Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Angilya
Angilya, Anquilla (Anguilla) – Böyük Britaniyanın Karib dənizində mülkü. == Ümumi məlumat == Kiçik Antil adaları arxipelaqının şimal qurtaracağında, Küləktutan adalar qrupunda yerləşən Angilya adasını (sah. 91 km²) və əhalisi olmayan kiçik adalar qrupunu (Skrab, Doq, Sombrero, Prikli-Pir-Keys, Sil və s.) əhatə edir. İnzibati mərkəzi Valli şəhəridir. Rəsmi dili ingilis dili, pul vahidi şərqi Karib dollarıdır. Əhəngdaşlardan təşkil olunmuş adalar mərcan rifləri ilə əhatələnmişdir. Angilya adasının xırda təpəlikli səthi nisbətən hamardır, ən yüksək nöqtəsi 65 m-dir (Krokus-Hill d.). İqlimi tropik passatdır. Havanın orta aylıq temperaturu 18 24 °C, illik yağıntının miqdarı 700–1200 mm-dir. Yağış suyundan içmək üçün istifadə olunur.
Angina
Tonzillit və ya angina (lat. angina – sıxılma, boğma, boğulma) — boğazgəlmə, badamcıqların və boğaz limfaidlərinin iltihablı kəskin infeksion xəstəliyi.Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. == Əlamətləri == Geniş yayılmış kəskin yoluxucu-allergik xəstəlik. Törədiciləri: streptokokk, stafilokokk və s. Uşaqlar və gənclərdə xüsusilə tez-tez baş verir. Xəstəliyin bir neçə forması mövcuddur: kataral, follikulyar, fibrinoz, fleqmonoz, lakunar, və s. Ən yüngül forması kataral anginadır. Bu zaman badamcıqlar qırmızı olur, bir qədər şişir; dil isə quru və ərplə örtülü olur. əsnəyin selik örtüyü qızarır, boğaz gicişir və quruyur, udqunduqda ağrı olur. Yaşlı adamlarda temperatur çox artmır, uşaqlarda isə 39–40°C-yə qədər yüksəlir.
Anima mundi
Anima mundi — yəni dünyanın saf, səmavi ruhu. Antik filosoflara görə təbiətin hər yanına nüfuz etdiyi irəli sürülmüşdür. == Haqında == Fikrin Platon ilə ortaya çıxdığı deyilsə də, qavramın kökəninin daha antik olduğu və ilk dəfə bəzi şərqli filosofların sistemlərində irəli sürüldüyü iddiası da vardır. Stoaçılara görə, o bəşəriyyətdəki tək mühüm, həyati gücdür. Bənzər qavramlara Parakelsus kimi hermetik filosoflar və daha sonra Fridrix Şellinq (1775–1854) də sahib olmuşdur. == Okultizmdə Anima mundi == Anime mundi termini Ökult terminologiyasının termini olub, dünyanın tamamilə canlı varlıq olduğu qavramını dilə gətirmək üçün "Dünya canı" anlamında isifadə edilir. Latıncadan da tərcüməsi bu mənaya gəlir. Basilius Valentinusun "dünya ölü bir vücuddan ibarət deyildir" sözü ilə bildirdiyi Anima mundi Okultistlərin ardından Teozoflar tərəfindən də qəbul edilmişdir. Bu qavramı qəbul edən düşüncəyə görə, insan bədənində olduğu kimi Anime mundinin bədənində də sinir sistemi, hərəkət sistemləri, nəfəs sistemi mövcuddur. Anima mundinin insan varlığında olduğu kimi ruh, sübtil bədən və maddi bədən olaraq üçlü quruluşa sahib olduğu qəbul edilir.
