Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əmanulla xan Naxçıvanski
Əmanulla xan Naxçıvanski (15 iyun 1845, Naxçıvan, Gürcüstan-İmeretiya quberniyası – 1891) — polkovnik, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsi, və hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin oğludur. Natəvanın qızı Xanbikə xanımla ailə həyatı qurmuşdur. Əkbər xan Naxçıvanski, Bəhram xan Naxçıvanski atasıdır. Aman xan (Əmanulla) İsmayıl xan oğlu Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvan şəhərində anadan olub. Onun doğum tarixi haqqında məlumat atası tam süvari generalı İsmayıl xanın 1895-ci ildə yazılmış xidmət kitabçasında göstərilibdir. İsmayıl xanın xidmət kitabçası 1895-ci ildə tərtib olunmuşdur və Rusiya Dövlət Hərbi Tarix Arxivinin 409-cu fondunda saxlanılır. İlk təhsilini ailə mühitində və babası I Ehsan xanın açdırdığı şəhər məktəbində alıb. Rusiya Dövlət Hərbi Tarix Arxivinin 330-cu fondunda saxlanılan sənəddən məlum olur ki, ilk dəfə hərbi xidmətə Rusiya çarının xüsusi mühafizə dəstəsinin dördüncü manqasında silahdaşıyan kimi başlayıb. Həmin xidmətin tarixi də qeyd edilib: 1 may 1865-ci il. Qeyd edək ki, o vaxt onun 20 yaşı vardı.
Emanuela Zançi
Emanuela Zançi (17 oktyabr 1977, Milan) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Emanuela Zançi İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Emanuela Zançi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. İdman xidmətlərinə görə mühüm mükafatlara layiq görülüb.
Manuela Bocçini
Manuela Boçini (26 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Manuela Boçini İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Manuela Boçini
Manuela Boçini (26 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Manuela Boçini İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Manuela Friz
Manuela Friz (16 avqust 1978, Aqordo[d], Veneto) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Manuela Friz İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Manuela Pizzo
Manuela Pizzo (d. 14 noyabr 1991; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Manuela Pizzo Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Mariya Manuela
Mariya Manuela (15 oktyabr 1527[…], Koimbra – 12 iyul 1545, Valyadolid) — Portuqaliya kralı III Conun və Kastilya şahzadəsi Avstriyalı Ketrinin ən böyük qızı. 12 noyabr 1543-cü ildə dayısı V Karlın oğlu Milan hersoqu Filiplə evləndirildi. Bu evlilikdən Karlos adlı bir oğlu olsa da, doğuşdan 4 gün sonra qanaxma səbəbilə vəfat etdi. Cənazəsi əvvəlcə Qranada Kral Şapelində dəfn olunsa da, daha sonra El-Eskorial məzarlığına köçürüldü. == Mənbə == Kamen, Henry: Philip of Spain. Yale University Press. 1998. ISBN 978-0-300-07800-8. Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times.
Əmənulla mirzə Cahanbani
Əmənulla mirzə Cahangir mirzə oğlu Qacar (1869, Tehran – 1912, Təbriz) — Qacar şahzadəsi, briqada generalı. Əmənulla mirzə Cahangir mirzə oğlu 1869-cu ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Ziyaüddövlə ləqəbini daşıyırdı. Təhsilini Tehran Darülfünununun piyada qoşunlar sinfində bitirdikdən sonra zabit kimi İran Kazak briqadasına daxil olmuşdur. İran Kazak briqadasının zabiti olmuşdu. 1911-ci ildə Azərbaycan əyalətinin vali müavini təyin edilmişdi. Əmənulla mirzə h.q. 1301-ci (1883), 1302-ci (1884) və 1303-cü (1885) illərdə Dövlət Nəşriyyat və Tərcümə İdarələrində tərcüməçi işləmişdir. O, bu idarədə rus dili mütərcimi idi.
Əmənulla mirzə Qacar
Əmənulla mirzə Əmənulla mirzə oğlu Qacar (1890-1974) — Qacar şahzadəsi, briqada generalı. Əmənulla mirzə 1890-cı ildə anadan оlmuşdu. 1907-ci ildə Mixailоvsк Hərbi Aкadеmiyasına daxil оlmuşdu. Оranı bitirəndən sоnra Paris dе Guеrrе Məкtəbinə girmişdi. Bu məкtəbi də tamamladıqdan sоnra 1913-1915-ci illərdə şahın mühafizə qvardiyasının lеytеnant rütbəli zabiti оlmuşdu. 1916-cı ildə Iran оrdusunda кapitan rütbəsində xidmət еtmişdi. 1916-cı ildə gеnеral Starоsеlsкinin briqadasında mayоr rütbəsində qulluqda оlmuşdu. 1921-ci ildən 1922-ci ilədəк İran Kazak diviziyasında hərbi xidmətdən кеçmişdi. 1922-ci ildə Azərbaycan əyalətində gеnеral-mayоr rütbəsində коrpus коmandiri оlmuşdu. 1922-ci ildən 1926-cı ilədəк Məşhəddə briqadaya başçılıq еtmişdi.
