Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dalyan
Dalyan (çin. 大连市) və ya Dalni — Çin Xalq Respublikasının şimal-şərqində, Lyaonin əyalətində şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 5,9 milyon nəfər olmuşdur. == Coğrafiyası == Bu şəhər həm də Lyaodun yarımadasının cənubunda, Sarı dənizdəki Dalyanvan körfəzinin sahilində donmayan portdur. Nəqliyyat qovşağı Dalyan–Şenyan (Mukden) avto magistralıdır. Beynəlxalq aeroport Çjouşuyszıdadır. == Tarixi == 1898-ci il konvensiyasına görə, Dalyan Rusiya İmperiyasının Çindən müvəqqəti icarəyə götürdüyü ərazidə, Tsinniva adlı balıqçı qəsəbəsinin (1860-cı ildən Dalyan adlanırdı) yerində salınmış və Dalni adlandırılmışdı. Eyni zamanda yaxınlığında Port-Artur hərbi-dəniz qalasının əsası qoyulmuşdur. Kommersiya portu kimi tikilmiş, 1901-ci ildən Çin-Şərq dəmir yolunun (ÇŞDY) qolu vasitəsilə Xarbinlə birləşdirilmişdir. 1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsi zamanı, 1904-cü ilin mayında Yaponiya tərəfindən tutulmuş, 1915-ci il Portsmut sülhünə görə Yaponiyanın nəzarətinə keçmiş və İkinci dünya müharibəsi qurtaranadək Dayren adı ilə yaponların onun hakimiyyəti altında qalmışdır.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Etimologiyası == Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
Alçalı (Salyan)
Alçalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Sarvan inzibati ərazi vahidində kənd. Bala Kurun sahilində, düzənlikdədir. Oykonim alca (meyvə ağacı) və -lı (varlıq, bolluq ifadə edən Şək.) komponentlərindən düzəlib, "alca ağacları cox olan və ya alca bağı olan kənd" deməkdir. Bu meyvə ağacı ilə bağlı Alçalı dağ (Laçın, Xanlar), Alçalıdərə (Qubadlı Daşkəsən, Kəlbəcər, Cəbrayıl), Alçalıgəz (Ağsu rayonunun Bico kəndi), Alçalı yaylaq (Abşeron), Alçalı cuxur (Laçın), Alcalıq (Yardımlı rayonunun Vəlixanlı kəndi, Lerik rayonunun Veri kəndi) oroqrafik obyektlər, XIX əsrin əvvəllərində İrəvan xanlığında Alçalı adlı iki kənd qeydə alınmışdır.
Arbatan (Salyan)
Arbatan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Arbatan Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kur çayının sağ sahilindən bir qədər aralı, Salyan düzündədir.
Beştalı (Salyan)
Beştalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yerli əhali arasında Yaxa (sahil) Beştəli də adlandırılır. XIX əsrə aid sənədlərdə Ərəb Beştalu və ya Beştalu kimi qeydə alınan bu yaşayış məntəqəsinin Ərəb Balaoğlan və Ərəb Qardaşbəyli kəndlərinin camaatı tərəfindən salınması haqqında məlumat vardır. 1933-cü ildə Beştalı Salyan kimi qeydə alınmışdır. Oykonimin beş və talı ("tala" sözünün variantı) sözlərindən düzəldiyi və "beş tala" mənasını ifadə etdiyi ehtimal olunur. Türk dillərində tal və tala sözlərinin "düz", "kəndir", "qat, lay, mərtəbə" mənalarında işlənməsi də məlumdur. == Coğrafiyası və iqlimi == Kür çayının sağ sahilində düzənlikdə yerləşir. Çayın sahilində Tuğay meşəsi vardır. Qonşu kəndlər Cəngan və Kür Qaraqaşlı kəndləridir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Bəydili (Salyan)
Bəydili — Azərbaycan Respublikasının Salyan rayonunun Sarvan inzibati ərazi vahidində kənd. Bala Kur çayının sahilindədir. Tam adı Puta Bəydili ("Puta adlanan ərazidə yaşayan bəydillilər") olmuşdur. Cox vaxt Bəydilli variantında da yazıya alınmışdır.
Cəngan (Salyan)
Cəngan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Kür Qaraqaşlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Salyan düzündədir. Mustafabəyli, Birinci Rəncbərlər adları ilə də tanınır. Qaradolaqların cəngan tirəsinin adı ilə bağlı olduğu ehtimal edilir. Cəngan sözü "döyüş meydanı, vuruş yeri" mənalarında da işlənir.
