Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arıqıran
Arıqıran (əvvəlki adı: Çiçəkli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arıqıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Gədəbəy rayonunun Çiçəkli kəndinin tarixi adı özünə qaytarılaraq Arıqıran kəndi adlandırılmışdır. == Toponimikası == Arıqıran/Arqıran/Arıqran kəndi Çətindərə çayının (Zəyəmçayın qolu) sağ sahilində, Haçaqaya dağının (Şahdağ silsiləsi) ətəyindədir. Güman edirlər ki, oykonim həmin ərazidə yaşayan və əsasən həşəratlarla qidalanan arıqıran adlı kiçik quşun adı ilə bağlıdır. 1991-ci ildən Çiçəkli adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2437 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Eyvaz İsgəndərov — ADAU Maşın mühəndisliyi və Standartlaşdırılma kafedrası dosenti, elmlər namizədi. Valeh Cəfərov — kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). Mahmud Rüstəmov — tibb elmləri doktoru, professor. === Şəhidləri === Abbasov Zülfüqar Bayram oğlu (1995–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Arıqıran bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ariran
"Arirang" (아리랑; Şablon:IPA-ko) Koreyanın xalq mahnısıdır. Mahnının 60 fərqli versiyasında təxminən 3,600-a yaxın variasiyası var və bunların hər birində "Arirang, arirang, arariyo (아리랑, 아리랑, 아라리요)" nəqərati mövcuddur. "Arirang" iki dəfə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilmişdir. Cənubi Koreya mahnını 2012-ci ildə UNESCO siyahısına daxil etmək üçün təqdim etmişdir.Şimali Koreya isə mahnını 2014-cü ildə təqdim etmişdir. 2015-ci ildə Cənubi Koreyanın Mədəni İrs İdarəsi mahnını qeyri-maddi mədəni sərvətlət siyahısına daxil etdi. Mahnı bu gün həm Şimali, həm də Cənubi Koreyada Koreya müharibəsindən sonra bölünmüş bir ölkədə birlik rəmzi olaraq səslənir. == Tarixi == === Mənşəyi === "Arirang" ın Gangvon əyalətində, Congsonda meydana gəldiyi düşünülür. Bir əfsanəyə görə mahnının adı Auracinin sahilində kameliya çiçəklərini yığarkən aşiq olan gənc oğlan və qızın hekayəsindən əldə edilmişdir. Bu hekayənin iki versiyası var. Birinci versiyaya görə gənc oğlan qızla görüşmək üçün Auracini keçmək istəsə də su çox yüksək olduğundan bunu bacarmır və buna görə onlar kədərlərini ifadə etmək üçün mahnı oxuyurlar.
Ariqiin çayı
Ariqiin çayı (monq. Аригийн гол) — Monqolustanın Xuvsqel aymakında axan çay. Çay Alaq-Erdene və Çandman-Under sumlarının sərhədlərinin yaxınlığındakı iki kiçik çayın birləşməsi nəticəsində Döm dağından başlayır və davam edir. Ariqiin çayı Tsaaqan-Üür sumunun mərkəzinin yaxınlığında Üür çayına qarışır.
Çığıran sərçələr
Çığıran sərçələr (lat. Tyranni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.