Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aporia
Aporia [alm. = fr. Aporie; ing. Aporia; yun. Aporia; a = sız, poros = yol, körpü, çıxış; ər. يغؤنح حؤل لؤتم غ شُ ] — Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar. Apriya paradoksun bir növüdür.
Zenonun aporiaları
Zenon aporiaları — Parmenidin fəlsəfi doktrinasını dəstəkləmək üçün Eleyalı Zenon tərəfindən irəli sürülən aporialar. Bizim təsəvvürlərimizin əksinə olaraq çoxluq və dəyişikliyin mövcud olmadığını, xüsusən də hərəkətin sadəcə bir illüziya olmasını dəstəkləyir. == Axilles və tısbağa aporiası == Qədim Yunanıstan qəhrəmanı Axillesin tısbağa ilə yarışdığını təsəvvür edək. Axilles çox yaxşı yarışçı olduğuna görə, tısbağanın bir az irəlidən, məsələn, yüz metr irəlidən başlamasına icazə verir. Əgər hər ikisinin də sabit sürətdə qaçdığını təsəvvür etsək (biri sabit yüksək sürətdə, digəri sabit aşağı sürətdə), Axilles müəyyən müddət sonra yüz metr qaçdıqda tısbağanın başladığı yerə çatacaqdır. Bu müddət ərzində tısbağa az belə olsa müəyyən məsafəni qət edəcək, məsələn, bir metr. Axilles bir müddət sonra bu məsafəni də bitirəndə, həmin müddət ərzində tısbağa yenə də az belə olsa məsafə qət edəcək. Bu hadisə təkrar formada dövr edəcəkdir. Beləcə, Axilles tısbağanın çatdığı nöqtəyə çatanda, yenə də qət etməli məsafə qalmış olacaqdır. Buna görə də, Zenon Axillesin tısbağanı heç vaxt keçə bilməyəcəyini demişdir.Zenonun bu aporiadakı məqsədi hərəkətin mümkün olmadığını sübut etməkdir.
Amoria
Yonca (lat. Trifolium) – paxlakimilər fəsiləsinə aid bitki cinsi.Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (Medicaqo sativa L.) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (Trifolium pratense L.) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çok bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var. == Əhəmiyyəti == Azərbaycanda şəxsi və fermer təsərrüfatlarında heyvanlar üçün yem bazasının əsasını qaba yemlər (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Yem paylarının tərkibində qaba yemlərin xüsusi çəkisi 80–85%-dir, qalan 15–20%-i qüvvəli yemlər təşkil edir. Qaba yem bitkilərinin əsasını yonca təşkil edir.
Aberia
Dovyalis (lat. Dovyalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Tropikal və Cənubi Afrika, Şri-Lanka ərazilərində yayılmışdır.
Alomia
Alomia (lat. Alomia) — astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Alomia ageratoides Kunth Alomia alata Hemsl. Alomia callosa (S.Watson) B.L.Rob. Alomia chiriquensis B.L.Rob. Alomia coelestina (Regel) B.L.Rob.
Amorfa
Amorfa (lat. Amorpha) — paxlakimilər fəsiləsinə aid quraqlığadavamlı kol bitkisi. Latın dilində "Amorpha" adlanır. Dekorativ məqsədlə yaşıllaşdırmada geniş istifadə olunur. Cavan zoğlarından göy boya hazırlanır. Efir yağlı bitkidir. Meyvələrində efir yağı daha çoxdur (1%-dən çox). Yarpaqlarında 0,05-0,08%-ə qədər yağ vardır. Azərbaycanda kolvari amorfa növü mədəni halda becərilir.
