Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uqamiya
Uqamiya (lat. Ugamia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Ugamia angrenica — Qazaxıstan, Özbəkistan və Qırğızıstan ərazisində bitən yeganə növüdür.
Georgi Adamiya
Georgi Adamiya (gürc. გიორგი ადამია; 10 mart 1981, Tbilisi) — keçmiş Gürcüstan futbolçusu. O, Gürcüstan və Azərbaycan klublarında, hücumçu mövqeyində çıxış etmişdir. Giorgi Adamiya idman karyerasına Gürcüstanda "TSU" və "VİT Corciya" klublarında başlamışdır. O, 2004-cü ildə VİT Corciya"nın heyətində ilə Gürcüstan çempionu olmuşdur. Adamiya bundan sonra Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi"yə transfer olmuşdur. O, "Neftçi" ilə bir dəfə Azərbaycan çempionu olmuş, bir dəfə isə ikinci yerdə qərarlaşmışdır. Adamiya həmçinin, 2005-ci ildə Birlik Kuboku matçında ikinci yeri tutmuş və müsabiqənin bombardiri olmuşdur. O, 2006-cı ildə komandasına Birlik Kubokunu qazanmağa kömək etmişdir. "Neftçi"də beş mövsüm keçirən Adamiya "Bakı" klubuna transfer olmuş, daha sonra "Qarabağ" və "İnter" klublarında çıxış etmişdir.
Sora Amamiya
Sora Amamiya (|雨宮 天|Amamiya Sora|; 28 avqust 1993, Tokio[d]) — Yaponiya səs aktrisası və müğənnisi. Music Ray'n şirkəti ilə əməkdaşlıq edir. İkinci kurs tələbəsi ikən Amamiya seyü Miyuki Savaşironun video kolleksiyası ilə tanış olmuşdur. Bundan sonra seyü olmağa qərar vermişdir. Amamiya Momo Asakura və Şiina Natsukava ilə birlikdə 2012-ci ildə Music Ray'n tərəfindən dinlənərək bəyənilmişdir və elə həmin il üçü də seyü karyeralarına start vermişdirlər. Onun ilk əsas rolu 2014-cü ildə One Week Friends anime serialının personajı Kaori Fucimiyanı səsləndirmək olmuşdur. Həmin animenin bağlanış mahnısı "Kanade" (奏(かなで), azərb. "Simfoniya"‎) mahnısı onun tərəfindən ifa olunmuşdur. O, həmçinin 2014-cü ildə yayımlanan "Akame ga Kill!" animesinin baş personajı Akameni səsləndirmiş, açılış mahnısı "Skyreach"-i isə ifa etmişdir. 2014-cü ilin axırlarında Amamiya, Asakura və Natsukava TrySail adlı musiqi birliyi qurmuşdurlar.
Abaziya
Abasia (q.yun. ἀ- – yoxluq və βάσις – yerimək) — bədən balansının pozulması və ya aşağı ətrafların motor pozğunluğu ilə əlaqəli əsasən sinir sistemi xəstəliklərində yerimə qabiliyyətinin itirilməsi. Aşağı ətrafları iflic olmur və xəstə uzanarkən lazımi həcmdə və kifayət qədər güclə müvafiq hərəkətləri edə bilir. Bu, əsasən dissosiativ pozğunluqlarda (əvvəllər isteriya adlanırdı), yəni dissosiativ hərəkət pozğunluqlarında, aşağı ətrafların hərəkət pozğunluqları və balans pozğunluqları ilə baş verir. Çox vaxt astaziya (ayaqda durma qabiliyyətinin itirilməsi) ilə müşayiət olunur. Abaziyanın xoreik, paralitik, spastik və tremor formaları var.
Afaziya
Afaziya (yun. ἀ — inkar hissəcik; φάσις — ifadə, bəyan) — formalaşmış nitqin sistem pozğunluğu.. Əsasən beyin qabığının travma, şiş toxuması, insult, iltihabi proseslər və bir neçə psixi xəstəliklər nəticəsində nitq şöbəsinin zədələnməsindən meydana çıxır.
