Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Huperzia ascendens
Huperzia ascendens (lat. Huperzia ascendens) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin huperzia cinsinə aid bitki növü.
Miconia ascendens
Miconia ascendens (lat. Miconia ascendens) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Ulmus americana f. ascendens
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Pleurothallis ascendens
Acianthera saundersiana (lat. Acianthera saundersiana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü. Pleurothallis saundersiana Rchb.f.
Asread
Asread (アスリード) — 2003-cü ilin noyabrında Xebec studiyasının keçmiş əməkdaşları tərəfindən qurulmuş Yaponiya animasiya studiyası. == İşləri == Shuffle! (anime serialı, 2005 – 2006) Shuffle! Memories (anime serialı, 2007) Ga-Rei: Zero (anime serialı, 2008) Minami-ke: Okawari (anime serialı, 2008) Minami-ke: Okaeri (anime serialı, 2009) Minami-ke: Betsubara (OVA, 2009) Future Diary (anime serialı, 2011 – 2012) Corpse Party: Missing Footage (OVA, 2012) Corpse Party: Tortured Souls (OVA, 2013) I Couldn't Become a Hero, So I Reluctantly Decided to Get a Job.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Smend
Heckeperre Setepenre, Smend — Misirin iyirmi birinci sülaləsinin banisi olan firondur. Aşağı Misiri idarə edən XI. Ramzesin ölümündən sonra taxta çıxmışdır. "Mendesin Sahibi" mənasına gələn Nesbanebced adı ilə doğulmuş olmasına baxmayaraq, İosifus və Sext Afrikan kimi yunan yazarlar tərəfindən "Smendes" olaraq adlandırılmışdır. Mənşəyi tam olaraq bilinməməklə birlikdə, XI. Ramzesin yüksəlişi dövründə Aşağı Misirdə olduğu və Tanis bölgəsinin idarəsindən məsuliyyətli olduğu düşünülür.
Hyundai Accent
Hyundai Accent (bəzi ölkələrdə Verna, Avstraliyada 2000-ci ilə qədər Excel adı ilə satılır) — Cənubi Koreyanın Hyundai Motor Company şirkəti tərəfindən istehsal olunan subkompakt avtomobildir. Cənubi Koreya, Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Hindistan və İranda istehsal olunur.
Palm-Aylend
Palm-Aylend (ing. Palm Island) — Niderland Krallığına daxil olan, Aruba adasından bir qədər aralıda yerləşən özəl ada. Ada turizm baxəımından görməli yerlərdən sayılır. Ada Arubadan bərə ilə 5 dəqiqəlik məsafədə yerləşir. Burad kiçik çimərlik və su parkı vardır Çimərlik zonası okean sahilinin bir hissəsini təşkil edir. Təhlükəsizlik məqsədilə uzaq məsafələrə üzməyə icazə verilmir. Snorkelinq ada turizminin əsasını təşkil edir. Burada çoxlu sayda balıq növünə rastlamaq mümkündür. Burada balılq ovlamaq və ya istənilən heyvanı öldürmək qadağandır. Bunun sayəsində balıqlar insanlardan qorxmur və dayazlığa yaxın ərazilərə üz tuturlar.
Rod-Aylend
Rod-Aylend (ing. Rhode Island) — ABŞ-də ştat. Sahəsinə görə ölkənin ən kiçik ştatıdır, ancaq əhalisinə görə 7 ştatı qabaqlayır. Əhali sıxlığına görə isə, ABŞ-nin ən sıx 6-cı ştatıdır. Mərkəzi Providens şəhəridir. Rod-Aylend ştatının ləqəbi "Okean Ştatı"-dır. Çünki bu ştat Atlantik okeanın sahilində yerləşir. Rod-Aylend ştatı, İngilislərə qarşı vuruşan 13 koloniyadan biri idi. Başlanğıcda, ştat iki hissədən ibarət idi: Ehtiyat plantasiyası (materik, ən böyük şəhər - Providens) və Rod Adası (ada, ən böyük şəhəri - Newport).