Gomuşçu (Salyan)
Gomuşçu — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Tədqiqatçılar oykonimləri Şahsevənlərin gomuşçu tayfasının adı ilə əlaqələndirirlər.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Həsənli (Salyan)
Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir.
Kalyan (Miyanə)
Kalyan (fars. كليان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 155 nəfər yaşayır (42 ailə).
Kalyan minarəsi
Kalyan minarəsi (fars. مناره کلان‎) — Özbəkistanın Buxara şəhərində yerləşən tarixi abidə. Abidə Pol Kalyan məscidinin tərkib hissəsidir. Memarının Bako olduğu minarə müsəlmanlığa keçən əhalini gündə beş dəfə namaza dəvət etmək üçün Qaraxani hökmdarı Arslan Xan Məhəmmədin sifarişi ilə 1127-ci ildə inşa olunub. Daha öncə tikilməkdə olan qüllə başa çatdırılmadan sökülür. Yeni tikilən qüllə yuxarıya doğru daralan şəkildə bişmiş kərpicdən tikilir. Uc nöqtəsinə qədər qüllənin hündürlüyü 48 metr, aşağıdan eni 9 metr, yuxarıdan isə 6 metrə bərabərdir. Minarənin daxilində yuxarısına qədər çıxan spiral şəklində pilləkənlər vardır. Minarənin səhti boyunca kərpiclərin düz və çarpaz yerləşdirilməsi nəticəsində naxış görkəmi yaranıb və yuxarı hissədə buna mavi işləmələr də əlavə olunub. Qüllənin yetərincə hündür olması səbəbindən döyüş vaxtlarında ətrafdan gələ biləcək düşməni müşahidə etmək üçün də şəhərdə yerləşən əsgərlər tərəfindən istifadə olunurdu.
Kolanı (Salyan)
Kolanı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Düzənlikdədir. == Tarix == XIX əsrdə Dağ Kolanı adı ilə Quşçu-Şamaxı yolu üstündə yaşayan kolanılar suyun olmaması üzündən Pirsaat çayının sol sahilinə köçərək indiki kəndin əsasını qoymuşlar. Yerli əhali yaşayış məntəqəsini Qumlavar Kolanısı da adlandırır. Oykonim kolanı tayfasının adı ilə bağlıdır. == Əhalisi == Bu kənddə Kolanlı tayfası meskunlaşıb təqribi olaraq 1845-ci illərdən məskunlaşan Kolanlılar buradan: Biləsuvar, Əli-bayramlı, Şamaxı və Naxçıvanın cənub qərbində oğuz türk tayfasından olan bu Kolanlılar adət-ənənələrini davam etdirirlər. Kolanlı tayfası qədim türk tayfaları arasında ən böyük tayfalardandır. Salyan rayonunda yerləşən kolanlı tayfası özüdə 3 hissəyə bölünüb: Şahbazlılar, Mənsimovlar və Məmmədovlar nəsli, lakin Məmmədovlar sonradan Şamaxıya köç ediblər bununla da əlaqə tam olaraq kəsilib. Hal-hazırda Şahbazlılar və Mənsimovlar Biləsuvar rayonunda (keçmış Puşkin) r-nunda daha çox məskunlaşıblar.[mənbə göstərin] == Foto məlumatlar == Kolanı kəndi 2018 == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Kərimbəyli (Salyan)
Kərimbəyli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2006-cı ilə qədər Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində tabe kənd. Əmr http://www.e-qanun.az/framework/11605. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin sakinlərin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyildir. Rəvayətə görə təxminən XIX əsrin ortalarında bu kəndin yerləşdiyi yerdə Şirvan əyalətinin Bico bəylərindən olan Kərim bəyin evi, mal-qara qışlağı var imiş. Sovet dövründə kənd Kür çayı kənarında yerləşdiyinə görə, pambıq əkin sahələrini suvarmaq üçün burada su nasosları quraşdırılmışdır. 1950-60-cı illərdə buraya Sabirabad rayonunun Həşimxanlı kəndindən buraya iş üçün bir qrup ailə köçüb gəlmişdir.
Qızılağac (Salyan)
Qızılağac — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Qızılağac kənd məscidi dini icması fəaliyyət göstərir.
Salyan (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Salyan hakimliyi — Salyan sancağı — Şirvan əyalətinin sancağı Salyan sultanlığı — sultanlıq. Salyan rayonu — Azərbaycan Respublikasında rayon. Salyan — Azərbaycan Respublikasında şəhər.
