Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arxetip
Arxetip (yun. άρχέτυπον, άρχή – ilkin, başlanğıc və yun. τύπς) — zərbə; zərbə izi, nişanə, əlamət. fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluğun nəticəsidir və davranışlarımızın səbəbidir. Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Hər şeyin ona görə həyata keçirildiyi düşünülən əsas ideya. Mundus archetypus: həqiqət dünyasında hər şeyin onlara görə həyata keçirildiyi ideyalar, ilk prinsiplər dünyası. == Antik fəlsəfədə == Proobraz, nümunə. Arxetip anlayışı əsasən Platona görə əqli qavranılan aləmə aid edilir.
Yunqun arxetipləri
Arxetip - fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluqun nəticəsidir və davranışlarımızın səbəbidir. == Ümumi məlumat == Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə, həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır. == Persona arxetipi == Persona - (latınca “persona” – maska) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur. == Anima və animus arxetipi == Anima və Animus iki bir biri ilə bağlı arxetipdir.
Arxefit
Arxeofit — tarixi dövrdən əvvəl olmuş bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Afina arxesi
Afina dəniz ittifaqı və ya Afina arxesi - Afinanın başçılığı altında qədim yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində yaranmış birlik. Yunan-İran müharibələri dövründə formal olaraq müstəqil və bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi. Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə. 478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Afina strateqləri birgə hərbi əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq cəhdlərinin qarşısı yubadılmadan alınırdı.
Arxip Kuinci
Kuinci Arxip İvanoviç (1842-1910) — Ukrayna mənzərə rəssamı. == Həyatı == Arxip Kuinci 1842-ci ildə Azov (əsl adı Azak) dənizi sahillərində Kalçık çayı ağzında əsl adı Kalçık olan, sonra adı dəyişdirilərək Mariupol qoyulan, indiki Mariupol şəhərində doğulmuşdur. Kuincinin ailəsi burada Yemençilər ləqəbi ilə tanınırdı (26, 8). Atası çəkməçiliklə məşğul idi. Yemençi türkcə "çəkməçi" deməkdir. Gələcək rəssam 15 yaşına kimi doğum şəhadətnaməsində rəsmən Yemençi oğlu soyadı ilə göstərilirdi. Yemençilər ailəsi şəhərin Karasevka məhəlləsində yaşayırdılar. Yaşlılar hələ də öz məhəlləsinə Karasu deyirdilər. Onlar hələ 1738-ci ildə General Minixin fəth edib dağıtdığı Kırımın Karasu Bazar şəhərindən köçürülüb gətirilmişdilər. Karasu Bazar şəhərinin indiki adı Beloqorskdır.