Staten-Aylend
Staten Aylend — Nyu-Yorkun 5 əsas bölgəsindən biri. Eyni adlı ada üzərində yerləşir. 477 377 nəfər əhalisi olan bölgə Nyu-Yorkun ən az əhalisi olan bölgəsidir.
Vest Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
İzabel Allend
İzabel Alyende Lyona (isp. Isabel Allende Llona; 2 avqust 1942[…], Lima) — Çilili yazıçı. Çilinin Perudakı səfirliyində ikinci katib işləyən atası Tomas Alyende və Fransiska Yona Barrosun evliliyindən doğulan İzabel Alyende 1942-ci ildə Limada anadan olmuşdur. Atası Tomas Alyende 1970–1973-cü illərdə Çili prezident olmuş Salvador Alyendenin əmisi oğlu olmuşdur. 1945-ci ildə valideynləri boşanmış və anası 1946-cı ildən 1953-cü ilə qədər üç uşağı ilə birgə Çili yaşamışdır. 1953-cü ildə anası diplomat Ramon Uidobro Dominqez ilə evlənmiş və atalığının işi ilə əlaqədar olaraq 1958-ci ilə qədər Boliviyada yaşamışdır. Burada o ABŞ məktəbində təhsil almışdır. Ramon Dominqezin Livana səfir göndərilməyindən sonra təhsilini həmin öldəkə özəl məktəbdə davam etdirmişdir. 1959-cu ildə, 17 yaşında ikən Çiliyə dönən İzabel burada 4 il sonra evlənəcəyi birinci əri Miqel Frias ilə tanış olur. 1987-ci ilə qədər davam edən bu evlilikdən, Paula (1963) və Nikolas (1967) adlı övladları dünyaya gəlmişdir.
Lonq-Aylend
Lonq-Aylend (ing. Long Island) — ABŞ-nin Nyu-York ştatının cənub-şərqində yerləşən bir ada.
Vest-Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Uest Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Asena (dəqiqləşdirmə)
Asena — gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Asena (mifologiya) — mifologiya.
Asena (mifologiya)
Asena və ya Aşina – türk mifologiyasında önəmli rol oynayan əfsanəvi dişi qurdun dünyaya gətirdiyi on qız uşağından biri. Bəzi yerlərdə Asenanın dişi qurdun adı olduğu düşünülməkdədir. Ziya Göyalp 1922-ci ildə Diyarbəkirdə nəşr edilmiş Kiçik Məcmua jurnalında yayımlanan "Türk dövlətinin təkamülü" adlı məqaləsində "bu da çinlilərə görə (Asena=Qurd) mənasındadır" deməkdədir. Göytürk xaqanlığının qədim hökmdarlarının mənsub olduğu Aşina, Zena, Asen və ya Şunnu adı verilən sülalə əfsanəyə görə bu dişi qurddan törəmişdir. Əsli Açina kəlməsindən gəlməkdədir. == Əfsanənin tapıntılara görə ən qədim forması == Antik Çin qaynaqlarında Tüküe xalqının törəyişini anladan Asena əfsanəsinin fərqli formalarına rast gəlinilir. Tapılan ən qədim forması belədir: Bununla yanaşı, əfsanənin başqa formaları vardır. Daha qədim zamanlardan qalan, sonradan genişləndirilmiş, daha əhatəli ya da daha qəsa olan formaları da vardır.
Asena (soyad)
Orxan Asena — türk teatr sənətçisi. Duyğu Asena — türk jurnalist və yazıçı. Reyhan Asena Keskinci — türk aktyor.
