Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Attitude
Attitude (hərf. münasibət) — Birləşmiş Krallığın homoseksual auditoriyası üçün "Attitude Media Ltd." şirkəti tərəfindən dərc edilən aylıq qlyants jurnal. Jurnal dünyanın bir çox ölkələrində satılır və onun həmçinin iPad və iPhone versiyaları mövcuddur. Bundan başqa, jurnalın rəqəmsal versiyasını Android Market vasitəsilə Android qurğuları üçün yükləmək mümkündür. Attitude jurnalının ilk nömrəsi 1994-cü ilin may ayında satışa buraxılmışdı. Jurnalın ayrıca tay və vyetnam dilində olan bölmələri müvafiq olaraq 2011-ci ilin mart və 2013-cü ilin noyabr ayından nəşr edilir. == Jurnalın tarixi == "Attitude" Riçard Desmonda məxsus Northern and Shell Group şirkətinin tərkib hissəsi kimi 1994-cü ildən dərc edilməyə başlamışdı. 2004-cü ildə jurnal "Remnant Media" şiurkətlər qrupuna satılmışdı. O vaxtdan etibarən, jurnal qısa bir müddət Qaynt Klipperin (Giant Clipper) mülkiyyətinə keçmiş və daha sonradan (2008-ci ilin aprel ayından) Attitude Publications Ltd şirkəti həmin şəxsdən dərginin "əqli mülkiyyət hüquqlarını" əldə edə bilmişdi. Bununla belə, iki tərəf arasında bağlanmış müqaviləyə uyğun olaraq, jurnalın həmin vaxta kimi toplanılan bütün borclarını əvvəlki nəşriyyat şirkəti - yəni Attitude Publications Ltd ödəməli idi. Jurnal 2007-ci ildə nəşr və sonrakı paylanmada bir sıra çətinliklərlə üzləşmiş və buna görə də, həmin ilin yanvar və iyul aylarında qəzet köşklərində satılmamışdı.
Alitus
Аlitus (lit. Alytus, pol. Olita, rus. Олита) — Litvanın cənubunda şəhər. == Tarixi == Bu, çox zaman Dzukiy etnoqrafik regionunun paytaxtı adlandırılan, Litvanın cənubundakı ən böyük şəhərdir. Alitus Nyamunas sahilində, Vilnüsdan 110 km cənub-qərbdə yerləşir. Təxmin olunur ki, şəhərin adı hidronomikdir, belə ki, əvvəllər Alitus da adlandığı ehtimal olunan Alitupisin suları Alitus şəhərindən keçərək Nyamunasa tökülür. İkinci ehtimala görə şəhərin adı əhli-sələb tərəfindən Aliten kimi anılan, XIV əsrdə mövcud olan qalanın adından götürülüb. Zəngin arxeoloji tapıntılar sübut edir ki, hələ daş dövründə Alitusda insanlar məskunlaşmışdılar. İlk dəfə yazılı mənbələrdə Alitus 1377-ci ildə Viqanda Marburqun Səlnaməsində Alitus qalası kimi qeyd edilib.
Alitus qəzası
Alitus qəzası — Litvanın 10 qəzasından biri. == Ərazisi == Alitus qəzasının ərazisi 5 425 km2-dır.
Altinu Arantis binası
Altinu Arantis binası və ya Banespa binası (port. Edifício Altino Arantes) — Braziliyanın ən yüksək göydələnidir. San-Pauluda yerləşir. 161 metr yüksəkliyə malikdir və 40 mərtəbədən ibarətdir. Binada Banespa muzeyi yerləşir.