Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aminlər
Aminlər – üzvi birləşmələr olub, molekulunda bir, iki və ya üç hidrogen atomunun karbohidrogenlə əvəz olunmuş amonium törəmələridir. CH3NH2 - metilamin (birli) (CH3)2NH - dimetilamin (ikili) (CH3)3N - trimetilamin (üçlü) == Növləri == Azotla əlaqəli olan üzvi qrupun xassələrinə görə aminlər üç yerə bölünür: Alifatik aminlər - CH3-N< Aromatik aminlər - C6H5-N< Yağlı aromatik aminlər (tərkibində aromatik və alifatik radikallar vardır)NH2-qrupun sayına görə aminlər monoaminlər,diaminlər və triaminlərə və s. bölünürlər. == Aminlərin quruluşlarının özünəməxsusluğu == Azot atomunun elektron konfiqurasiyasından 1s22s22p3 göründüyü kimi o, məsələn hidrogen atomu ilə üç kovalent rabitəni (NH3) əmələ gətirə bilir. Bundan başqa azot 2s-elektronları hesabına digər hissəciyin (məsələn H+) vakant orbitləri hesabına donor-akseptor mexanizminə uyğun dördüncü kovalent rabitə əmələ gətirə bilir. Ammonyak molekulunda olduğu kimi aminlərdə (NR1R2R3) də azot atomu tetraedrik piramidanın təpələrində yerləşmişdir. Rabitələrin bucaqları tetraedrik (~108o) olmaqla azot atomunun daha bir çütləşmiş sərbəst elektronları vardır. Tetraedrik rabitə bəzən pozulur, məsələn üçüzvlü etilamində bananabənzər qövsvari rabitə əmələ gəlir. Azot atomunda heç olmazsa bir aromatik əvəzləyici varsa (məsələn, anilində) rabitə bucağı güclü dıyişir. Bu bucaqları 120o -yə yaxın olan piramida daha çox müstəvi xarakterlidir.
Abiotik amillər
Abiotik amillər (yun. a- inkar, bios- həyat) — cansız təbiət amilləri. == Ümumi məlumat == Abiotik amillər canlı orqanizmlərə təsir göstərən qeyri-üzvi mühit şəraitinin məcmusu kimi başa düşülür. Bu amillər kimyəvi (atmosferin, dəniz sularının, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim (temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, külək, kosmik radiasiya, günəş radiasiyası və s.) amillərə bölünür. Abiotik amillərin canlı orqanizmlərin həyatında rolu çox böyükdür və bu təsiri ekologiya elmi öyrənir. Bu termin, əsasən, ekologiyada işlənir. İnsanın təsərrüfat fəaliyyəti torpağın strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir göstərərək uzun təkamül ərzində orqanizmlərin adaptasiya olunmuş abiotik amillərini nəzərə çarpacaq dərəcədə dəyişə bilər.
Geomorfoloji amillər
Geomorfoloji amillər - relyef əmələgəlmə amilləri, bütün yer kürəsinin yaxud onun hər hansı regionunun relyefini formalaşdıran endogen (Tektonika, vulkanizm) və ekzogen(eroziya, deflyasiya, karst və b.) amillərin məcmu. Keçmiş sovet geomorfoloqu İ.S.Şukin (1969) tərəfindən təklif edilmişdir.
Limitləyici amillər qanunu
Limitləyici (məhdudlaşdırıcı) amillər qanunu — ekologiyanın fundamental qanunlarından biri. == Qanunun kəşfi == Üzvi kimyaçı, aqrokimyanın banilərindən biri Y.Libix (1803–1873) bitkilərin 1840-cı ildə mineral qidalanma nəzəriyyəsini irəli sürmüşdür. O, müəyyən etmişdir ki, bitkilərin inkişafı kifayət qədər olan kimyəvi element və maddələrdən (amillərdən) başqa,eyni zamanda çatışmayan element və maddələrdən də asılıdır. Öz tədqiqatları nəticəsində Libix "minimum" qanununu formalaşdırmışdır. == Qanunun əhəmiyyəti == Qanuna görə, optimal kəmiyyətindən daha çox kənara çıxan amil orqanizm üçün daha əhəmiyyətlidir. Ona görə də, ekoloji şəraiti proqnozlaşdırarkən və ya ekspertiza həyata keçirilərkən, orqanizmin həyatındakı ən zəif həlqəni müəyyən etmək çox əhəmiyyətlidir. Verilmiş konkret anda orqanizmin yaşaması məhz minimal (və ya maksimal) səviyyədəki amildən asılıdır. Başqa zaman kəsiyində digər amillər də məhdudlaşdırıcı ola bilər. Öz həyatı ərzində canlı orqanizmlər onların həyat fəaliyyətinə təsir göstərən ən müxtəlif limitləyici amillərə məruz qalır. == Qanunun tətbiqi == Qanun kənd təsərrüfatı praktikasında daim nəzərə alınır.