Battulqa Tsend
Battulqa Tsend (monq. Баттулга Цэнд; 15 mart 1970, Ulan-Bator) – Monqol türkoloqu, dilçi, epirafist, elmlər doktoru, professor. == Həyatı və fəaliyyəti == Battulqa Tsend 15 mart 1970-ci ildə Monqolustanın Ulanbator şəhərində anadan olub. Monqolustan Milli Universitetini epiqrafist ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunda çalışıb. Monqolustanı qarış-qarış gəzərək türk yazılı abidələrinin üzə çıxarılması, araşdırmalara cəlb olunması ilə məşğul olub. “Monqolustandakı runik kiçik yazıtları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1999). On il Monqolustan Milli Universiteinin (Монгол Улсын Их Сургууль) Türkologiya kafedrasına rəhbərlik edib. Onun rəhbərliyi altında türkologiyanın müxtəlif problemlərinə dair bir neçə dissertasiya müdafiə edilib. Türkologiya bölümü bağlandıqdan sonra onun bazasında yaradılmış Asiya Araşdırmaları kafedrasının müdiridir.
Svend Ollinq
Svend Ollinq (9 noyabr 1967) — Danimarka diplomatı. Danimarkanın Türkiyədəki (2016-cı ildən) və Azərbaycandakı (2017-ci ildən) fövqəladə və səlahiyyətli səfiri. Svend Ollinq 9 noyabr 1967-ci ildə Qlostrupda anadan olmuşdur. Kopenhagen Universitetini bitirmişdir. Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunduqdan sonra o, öz etimadnaməsini Azərbaycan Prezidentinə 2017-ci ilin mart ayının 26-da təqdim etmişdir. Ann Kyer Ollinq ilə evlidir. Bu evlilikdən onların üç övladı var: Asbyörn (1997), Astrid (1999) və İnqrid Kyer (2004).
Duyğu Asena
Duyğu Asena (19 aprel 1946, İstanbul – 30 iyul 2006, İstanbul) - Türkiyəli jurnalist, yazıçı. == Həyatı == Duyğu Asena Nihal və Muxtarın qızı olaraq İstanbulda anadan olub. Atası küncüt biznesi ilə məşğul olub. Babası CHP Gümüşhane millət vəkili Əli Şövkət Öndərsevdir, şair İnci Asena isə onun bacısıdır. O, orta təhsilini Kadıköy Özəl Qız Kollecində bitirdikdən sonra İstanbul Universitetinin Pedaqoji fakültəsində təhsil alıb. İş həyatına pedaqoq kimi başlayan Asena, Haseki Xəstəxanası Uşaq Klinikasında və İstanbul Universiteti Uşaq Evində çalışıb. Qəzetdəki ilk yazısı 1972-ci ildə “Hürriyyət” qəzetində “Kəpənək” əlavəsində dərc edilib. Bu vaxtdan sonra müxtəlif jurnal və qəzetlərdə jurnalist və idarəçi olaraq çalışıb. Türkiyədə qadın jurnalları sırasında ən önəmli jurnallardan “Qadınca” jurnalının 1978-1992-ci illər arasında baş redaktoru olub. 1992-1997-ci illər arasında o, TRT-2 telekanalında “Ondan sonra” adlı veriliş hazırlayıb.
Aqkənd
Ağkənd (fars. آق کند‎) İranın Şərqi Azərbaycan ostanında şəhər. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Mərkəzi bölgəsində, Miyanə şəhərindən 35 km şərqdədir. Təbrizdən 232 kilometr cənub-şərqdə yerləşir. 2006-cı il əhali sayına görə əhalisi 1832 nəfərdir. Ağkənd Xalxal bölgəsinin əski bölmələrindən idi və 1980-ci ildən bu yana dövlət tərəfindən Miyanə bölgəsinin içinə keçirilmişdir. Ağkənd, Kağızkonan bölməsinin mərkəzidir və 100-dən artıq kəndi olaraq, ən önəmli kəndi Qarabulaqdır ki, Tülkü Divanının (Sö'ləbiyyənin) yardıcısı, Azərbaycanın böyük və adlı şairi olan Məhəmməd Bağır Xalxalinin doğma kəndidir.
Arçene
Arçene (it. Arcene) — İtaliyanın Lombardiya bölgəsində , Bergamo (əyalət) inzibati mərkəzinə tabe olan bir şəhərdir. Əhalisi 4347 nəfər, əhali sıxlığı 1028 nəfər / km²-dir. Sahəsi 4.23 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 00035. Kommunanın himayədarları Baş Mələk Mikayıl və Müqəddəs Məryəmdir. Kommunanın bayramı 5 apreldədir.