Akasiya
Akasiya (lat. Acacia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Ağac bitkisi olub, latınca "Acacia" adlanır. "Akaki" yunan sözü olub, bu ad Teofrast və Dioskoridin mülahizələrinə görə Misirdə olan "tikanlı ağac" adlanan "Akasiya torsilisin" adından götürülmüşdür. Azərbaycanın rayonlarında çox vaxt bitkini paxlalarının kənarının şirin olması və bal arılarını cəlb etdiyinə görə "balverən bitki" adlandırırlar. Dekorativ əhəmiyyətə malikdir. Çiçəklərinin tərkibində qatı, sarı rəngli və xoş ətirli efir yağı olduğuna görə ətriyyat sənayesində geniş istifadə olunur. Yaşıllaşdırma və bəzək-bağçılıqda böyük əhəmiyyət kəsb edir. MNB-da kolleksiyada becərilir. Acaciopsis Britton & Rose Bahamia Britton & Rose Delaportea Thorel ex Gagnep.
Alaliya
Alaliya bütün nitq komponentlərinin, yəni fonetik –fonematik, leksik, qrammatik quruluşu pozulan nitqin sistemli geriliyidir. Alaliya erkən uşaqlıq çağlarında nitqin inkişafdan geri qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danışmaq, nitqin olmaması kimi tərcümə olunur). Alaliyalı uşaqlarda nitq tamamilə inkişaf etmir, yaxud kobud pozuntularla inkişaf edir. Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma səbəbi doğuş zədələri, həmçinin 1,5 yaşına qədər uşaqlarda baş beyin qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baş beynin zədələnməsi xəstəliyi ola bilər. Nitq mərkəzlərinin zədələnməsindən asılı olaraq nitqin inkişaf etməməsi başqasının nitqinin başa düşülməsi ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması ilə səciyyələnən sensor alaliyaya ayrılır. Motor alaliya-dil əməliyyatlarının formalaşmaması ilə səciyyələnən ekspressiv nitqin inkişaf etməməsidir. Nitq-hərəkəti analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb olan nitq hərəkəti analizatorunun fəaliyətinin inkişafdan geri qalması, yaxud pozulması motor alaliyanın yaranmasının əsas səbəbidir. Motor alaliya afferent və efferent olur.
Alamida
Alamida (dairə)
Alaniya
Alaniya — Müasir Rusiya federasiyası (Şimali Qafqaz)ərazisində yerləşən qədim vilayətlərdən birinin adı. Orta əsrlərdə Şimali Qafqaz və Don çayı ilə Volqa çayı boyu əraziləri əhatə edirdi.
Amasiya
Amasiya (kənd) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Amasiya (Ağbaba) — Amasiya rayonununda kənd və eyni adlı rayonun mərkəzi. Amasiya rayonu — Qərbi Azərbaycannın (indiki Ermənistan) Ağbaba mahalı ərazisində rayon. Amasya ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. Amasya — Qaradəniz Bölgəsində Türkiyənin Amasya ilinin inzibati mərkəzi. Amasya sülh müqaviləsi — Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında sülh müqaviləsi. Amasyalı Bəyazid Paşa — Osmanlı sultanlığının Fetret döründə, 1413-cü ildə Sultan I Mehmed səltənətində sədrəzəm. Amasiya (qitə) — 20 milyon il sonra reallaşması gözlənilən bir superqitə.
Amimiya
Amimiya — mimikanın zəifləməsi və ya heç olmaması halı. Ruhi xəstəliklər, parkinson xəstəliyi zamanı müşahidə olunur.
Anemiya
Anemiya, həmçinin qanazlığı (Qədim yunan dilindən tərcümədə ἀναιμία anaimia, "qan çatışmazlığı", prefiks ilə, ἀν- an-, "antonim-inkar şəkilçi" + αἷμα haima, "qan") — qanda qan hüceyrələrinin sayının yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji hal. Digər izahla, qanın oksigeni daşıma qabiliyyətinin azalması. Anemiyaya çoxlu qan itirildikdə (yaralandıqda, mədə-bağırsaq, ağciyər, burun, uşaqlıq və s. qanaxmaları zamanı), kimyəvi maddələrlə zəhərləndikdə, bədxassəli şiş törəmələrində, B12 vitamini çatışmadıqda və s. hallarda rast gəlinir. Anemiyanın baş verməsinə daha çox orqanizmdə dəmir çatışmazlığı səbəb olur; bu, "Dəmir defisitli anemiya" adlanır. Anemiyanın normoxrom, hipoxrom və hiperxrom növləri var. Rəng göstəricisi normoxrom anemiya zamanı dəyişmir, hipoxrom anemiyada azalır, hiperxrom anemiyada isə artır. Anemiyalar kəskin və xroniki olur. Müxtəlif travmalar, mədə xorası, uşaqlıq və ağciyər qanaxması nəticəsində sürətlə yaranan qanazlığında kəskin, qanaxma tədricən olduqda isə xroniki olur.