Andria
Andriya (it. Andria) — İtaliyanın cənubunda şəhər. Apuliya vilayətinin Bari əyalətindədir. Mənbələrdə adı ilk dəfə 915-ci ildə çəkilmişdir. 1041-ci ildə Andriya normanlar tərəfindən işğal edildikdən sonra "Andre" adlı qala-şəhərə çevrilmiş, 13-cü əsrdə Müqəddəs Roma imperiyasının imperatoru Fridrix II Ştaufenin iqamətgahı olmuşdur. Şəhərdə 10–17-ci əsrlərə aid çox sayda memarlıq abidələri qorunub saxlanılmışdır. Şəhər 1799-ci ildə Fransa ordusunun dağıdıcı hücumlarına məruz qalmışdır. Yüngül və yeyinti sənayesi müəssisələri var.
Apocrita
Saplaqqarıncıqlılar (lat. Apocrita) — pərdəqanadlılar (lat. Hymenoptera) dəstəsinin yarımdəstəsi. == Umumi məlumat == Qrupa minicilər, eşşəkarıları, arılar və qarışqalar daxildir. Saplaqqarın pərdəqanadlılar üçün səciyyəvi olan cəhət odur ki, qarıncığın birinci seqmenti əsasdan daralmış və döşlə hərəki şəkildə birləşmişdir. Yarımdəstənin nisbətən kiçik bir hissəsi bitkiyeyən, əksəriyyəti isə cücülərin və başqa onurğasızların parazitidir. Yetkin ali pərdəqanadlılar bir qayda olaraq, baramadan cinsi yetkin olmayan vəziyyətdə çıxır və əlavə qidaya ehtiyac duyurlar. Onlar çiçəklərin nektarı, bitkilərin şirəsi, mənənələrin, eləcə də cücülərin hemolimfası ilə qidalanırlar.
Apofis
99942 Apofis — Misir mifologiyasında pisliyin simvolu, qaranlıqlar və xaos tanrısı Apofisin adı verilən, "Qitə qatili" ləqəbli meteorit Çəkisi 20 milyon ton, diametri 300 metrdir. 99942 Apofis, Dünyaya yaxın bir orbiti olan meteordur.NASA tərəfindən edilən dəqiq hesablamalarda,2029 və 2036-cı illərdə Dünyamızın çox yaxınından keçəcəyi təsbit edilmişdir.Saatda 37 min km sürətlə hərəkət edən və 2029-cu ildə Yerin 32 min kilometrliyindən keçəcək göy cismi 7 ildən sonra,2036-cı ildə isə 30-40 min kilometr yaxından keçəcək.7 Oktyabr 2009 tarixində edilən hesablamalara görə 13 aprel 2036-cu ildə Dünya ilə toqquşma ehtimalı 250.000 'də 1-dir.Bir başqa mümkün toqquşma tarixi isə 2037-dir.Bu tarixdə toqquşma ehtimalı 12,3 milyonda 1 olaraq təyin olunmuşdur.Şəkildə toqquşma riski olan bölgələr göstərilmişdir.
Apofit
Apofit — əkin sahəsində yayılıb alağa çevrilə bilən bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Apokrif
Apokrif (yun. άπόχρυφος – gizli, məxfi) – kilsə tərəfindən “müqəddəs” kitablar siyahısına daxil edilməyən və qadağan olunan yəhudi və erkən xristian dini ədəbiyyat əsəri. “A” termini ilk dəfə 4-cü əsrin sonunda papa dekretlərindən birində işlədilmişdir. Orta əsrlərdə Apokrifin yaranması və yayılması çox vaxt antifeodal hərəkat və bidətçiliklə bağlı idi. Rəsmi kilsə Apokrif oxumağı qadağan etmiş, bu məqsədlə “yalançı” kitabların siyahısını düzəldib yaymışdı. Apokrif 3 qrupa bölünür: 1) saxta dini kitablar; 2) qeyri-dini, mövzusuna, quruluşuna, süjet xüsusiyyətlərinə görə dini mətnlərə oxşar kitablar; 3) din əleyhinə yazılmış kitablar. Bəzi klassik yazıçılar Apokrifdən tarixi-ədəbi məxəz kimi istifadə etmişlər (Dante, “İlahi komediya” və s.).
Aronia
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Ayorta
Ayorta - Gürcüstanın Bolnisi rayonunda kənd.
Aorta
Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqan və toxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlarda və məməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır.