Ağbənd
Ağbənd – Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində qəsəbə. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == Ağbənd qəsəbəsi Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir. Yaşayış məntəqəsi adını ətəyində salındığı dağın adından almışdır. 1958-ci ildə meydana gəlmiş bu qəsəbəni Bartaz, Vejneli, Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtük kəndlərindən gəlmiş ailələr salmışdır. Qazaxıstanın Selinoqrad vilayətində Akbənt qəsəbəsi qeydə alınmışdır. == Ağbənd dağı == Zəngilan rayonu ərazisində dağ. Ağbənd qəsəbəsinin cənub-şərqindədir. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan formada uzandığı üçün belə adlandırılmışdır.
Ağkənd
Azərbaycanda Ağkənd (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Ağkənd (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağkənd (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. (əvvəlki Təzəkənd) Ermənistanda Ağkənd (Dərələyəz) — Dərələyəz mahalının Keşişkənd rayonunda kənd. Ağkənd (Qafan) — Zəngəzur mahalının Qafan rayonunda kənd. Ağkənd (Sisyan) — Zəngəzur mahalının Sisyan rayonunda kənd.
Başkənd
Yaşayış məntəqələri Azərbaycan Başkənd (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Başkənd (Xocalı) — Xocalı rayonunda kənd. Başkənd (Ordubad) — Ordubad rayonunda kənd. Başkənd (Gədəbəy) — Gədəbəy rayonunda kənd. (Rəsmən Ermənistana aiddir) Ermənistan Başkənd (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər rayonunda kənd. Başkənd (Dərələyəz) — Dərələyəz mahalında kənd. Başkənd (Şörəyel) — Şörəyel mahalında kənd. Başkənd (Qırxbulaq) — Qırxbulaq mahalında kənd. Başkənd (Qaraqoyunlu) — Qaraqoyunlu mahalında kənd. Başkənd (Zəngəzur) — Zəngəzur mahalında kənd.
Daşkənd
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.
Salənd
Salənd— İranın Xuzistan ostanının Dezful şəhristanının Sərdəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,841 nəfər və 394 ailədən ibarət idi.
Xocənd
Xücənd (tac. Хуҷанд) — Tacikistanda şəhər. Xücənd şəhəri Suğd vilayətinin mərkəzidir. 1939–1992-ci illərdə rəsmi olaraq Leninabad adlanırdı. Düşənbədən sonra Tacikistanın ikinci ən iri şəhəridir. Xücənd Sırdərya çayının sahilində, Fərqanə dərəsinin ağzında yerləşir. Əhalisini 2014-cü ildə 170 min sakin təşkil edirdi. Qədim tarixçilərin yazılarına əsasən, e.ə. 329-cu ildə Makedoniyalı İsgəndər burada yunan şəhərciyi saldı. Şəhərciyin adı İsgəndəriyyə Esxati, yəni "Uzaq İsgəndəriyyə" idi.
Xucənd
Xücənd (tac. Хуҷанд) — Tacikistanda şəhər. Xücənd şəhəri Suğd vilayətinin mərkəzidir. 1939–1992-ci illərdə rəsmi olaraq Leninabad adlanırdı. Düşənbədən sonra Tacikistanın ikinci ən iri şəhəridir. Xücənd Sırdərya çayının sahilində, Fərqanə dərəsinin ağzında yerləşir. Əhalisini 2014-cü ildə 170 min sakin təşkil edirdi. Qədim tarixçilərin yazılarına əsasən, e.ə. 329-cu ildə Makedoniyalı İsgəndər burada yunan şəhərciyi saldı. Şəhərciyin adı İsgəndəriyyə Esxati, yəni "Uzaq İsgəndəriyyə" idi.
İsfənd
İsfənd (fars. اسفند‎) — İran və Əfqanıstanın rəsmi təqviminin on ikinci ayı. İsfənd ayında 29 gün (uzun ildə 30 gün) var. Bu ay fevral ayında başlayıb mart ayında sona çatır. İsfənd qışın üçüncü ayıdır.