Salyan (şəhər)
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Etimologiyası == Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
Salyan bələdiyyələri
Salyan bələdiyyələri — Salyan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Salyan bələdiyyəsi
Salyan bələdiyyələri — Salyan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Salyan döyüşləri
Salyan döyüşləri — daşnak-erməni silahlı birləşmələri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi qüvvələrinin və Azərbaycan hərbi birləşmələrinin keçirdiyi döyüş əməliyyatlarından biri. == Döyüşün əhəmiyyəti == Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin əsasən erməni zabit və əsgərlərindən ibarət olan qoşunlarına qarşı 1918-ci il iyunun sonunda və iyulun ortalarında Salyan bölgəsində (Kür çayı boyunca və indiki Neftçala ətrafında) baş vermişdir. Salyan ətrafında döyüşlərin aparılmasına hər iki tərəf mühüm diqqət yetirirdi. Çünki Muğanda bol taxıl ehtiyatları var idi. Digər tərəfdən Kür boyu ərazilərin nəzarət altında saxlanması ilə bolşevik-daşnak qüvvələrinin Yevlaxa qədər üzüb Yevlax körpüsünü partlatmaq təhlükəsinin qarşısını almaq olardı. Buna nail olmaq üçün Qafqaz İslam Ordusu komandanlığı konkret tədbirlərə əl atdı, çar ordusunda xidmət etmiş mayor Nazim Ramazanovun komandalığı altında Cavadda silahlı dəstə təşkil olunmasına yardım göstərildi. Dəstəyə 10-cu Qafqaz piyada alayının 28-ci taborundan bir bölük, 30-cu taborundan bir pulemyot tağımı və iki rus topu verildi. Azərbaycan süvarilərindən ibarət 140 nəfərlik bir dəstə də N. Ramazanovun tabeliyində idi. == Döyüşün başlanması == İyunun 26-da Qarabucaq kəndində düşərgə salan bolşevik-daşnak qüvvələri səhərisi gün Kür çayının hər iki sahili boyunca irəliyə doğru hərəkətə başladı. Surra kəndi yaxınlığında N. Ramazanovun dəstəsinin mühafizə postlarında dayanmış azsaylı döyüşçülərlə düşmən qüvvələri arasında iki saata qədər davam edən döyüş baş verdi.
Salyan düzü
Salyan düzü — Kür çayının sağ sahilində Muğan düzü ilə Xəzər dənizi arasındakı ərazidə yerləşir. Xüsusilə Qızılağac körfəzinin sahil boyu əraziləri bataqlıqlaşmışdır. Ərazisindən Bakı-Astara dəmir yolu keçir. Quruçöl-yarımsəhra iqliminə sahibdir. Cənub-şərqi bataqlıq fauna və florası ilə zəngindir. Qızılağac Milli Parkının ərazisinin bir hissəsini əhatə edir.
Salyan mahalı
Salyan mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Şamaxı xanlığının qonşu xanlıqlarla Salyan uğrunda mübarizəsi daha çox diqqəti cəlb edir. Ona görə ki, Salyan mahalında Mustafa xanın 1400 ailə yaşayan 25 mülkü var idi (2, 176). 1789-cu ildə Qubalı Fətəli xanın ölümündən sonra Mustafa xan Salyana sahib olur. 1799-cu ildə xanlığın ərazisini, xüsusilə Ağsu şəhərini dəhşətli taun xəstəliyi bürüyür. Yaranmış vəziyyətdən qubalı Şeyxəli xan istifadə edərək Salyanı ələ keçirir. Çar I Pavel Şeyxəli xanın "könlünü almaq üçün" 1799-cu il sentyabrın 1-də verdiyi fərman ilə onu bəzi ərazilərlə birlikdə Salyanın da hakimi elan etmişdir. Lakin Şeyxəli xan Dərbəndə qayıdan kimi Salyan hakimləri və yerli əhalinin təklifi ilə Mustafa xan yenidən Salyana sahib olur. Bu mahalda 1821-ci ildə Salyan, Seyidan Şahsevən, Əhmədbəyli, Novruzəlibəyli, Məmmədəlibəyli, Qaramanlı, Bayat, Surra, Xocaçobanlı, Arbatan, Qızılağac, Ərəbqardaşbəyli, Gəzəmənarxı, Marışlı, Şilli, Sarvan, Şorsulu-Xilli, Ballıca, Beşdəli, Ərdəbilli kəndləri vardı. Salyan mahalının sakinləri əkinçilik, üzümçülük, balıqçılıq, çaparlıq, arabaçılıq, duz istehsalı.
