Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ALFA karteli
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. == Tarixi == "ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədilə yaradılmışdır. == Öhdəlikləri == Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır. == Fəaliyyəti == Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır. Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir. Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.
Kali karteli
Kali karteli — Kolumbiyanın Kali şəhəri və Valla del Cauca əyaləti yaxınlarında var olmuş narkotik karteli. Qurucuları Rodriguez Orejuela qardaşları olaraq bilinən Gilberto və Migueldan əlavə "Chepe" olaraq tanınan Jose Santacruz Londonodur. 1980-ci illərin sonlarına yaxın Helmer Herreranın da qrupa daxil olmasıyla Pablo Escobar və ona bağlı olan Medellin Karteli ilə əlaqələrini qoparmış və dörd adamın başda olduğu bu karteli idarə etməyə başlayıblar. Kali karteli ingilis pullu əsgərlər, bir çox ölkədəki müttəfiqlər, hökumətdəki saysız-hesabsız casus və mühbirlər ilə "SSSR"dəki Dövlət Təhlükəsizlik Komitinəsinə (ingiliscə: KGB) oxşarlığı ilə dünyanin tarixdəki ən böyük cinayət şəbəkəsi yəni "The Cali KGB" olaraq adlandırılmışdır. Kali kartelinin zirvədə olarkən dünya kokain bazarının 90%-nı əlində tuttuğu bilinir.
Medellin Karteli
Medellin Karteli (isp. Cártel de Medellín) — Kolumbiyanın Medellin şəhərində fəaliyyət göstərən narkotik istehsalçısı və qaçaqçısılığı ilə məşgul olan karteldir. 1970-ci illərin ortalarında əməliyyatlara başlayan kartel, əsasən, kokain işləriylə məşğul olurdu. Boliviya, Kolumbiya, Peru, ABŞ, Orta Amerika, Kanada və Avropada fəaliyyət göstərmişdir. Jorge Luis, Juan David və Fabio Ochoa Vazquez qardaşları ilə birliktə Pablo Escobar, George Rodriguez Gacha tərəfindən qurulub. 1993-ci ildə Kali karteli ilə Kolumbiya hökumətinin dəstəklədiyi qrup olan Los Pepes və ABŞ-nin hökuməti tərəfindən parçalanmış, üzvləri həbs edilmiş və ya öldürülmüşdür. Fəalliyətlərinin zirvəsində kartel hər həftə dünyada onlarca ölkələrdə tonlarca kokain satır, gündə 60-100 milyon dollar gəlir əldə edirdi. Bir müddət ABŞ kokain bazarının 96%-nı, dünya kokain bazarının isə 90%-nı əlində tutmağı bacarmışdır.
Sen-Bartelmi
Sen-Bartelmi (fr. Saint-Barthélemy, ing. Saint Bart's) - Karib hövzəsində Fransaya məxsus ada və kiçik adalar qrupu. Fransaya dəniz adaları icması statusunda daxildir. Paytaxtı Qustaviya. Əhalisi 8,450 nəfərdir (2007). Əsas iqtisadi fəaliyyəti turizmdir. Dəniz limanı və kiçik aeroportu vardır.
Artemi Qavezou
Artemi Qavezou (19 iyun 1994, Saloniki) — Yunanıstan əsilli İspaniyanı təmsil edən bədii gimnast. Artemi Qavezou, İspaniyanı 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. == Karyerası == Artemi Qavezou, 2016-cı ildə İspaniyanın bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alexandra Quereda, Yelena Lopez, Lordes Mohedano və Sandra Aguilar Navarro ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Artemi Volınski
A. P. Volınski (1689–1740) – Pyotr çağının bacarıqlı gənc siyasi xadimlərindən biridir. == Həyatı == O, məşhur Volınskilər nəslindəndir. Atası Pyotr Volınski çar sarayında süfrəçi kimi xidmət etmişdi. Xəzər dənizi hövzəsində öz hökmranlığını yaratmaq istəyən I Pyotr 1715-ci ildə İsfahana, İran şahının yanına böyük bir elçilik göndərmişdi. Ayrı-ayrı peşə və ixtisasları təmsil edən 71 adam A. P. Volınskinin başçılığı ilə bu elçiliyin tərkibinə qoşulmuşdu. Dərbəndə 1716–cı il avqustun 28-də gəlib çatan elçilik oktyabrın 27-dən dekabrın 4-dəkŞamaxıda qalmış, sonra Muğan və Təbrizdən keçərək İsfahana yollanmışdı. Burada aparılan danışıqlardan sonra (14 mart – 1 sentyabr 1717-ci il) elçilər Lənkərandan keçməklə yenidən Şamaxıya qayıtmış, 1717-ci il dekabrın 12-dən 1718-ci il iyunun 16-a kimi yenidən burada qalmışdılar. Beləliklə,Rusiya elçiləri Səfəvi İranının paytaxtı İsfahanda 5 ay yarım Şamaxıda isə 7 ay yarım olmuşdu. Buradan aydındır ki, Şimali Azərbaycan və bütünlükdə Zaqafqaziya məsələsi elçiliyin və çar Rusiyası hökumətinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri idi. Tarixi ədəbiyyatda A. P. Volınski elçiliyinin yazıları geniş öyrənilmişdir.