Şazənd
Şazənd — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Şazənd şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,353 nəfər və 5,265 ailədən ibarət idi.
Biq-Aylend adası
Biq-Aylend adası (ing. Big Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Ada Hudzon boğazının şimalında, Uayt boğazı ilə ayrıldığı böyük Baffin Torpağı adasından 4 kilometr cənubda yerləşir. Adanın 105 km cənub-qərbində Unqava yarımadası yerləşir. Adanın sahəsi 803 km², sahil xəttinin uzunluğu 309 km-dir. Adanın şərqdən qərbə uzunluğu 62 km, maksimum eni 24 km-dir. Landşaft hündürlüyü 360 metrə çatan yuvarlanan təpələrdən ibarətdir. Şimal sahilinə eniş cənubdan daha dikdir. Adanın yaxınlığında, xüsusən onun qərb və şərq uclarına yaxın çoxsaylı kiçik adalar yerləşir.
Lonq-Aylend boğazı
Lonq-Aylend boğazı- Konnektikut ştatını Lonq-Aylend adasından (cənubda) ayırır. Uzunluğu 177 km, eni minimum 34 km təşkil edir. Qərbdə boğaz İst-River boğazı ilə birləşir. Sahilləri parçalıdır. Sumsal burunlarla zəngindir. Bəzən boğaz körfəz adlandırılır. Balıq, molyusklar və xərçəngkililərlə zəngindir. Sahillərində dəniz quşları vardır. Üstəlik suda-quruda yaşayanlar və tısbağalara da rast gəlinir. Bunula belə Nyu-York və Konnektikut kimi iri şəhərlər boğazın ekologiyasına öz mənfi təsirini göstərir.
Qreyt-Raqqed-Aylend
Qreyt-Raqqed-Aylend (ing. Ragged Island) ərazisi 23 km2-dir. Baham adalarının cənubunda ada. Qreyt-Raqqed-Aylend Xumentos zəncirinin bir hissəsidir. Aypara formalı zəncir 177 kilometrdən çox uzunluğa maikdir və Rakkun-Ki, Hoq-Ki və Dabl-Brested-Ki kimi tanınan kiçik adaları əhatə edir. Qreyt-Raqqed-Aylend Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Dunkan-Taun qəsəbəsidir. Rayonun sahəsi 23 km2, əhalisi isə 70 nəfərdir.
Siti-Aylend (film)
Siti-Aylend (ing. City Island) — Reymond De Felittanın rejissorluğu ilə çəkilmiş 2009-cu il komediya-dram filmi. Premyerası 26 aprel 2009-cu ildə Traybeka Film Festivalında baş tutub. Film Bronksun Siti-Aylend bölgəsində yaşayan disfunksiyalı ailədən bəhs edir. Bu ailənin hər bir fərdinin gizlətdiyi sirrləri var. Ailə başçısı Vins Rizzo həbsxanada çalışan gözətçidir, o aktyorluq arzusunu reallaşdırmaq üçün kursa gedir, lakin bunu ailəsindən gizli saxlayır. Endi Qarsia — Vince Rizzo Julianna Margulies — Joyce Rizzo Stiven Streyt — Tony Emily Mortimer — Molly Ezra Miller — Vince Jr.