Apatiya
Apatiya (yun. απάθος — ehtirassızlıq) — laqeydlik halı, müəyyən hərəkətlərə meylin, marağın olmaması (çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur). Stoiklərin etik təlimlərində Apatiya ehtirassızlıq, ruhi soyuqqanlıq, hisslərin zəkanın fəaliyyətinə maneə olmadığı vəziyyət kimi başa düşülür. Aşkardır ki, stoiklərə Şərq dini fəlsəfi baxışları, xüsusilə mütləq sükunətin insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir. Bundan başqa tibbdə də apatiya hallarından bəhs olunur. Məsələn qalxanabənzər vəzin hipofunksiyası zamanı miksedema xəstəliyi müşahidə olunur və bu xəstəliyin əlamətlərindən biri də apatiyadır. Fəlsəfə Ensklopedik Lüğəti.
Aqlaiya
Aqlaiya (lat. Aglaia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinə aid bitki cinsi.
Araliya
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Aramiyan
Aramiyan — Təbriz şəhərinin mərkəzində yerləşən, ermənilərin məskunlaşdığı məhəllədir. Bu məhəllə, Şimali Şəriəti xiyabanındadır və müqəddəs Məryəm kilsəsinin yaxınlığındadır. Qədim Postxana küçəsi, onun məruf küçələrindəndir. Aramiyan məhəlləsi, Təbrizin bir böyük və məruf tacirinin şərəfinə belə adlandırılmışdır. İranın ilk teatr salonu, 1291-ci günəş ilində bu məhəllədə təsis olunmuşdur. Əlbəttə Təbrizin erməniləri ondan qabaq da bu salonda mərasimlər keçirdərdilər.
Azaliya
Azaliya (lat. Azalea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Azaniya
Azaniya (q.yun. Ἀζανία) və ya Barbariya (q.yun. Βαρβαρία) — qədim coğrafiyaşünaslıqda Şərqi Afrikada, Hind okeanı sahilində, Somalidəki Aromat burnundan (Qvardafuy) Tanzaniyadakı Rapta burnuna (lat. Raptum) qədər uzanan vilayət. Azaniya körfəzi yunanlar tərəfindən Barbariya körfəzi (q.yun. Βαρβαρικός κόλπος, lat. Sinus Barbaricus), romalılar tərəfindən isə Azaniya dənizi (lat. Mare Azanium) adlandırılırdı Azaniyaya Muxadan zeytun yağı və büxur, Avropadan isə dəmir, şüşə, buğda və şərab idxal olunurdu. Azaniyadan xaricə fil sümüyü, kərgədan buynuzu, tısbağa sümüyü və hindqozu ixrac olunurdu. Azaniyanın əsas ticarət şəhəri Rufici çayının mənsəbində yerləşən Rapta idi.
Qambiya
Qambiya (ing. The Gambia) və ya rəsmi adı ilə Qambiya Respublikası (ing. Republic of The Gambia) — Qərbi Afrikada dövlət. Qambiya ərazicə Afrikanın ən kiçik ölkələrindəndir. Şimaldan, şərqdən və cənubdan Seneqalla həmsərhəddir. Qərbdən isə Atlantik okeanı ilə əhatə olunmuşdur. Paytaxtı Bancul, ən böyük şəhəri Serekunda ümumi sahəsi 10,689 kvadrat kilometrdir. Qambiya 18 fevral 1965-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyindən azad olaraq və Millətlər Birliyinə daxil olmuşdur. Ölkə iqtisadi inkişafı səviyyəsinə görə dünyanın ən yoxsul ölkələrindən biridir. 1960-cı ildə Britaniya Protektoratı olan Qambiyaya seçki hüququ verildi və Qanunvericilik Şurasını 34 nəfərdən ibarət Nümayəndələr Palatası (House of Representatives) əvəz etdi.
Abatiya
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
Amaliya
Amaliya — qadın adı. Amaliya Pənahova — Azərbaycanın teatr və kino aktrisası Amaliya Materna — avstriyalı opera müğənnisi (dramatik soprano).
