Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aporia
Aporia [alm. = fr. Aporie; ing. Aporia; yun. Aporia; a = sız, poros = yol, körpü, çıxış; ər. يغؤنح حؤل لؤتم غ شُ ] — Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar. Apriya paradoksun bir növüdür.
Aleriya
Aleriya (fr. Aléria, kors. Aleria) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qizonaçça kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B009.
Alogiya
Psixologiyada alogiya (yun. α-, "inkar", və λόγος, "nitq"), və ya nitq kasadlığı — ünsiyyət zamanı adi nitqin təminatı üçün lazımı və əlavə ehtiyatların olmaması. Xüsusən şizofreniya xəstəliyində özünü büruzə verir və neqativ simptom kimi qiymətləndirilıir. Bu zaman ünsiyyəti təmin emək mümkün olmadığına görə xəstəyə təyin olunmuş psixoterapiya çətinləşmiş olur. Alogiya bəzən afaziyaya sinonim kimi istifadə olunur.
Andriya
Andriya (it. Andria) — İtaliyanın cənubunda şəhər. Apuliya vilayətinin Bari əyalətindədir. Mənbələrdə adı ilk dəfə 915-ci ildə çəkilmişdir. 1041-ci ildə Andriya normanlar tərəfindən işğal edildikdən sonra "Andre" adlı qala-şəhərə çevrilmiş, 13-cü əsrdə Müqəddəs Roma imperiyasının imperatoru Fridrix II Ştaufenin iqamətgahı olmuşdur. Şəhərdə 10–17-ci əsrlərə aid çox sayda memarlıq abidələri qorunub saxlanılmışdır. Şəhər 1799-ci ildə Fransa ordusunun dağıdıcı hücumlarına məruz qalmışdır. Yüngül və yeyinti sənayesi müəssisələri var.
Anuriya
Anuriya (yunanca an — inkar bildirir, uron — sidik) — sidiyin ayrılmaması xəstəliyi, sidikliyə sutka ərzində 50 ml-dən az sidik daxil olması vəziyyəti. Anuriya çox vaxt kəskin böyrək çatışmazlığı nəticəsində baş verir. == Mexanizm == İnkişaf mexanizminə görə: prerenal (böyrəkdənkənar) renal (böyrək) postrenal (ekskretor, o cümlədən sidik yollarının mexaniki tutulması ilə əlaqədar obturasion) anuriya olur.Yeni doğulmuşlarda böyrək inkişaf etmədikdə və ya tək olan böyrəyi cərrahi yolla kənar etdikdə arenal (böyrəyin olmaması ilə əlaqədar) anuriya baş verir. Prerenal anuriya böyrəklər qanla yaxşı və ya tam təchiz olunmadıqda, çoxlu qan itirdikdə inkişaf edir. Renal anuriya böyrəklərin müxtəlif toksinlərlə zədələnməsində, yaxud kəskin nefritdə baş verir. Postrenal anuriya sidik axarları şişlə sıxışdırıldıqda, yaxud onlar iki tərəfdən daşla tutulduqda olur; bəzən güclü qıcıqlandırıcı (soyuq su və s.) reflektor anuriya yaradır. Anuriya zamanı təcili tədbirlər görülməsi tələb olunur, çünki əks halda 3–4 gün keçdikdən sonra uremiya inkişaf edə bilər. Anuriya diaqnozu sidiklikdə sidiyin olmamasına və uremik intoksikasiya əlamətlərinə görə qoyulur. Müalicəsi: prerenal və renal anuriyada hemodializin aparılması, postrenal anuriyada sidiyin hərəkətinə mane olan səbəbin aradan qaldırılması.
Apatiya
Apatiya (yun. απάθος — ehtirassızlıq) — laqeydlik halı,müəyyən hərəkətlərə meylin,marağın olmaması(çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur).Stoiklərin etik təlimlərində Apatiya ehtirassızlıq,ruhi soyuqqanlıq,hisslərin zəkanın fəaliyyətinə maneə olmadığı vəziyyət kimi başa düşülür.Aşkardır ki,stoiklərə Şərq dini fəlsəfi baxışları,xüsusilə mütləq sükunətin insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir. Bundan başqa tibbdə də apatiya hallarından bəhs olunur. Məsələn qalxanabənzər vəzin hipofunksiyası zamanı miksedema xəstəliyi müşahidə olunur və bu xəstəliyin əlamətlərindən biri də apatiyadır. == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti.