Çayların sululuğu və ona təsir edən amillər
Alkinlər
Alkin və ya Asetilen karbohidrogenləri — molekullarında karbon atomları arasında üçqat rabitə olan karbohidrogenlərə deyilir. Formulu:CnH2n-2.Ümumi atom sayi:(3n-2) == Beynəlxalq adlandırma == Alkinlərin ümumi formulu CnH2n-2 formuluna malik üçqat rabitəli karbohidrogenlərdir. İlk nümayəndəsi C2H2-etindir (trivial adı olan "asetilen" daha çox işlənir). Alkinlərdə üçqat rabitəli karbon atomları sp-hibrid halındadır. Butindən başlayaraq zəncir və vəziyyət izomerliyi rast gəlinir. Adlanma alkenlərdəki kimidir. Sadəcə olaraq, alkinlərdə: Trivial adlanmada -ilen şəkilçisi ilə əvəz edilir. Səmərəli adlandırmada hamısı asetilen törəməsi götürülür. Alkenlərdəki beynəlxalq adlanmadakı faktorlarından ikiqat rabitə üçqat ilə əvəz olunur. Sonrakı faktorlar alkenlərdəki kimidir.
Alpinlər
Makalpinlər (ortagel: Clann Chinaeda meic Ailpín) və ya Alpinlər (ing. House of Alpin, Alpínid dynasty) — 841-ci ildən 1018-ci ilə qədər Dal Riada, Alba, Piktaviya (843-cü ildən) və Stratklayd (889-cu ildən) kral sülaləsi. Sülalənin qurucusu Dal Riada ilə Piktaviyanı bir araya gətirmiş və Alba krallığını qurmuş Kennet mak Alpindir. Daha sonra Alba krallığı ilə Stratklayd krallığı birləşmiş və Şotlandiya krallığını qurmuşdur. 1034-cü ildə sülalə yeni bir kişi üzvü olmadığından süquta uğramışdır. Makalpinlərdən sonra Şotlandiyaya ardıcılıq olaraq, Dankeld sülaləsi, Morey sülaləsi, Balliol sülaləsi, Bryus sülaləsi və Stüartlar sülaləsi rəhbərlik etmişdir. == Genealogiya == II Alpin (–834) — Dal Riada kralı.Kennet mak Alpin (–859) — II Alpinin oğlu. Dal Riada və Piktaviya kralı. O, 843-cü ildən Alba krallığını qurmuşdur.I Konstantin (–877) — I Kennetin oğlu. 863-cü ildən kral.
Amirilər
Amirilər — "Leyli və Məcnun" dastanında Məcnunun mənsub olduğu qəbilənin (nəslin) adı.
Arçinlər
Arçinlər (arç. аршишттиб, arşishttib, rus. арчинцы, arçinsı) – Rusiyada, Cənubi Dağıstanın səkkiz kəndində yaşayan etnik qrupdur. Arçib bunların içərisindəki əsas kənd hesab olunur, çünki ilin üç ayı arçinlər kommunal işlə məşğul olmaq üçün Arçibdə toplaşırdı. Onların mədəniyyəti Dağıstanın bütün mədəniyyətləri içərisində ən fərqli və ən yaxşı qorunanlardan birisidir.Arçilərin cəmi 1200 nəfər əhalisi var və öz dillərində danışırlar. Onların yaşayış yeri Qafqaz sıra dağlarının ərazisindəki Qara-Göysu hövzəsində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdədir. == Tarixi == Arçin xalqının mənşəyi məlum deyil. Onların adı ilk dəfə 13-cü və ya 14-cü əsrdə Məhəmməd Rəfinin Şirvandan yazdığı tarixi salnamələrdə qeyd edilmişdir. Avar icması olan Dursax (və ya Rissib) bir hissəsi idilər və zaman-zaman Qazıqumux xanlığına xərac verirdilər. 1813-cü ildə Dağıstan Rusiya tərəfindən ilhaq edildikdən sonra onlar da Rusiya imperiyasının subyektləri oldular.