Aqora
Aqora (q.yun. ἀγορά) — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu. Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Aqora ilə əlaqəli mediafayllar var.
99942 Apofis
99942 Apofis — Misir mifologiyasında pisliyin simvolu, qaranlıqlar və xaos tanrısı Apofisin adı verilən, "Qitə qatili" ləqəbli meteorit Çəkisi 20 milyon ton, diametri 300 metrdir. 99942 Apofis, Dünyaya yaxın bir orbiti olan meteordur.NASA tərəfindən edilən dəqiq hesablamalarda,2029 və 2036-cı illərdə Dünyamızın çox yaxınından keçəcəyi təsbit edilmişdir.Saatda 37 min km sürətlə hərəkət edən və 2029-cu ildə Yerin 32 min kilometrliyindən keçəcək göy cismi 7 ildən sonra,2036-cı ildə isə 30-40 min kilometr yaxından keçəcək.7 Oktyabr 2009 tarixində edilən hesablamalara görə 13 aprel 2036-cu ildə Dünya ilə toqquşma ehtimalı 250.000 'də 1-dir.Bir başqa mümkün toqquşma tarixi isə 2037-dir.Bu tarixdə toqquşma ehtimalı 12,3 milyonda 1 olaraq təyin olunmuşdur.Şəkildə toqquşma riski olan bölgələr göstərilmişdir.
Aceria erinea
Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir. Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır.
Aceria macrochela
Aceria macrochela (lat. Aceria macrochela) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin eriophyidae fəsiləsinin aceria cinsinə aid heyvan növü. Bostanlarda tərəvəz bitkiləri, otlardansa yonca olan hər yerdə rast gəlir. Yarpaqların səthində kisəyə bənzər fırlar əmələ gətirir. Fırların sayı o qədər də çox olmur. Müəyyən müddətdən sonra tədricən artaraq, 50-60-a çatır. Rəngləri qırmızımtıl və ya sarımtıl olur. == Azərbaycanda rast gəlinməsi == Azərbaycanda Ağstafa rayonunun Köçəsgər, Aşağı Kəsəmən, Həsənsu, Qaçaq Kərəm kəndlərində və Səməd Vurğun qəsəbəsində əkilmiş bostan – tərəvəz bitkiləri üzərində rast gəlinmişdir.
Aceria tristriata
Ziyilli qoz gənəsi (lat. Aceria tristriata (Nalepa, 1889)) — yetkin fərdləri mikroskopik canlılar olan gənə növü. Ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəsindən asanlıqla fərqlənir. Bu növün deytogen, yəni qış dişilərinin təsvirini ilk dəfə A.Nalepa vermişdir. Daha sonra bu təsvirə H.Farkaş (Farkas, 1960) əlavələr etmişdir. Növün morfologiyası haqqında daha dolğun və ətraflı məlumatlara A.S.Hassanın (Hassan, 1928) işlərində rast gəlinir. Ziyilli qoz gənəsi yarpaqların üst səthində düzgün olmayan konusvari, kobud ziyilli fırlar əmələ gətirir və gənələr də həmin fırların içərisində qışlayırlar. Bu fırların diametri 1,0-1,5, hərdən də 2,0 mm olur. Rəngləri yaşlarından və işıqlanma dərəcəsindən asılı olaraq dəyişilir.
