Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akinator
Akinator — 2007-ci ildə 2 fransız proqramçısı tərəfindən yaradılmış internet oyundu. Əvvəlcə ağlınızda bir nəfər (obraz ,oyun personajı) tutursunuz. Akinator sizə ağlınızda tutduğunuz şəxs haqqında suallar verir. Siz o, suallara bəli, xeyr, bilmirəm, bəlkə, bəlkə yox cavabları verə bilərsiniz. Sizin verdiyiniz cavablara əsasən Akinator sizin ağlınızda tutduğunuz şəxsi tapır.
Amator
Amator və ya Həvəskar (fransızca: amateur) — Bir işi və ya peşəni həyatını qurmaq üçün və ya pul üçün deyil, zövq üçün işləyən həvəskar, bu işə maraqlı insanlar üçün istifadə olunan bir termindir. Bunun əksi “peşəkardır”. Həvəskarlar öz işlərində mütəxəssis deyillər, peşə olaraq da bu işi peşə olaraqda öyrənməmişlər. Bu söz həm də “təcrübəsiz” və “səriştəsiz” kimi sərt şəkildə istifadə olunur. Qədim fransız dilində “sevən, aşiq” mənasını verən “amateur” sözünün kökü 1784-cü ilə təsadüf edir. Fransız dilinə isə yenə latıncadan eyni mənaya gələn “amatorem” (nom.“amator”) sözündən girmişdir..
Kyoto Animation
Kyoto Animation Co., Ltd. (yap. 株式会社京都アニメーション Hepburn: Kabushiki-gaisha Kyōto Animēshon), Azərbaycanca Kioto Animation. qısaca KyoAni (京アニ), Yapon animasiya və manga studiyası və şirkətidir. Bu şirkət Yaponiyanın Kioto Bölgəsinin Uji çəhərində yerləşir. Şirkət 1981-ci ildə yaranmış və əsas komandası keçmiş Muşii anime studiyasının animatorları olmuşdur. Şirkətin sahibi Hideaki Hattadır. Studiyanın həmçinin Animation Do studiyası ilə əlaqələri var. 2015-ci ilə kimi KioAni 21ə yaxın anime filmi və serialları buraxmış və çap etmişdir. Çoxlu animasiya studiyalarından fərqli olaraq animatorlar freelancer deyil, müqaviləli işçilərdir 18 iyul 2019cu ildə baş verən yanğının səbəbi bir insanın binaya benzin tökərək yandırmasıdır.Polislər bildirib ki,cinayətkar yanğını törətdiyini etiraf edib,lakin səbəbi hələ də bəlli deyil.Bu binada 70 nəfərdən çox insan varmış və bunlardan 33 nəfəri sağ çıxa bilməyib.Yeri gəlmişkən,cinayətkarın özü də yaralanmışdı.
Kyoto Animation qətliamı
Kioto Animation qətliamı (京都アニメーション放火殺人事件) — 18 iyul 2019-cu ildə Yaponiyanın Kioto şəhərinin Fuşimi rayonunda Kyoto Animation anime studiyasında baş vermiş qətliam. Qətliam hadisəsi Yaponiya Standart Vaxtı ilə saat 10:35-də 41 yaşlı Şinci Aoba tərəfindən törədilmişdir. O, əvvəlcə "Ölün!" və "Gəbərin!" deyə qışqırmış, ofislərə və işçilərin üstünə benzin tökmüş və alışqanla yandırmışdır. İnsident nəticəsində azı 34 nəfər ölmüş, 35 nəfər yaralanmışdır. Studiyanın işçilərindən biri cinayətkarı evinə qədər təqib etmişdir və cinayətkar polis tərəfindən evində həbs edilmişdir. Bu, 1945-ci ildən sonra Yaponiyada bir şəxs tərəfindən törədilmiş ən dəhşətli cinayət hadisəsi və 2001-ci ildəki Myojo 56 binası yanğınından sonra Yaponiyada baş vermiş ən dəhşətli bina yanğınıdır.Hadisədən sonra dünya liderləri tərəfindən dəstək mesajlarını bildirmiş, studiya üçün 1,7 milyon ABŞ dolları məbləğində ianə yığılmışdır. İnsidentə görə studiyanın bəzi işləri gecikməyə uğramışdır. == Arxaplan == Kyoto Animation Yaponiyanın Kioto şəhərində yerləşən animasiya studiyası və ranobe nəşriyyatçısıdır. Birinci studiyası Fuşimidə yerləşir. İkinci studiya (əsas ofis), beşinci studiya birinci studiyadan 1 stansiyalıq uzaqlıqda Ucidə yerləşir.
Aviator (film, 2004)
"Aviator" (ing. The Aviator) — Martin Skorsezenin ABŞ aviatoru və kinoprodüseri Hovard Hyuz haqqında bioqrafik dram filmi. Kinofılmdə əsas rolu Leonardo DiKaprio oynadı və bu performansına görə BAFTA, Oskar və ABŞ Kinoaktyorlar Gildiyası kimi kinoakademiya mükafatlarının nominasiyasına layiq görüldü və Qızıl qlobus mükafatının laureatı oldu. Ümumilikdə, Skorsezenin kinoəsəri BAFTA-nın on dörd nominasiya və dörd mükafatı, Oskarın on bir nominasiya və beş mükafatı, ABŞ Kinoaktyorlar Gildiyasının üç nominasiya və bir mükafatı və nəhayət Qızıl Qlobusun altı nominasiya və üç mükafatını qazandı. == Rollarda == == Hovard Hyuza verilmiş diaqnoz == DVD nəşrinə bonus olaraq filmin müəllif versiyasında Hovard Hyuzun obsesif-kompulsiv pozğunluq (OKP) diaqnozu haqqında qısa hekayə var. Hekayənin adı "The Affliction of Howard Hughes: Obsessive-Compulsive Disorder" / "Hovard Hyuzun xəstəliyi: obsesif-kompulsiv pozğunluq". Psixiatr Ceffri Şvarts "Aviator"un çəkilişində iştirak etmişdir. Hovard Hyuzun real həyatda həqiqətən də obsesif-kompulsiv pozğunluqdan əziyyət çəkib-çəkmədiyi tam olaraq bilinməsə də, Hyuz rolunu canlandıran Leonardo DiKaprio bu narahatlığın əlamətlərini inandırıcı şəkildə göstərdi.
I Selevk Nikator
I Selevk Nikator (q.yun. Σέλευκος Α' Νικάτωρ; E.ə. 358 — E.ə. 281) — Makedoniyalı İsgəndərin mühafizəçisi, sərkərdə. == Həyatı == Selevk Nikator əvvəlcə II Filipə xidmət etmişdi. Onun vəfatından sonra İsgəndərin mühafizəçisi olmuşdu. I Selevk Nikator Makedoniyalı İsgəndərin vəfatından sonra başqa diadoxlarla birlikdə Selevkilər imperiyasının binasını qoydu. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində E.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən "İsgəndər erası" adlandırılırdı) başlandı.
Stuart Little: The Animated Series
Stuart Little: The Animated Series (ing. Stuart Little: The Animated Series) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 1 mart 2003-ci il ilə 24 may 2003-cı il arasında yayımlanmışdır.