Aurinlər
Aurinlər - trifenilmetanın hidroksilli törəmələri sırasından olan boyaqlardır. == Alınması == Bunların ən sadəsi aurin, fenolu (sulfit turşusu iştirakı ilə) oksalat turşusu ilə qızdırmaqla alınır. Reaksiya zamanı əvvəlcə boyağın leykəsası trioksitrifenilkarbanol əmələ gəlir, sonra sulfat turşusunun təsiri ilə su ayrılır və aurin alınır. Fenol ilə ortokrezol və parakrezol qarışığını arsenat və sulfat turşuları ilə oksidləşdirdikdə aurinin homoloqu rozol turşusu alınır. Aurinə pararozol turşusu da deyilir. Onların quruluşu, nitrit turşusunun təsiri ilə parafunksinin aurinə və funksinin rozol turşusuna çevrilməsi ilə sübut olunur. Aydındır ki, nitrt turşusu funksinin və parafunksinin amin qruplarını hidroksil qrupu ilə əvəz edir və onları müvafiq olaraq aurinə və rozol turşusuna çevirir. == Xassələri == Aurin qırmızı rəngli boyaqdır, suda həll olmur, spirtdə və sirkə turşusunda həll olur. sirkə turşusunun və başqa turşuların təsirindən aurin qızılı rəngə, qələvilərin təsirindən isə göy-qırmızı rəngə boyanır. Aurinlər kağıza boyamaq üçün, az miqdarda indikator kimi işlədilir.
Ağfinlər
Ağfinlər (həmçinin ağ finlər; fin valkoiset – «ağ») — Finlandiyada vətəndaş müharibəsinin burjua milli hökumətinin, antikommunist və antisovet qüvvələrinin tərəfində olan iştirakçıları. Onlar ağ qvardiya və yeger hərəkatında təşkil edilmişdilər. Finlandiyada "ağlar" termini Rusiyada vətəndaş müharibəsində iştirak edən ağ ordu ilə bənzətmə nəticəsində yaranmışdır. Onlar 1918-ci ildə hərbi qarşıdurmada qalib gəlmişdilər. "Ağ finlər" termini Sovet Rusiyasında yaranmış və sovet təbliğatında mənfi kontekstdə istifadə olunmuşdur. == Ədəbiyyat == Keränen, Jorma. Suomen itsenäistymisen kronikka. Jyväskylä: Gummerus. 1992. ISBN 951-20-3800-5.
Enaminlər
Enamilər (vinilaminlər) – alkenilaminlər R2NCR=CR ümumi formuluya malikdirlər, burada amunoqrup ikiqat karbon-karbon əlaqəsinin yanında yerləşir. Enaminlər aldehid və ya ketonların ikili aminlərlə qarşılıqlı əlaqəsindən alinir. "Enamin"1 sozü 2 hissədən ibarətdir: "En" şəkilçisi üzvi kimyada ikiqat rabitəni ifadə edir, "amin" isə üzvi birləşmələnin sinfinin adını göstərir. Birli və ikili enaminlər enamin-imin tautomerizmlə xarakterizə olunur. == Alınması == Enaminlər dayanıqsızdır və buna görə də kimyəvi cəhətdən faydalı olan hissələrdir ki, bu da kommersiyada mövcud olan başlanğıc reaktivlərindən asanlıqla istehsal oluna bilər. Enamin istehsalının ümumi yolu, ikincil aminləri olan bir α-hidrogen ehtiva edən keton (Stork, 1963) və ya aldehid (Mannich/Davidsen, 1936) turşusu ilə kataliz edilmiş nukleofilik reaksiyadır. Reaksiya verən aminin pKa -sı kifayət qədər yüksəkdirsə (məsələn, pKa 11.26 olan pirolidin), hər zaman turşu katalizinə ehtiyac yoxdur. Əgər reaksiyaya girən aminin pKa səviyyəsi aşağı olarsa, turşu katalizi həm əlavə, həm də susuzlaşdırma mərhələləri ilə lazımdır [7] (ümumi susuzlaşdırıcı maddələrə MgSO4 və Na2SO4 daxildir). [8] Birincil aminlər, daha termodinamik cəhətdən daha stabil imin növlərinin üstünlük təşkil etməsi səbəbindən adətən enamin sintezi üçün istifadə edilmir. [9] Metil ketonun öz-özünə kondensasiyası, reaksiya qarışığına TiCl4 [10] əlavə etməklə (su çöpçü kimi çıxış etməklə) qarşısını almaq mümkün olan bir yan reaksiyadır.