Asqırma
Asqırmaq — ani, qeyri-iradi, səsli şəkildə ağız və burundan havanın xaric olunmasıdır. == İzahat == Asqırma burun dəliyi kanallarındakı sinirlərin (beyin tərəfindən) xəbərdar edilməsi nəticəsində əmələ gələn bir reaksiyadır. Hava burnun dar kanallarından təzyiq əmələ gətirərək keçərkən həm istiliyi nizamlanır, həm də kanallardakı toz burada filtrdən keçirilir. Burun sinirlərinin xəbərdar olunmasının fərqli səbəbləri vardır. Ən çox allergik təsirlər, daha sonra isə toz, tüstü, ətirlər və hətta anidən işığa baxmanın nəticəsində ola bilər. Bu zaman burnumuzda ifrazat əmələ gəlir, beyinə gedən siqnal nəticəsində baş və boynumuzdakı əzələlər də beyin tərəfindən xəbərdar olunaraq ani nəfəs boşalması hadisəsi baş verir. Səs tellərinin olduğu nahiyə əvvəlcə bağlanır və buradakı havanın təzyiqi olduqca qalxır. Sonra anidən açılaraq hava yüksək bir səslə çölə çıxarılır. Təbii ki, bu zaman burnumuzdakı toz və bir sıra mikroblar da çölə çıxarılır. Ancaq tibb sahəsi asqırma ilə yayılan mikrobların da yoluxucu qabiliyyətdə olduğunu təyin etmişdir.
Nağıoba
Nağıoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Alqıma
Anqola
Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət. == Ümumi məlumat == Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir. == Adın etimologiyası == "Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.
Anqome
Anqome (fr. Engomer) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09111. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 275 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 156 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 114 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.1%, 1999-cu ildə 65.5%). Fəal olan 114 nəfərdən 100 nəfər (54 kişi və 46 qadın), 14 nəfər işsiz (10 kişi və 4 qadın) idi. Aktiv olmayan 42 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Anqola Respublikası
Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət. == Ümumi məlumat == Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir. == Adın etimologiyası == "Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.
Anqola bayrağı
Anqola bayrağı — Anqolanın Dövlət bayrağı Günümüzdəki istifadə edilən halı ilə 11 noyabr 1975-cı il tarixindən istifadə edilməyə başlanmışdır. Anqola bayrağı üfüqi olaraq iki bərabər hissəyə bölən qalın qırmızı və qara zolaqdan ibarətdir. Əlavə olaraq bayrağın ortasında sarı dişli, paz və ulduz var. Bayraqdakı qırmızı rəng ilk günlərdə sosializmin bir simvolu olaraq istifadə edildiyi halda, bu gün Anqola xalqının 1992-ci ildə konstitusiya çərçivəsində ifadə etdiyi kimi ölkənin müstəqilliyi üçün tökdüyü qanı simvolizə edir. Bayraqın digər yarısını aşağıda təşkil edən qara rəng, ölkənin yerləşdiyi Afrika qitəsini göstərir. Bayraqın ortasındakı yarı dişli işçi sinfi sosialist inqilabını, qılınc əkinçilik sinfini, beşguşəli ulduz isə ölkənin inkişafını və beynəlmiləlçiliyi təmsil edir. Bayraqda istifadə olunan bu işarələrin Sovet İttifaqında istifadə olunan orak və çəkic işarələrinə bənzərliyi ölkənin kommunizmə sadiqliyini ifadə edir. Bayrağın formalaşmasında Anqolanın müstəqilliyi uğrunda mübarizə aparan MPLA partiyasının bayrağı əsas götürüldü və partiya bayrağındakı iri beşguşəli ulduz əvəzinə yarı dişli, qılınc və xırda ulduz istifadə edilmişdir. 2003-cü ildə ölkədə, xüsusən müxalifət partiyaları tərəfindən bayrağın dəyişdirilməsi barədə fikirlər irəli sürüldü və hətta bayraqlar təklif olundu, lakin bu günə qədər heç bir nəticə əldə olunmadı.
Anqola cərəyanı
Anqola cərəyanı — Afrikanın qərb sahilləri boyunca keçən isti dəniz cərəyanı. Cərəyan cənub istiqamətində hərəkət edir. Cənub Ekvatorial əks cərəyanı ilə Benqel cərəyanının təsiri ilə formalaşır. İlk dəfə AtlantNİRO ekspedisiyası zamanı Moroşkin tərəfindən aşkar edilmişdir. O, cərəyanı "Cənub axını" adlandırır. Ancaq bu adın uğursuz olaraq verilməsi səbəbindən Anqola cərəyanı olaraq dəyişdirilir.
Anqola himni
Angola Avante! (azərb. İrəli Anqola!‎) — Anqola dövlət himni. == Himnin sözləri == === Portuqal dilində === Ó Pátria, nunca mais esqueceremos Os heróis do quatro de Fevereiro. Ó Pátria, nós saudamos os teus filhos Tombados pela nossa Independência. Honramos o passado e a nossa História, Construindo no Trabalho o Homem novo, Honramos o passado e a nossa História, Construindo no Trabalho o Homem novo. Xor: Angola, avante! Revolução, pelo Poder Popular! Pátria Unida, Liberdade, Um só povo, uma só Nação! Levantemos nossas vozes libertadas Para glória dos povos africanos.
