış 3 alpinistin itkin düşüməsi ilə nəticələnən hadisə. “Gilavar” İdman Klubunun üzvləri olan alpinistlər 23 dekabrda yürüşə çıxıblar. Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadə adlı alpinistlərlə sonuncu əlaqə 24 dekabrda axşam saatlarında saxlanılıb. Axtarışları Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin və FAİREX-in (Azərbaycan Hava və Ekstremal İdman növləri federasiyası) üzvlərindən ibarət komanda həyata keçirib. Tufandağ dəniz səviyyəsindən 4 071 metr yüksəklikdədir. Xilasedicilər itkin düşmüş alpinistlərin 2,5 min metr yüksəklikdə olduqlarını ehtimal edirdilər. Hadisənin baş verməsindən on gün sonra alpinistlərin axtarışı üzrə davam edən əməliyyat fonunda Azərbaycan Respublikası Baş Prokurorluğu səhlənkarlıq maddəsi ilə bağlı cinayət işinin açıldığını elan edib.Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub. 6 yanvar tarixində itkin düşmüş alpinistlərin axtarışına xarici mütəxəssislərdə cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olub.2018-ci ilin 20 yanvar tarixinə olan son məlumatlara əsasən alpinistlərin tapılması mümkün olmayıb.
Alpiniya
Alpiniya (lat. Alpinia) — zəncəfilçiçəklilər sırasının zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.
Alpinizm
Alpinizm — dağlara dırmanmanı əhatə edən qeyri-olimpiya idman növüdür. Alpinizm eyni zamanda aktiv istirahəti əhatə edir. 18–19-cu əsrlərdə avropalı (ingilis və fransızlar başda olmaq üzrə) zənginlərin boş zamanlarını qiymətləndirmə və həyatlarının təkrarlananlarını yeni macəralarla bəzəmə axtarışı alpinizmin meydana gəlməsinə səbəb oldu. Bu idman növü XX əsrin əvvəllərindən digər xalqların da diqqətini çəkmişdır. Beynəlxalq bir idman halına gəlməsi isə, 1931-ci ildə, mərkəzi Cenevredə olan Beynəlxalq Alpinistlər Birliyinın qurulması ilə mümkün olmuşdur. Sonrakı illərdə, müəyyən texniki və təhlükəsizlik üsullarının inkişaf etdirilməsi ilə özünə xas intizamı və qanunları olan bir idman halına çevrilən alpinistlik, bir çox təbiət idmanının da önünü açmışdır. Müasir dövrdə ən çox rəğbət görən təbiət idmanlarından biri olsa da, bu idmana əlavə oluna biləcək yeniliklərin azalması, yeni nəsillərin yeni təbiət idmanlarına daha çox maraq duyması səbəbi ilə, XX əsrin əvvəllərindəki məşhurluğunu itirməyə başlamışdır. Hər il 8 avqustda bütün dünya Beynəlxalq alpinizm gününü qeyd edir. Yeni zirvələrə biganə qalmayan hər bir kəsin qeyd etdiyi bu bayram iki nəfərin – həkim Mişel Qabriel Pakkard (Michel Gabriel Paccard) və dağ bələdçisi Jak Balmatın (Jacques Balmat) sayəsində yaranmışdır. 1786-cı il məhz avqustun 8-də onlar Alp dağlarının ən yüksək nöqtəsi olan Monblan zirvəsinə uğurla qalxdılar.
Alpinia
Alpiniya (lat. Alpinia) — zəncəfilçiçəklilər sırasının zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.
Alpiniya qalanqa
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Purpur alpiniya
Purpur alpiniya (lat. Alpinia purpurata) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Alpinia alba
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Alpinia bifida
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Alpinia carnea
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Alpinia galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Alpinia nutans
Amomum compactum (lat. Amomum compactum) — zəncəfilkimilər fəsiləsinin hil cinsinə aid bitki növü.
Alpinia officinarum
Dərman alpiniyası (lat. Alpinia officinarum) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Alpinia purpurata
Purpur alpiniya (lat. Alpinia purpurata) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Alpinia pyramidata
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Alpinia rheedei
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Alpinia speciosa
Amomum compactum (lat. Amomum compactum) — zəncəfilkimilər fəsiləsinin hil cinsinə aid bitki növü.
Alpinia viridiflora
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Amblyseius alpinia
Amblyseius alpinia (lat. Amblyseius alpinia) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius alpinia Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Aster alpinus
Alp çayırçiçəyi (lat. Aster alpinus) — mürəkkəbçiçəklilər fəsiləsinin çayırçiçəyi cinsinə aid bitki növü. == Yarımnövləri və variasiya == Aster alpinus var. serpentimontanus (Tamamsch.) Ling Aster alpinus subsp. tolmatschevii (Tamamsch.) Á.Löve & D.Löve Aster alpinus subsp.
Erigeron alpinus
Erigeron alpinus (lat. Erigeron alpinus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Erinus alpinus
Erinus alpinus (lat. Erinus alpinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin erinus cinsinə aid bitki növü. == Sinonimləri == Dortiguea alpestris Bubani Erinus alpinus var. glaberrimus Font Quer & Maire Erinus alpinus var. macranthus Font Quer Erinus glabratus Nyman Erinus hispanicus Pers.
Haplopappus alpinus
Toiyabea (lat. Toiyabea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Neoseiulus alpinus
Neoseiulus alpinus (lat. Neoseiulus alpinus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Rumex alpinus
Rumex alpinus (lat. Rumex alpinus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.