Sabinlər
Sabinlər — İtalik xalqlardan biri, Sabina regionunun yerliləri. == Tarixi == Plutarx romalıların qonşuluğunda yaşayan sabinlər haqqında хeyli məlumat verir. O, yazır ki, sabinlər böyük və döyüşkən bir хalqdır... heç nədən qorхmurlar... istehkam olmayan yerlərdə yaşayırlar. O, göstərir ki, alban çarı Romulun ana tərəfdən babası olduğu kimi, onlar sabinlərlə də qohum idilər... Sabinlər Antik İtaliyda, Romanın yaranmasından əvvəl yaşayırdılar. Özlərinə məxsus dilləri vardı.
Samilər
Samilər — İkiçayarasında, Mesopotomiyada yaşayan qədim xalq. == Tarixi == İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə - bataqlıqlar quruduqdan sonra əhali bu yerlərə köçmüşdür. Şimal ərazilərdə məskunlaşma daha əvvəllər baş vermişdir. İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna şübhə edirlər. == Dilləri == Samilər Sami dil ailəsinə mənsub idilər.
Tamillər
Tamillər — Cənubi Asiyada xalq. Ana dili olaraq Dravid dil ailəsinə aid olan Tamil dilində danışırlar.
Udinlər
Udilər, Udinlər (udicə Udi, Uti, rus. Удины, ing. Udi people) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Oktomberi kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar. Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır. == Adlandırılması == Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır.
Şahinlər
Şahinlər (isp. Halcones) Çili Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Extra EA-300 təyyarələri istifadə olunur. Komandada 9 pilot var. Komanda mürəkkəb, yüksək riskli manevrlərin oxşarlığına görə Kral Hərbi Hava Qüvvələrinin Qırmızı Oxlarına bənzədilə bilər. Eskadron Argentina, Ekvador, Braziliya, Birləşmiş Krallıq, Belçika, ABŞ, Kanada, İsrail, Fransa, Peru, Uruqvay və Boliviyada uçuşlar həyata keçiriblər.
Əmillər
Əmillər — Azərbaycan Respublikasının Şuşa rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Axirlər
Axirlər (lat. Achiridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Ümidlər
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Arimlər
Arimlər (yun. ει̉ν 'Αρίμοις) — Homerin "İliada" poemasında adı çəkilən xalq. Yozef Markvart onları armenlər ilə eyniləşdirir. == Coğrafiya == Zevs və Tifon arasındakı döyüşü təsvir edən Homer arimləri xatırladır və Tifonun iqamətgahının onların ölkəsi olan Arima ərazisində yerləşdiyini göstərir. == Tifon == Tifon mifoloji nəhəng idi və vulkanik hadisələri təcəssüm etdirirdi. Homeri onun iqamətgahını Arima ölkəsində, digər yunan salnaməçiləri Pindar və başqaları Kilikiyada hesab edirlər. Bu əlamətlərə əsaslanaraq Almaniya alimi C. Parç izah etmişdir ki, yunan mənbələrində arimlərin Kilikiya torpağında yerləşdiyi olunan vulkan əslində indiki Türkiyənin Kayseri vilayətindəki Ərciyəs dağıdır. == Ermənilər ilə eyniləşdirmə == Yozef Markvart güman etmişdir ki, Homerin "İliada"sında adı çəkilən arimlər armenlərdir və bu, onlar haqqında ən qədim məlumatdır.Yunan salnaməçisi Posidoni və onun ardınca C. Parç arimləri aramilər ilə eyniləşdirmişdi, lakin Markvart bu fikri rədd edərək onları ermənilərin əcdadları olan armenlər ilə eyniləşdirmişdi. Markvartın fikrinə görə, o dövrdə samidilliassuriyalılar Kilikiyada və ya Cənubi Kappadokiyada deyil, Pontun şimal tərəfində yaşayırdılar. Onun sözlərinə görə, ermənilər Frigiyadan, xüsusən də indiki Ankara ərazisindən, Qızılirmaq çayının orta axarından Ərciyəs dağının ətrafına köç etmişdilər.
Aminli
Aminli (Nir)
Arilər
Arilər (hind ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə.
Dinlər
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur.
Finlər
Finlər (İsveçcə: finnar) — Fin-uqor xalqlarından biri, Finlandiyanın əsas əhalisi.
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü.Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Mirlər
Mirlər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Toponimikası == Mirlər kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Şeyx Mir İbrahim ağa saldığı üçün onun titulu (mir) ilə adlanmışdır. Bir sıra müsəlman ölkələrində, o cümlədən Azərbaycanda mənşəcə Məhəmməd peyğəmbərin nəslindən olanlar adətən seyid və ya mir fəxri titulu daşıyırlar. Antropooykonimdir.