Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anabioz
Anabioz — orqanizmin elə halıdır ki, bu zaman canlılarda bütün həyat prosesləri (maddələr mübadiləsi və s.) o qədər zəifləyir ki, görünə bilən həyat təzahürləri yoxdur. "Anabioz" sözü "canlanma" deməkdir: yunan sözlərindən "ana" - "yenidən" və "bios" - "həyat". Bu hadisəni ilk dəfə heyvanlarda 1701-ci ildə hollandiyalı təbiətşünas Antoni van Levenhuk aşkar etmişdir. O, dam novlarından tam quru qumu yığır və şüşə boruda su ilə qarışdırır, sonra isə özünün mikroskopunda baxırdı. Alim bu şüşə boruda aktiv üzən canlı varlıqları - kiçik qurdları (rotatori) gördü. Levenhuk dəfələrlə qumu qurudurdu, lakin qurdlar yenidən canlanma qabiliyyətlərini saxlayırdılar. Anabioz - canlıların təkamül prosesi nəticəsində qazanılmış, xarici mühitin əlverişsiz şəraitindən onların salamat qalması üçün bioloji uyğunlaşmasıdır. Orqanizmlər anabioz halına ətraf mühitin temperaturunun kəskin dəyişməsi, rütubətin yoxluğu və digər səbəblərdən düşürlər. Bu hadisə təbiətdə geniş yayılıb. Bunu viruslarda, mikroblarda, onurğasızlarda, suda-quruda yaşayanlarda, sürünənlərdə, şibyələrdə, mamırlarda və hətta bəzi çiçəkli bitkilərdə müşahidə etmək olar.
Arabika
Arabika (və ya Arbayka) — Gürcüstanın Qərbi Qafqaz ərazisində dağ massivi. Massiv Qaqara silsiləsində, Abxaziya ərazisində yerləşir. Yaxınlıqda Qaqra şəhəri var. Əsasən əhəng daşlı süxurlardan təşkil olunan bu massiv dünyada bu tip süxurların toplandığı bölgələrdən biridir. Ərazi Kutu - Şara və Bzıba çaylarının kanyon dərələri ilə kəsilib. Bölgə Qara dənizin cənub-qərbində yerləşir. Massiv Xaşupse və Sandripş çayları hövzələrindən qərbdə yerləşir. Arabika massivinin dəniz səviyyəsindən ən hündür zirvəsi 2661 metrdir. Arabika massivi dünyada mağaraları ilə, eləcə də dünyanın ən dərin mağaraları ilə tanınan massivdir — Veryovkin mağarası və Kruber mağaraları. 90-cı illərdə bu bölgədə 1710 metr dərinliyə yenidən (2001 il) çatılmış və sonra dünyada ən dərin mağara kəşf edilmişdir - 2000 metrdən dərin.(2004-cü il) == Adın mənşəyi == Arabika adı abxaz mənşəli olub «арбаҕь аика» —xoruz çüxuru, hansı ki massivə bənzəyir.
Xanbikə xanım
Xanbikə xanım (1856, Şuşa – 1921, Ağdam) — azərbaycanlı şairə, Xurşidbanu Natəvanın qızı. == Həyatı və yaradıcılığı == Xanbikə xanım 1856-cı ildə Şuşada doğulmuşdur. Xurşidbanu Natəvan irsinin görkəmli tədqiqatçısı Bəylər Məmmədov onun əsl adının Fatmabikə xanım olduğunu, hələ kiçik yaşlarından şair-həkim Mirzə Sadıq Sadiqin və şair Mirzə Rəhim Fənanın təsiri ilə şeir yazmağa başladığını, anası Xurşidbanu Natəvanın yolunu davam etdirərək qəzəllər və rübailər qələmə aldığını göstərmişdir.Xanbikə xanım 1872-ci ildə Xok və Qıvraq kəndinin atamanı Əmanulla xanla ailə qurmuş, ondan bir neçə övladı olmuşdur. Oğlu Əkbər xan Naxçıvanski 1960-cı illərə qədər yaşamışdır. Dümanın Xurşidbanuya bağışladığı fiqurları, fil sümüyündən olan şahmatı da muzeyə o bağışlamışdır.Polkovnik Əmanulla xan (1845–1891) vəfat etdikdən sonra Xanbikə xanım 1891-ci ildən sonra Gəncədə yaşayan naxçıvanlı tacir, yazıçı Mirzə Cəlilin yaxın dostu Kərbəlayi Cabbar Hacı Ələsgərov ilə ailə qurur. Ərinin qulluğu ilə əlaqədar olaraq Xanbikə xanım Naxçıvanda, Tiflisdə, Vladiqafqazda yaşasa da, tez-tez anası ilə məktublaşır, bəzən ailəsi ilə bərabər Qarabağa gəlirdi. Xanbikə xanım 1921-ci ildə Ağdamda vəfat etmiş, İmarətdəki silsiləvi qəbiristanlıqda dəfn olunmuşdur.Xanbikə xanım Azərbaycan və fars dillərində yazdığı şeirlər bir sıra nəzirələrdən, anası Xurşidbanunun və qızı Ənbərbikənin ayrılığına həsr edilmiş mənzum məktublardan ibarətdir. Bu mənzumələrdə Natəvanın təsiri açıq-aydın şəkildə hiss edilir. Bəylər Məmmədov şairənin təkcə bir şeirinin mətbuat üzü gördüyünü, yerdə qalanları isə arxiv, muzey və əlyazmaları fondunun nadir eksponatlarından olduğunu bildirmişdir.Bəylər Məmmədov Xanbikə xanımın anası kimi nəfis əl işləri, müxtəlif janrda tikmələr hazırlamaq bacarığı olduğunu yazmışdır.Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım "məclisi-üns"ün iştirakçılardan biri idi.
Xanbikə xanım Cavanşir

Dendrobium amabile
Dendrobium amabile (lat. Dendrobium amabile) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Callista amabilis Lour. (1790) (Basionym) Epidendrum callista Raeusch. (1797) Dendrobium bronckartii De Wild.
Eupatorium amabile
Eupatorium amabile (lat. Eupatorium amabile) — mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid biki növü.
Hirotuqu Akaike
Hirotuqu Akaike (yaponcaː 赤 池 弘 次, d. 5 noyabr, 1927, Fujinomiya, Şizuoka (prefekturası), v. 4 avqust, 2009, İbaraki, Yaponiya) — Yapon alimi və statistiki. 1970-ci illərin əvvəllərində yeni informasiya kriteriyalarını təklif etmişdir. == Haqqında == === Təhsili === Hirotuqu Akaike 5 noyabr, 1927-ci il tarixində Yaponiyanın Şizuoko prefekturasının Fujinomiya şəhərində fermer ailəsində anadan olub. 1970-ci illərin əvvəllərində o, hazırda Akaike-nin informasiya meyarı adlandırılan yeni informasiya meyarını təklif edib. Bu meyar modellərin qiymətləndirilməsi üçün bir çox sahələrdə geniş tətbiq tapmışdır. O, 1952-ci ildə Tokio Universitetinin riyaziyyat üzrə balakavriatını bitirib. 1961-ci ildə Tokio Universitetində fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır. === Fəaliyyəti === 1952-1994-cü illərdə Yaponiya Statistik Riyaziyyat İnstitutunda işləyib.