Avraam Orteli
Avraam Orteli (lat. Abraham Ortelius, nid. Abraham Ortels; 14 aprel 1527, Antverpen, Brabant hersoqluğu[d] – 28 iyun 1598[…] və ya 29 iyun 1598, Antverpen, Brabant hersoqluğu[d]) — şərti olaraq ilk müasir atlasın – Theatrum Orbis Terrarumun yaradıcısı kimi tanınan flandriyalı kartoqraf və coğrafiya mütəxəssisi. O, eyni zamanda qitələrin bir zamanlar vahid halda olduğunu iddia etmiş, bunun nəticəsi olaraq ilk dəfə "Qitə sürüşməsi" teoriyasını irəli sürmüşdü. == Həyatı == Ailəsi Auqsburqdan olan Abraam Orteli 14 aprel 1527-ci ildə Hollandiyanın Antverpen şəhərində anadan olub. 1547-ci ildə iyirmi yaşında Müqəddəs Lukanın Gildiyasına qoşuldu və xəritə illüstratoru kimi çalışdı. Dəyərli xəritələr satın alaraq, rəngləndirərək, kətanlara yapışdırıb sataraq, gəlirlərini artırdı və erkən səyahətlərini maliyyələşdirdi. 1554-cü ildə karyerasında böyük təsiri olan Gerard Merkator ilə tanış olur və 1564-cü ildən coğrafi xəritələrin nəşri ilə məşğul olmuşdur. 1575-ci ildə isə Abraam Orteli İspaniya kralı II Filippinin yanında coğrafiyaşünas təyin edildi. == Nailiyyətləri == Avraam Orteli coğrafiyanı tarixin gözü adlandırmışdır.
Den Arieli
Den Arieli (ing. Dan Ariely; 29 aprel 1967, Nyu-York, Nyu-York ştatı) — İsrail-ABŞ iqtisadçısı, psixologiya və davranış iqtisadiyyatı professoru. Dyuk Universitetində dərs deyir və Retrospektiv Araşdırmalar Mərkəzinin yaradıcısıdır. == Bioqrafiya == Den Arieli Nyu Yorkda anadan olub. Bu zaman atası Kolumbiya Universitetində MBA dərəcəsi alırdı. Den Arieli uşaqlığını İsrailin Ramat Qan və Ramat Haşaron şəhərində keçirib. Den "siqnal atəşləri" (İsrail gənclər təşkilatları tərəfindən həyata keçirilən tədbirlərin ənənəvi elementi) hazırlayarkən təsadüfən maqnezium partlaması nəticəsində bədəninin 70%-i üçüncü dərəcəli yanıqlar almışdır . Den Arieli Tel-Əviv Universitetində oxuyarkən fizika və riyaziyyat üzrə ixtisaslaşmış, lakin əl ilə yazmaq onun üçün fiziki cəhətdən çətinləşdiyindən ixtisasını fəlsəfəyə dəyişmişdir. O, həmçinin Çapel-Hill Şimali Karolina Universitetində koqnitiv psixologiya üzrə magistr və doktorantura təhsili almış, Dyuk Universitetində isə marketinq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Fəlsəfə doktoru dərəcəsini aldıqdan sonra 1998–2008-ci illərdə Massaçusets Texnologiya İnstitutunda dərs demişdir.
Artemi Panarin
Xose Luis Arteçe
Xose Luis Arteçe Mugire (isp. José Luis Artetxe Muguire; 28 iyun 1930 – 19 mart 2016) — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. Biskaya vilayətinin Alqorta şəhərində anadan olan Arteçe 1950-ci ildə "Deportivo Geço"dan "Atletik Bilbao"ya keçdi. O, 16 illik karyerasının qalan hissəsini elə sonuncuda keçirtdi. 10 sentyabrda ev stadionunda baş tutan və 4–0 hesablı qələbə ilə bitən ilk La Liqa oyununu "Atletiko Madrid"ə qarşı keçirtdi. 1955-56 mövsümündə Arteçe 24 oyuna 15 qol vuraraq komandasının tarixindəki altıncı liqa çempionluğunu qazanmasına öz töhfəsini verdi. Bask klubunun formasıyla 274 oyuna 105 qol vura bilmişdir və 3 dəfə Kopa del Generalísimo trofeyini qazandı; 35 yaşında karyerasını bitirən Arteçe klub tarixinin ən çox qol vuran oyunçulardan biri olaraq qalır. Arteçe 5 il ərzində millinin heyətində cəmi 6 dəfə çıxış edə bilmişdir. 17 mart 1954-cü ildə 1954 FİFA Dünya Kubokunun kvalifikasiya mərhələsi çərçivəsində keçirilən onun ilk oyunu Türkiyə millisinə qarşı oldu. 2–2 heç-heçə hesabı ilə bitən və neytral meydanda keçirilən oyunda ilk qolu o, vurmuşdur; həmin oyun iki ölkə arasında keçirilən artıq 3 oyun idi və sonda püşkatmadan sonra növbəti mərhələyə rəqib komanda yüksəldi.