Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apache
Apache HTTP Server və ya qısa olaraq Apache Linux, Unix, Windows, Mac, Solaris və digər müasir əməliyyat sistemləri üçün nəzərdə tutulmuş veb serverdir. Hal-hazırda internet saytların əksəriyyəti bu server ilə işləyir. Geniş imkanlara malikdir və elədə də açıq kod olduğundan hamı tərəfindən pulsuz istifadə oluna bilir. Apache veb serveri Apache Software Foundation tərəfindən işlənilir.
Apatit
Apatit — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Xlorapatit, oksoapatit, karbonatapatit və b. == Xassələri == Rəng – sarımtıl, agımtıl-yaşıl, sarımtıl-yaşıl, mavi, bənövşəyi, boz, qırmızımtıl-qəhvəyi, qəhvəyi, tüstü rəngli; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlı parıltıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,2-3,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {0001} və {1011} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Lüminessensiya – fosfo-ressensiya, flüoressensiya; Morfologiya – kristallar: qısa-və uzunprizmatik, nisbətən az hallarda lövhəvari, futlyaraoxşar, bəzən zonal; İkiləşmə: səciyyəvidir; Mineral aqreqatları: dənəvər, şəkərəbənzər, sıx, torpaqvari, kollomorf (kollofan) və çubuqvari əmələgəlmələr, qabıqlar, jelvaklar, gil mineralları, narın qum dənələri, kvars, kalsit və b. möhtəvilərini ehtiva edən, tez-tez rast gələn və fosforitlər adlanan incəlifli quruluşlu konkresiyalar, üzvi qalıqlar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Apatitin genetik baxımdan ən müxtəlif yataqları içərisində əsas yeri onun maqmatik və çökmə yataqları tutur. Maqmatik apatitin böyük yığınları qələvi püskürmə süxurlarında qeyd edilir. Bəzən sənaye əhəmiyyətli miqdarda karbonatitlərdə rast gəlir. Böyük ölçülü çubuq formalı və prizmatik apatit kristalları qranit və qələvi peqmatitləri üçün səciyyəvidir. Apatitə həmçinin kontakt-metasomatik əmələgəlmələrdə, skarn tipli dəmir filizi yataqlarında, yüksək temperaturlu hidrotermal damarlarda, alp tipli damarlarda da rast gəlinir.
Apatiya
Apatiya (yun. απάθος — ehtirassızlıq) — laqeydlik halı,müəyyən hərəkətlərə meylin,marağın olmaması(çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur).Stoiklərin etik təlimlərində Apatiya ehtirassızlıq,ruhi soyuqqanlıq,hisslərin zəkanın fəaliyyətinə maneə olmadığı vəziyyət kimi başa düşülür.Aşkardır ki,stoiklərə Şərq dini fəlsəfi baxışları,xüsusilə mütləq sükunətin insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir. Bundan başqa tibbdə də apatiya hallarından bəhs olunur. Məsələn qalxanabənzər vəzin hipofunksiyası zamanı miksedema xəstəliyi müşahidə olunur və bu xəstəliyin əlamətlərindən biri də apatiyadır. == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti.
Apata
Apata (yun.
Apache Hadoop
Apache Hadoop - Apache v2 lizenziyası ilə buraxılan, açıq kod, proqram təminatı framevorkudur. Apache Hadoop böyük həcmli verilənləri kompüter qruplarında (cluster) paylanmış şəkildə emal edir və paylanmış şəkildə saxlayır. Apache Hadoop proqramlara minlərlə kompüterlə və petabaytlarla məlumatla işləməyə imkan verir.
Apache Hive
Apache Hive SQL — HADOP platforması əsasında, Verilənlər Bazasını İdarəetmə Sistemidir. Sistem vasitəsi ilə paylanmış mühitdə saxlanılan böyük həcmli verilənləri oxumaq, yazmaq və idarə etmək olur. Apache Hive Facebook Korporasiyası tərəfindən yaradılmış və "Apache Software Foundation"da açıq lisenziya əsasında lisenziyalaşdırılmışdır. Bu sistem hazırda Netflix tərəfindən istifadə olunur və Amazon Elastic MapReduce vasitəsilə Amazon Veb Xidmətlərində mövcuddur. == İmkanları == SQL və ona bənzər sorğu dilindən istifadə edərək verilənlərlə işləmək; Müxtəlif məlumat saxlama formatları üçün dəstək; Birbaşa "HDFS" və "Apache HBase" ilə işləmək; "Apache Tez", "Apache Spark" və ya "MapReduce" vasitəsilə sorğuların icrası. == HiveQL == Apache Hive, SQL dilinə əsaslanan, lakin SQL-92 standartı üçün tam dəstəyi olmayan Hive Query Language-i dəstəkləyir. HiveQL XML və JSON formatları ilə işləmək funksiyalarına malikdir, massivlər, strukturlar, assosiativ massivlər kimi qeyri-skalyar məlumat növlərini, həmçinin toplama funksiyalarının geniş spektrini, istifadəçi tərəfindən müəyyən edilmiş funksiyaları (İstifadəçi tərəfindən təyin edilmiş funksiyalar), kilidləri dəstəkləyir.