Salyan qəzası
Cavad qəzası (rus. Джеватский уезд) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı quberniyasında inzibati ərazi vahidi. Mərkəzi 1916-cı ilə qədər Cavad, bu ildən isə Salyan şəhəri idi. Rus çarı II Aleksandrın (1855–81) Zaqafqaziya və Qafqaz diyarının idarəçiliyinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli fərmanına əsasən, təşkil edilmişdi. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. 1920-ci ildə Cavad qəzası Azərbaycan SSR-in tərkibinə daxil olmuş və Salyan adlandırılmışdır. 1929-cu ildə ləğv edildi. Salyan qəzasını VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə eyni inzibati ərazi çərçivəsində Muğan mahalı əvəz etmişdir. Bakı quberniyasının ən böyük qəzası olmuşdur. 1870-ci il məlumatına görə, ərazisi 9837,5 kv.
Salyan rayonu
Salyan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Salyan şəhəridir. == Tarixi == Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var. 1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K. Sadovski Salyan sözünün fars dilindəki "sal"-il, yaxud "salyane" – yəni illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir. "Tam fars, ərəb rus lüğəti"nin müəllifi İ. Yaqello, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi, "Lüğəti Naci"nin müəllifi Naci də K. Sadovski ilə eyni fikirdə olmuşlar. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını "bərə yeri" (salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır. Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Dilçi alim K. Ramazanov bu coğrafi adın sal-bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə bağlı yarandığını deyir. Salyandan Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu.
Salyan sultanlığı
Salyan sultanlığı — bir çox Azərbaycan xanlıqları kimi Əfşarlar imperiyasının şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. Sultanlıq şimaldan Şirvan, cənubdan Talış, qərbdən Cavad xanlıqları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəd idi. == Tarixi == Salyan xanlığı 1747-ci ildə yaradılmışdır. Mərkəzi Salyan şəhəri idi. 1747-ci ildə Nadir şahın ölümündən sonrakı dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanlıqlar dövründə Quba xanı 1-ci Hüseynin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək Quba xanlığından ayrıldığını və özünün müstəqil xan olduğunu elan edir. Amma çox keçmir ki, Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardım istəyir. O zamanlarda hələ Quba xanlığının taxtına oturmamış vəliəhd Fətəli xan 1757-ci ildə başçılıq etdiyi döyüşçü dəstələri ilə salyanlıların köməyinə gəlir. İbrahim Rüdbarini Salyandan qovur. Beləliklə, İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan sultanlığı yenidən Quba xanlığının tərkibinə keçir. 1757-cı ildən 1768-cı ilə qədər Salyanın hakimi Kəlbəli sultan olur.
Telman Çalyan
Telman Qarabağlı (tam adı: Telman Ayrapetoviç Çalyan; d. 23 fevral 1931, Bərdə, Azərbaycan SSR - ö. 22 oktyabr 1999, Moskva, Rusiya) — erməni hüquqşünas, filoloq və yazıçı; SSRİ Yazıçılar İttifaqının üzvü (11 yanvar 1962); "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" (4 may 1989). == Həyatı == Telman Qarabağlı 23 fevral 1931-ci ildə Bərdə şəhərində anadan olmuşdur. === Valideynləri === Atası çox erkən dünyasını dəyişmişdir. Anası Sona isə Bərdədə məktəb direktoru olmaqla yanaşı, həm də həmin təhsil ocağında Azərbaycan dili dərsini tədris etmişdir. === Təhsili === Tam orta təhsil verən məktəb olmadığından Bərdədə 8-ci sinifi bitirdikdən sonra, təhsilini davam etdirmək üçün Mirbəşir rayonuna (hazırkı Tərtər rayonu) getmiş və 10-cu sinfi orada bitirmişdir. === Əmək fəaliyyəti === 1949-cu ildə əmək fəaliyyətinə dövrünün əksər həmyaşıdları kimi Mirbəşir rayonundakı kolxozlardan birində işləməyə başlamışdır. 1950-ci ilin yazında Kirov adına ADU-nin hüquq fakültəsinin Azərbaycan bölməsinə daxil olmuşdur. 1955-ci ildə oranı bitirib gənc mütəxəssis kimi Neft daşlarında prokuror köməkçisi vəzifəsinə təyinat almışdır.
Alyans
Alyans (ittifaq) və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq alyans sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi alyans yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.