Yaponiya Əhalisi
Yaponiya əhalisi 1 oktyabr 2005-ci il siyahıya alması zamanı 127.767.994 nəfər olmuş, 1 aprel 2009-cu il rəsmi təxmininə əsasən isə 127,6 milyon nəfərdir. 2005-ci ildə aparılmış siyahıya almanın rəsmən açıqlanmış yekunlarına əsasən Yaponiyada 1,555,505 nəfər (466,637 nəfəri Koreyalı, 346,877 nəfəri Çinli , 214,049 nəfəri Brazilyalı, 123,747 nəfəri Filippinli, 40,091 nəfəri Perulu, 37,417 nəfəri ABŞ-lı, 26,429 nəfəri Taylandlı, 20,630 nəfəri Vyetnamlı, 18,041 nəfəri İndoneziyalı, 9,605 nəfəri Böyük Britaniyalı, 251,982 nəfəri isə digər ölkələrdən olmaqla) əcnəbi yaşayır.
2018-ci ildə ölkədə bir qadına orta hesabla 1,42 uşaq doğumu sayı düşüb. Okinava prefekturasında bu göstərici ölkə üzrə ən yüksək səviyyədə −1,89, Tokioda isə ən aşağı həddədir – 1,2. 2018-ci ildə ölkə ərazisində 920 min körpə dünyaya gəlib. Bu, həmin statistikanın aparılmağa başladığı 1899-cu ildən bəri ən aşağı göstəricidir. Həmin il ölənlərin ümumi sayı isə 1 milyon 360 min nəfər təşkil edib ki, bu da II Dünya müharibəsindən sonra ən böyük göstəricidir. Ölənlərlə yeni dünyaya gələnlərin say fərqi 444 min nəfər təşkil edib ki, bu da 11 ildir davam edən azalmada yeni rekorddur.
Ministry of İnternal Affairs and Communications : Based on the 2005 Population Census, the total population was 127,767,994. 62,348,977 were males (48.8%) and 65,419,017 were females (51.2%).