Apache Kafka
Apache Kafka — gündə trilyonlarla hadisəni emal etməyə imkan verən paylanmış axın platformasıdır. Əvvəlcə məlumatlar növbəsi kimi nəzərdə tutulmuş Kafka abstraksiyaya əsaslanan paylanmış qeydiyyat jurnalıdır. 2011-ci ildə LinkedIn tərəfindən yaradılması və kodlarının açıq elan edilməsi anından qısa müddətdə Kafka məlumatlar növbəsindən mükəmməl axın platformasına çevrilmişdir (LinkedIn – İşgüzar kontaktların axtarışı və quraşdırılması üçün sosial şəbəkədir. LinkedIn-də 200 ölkədən 150 biznes sektorunu təmsil edən 500 milyondan çox istifadəçi qeydiyyatdan keçib).
Apache Pig
Apache Pig — böyük verilənlərin idarə olunmasında verilənlərin analizi üçün yüksək səviyyəli proqramlaşdırmadan ibarət platformadır. Piq həmçinin proqramların qiymətləndirilməsi üçün infrastrukturdan ibarətdir. Pig proqramlaşdırmanın üstünlüyü çox böyük həcmli verilənləri idarə etmək üçün paralel prosesləri asanlıqla emal edə bilməsidir. Bu platformada proqramlaşdırma, əsasən, Pig Latin mətn dilindən istifadə etməklə yerinə yetirilir.
Apache Sqoop
Apache Sqoop — Hadoopdan böyük həcmli verilənlərin relyasion verilənlər bazası serverinə və əksinə ötürülməsi üçün geniş istifadə edilən bir vasitədir. Sqoop Oracle, MySQL və digər oxşar verilənlər bazasından müxtəlif tip verilənləri ixrac etmək üçün istifadə edilə bilər.
Apatit filizləri
Apatit filizləri – texnoloji və iqtisadi göstəricilərinə görə istismara yararlı apatitli təbii polimineral törəmələri. Apatit filizlərini mineral tərkibinə görə silikatlı-oksidli, silikatlı, karbonatlısilikatlı, karbonatlı və hidrosilikatlı-hidroksidli, P2O5-in miqdarına görə isə zəngin (16%-dən çox), adi (8–16%), kasıb (4–8%) və çox kasıb (4%-ədək) növlərə ayırırlar. Mineral tərkibindən asılı olan saflaşdırılma dərəcəsinə görə asan (apatit konsentratında P2O5-in miqdarı 90%-dən çox), qənaətbəxş (70–90%) və çətin saflaşan (70%-dən az) Apatit filizləri var. Silikatlı filizlər (apatit-nefelinli və s.) asan, karbonatlı və hidrosilikatlı-hidroksidli filizlər isə çətin saflaşır. Əmələgəlmə şəraitinə görə Apatit filizlərinin maqmatogen, metamorfogen və sedimentogen yataq tipləri olur. Maqmatogen, eləcə də sedimentogen (aşınma qabığı törəmələri) tipli yataqlar daha böyük sənaye əhəmiyyətinə malikdir. Apatit filizlərinin dünya üzrə ümumi ehtiyatı (P2O5 üzrə) təqribən 1,2 mlrd. tondur. Əsas yataqları RF-də (dünya ehtiyatının 1/3-i), həmçinin Vyetnam, Braziliya, CAR, Finlandiya, Uqanda, Norveç, Zimbabve, Kanada, İspaniya və Hindistandadır. Apatit filizlərindən mineral gübrələr istehsalında, metallurgiya, keramika və şüşə sənayesində istifadə olunur.