Akorda (iqamətgah)
Akorda (qaz. Ақорда) — Qazaxıstan Respublikası Prezidentinin iqamətgahı. Qazaxıstanın paytaxtı Astana, İşim çayının sol sahilində, Nurjol bulvarının əvvəlində, paytaxt Bayterek abidəsindən 300 metr məsafədə yerləşir. . İqamətgahın yanında Qazaxıstan Respublikası Parlamenti, Qazaxıstan Respublikası Hökumət Evi, Qazaxıstan Respublikası Ali Məhkəməsi və Qazaxıstan Respublikasının Nazirlər Evi yerləşir. == Tarixi == Qazaxıstan Respublikası Prezidentinin, işığın sol sahilindəki Astananın yeni inzibati mərkəzinin ərazisində tikilməsinə 2001-ci ilin sentyabrında başlandı. Qazaxıstan Respublikası Prezidentinin yeni sarayının rəsmi təqdimatı 24 dekabr 2004-cü ildə baş tutdu. İqamətgah, 2017-ci il nümunəsinin 10.000 təngə əskinaslarında təsvir edilmişdir. == Memarlığı == Ofis binaları ikinci mərtəbədə yerləşir. Üçüncü mərtəbədə bunlar var: Yurta şəklində stilizə edilmiş və mərmər və qranitlə işlənmiş şərq salonu; Mərmər Zalı (Qazaxıstan Respublikası Prezidentinin və xarici dövlətlərin və hökumət rəhbərlərinin iştirakı ilə rəsmi səfərlər, sammitlər zamanı sənədlərin imzalanması, jurnalistlərin suallarını cavablandırmaq, Qazaxıstan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirlərinin etimadnamələrini təqdim etmək üçün nəzərdə tutulmuşdur , Qazaxıstan Respublikası dövlət mükafatlarının və fəxri adlarının verilməsi, Qazaxıstan Respublikası Prezidentinin iştirakı ilə digər dövlət əhəmiyyətli təntənəli tədbirlər). İclas otağı (Qazaxıstan Respublikası Prezidentinin Qazaxıstan Respublikası Hökuməti, Qazaxıstan Respublikası Prezident Administrasiyasının struktur bölmələrinin rəhbərləri, vilayət və şəhərlərin Astana, Almatı və Çimkent, Qazaxıstan Respublikasının nazirlik və idarələrinin rəhbərləri, habelə Qazaxıstan Respublikası Prezidentinin Qazaxıstan Respublikasının yaradıcı və işgüzar dairələrinin nümayəndələri ilə görüşləri);Müzakirə salonu (Qazaxıstan Respublikası Prezident Administrasiyası rəhbərinin, Qazaxıstan Respublikası Prezidentinin köməkçisinin xarici nümayəndə heyətləri, Qazaxıstan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirləri, xarici işgüzar dairələrin nümayəndələri ilə görüşləri və söhbətləri üçün istifadə olunur ); Kitabxana; Ofis otaqları.Ofis məkanları ikinci mərtəbədə yerləşir.
Aloe spuria
Xallı əzvay (lat. Aloe maculata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == Sinonimləri == Aloe commutata Tod. Aloe commutata var. bicolor A.Berger Aloe disticha Mill. [Illegitimate] Aloe gasterioides Baker Aloe grahamii Schönland Aloe latifolia (Haw.) Haw. Aloe leptophylla N.E.Br. ex Baker Aloe leptophylla var. stenophylla Baker Aloe macracantha Baker Aloe maculosa Lam. Aloe obscura Mill.
Alomia angustata
Gardnerina (lat. Gardnerina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Gardnerina angustata (Gardner) R.M.King & H.Rob.SinonimAlomia angustata (Gardner) Benth.
Alomia cordata
Blakeanthus (lat. Blakeanthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Blakeanthus cordatus Qvatemala, Salvador və Hondurasda bitən yeganə növ.
Alomia tenuifolia
Lycapsus (lat. Lycapsus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lycapsus tenuifolius Phil.Sinonim Alomia tenuifolia (Phil.) Benth. & Hook.f.
Apargia aurea
Crepis aurea (lat. Crepis aurea) — mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Leontodon aureus L., Syst. Nat. ed. 10: 1193. 1759 Andryala aurea (L.) Scop., Annus Hist.-Nat. 2: 58. 1769 Hieracium aureum (L.) Scop., Fl. Carniol., ed.
Aparine spuria
Galium spurium (lat. Galium spurium) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparine spuria (L.) Fourr. Aparine tenera (Gren. & Godr.) Fourr. Aparine vaillantii (DC.) Fourr. Galium adhaerens DC. [Invalid] Galium agreste Wallr. Galium agreste var. echinospermum Wallr. Galium agreste var.