Apocrita
Saplaqqarıncıqlılar (lat. Apocrita) — pərdəqanadlılar (lat. Hymenoptera) dəstəsinin yarımdəstəsi. == Umumi məlumat == Qrupa minicilər, eşşəkarıları, arılar və qarışqalar daxildir. Saplaqqarın pərdəqanadlılar üçün səciyyəvi olan cəhət odur ki, qarıncığın birinci seqmenti əsasdan daralmış və döşlə hərəki şəkildə birləşmişdir. Yarımdəstənin nisbətən kiçik bir hissəsi bitkiyeyən, əksəriyyəti isə cücülərin və başqa onurğasızların parazitidir. Yetkin ali pərdəqanadlılar bir qayda olaraq, baramadan cinsi yetkin olmayan vəziyyətdə çıxır və əlavə qidaya ehtiyac duyurlar. Onlar çiçəklərin nektarı, bitkilərin şirəsi, mənənələrin, eləcə də cücülərin hemolimfası ilə qidalanırlar.
Apuliya
Apuliya — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Bari şəhəridir. Apennin yarımadasının cənub-şərqində, Adriatik və İoni (Taranto körfəzi) dənizləri sahillərindədir. Bari, Brindizi, Leççe, Taranto, Foca əyalətlərindən ibarətdir. Sahəsi 19.358 km². Əhalisi 4,1 mln (1994). Səthi təpəli düzənlikdir. Maksimal hündürlük 1151 m-dir (Dauniya d.) Kontinental Aralıq dənizi iqlimi hakimdir. İllik yağıntı 400–500 mm-dir. Ərazisinin 5%-i meşəlikdir.
Aroniya
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Kazoriya
Kazoriya (it. Casoria) — İtaliyanın Kampaniya regionunda şəhər.
Yaponiya
Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır. Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir. Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir.
Amoria
Yonca (lat. Trifolium) – paxlakimilər fəsiləsinə aid bitki cinsi.Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (Medicaqo sativa L.) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (Trifolium pratense L.) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çok bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var. == Əhəmiyyəti == Azərbaycanda şəxsi və fermer təsərrüfatlarında heyvanlar üçün yem bazasının əsasını qaba yemlər (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Yem paylarının tərkibində qaba yemlərin xüsusi çəkisi 80–85%-dir, qalan 15–20%-i qüvvəli yemlər təşkil edir. Qaba yem bitkilərinin əsasını yonca təşkil edir.
Apriyo
Apriyö (fr. Apprieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dü-Pen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38013. Kommunanın 2006-cı il üçün əhalisi 2926 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 30 km şimal-qərbdə yerləşir.
Soriya
Soriya (isp. Soria) — İspaniyada şəhər. Soriya vilayətinin mərkəzi. Duero çayının sahilində yerləşmişdir.
Ariya
Ariya (it. aria – hava, təranə) — operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində vokalist tərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş oxuma tərzli vokal əsər növü. Adətən ariyadan əvvəl orkestr girişi və reçitativ səslənir.
Apuliya hersoqluğu
Apuliya hersoqluğu - 1059-cu ildə Tankred Hoytvillin oğlu Robert Hoytvill tərəfindən əsası qoyulan hersoqluq. Əvvəllər qraflıq statusunu daşıyırdı. 1193-cü ildə V Rocerin ölümü ilə birbaşa Siciliya krallığına birləşdirildi. Hoytvill sülaləsi tərəfindən idarə olunurdu. == Hersoqlar == Robert Hoytvill I Rocer Borsa II Vilyam II Rocer III Rocer Ranulf- hersoqluğu ələ keçirmişdi.
Apuliya qraflığı
Apuliya qraflığı - İtaliyada vaxtilə mövcud olmuş feodal qurumu. Normanların İtaliyanı işğalı nəticəsində Tankred Hoytvillin oğlu Vilyam Hoytvill tərəfindən yaradılmışdı.
Marina Akobiya
Marina Akobiya (d. 12 yanvar 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Akobiya, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Microsoft Yaponiya
Microsoft Yaponiya (rəsmən Microsoft Yaponia məhdud şirkəti — yap. 日本マイクロソフト株式会社 Nihon Maikurosofuto Kabushiki Kaisha) — ABŞnın Microsoft şirkətinin Yaponiyada olan ofisidir. == Hadisələr == 2005-ilin Mayın 13-də Yoşihiro Maroyama təqdim eddi ictamai üçün Xbox 360 modelini. == Sponsorluq == 2004-cü ildən bu şirkət sponsorluq edir Microsoft Cupını.
Portiya Dabldey
Portiya Enn Dabldey (ing. Portia Ann Doubleday; 22 iyun 1988, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.