Anqola kvanzası
Kvanza və ya Anqola kvanzası (ISO 4217: AOA) - Anqolada istifadə edilən rəsmi pul vahididir. 1 Anqola kvanzası təqribən 100 sentimoya bərabərdir. Anqola kvanzası Anqola Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 3 sentyabr 2016-cı il tarixinə aid məzənnəyə görə, 1 Anqola kvanzası = 0.00603350 ABŞ dolları.
Anqola şəhərləri
== Anqola şəhərlərinin siyahısı ==
Anqola Vətəndaş Müharibəsi
Anqolada vətəndaş müharibəsi — 1974-cü ilin aprelində yalnız müstəqilliyini əldə etmiş Anqola Portuqaliyanın himayəsindən çıxdıqdan sonra meydana gələn bir münaqişədir. Afrikadakı ən uzun sürən münaqişəsidir. Rəsmi olaraq 2002-ci ildə sona çatan və 27 il davam edən müharibə, 500 min insanın ölümünə və minlərlə insanın köçünə səbəb oldu. Üçüncü dünya ölkələrində Soyuq müharibənin ən böyük əks olunduğu bu müharibədə üç tərəf var: Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı əsasını Sovet İttifaqı və Şərq Bloku ilə əlaqəsi olan Kimbundu və Luanda hibridlərindən gəlir. Anqola Milli İstiqlal Cəbhəsi (FNLA) etnik baxımdan Bakongoda köklü idi, lakin ABŞ, Çin və Zairdə ki Mobutu rejimi ilə əlaqələndirildi. Anqolanın Tam Müstəqilliyi Uğrunda Milli Birliyi Jonas Savimbinin rəhbərliyi ilə Ovimbund bölgəsində idi. ABŞ, Cənubi Afrikadakı aparteid rəhbərliyinin və bir çox Afrika liderinin dəstəyini aldı. == Müharibənin səbəbləri == 1950-ci illərdə Portuqalların Anqoladakı varlığına qarşı ilk ciddi millətçi hərəkatlar başladı. Marksizm yönümlü bir təşkilat olan Anqolanın İstiqlal Naminə Xalq Hərəkatı, Anqolanın müstəqillik hərəkatının hərəkətverici qüvvəsinə çevrildi. Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatının əsas dayanağı Bambundular idi.
Anqola universitetlərinin siyahısı
Anqola universitetlərinin siyahısı: Aqostine Neto Universiteti, Luanda və Uamboda yerləşən ən böyük dövlət universiteti. Anqola Müstəqil Universiteti (Universidade Independente de Angola), özəl universitet,Luanda. Anqola Katolik Universiteti, kiçik özəl universitet, Luanda. Lusiada University, kiçik özəl Portuqaliya universiteti, Luanda, Benqela və Kabinda (şəhər)da kampusları vardır. Jean Piaget University of Angola, kiçik özəl universitet, Luanda və Benqelada yerləşir.
Anqola–Azərbaycan münasibətləri
Anqola–Azərbaycan münasibətləri — Anqola Respublikası ilə Azərbaycan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 1-də qurulmuşdur. == Viza == Anqolaya gedən bütün Azərbaycan vətəndaşları üçün viza tələb edilir.