Əbdülqafur Acatay
Əbdülqafur Acatay (türk. Abdulgafur Acatay d.1903, Dənizli - ö. 1993) — Türk meşə mühəndisi və entomoloq. Tədqiqat sahəsi meşəçilik və meşə böcəkləridir. Abdülqafur Acatayın adı bəzi mənbələrdə Abdülgafur və Abdülgaffar kimi də xatırlanır. == Təhsil və xidmətləri == 1926-cı ildə Ali meşəçilik məktəbini bitirmiş, 1937-ci ildə isə Almaniyanın Saksoniya Ali Mühəndislik Məktəbinin bir qolu olan Tharandt Ali Meşəçilik Məktəbində təhsil almışdır. Meşəçilik üzrə elmlər namizədi adını qazanan Əbdülqafur Acatay Türkiyəyə qayıtdıqdan sonra Meşəçilik fakültəsinə daxil oldu və 1946-cı ildə professor adını qazandı. Meşəçilik fakültəsi 1948-ci ildə İstanbul Universitetinə daxil olduqdan sonra uzun illər Meşə Entomologiyası və Mühafizəsi professoru vəzifəsində çalışdı. == Adlandırdığı taksonlar == Eriophyes cedri Acatay; Pinus nigra var. pyramidata (Avstriya şamı) Acatay 1956 == Adına ithaf edilən taksonlar == Floeosinus acatayi Schedl 1958 == Əsərləri == Untersuchungen über Menge und Güte des Samenasatzes in versehiedenen Kronenteilen einheimischer Waldbäume (yerli meşə ağaclarının müxtəlif yerlərində toxumun miqdarı və keyfiyyətinə dair araşdırmalar), Berlin 1937; İstanbul yaxınlığında və xüsusən Belqrad meşəsində zərərli meşə böcəkləri, mübarizələri və işə təsirləri, Ankara 1943; Meşə qoruma bələdçisi, İstanbul 1946; Zərərli meşə həşəratlarının analizi, İstanbul 1948; Ehrami Avstriya şamı (Meşə Fakültəsi Jurnalı, 6 (2): 75-85) 1956; Qovaq kitabı, İstanbul 1956; Meşə Mühafizəsi, İstanbul 1959; Tətbiqi Meşə Entomologiyası, İstanbul 1963; Türkiyədə Mazi meşəsi, (əldə edilən mazi bitkisi üzərində araşdırmalar, Prof.
Patty Aubery
Patty Abery (1965, Kaliforniya) — Kaliforniyadan olan Amerika yazıçısıdır. O, Xristian Ruhu üçün Toyuq Çorbası da daxil olmaqla Ruh üçün Toyuq Çorbası seriyası kimi bəzi kitablar yazdı. Qadın hüquqlarının lideri olan Aubery yalnız qadınlar üçün "Chicken Soup for the Christian Woman's Soul" kitabını yazdı. Kitab çətinliklərlə üzləşən, çətin günlər yaşayan və imanı təzələyən qadınların hekayələrindən bəhs edir. Fəsillərdə İnam, Ailə Sevgisi, Allahın Müalicə Gücü, Dostluq, Fərqləndirmə, Çağırışlar və Möcüzələr var. O , "Oyan!" verilişində idi. 2015-ci ildə televiziyada 2017-ci ildə o , "Uğur ruhu" filmində də rol alıb. Onun yazıları özünə kömək janrında diqqət çəkdi. O, özünə kömək, ağıl və bədən, təlim, həyat mübarizəsi, pul, müvəffəqiyyət, və yenilik. Müəllif Lisa Nichols Aubery'nin "mümkün qüvvəsi olduğunu" yazdı.
AH-64 Apache
AH-64 Apaçi helikopteri (AH-64 Apache) — Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, 2 nəfər ekipaja malik, zirehli hərbi döyüş vertolyotu. Amerika ordusunun əsas helikopteridir. AH-1 Kobra vertolyotunun xələfi hesab edilir. Bell şirkəti tərəfindən istehsal olunmuşdur. İlk uçuşunu 1979-cu ildə edib, 1984-cü ildən etibarən orduda istifadə olunur. Orduya qəbul olunandan sonra bir çox əməliyyatlarda istifadə olunub. Başlıca modelləri AH-64A və AH-64D Longbow hesab olunur. Helikopterin istehsal olunmasında əsas məqsəd ABŞ ordusunda olan AH-1 Kobra helikopterlərini əvəz etməsidir. İlk prototip olan YAH-64 ilk uçuşunu 30 sentyabr 1975-ci ildə həyata keçirmişdir. Helikopter 1986-cı ilin aprelində ABŞ ordusunda xidmətə başlamışdır.
North American A-36 Apache
North American A-36 Apache/Invader (az: Şimali Amerika A-36 Apaçi/İşğalçı), North American Aviation şirkəti tərəfindən istehsal olunan North American P-51 Mustang qırıcı təyyarəsinin yer hücumları üçün nəzərdə tutulan versiyası; şığıyıcı bombardmançı versiyası. Düzbucaqlı şəklində mövcud idilər, İkinci dünya müharibəsinin Şimali Afrika, Aralıq dənizi, İtaliya və Çin-Myanma-Hindistan cəbhələrində cəmi 500 A-36 şığıyıcı bombardmançı təyyarəsindən istifadə edilmişdir. Vahidinin dəyəri 49.000 ABŞ dolları təşkil etmişdir. 1994-cü ildə A36, P51 və P51A versiyalarından ibarət Allison Motorlu Mustang seriyası buraxıldı. Bu seriyanı plastik modellər hazırlayan bir qrup şəxs tərəfindən yaradılan kiçik bir şirkət olan “Accurate Miniatures” (“Dəqiq miniatürlər”) şirkəti istehsal etmişdir.
Dracula 3: The Path of the Dragon
Dracula 3: The Path of the Dragon - "Kheops Studio" oyun şirkəti tərəfindən 2008-ci ildə "Microsoft Windows" platforması üçün yaradılan, macəra oyunudur.