Əmənulla xan Avşar
Əmənulla xan Avşar (Zəncan – Zəncan) — Zəncan xanlığının 1797-ci ildən 1810-cu ilə qədər olan dördüncü xanı. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, səh. 323–324. Abu’l-Ḥasan Ḡaffārī Kāšānī, Golšan-e morād, ed. Ḡ Ṭabāṭabāʾī Majd, Tehran, 1369 Š./1990. Moḥammad-Ṣādeq Nāmī Eṣfahānī, Tārīḵ-e gītīgošā, ed. S. Nafīsī, Tehran, 1317 Š./1938. J. R. Perry, Karim Khan Zand, Chicago, 1979.
Əmənulla xan Kəngərli
Əmanulla xan Naxçıvanski (15 iyun 1845, Naxçıvan, Gürcüstan-İmeretiya quberniyası – 1891) — polkovnik, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsi, və hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin oğludur. Natəvanın qızı Xanbikə xanımla ailə həyatı qurmuşdur. Əkbər xan Naxçıvanski, Bəhram xan Naxçıvanski atasıdır. Aman xan (Əmanulla) İsmayıl xan oğlu Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvan şəhərində anadan olub. Onun doğum tarixi haqqında məlumat atası tam süvari generalı İsmayıl xanın 1895-ci ildə yazılmış xidmət kitabçasında göstərilibdir. İsmayıl xanın xidmət kitabçası 1895-ci ildə tərtib olunmuşdur və Rusiya Dövlət Hərbi Tarix Arxivinin 409-cu fondunda saxlanılır. İlk təhsilini ailə mühitində və babası I Ehsan xanın açdırdığı şəhər məktəbində alıb. Rusiya Dövlət Hərbi Tarix Arxivinin 330-cu fondunda saxlanılan sənəddən məlum olur ki, ilk dəfə hərbi xidmətə Rusiya çarının xüsusi mühafizə dəstəsinin dördüncü manqasında silahdaşıyan kimi başlayıb. Həmin xidmətin tarixi də qeyd edilib: 1 may 1865-ci il. Qeyd edək ki, o vaxt onun 20 yaşı vardı.
Əmənulla mirzə Qovanlı-Qacar
Əmənulla Mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (d. 8 yanvar 1857, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. 1937, Tehran, İran)- Bəhmən mirzə Qovanlı-Qacarın oğlu, Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun general-mayoru, İran Milli Məclisinin üzvü, İran-Sovet İttifaqı Dostluq Cəmiyyətinin rəhbəri. Qacarlar sülaləsinə mənsub şahzadə olmuşdur. Əmənulla mirzə Bəhmən mirzə oğlu 8 yanvar 1862-ci ilin yelizavetpol quberniyasının Şuşa şəhərində anadan olmuşdur. O, Cənubi Azərbaycanın hakimi olan Abbas Mirzə oğlu Bəhmən Mirzə ilə Çiçək xanımın evliliyindən dünyaya gəlmiş və ailənin XVII oğlan övladı olmuşdur. General-mayor Əmənulla Mirzə Qacar 1937-ci ildə Tehranda vəfat etmişdir. Sankt-Peterburqdakı hərbi kadet korpusunu bitirmişdi. On yeddi yaşında poruçik rütbəsi alan Əmənulla mirzə 1879-cu il iyulun 19-da Zaqatalada yerləşən 164-cü piyada alayında xidmətə başlamış, 1883-cü ildə baş leytenant rütbəsinə yüksəlmişdir. 20 noyabr 1886-cı ildə o, Kuban Kazaklarının II taboruna transfer edilmiş və sonradan həmin taborun komandiri olmuşdur.
Coffea arabica var. amarella
Ərəb qəhvəsi (lat. Coffea arabica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qəhvə ağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Coffea arabica var.
Əmənulla xan Ziya əs-Soltan
Əmənulla xan Ziya əs-Soltan və ya Əmənulla xan Dünbüli Nəzər ul-Ayalə Ziya əs-Soltan — təbrizli aristokrat və Qacar şahı Müzəfərəddin şah Qacarın, Məhəmmədəli şah Qacarın və Əhməd şah Qacarın hakimiyyəti dövründə sarayda çalışmış şəxs. O, Məşrutə inqilabının qəhrəmanlarından biri hesab edilir. Əmənulla xanın ailəsi Nadir şahın ölümündən sonra formalaşan Təbriz və Xoy xanlıqlarını idarə etmişdilər. 1799-cu ildə Təbriz xanı Hüseynqulu xanın ölümündən sonra Xoya dönən Cəfərqulu xan Fətəli şah Qacarda özünün Xoy hakimi kimi tanınmasını istəmişdir. Fətəli şah bu təklifi rədd etmiş və oğlu Abbas Mirzəni Dünbülililərlə döyüşmək üçün göndərmişdir. Döyüş nəticəsində Abbas Mirzə qalib gəlmiş və Təbrizə daxil olmuşdur. 17 sentyabrda isə Xoya Qacar ordusu daxil olmuşdur. Bununla da, Xoy və Təbrizdə dünbülililərin əsas qüvvə olmasına son verilmişdir. 1809-cu ildə Təbriz xanlığı da yeni yaradılmış varis vilayətinə daxil edilmiş, onun mərkəzi olmuşdur. Əmənulla xan 1863-cü ildə Təbrizdə anadan olmuşdur.