Anqola–Türkiyə münasibətləri
Anqola–Türkiyə münasibətləri — Anqola ilə Türkiyə arasında ikitərəfli diplomatik əlaqələr. == Tarixi == Türkiyə Anqolanı 1975-ci ildə müstəqillik qazandıqdan sonra tanıdı. Cənub-Qərbi Afrika Xalqları Təşkilatının (CQAXT) və Anqoladakı Afrika Milli Konqresinin (ANC) Kuba varlığı və əsasları, ABŞ da daxil olmaqla, Qərb dünyasının çox hissəsini belə bir nəticəyə gətirdi. Anqola SSRİ-nin himayə etdiyi dövlətə çevrildi. Anqolanın marksizm-leninizmə olan rəsmi bağlılığına məhəl qoymayan Türkiyə və Avropa İqtisadi Cəmiyyəti, ölkədəki vətəndaş müharibəsi dövründə xarici yardım subsidiyalarını artırdı. Kubanın Anqolada olması və Cənubi Afrika Respublikasının (RSA) Anqolanı işğal etməsi 1980-ci illərdə Anqolanın xarici siyasətini əhəmiyyətli dərəcədə müəyyənləşdirdi. Cənubi Afrikanın Namibiyanın qanunsuz işğalına son qoyulması üçün aparılan danışıqlar əsnasında Türkiyə Namibiyanın müstəqilliyi, Angoladakı Kuba qoşunları və aparteid məsələlərini ayırmağa çalışdı. Cənubi Afrika, müstəqil Namibiyanın Sovet İttifaqı ilə əlaqəli ölkələr üçün mövcud olan ərazini genişləndirəcəyi əsasda Namibiya işğalını davam etdirdi. Neytral mövqe tutmağa çalışan Türkiyə, Anqoladakı Kuba qoşunlarını qınadı, eyni zamanda Cənubi Afrikanın Anqolaya hücumunu da qınadı. Ölkələri bir araya gətirmək üçün Türkiyə, Kuba qoşunlarının Amerika və Türkiyə şirkətlərini ABŞ-dən kömək alan Cənubi Afrika komandolarının hücumlarından qoruduğuna diqqət çəkdi.
Anqola şəhərlərinin siyahısı
== Anqola şəhərlərinin siyahısı ==
Anqola Milli Kitabxanası
Anqola Milli Kitabxanası (port. Biblioteca Nacional de Angola) — Anqolanın paytaxtı Luandada yerləşən ölkənin ən böyük və ən mühüm ictimai kitabxanasıdır. Kitabxana 1969-cu ildə yaradılıb və əsasən Anqolanın milli mədəni irsinin qorunması, elmi-tədqiqat işlərinin dəstəklənməsi və yerli əhalinin təhsil ehtiyaclarının ödənilməsi məqsədilə fəaliyyət göstərir. Kitabxana geniş kitab fondu və müxtəlif dillərdə yazılmış materiallarla zəngindir, xüsusən də Portuqalca və yerli dillərdə olan əsərlər. Burada həmçinin Anqolanın tarixi, mədəniyyəti və cəmiyyətinə dair zəngin arxiv materialları mövcuddur. Anqola Milli Kitabxanası rəqəmsallaşdırma proqramları vasitəsilə milli irsin qorunmasına və müasir texnologiyalarla təchiz olunmuş xidmətlərə də önəm verir.
Anqola Qırmızı Xaç Cəmiyyəti
Anqola Qırmızı Xaç Cəmiyyəti (ing. Angola Red Cross, ARC) — 1978-ci ildə təsis edilən təşkilat. Qərargahı Luanda şəhərində yerləşir. Cəmiyyətdə təxminən 20 000 üzv və könüllü var (1998-ci ildəki hesablamalara əsasən). == Tarixi == 1978-ci ildə hökumət qərarı ilə təsis edilib və 1986-cı ildə Beynəlxalq Qırmızı Xaç Hərəkatına qoşulub; 1986-cı ildə ilk ümumi toplantısı keçirilmişdir. 1996-cı ildə Angola Qırmızı Xaç Cəmiyyəti Anqolanın Səhiyyə Nazirliyi ilə müqavilə imzalamış, bundan sonra əsas yardımçı şirkətin əsas səhiyyə xidmətləri sahəsində dövlət idarəçiliyinin rolu rəsmən təsdiqlənmişdir. Həm milli, həm də əyalət səviyyəsində fəaliyyət göstərir. 1998-ci ildə ikinci bir fövqəladə ümumi qurultay keçirilmiş, yeni bir qətnamə təsdiq edilmiş, yeni prezident, yeni baş katib və milli şura seçilmişdir; Maliyyə Komissiyası da daxil olmaqla İcraiyyə Komitəsi yaradılmışdır. == Bölmələri == Cəmiyyət 18 əyalətin 17-də əyalət nümayəndə heyətləri vasitəsilə təmsil olunur, bəzi vilayətlərdə yerli və ya bələdiyyə bölmələri vardır. == İdarəetməsi == Anqolun Qırmızı Xaç Cəmiyyətinin idarəetmə orqanlarına Baş Assambleya, Milli Şura, İcra Komitəsi və yerli nümayəndə heyətlərinin nümayəndələri daxildir.