Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
English
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007). BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir. Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir.
Engrish
İngirisiçe, ya da Engrish (イングリッシュ Ingurisshu), Yaponça başda olmaq üzrə ana dili Asiya dillərindən biri olan kəslərin İngilis dilini danışırkan səhv etmələrini tanımlayan bir termindir. Sözü, Yaponçada "L" səsi olmadığından, "R" və "L" səslərini ingilis dilində təsadüfən dəyişdirmək üçün dinləyicilərin meyli ilə əlaqəli olur.
Al Jazeera English
Əl-Cəzair (ərəb. الجزيرة‎ — «ada») — Doha, London, Kuala Lumpur və Vaşinqtonda qərargahı olan beynəlxalq tv şirkəti. O cümlədən İnternetdə ingilis dilində 24 saat fəaliyyət göstərir. YouTube-da, öz videolarını yerləşdirdiyi şəxsi portalı mövcuddur. Kanalda xəbərlər (idman xəbərlərindən siyasətlə əlaqəli) və sənədli filmlər yayımlanır. Əsas qərargahı Yaxın Şərqdə olan ilk İngilis dili xəbər kanalıdır. Kanalın məqsədi — « heç kimə deyilməyənləri danışmaq, şərqlə qərbin arasında sülh müzakirəsinə köməklik etməkdir. .
Oxford English Dictionary
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Окsford lüğəti, Böyük Окsford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti«Oxford University Press» nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə «Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə).
Herbert Henry Asquith
Herbert Henri Askvit (12 sentyabr 1852[…] – 15 fevral 1928[…]) — 1908–1916 illərdə Baş Nazir olmuş dövlət xadimi. Birinci Dünya Müharibəsinin ilk iki ilində ölkəni idarə etdi və 1911-ci ildə Lordlar Palatasının səlahiyyətlərini məhdudlaşdıran Parlament Qanununun qəbul edilməsinə səbəb oldu. == Həyatı == Herbert Henry Asquith 12 sentyabr 1852-ci ildə Böyük Britaniyada anadan olub. Təhsilini Oksforddaki universitetlərdən birində alıb. Universiteti bitirdikdən sonra vəkil olub. Asquith daha sonra ailə həyatı qurub, onun bir oğlu və üç qızı olub, lakin qızlardan sadəcə biri uşaq vaxtı sağ qalıb. == Karyerası == Asquith 1908-ci ildə Henry Campbell-Bannermanın vəzifədən istehfa etməsindən sonra Baş Nazir oldu. Asquith, Almaniyanın qələbəsinin İngiltərə üçün bir fəlakət olacağını bildiyi halda Birinci Dünya Müharibəsinə qatılmaqda tərəddüd edirdi. Almaniyanın Belçikayı işğal etməsindən sonra qərarını dəyişdirdi. 1916-cı ilin yanvarında Çanaqqala hərəkatının uğursuzluqla nəticələnməsi, Qərb cəbhəsində hər hansı bir irəlləyişin olmaması və aprel ayında İrlandiyada başlayan etirazlar siyasi vəziyyəti pisləşdirdi.
Aberdin-Anqus qaramalı
Aberdin-Anqus qaramalı (ing. Aberdeen Angus) — tezyetişən ətlik qaramal cinsi. == Tarixi == Şotlandiyada yetişdirilmişdir. İngiltərə, Yeni Zelandiya, ABŞ, Kanada, Argentina və s. ölkələrdə əsas qaramal cinslərindəndir. 1932-ci ildə SSRİ-yə gətirilmişdir. Rusiyada əsas damazlıq təsərrüfatı Volqoqrad vilayətindədir. Azərbaycanda yerli cinsləri yaxşılaşdırmaq üçün istifadə olunur. == Xüsusiyyəti == Ayaqları qısa, rəngi qaradır. Buynuzsuzdur.