Alaşiya
Alaşiya, həmçinin Alasiya (akkad. 𒀀𒆷𒅆𒅀 Alašiya [a-la-ši-ia]; Şablon:Lang-uga ẢLṮY; Linear B: 𐀀𐀨𐀯𐀍 Alasios [a-ra-si-jo]) və ya Alaşiya padşahlığı — Orta və Son Tunc dövrlərində mövcud olmuş, Şərqi Aralıq dənizində bir yerdə yerləşən dövlət. Bu, qədim Misir və qədim Yaxın Şərqin digər dövlətləri üçün əsas məhsul, xüsusilə də mis mənbəyi idi. Bir sıra sağ qalmış mətnlərdə buranın adı xatırlanır və hazırda Kipr adasının qədim adı olduğu düşünülür. Bunu Alaşiyadan başqa hökmdarlara göndərilən gil lövhələrin Təl-Əviv Universitetində apardığı elmi təhlillər də təsdiqləmişdir. Armstrong, K. M. 2003 Settlement Hierarchy and The Location of Alashiya on Cyprus. Unpublished MA dissertation, University of Cincinnati. Knapp, A. B. ed. 1996 Near Eastern and Aegean Texts from the Third to the First Millennia BC. (Translations of all 122 Bronze Age and early Iron Age texts referring to «Alashiya»). ISBN 0-9651704-2-X Knapp, A. B. 1997 The Archaeology of Late Bronze Age Cypriot Society.
Aqafiy
Aqafiy, Ağafias Sxolastikos (yun. Ἀγαθίας σχολαστικός) — VI əsrdə yaşamış Bizans tarixçisi və şairi.
Azaliya Benks
Azaliya Amanda Benks (ing. Azealia Amanda Banks; 31 may 1991, Harlem, Nyu-York ştatı) — amerikalı müğənni.
Ağ akasiya
Robinia pseudoacaci (lat. Robinia pseudoacaci) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yalançı akasiya cinsinə aid bitki növü. Robinia Pseudoacacia və ya digər adıyla Yalançı akasiya invaziv növ olub,ana vətəni Kanadadır.Normal şəraitdə 12-30 metr hündürlüyə və 0.61–1.22 m diametr ölçüsünə qədər böyüyə bilən ağacdır.Bəzi yaşlı növlər isə 51 metr hündürlüyə və 1,6 m diametr ölşüsünə qədər böyüyə bilir..Əsasən iqlimi sərin və ya isti olan ərazilərdə rast gəlinir.İnvaziv növ olduğundan bir çox ölkələrdə geniş yayılmışdır. Azərbaycanda Botanika bağında rast gəlinən növdür.Dekoratif bitki kimi istifadəsi genişdir. Hal-hazırda müalicə məqsədi ilə istifadəsi həyata keçirilmir. Robinia Pseudoacacia üçün xüsusi qoruma fəaliyyəti həyata keçirilməsədə hal-hazırda bir çox qorunan ərazilərdə rast gəlinir. Lakin Robinianın toxumları yığılmalı və ex-situ şəraitində çoxaldıla bilmə ehtimalına uyğun olaraq qorunmalıdır. Robinia Pseudoacacia Təbiət Xidmətləri ( Nature Serve ) tərəfindən qlobal miqyaslı təhlükəsiz növ olaraq qiymətləndirilmişdır.İUCN tərəfindən isə ən az təhlukə altında olan növ ( Least Concern ( LC ) ) kimi qiymətləndirilmişdir. Şimаli Аmеrikаdа yаyılmışdır. Hündürlüyü 20 m-ə çatan çətirli аğаcdır.
Agamidae
Kələzlər (lat. Agamidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi. Kələzlər fəsiləsinin nümayəndələri Avropa, Asiya (İndoneziya arxipelaqı istisna olmaqla), Afrika (Madaqaskar istisna olmaqla) və Avstraliyada rast gəlinir. Kələzlər müxtəlif şəraitlərə asanlıqla uyğunlaşa bilirlər. Onlara çöllərdə, səhralarda, meşəliklərdə, su hövzələri sahillərində və dağlarda, bir sözlə, çox soyuq olan bölgələrdən başqa hər yerdə rast gəlmək olar.
Ağmiyan
Ağmiyan (Sərab)
Egimiya
Egimiya (q.yun. Αἰγίμιος) — yunan mifologiyasında personaj. O, dorilərin əcdadı olan Dorun oğludur. Egimiya Hestieotidada məskunlaşan dorilərin padşahı olmuşdur. Lapiflər tərəfindən mühasirəyə alınan Egimiya Heraklı köməyə çağırmış və lapifləri məğlub etmişdir. O, buna görə övladlarına vəsiyyət etdiyi torpağın üçdə birini Herakla təklif etmişdir. Heraklın ölümündən sonra Hilli övladlığa götürmüşdür. Heraklın övladları sonradan dorilər arasında məskunlaşmışdılar. Psevdo-Hesiodun bir şeiri onun adını daşıyır. Hesiod tərəfindən xatırlanmışdır.