Qarameyvə aroniya
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Qloriya Estefan
Qloriya Estefan (isp. Gloria María Milagrosa Fajardo García de Estefan; 1 sentyabr 1957[…], Havana) — Kuba əsilli ABŞ müğənnisi, mahnı müəllifi və aktrisası. Karyerası ərzində 130 milyondan artıq mahnısı satılmış və 5 Qremmi mükafatına layiq görülmüşdür. Qloriya Havanada dünyaya gəlmiş, lakin Kuba inqilabından dərhal sonra, 16 aylığında ailəsi ilə Mayamiyə köçmüşdür. 1975-ci ildə "Miami Sound Machine" qrupunda solist kimi çıxış etməyə başlamış və 1976-cı ildə qrupun rəhbəri Emilio Estefanla ailə qurmuşdur. 1984-cü ildən ABŞ-də və Latın Amerikası ölkələrində solo konsertlərlə çıxış etməyə başlamışdır. 1980-ci illərdə onun mahnıları çartlarda yüksək yerlərə qalxmış, bir neçə mahnısı Billboard Hot 100-də ilk onluğa daxil olmuşdur. 20 mart 1990-cı ildə, onun içində olduğu avtobusun yük maşını ilə toqquşması nəticəsində, Qloriyanın onurğa sütunu ciddi zədələnmiş və cərrahiyyə əməliyyatı keçirmişdir. 1991-ci ildə isə avtobioqrafik "Coming Out of the Dark" albomu ilə yenidən hit-paradların zirvəsinə qayıtmışdır. 1994-cü ildə Atlantada XXVI Yay Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış etmişdir.
Qloriya Stüart
Qloriya Stüart (ing. Gloria Stuart; 4 iyul 1910, Santa-Monika, Kaliforniya – 26 sentyabr 2010[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Qloriya Stüart 1997-ci ildə çəkilən "Titanik" filmində qocalan Rouz rolunu Qloriya Stüart ifa edib. O, filmdə 101 yaşlı qadını canlandırıb. O vaxt aktrisanın 86 yaşı olub. Bu ifaya görə Qloriya Stüart "Oskar" və "Qızıl qlobus" mükafatlarının nominantı olub və ABŞ kino aktyorları Gildiyasının ən yaxşı ikinci plan kino aktrisası mükafatını alıb. Qloriya Stüart 2010-cu il sentyabrın 26-da 100 yaşında vəfat edib.
Qloriya portiki
Qloriya portiki (qalis. Pórtico da Gloria) — Qalisiyada yerləşən Santiaqo de Kompostela kafedralının girişində heykəllərlə bəzədilmiş tarixi portik. == Tarixi == Portik roman memarlığı üslubundadır. Roman üslubundakı heykəllər ən möhtəşəm əsərlərdən biridir. 3 kəmərdən ibarətdir. Orta sevinci təmsil edir və üzərində İsanın dirilişindən bəhs edən heykəl vardır. Sol tərəf yəhudiləri, sağ tərəf son qərarı təmsil edir. 1168-ci ildə Qalisiya və Leon kralı II Fernando Santiaqo de Kompostela kafedralının girişində portik tikilməsi haqqında göstəriş vermişdir. Portik daş ustası Mateo tərəfindən emalatxanasında roman memarlığı üslubunda hazırlanmışdır. Tikilməsi 1188-ci ildə başa çatmışdır.
Yaponiya imperatoru
1946-cı ilin noyabr ayında ittifaq qüvvələri tərəfindən parlament formasında razılaşdırılmış idarəetmə və icra orqanlarının əlində hakimiyyətin təmərküzləşməsinin yolverilməzliyi məqsədi ilə yaradılmış 99 maddədən ibarət Yaponiya Konstitusiyasına görə dövlət başçısı – sırf formal səlahiyyətlərə malik olan və dövlətin və millətin rəmzi sayılan imperatordur. Real hakimiyyət Baş nazirə, onun rəhbərlik etdiyi kabinetə və qarşısında məsuliyyət daşıdığı Parlamentə verilmişdir. Taxt varislik yolu ilə imperator ailəsinin kişi üzvlərinə keçir. İmperator (2019-cu ildən Naruhito) mütləq hakimiyyətə malik deyildir, dövlət işlərinə aid fəaliyyəti Nazirlər Kabinetinin məsləhəti və icazəsi əsasında həyata keçirməlidir. == Səlahiyyətləri == Konstitusiyada göstərilən hallar xaricində İmperatorun hökumətlə bağlı səlahiyyəti yoxdur. Bununla yanaşı İmperator Baş naziri və Ali Məhkəmənin Baş Hakimini təyin edir. Baş nazir əvvəlcə Parlament tərəfindən seçilir və İmperator tərəfindən təsdiq edilir. Baş hakim Nazirlər Kabineti tərəfindən seçilir və daha sonra İmperator tərəfindən təsdiq edilir. İmperatorun qanun və müqavilələri imzalamaq, Parlamentin sessiyalarını çağırmaq və Nazirlər Kabinetinin tövsiyə və icazəsi ilə şərəf nişanı vermək səlahiyyəti vardır. Yaponiya Konstitusiyasına görə imperator xalqın birliyinin və dövlətin rəmzidir.