Staten-Aylend Kolleci
Staten-Aylend Kolleci — Nyu Yorkda dövlət kolleci. Nyu-York Şəhər Universitetinin sistemindəki 11 illik dörd yüksək səviyyəli kolleclərindən biridir. Liberal sənət, Elmlər və peşəkar tədqiqatlar üzrə proqramlar bakalavr və magistr dərəcələrinə gətirib çıxarır. Magistr dərəcələri 13 peşəkar və liberal sənət sahəsində verilir. Kollec CUNY Məzun Mərkəzinin biokimya, biologiya, Kimya, kompüter elmləri, Fizika və Psixologiya üzrə doktorantura proqramlarında iştirak edir. Staten İsland Kolleci 1976-cı ildə Staten Island Kommuniti Kolleci və Riçmond Kolleci birləşdikdən sonra yarandı. Kollec 1993-cü ildən keçmiş Villoubruk Dövlət məktəbinin ərazisində yerləşir. Bu, Nyu-York şəhərində ən böyük kampusdur. Kollecin 80-dən çox elmi laboratoriyası var, o cümlədən Neyrologiya İnkişafı Mərkəzi və CUNY Fənlərarası Yüksək Texnologiya Hesablama Mərkəzi(FYTH). FYTH qabaqcıl yüksək hesablama texnologiyası resursları və fakültə və tələbələrə müvafiq texniki yardım təqdim etməklə universitetin təhsil və tədqiqat missiyasını inkişaf etdirmək üçün yaradılmışdır.
Aşxen
Aşxen (erm. Աշխէն; bilinmir, Alaniya – bilinmir?) — Ermənistan Kraliçası və Ermənistan Kralı III Trdatla olan evliliyi sayəsində Arşakuni sülaləsinin üzvü. == Ailə və mənşəyi == Aşxen sarmat mənşəli bir monarx idi. O, adı açıqlanmayan qadın tərəfindən Aşxadar kimi tanınan alanların kralı Aşxadarın qızı idi və bilinən övladıdır. Aşxen 260-280-ci illər arasında naməlum bir tarixdə anadan olub və Alan Krallığında böyüyüb. III Trdat ilə evlənməzdən öncə onun erkən həyatı haqqında çox az şey məlumdur. Aşxen adı qadın erməni adıdır. Adı "qara" və ya "mavi-qara" mənasını verən "axsen" "boz" və ya "zend axsaena" sözündən gəlir. Bu ad həmçinin "xset" və ya "zend xsaeta" "odlu qırmızı" sözündən də gələ bilər. Aşxen Aşxadar adından yarana bilər.
Mitso Asen
Mitso Asen (XIII əsr – 1277 və ya 1278, Troya, Bizans imperiyası) — Çar, II İvan Asenin kürəkəni. II Kalmanın devrilməsindən sonra taxta çıxmışdı. Əslən Asen sülaləsindən olmayıb, II İvan Asenin kürəkəni olduğu üçün bu soyadını götürmüşdür. Cəmi 1 il taxtda qalmış, lakin əyanların üsyanı nəticəsində Anadoluya qaçaraq VIII Mixail Paleoloq tərəfindən ona ev və mülk verilmişdir. Təqribən 1277-ci ildə vəfat edib. Mariya Asenina ilə evlənmiş, ondan bu övladları olmuşdur: III İvan Asen Kira Mariya — I Georgi ilə evlənmişdi. John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
Asen Zlatarov
Asen Zlatarov (bolq. Асен Христов Златаров; 4 fevral 1885 – 22 dekabr 1936, Vyana) — Bolqarıstan biokimyaçısı, ictimai xadimi, yazıçısı və professoru. == Bioqrafiya == Asen Zlatarov 4 fevral 1885-ci ildə Haskovoda anadan olub. Atası Xristo Zlatarov 1851-ci ildə Stambolovo əyalətinin Haskovo kəndində yaradılmış ilk dünyəvi məktəbin müəllimi olub. Daha sonra Cenevrə Universitetində kimya üzrə təhsil almışdır (1904-1907). 1908-ci ildə Qrenobl Universitetində kimya və fizika elmləri doktoru olur. “Kimya və sənaye” və “Təbiət və elm” jurnallarının, “Təbiət fəlsəfəsi oxu” və “Elm və həyat” kitabxanalarının redaktoru olub. 1924-cü ildə xüsusi, 1935-ci ildə isə Sofiya Universitetinin baş professoru təyin edildi. 1928-ci ildə Bolqarıstan Kimyaçılar İttifaqının sədri seçilmiş, 1934-cü ildə Madriddə keçirilən 11-ci Beynəlxalq Kimya Konqresində iştirak etmişdir. 1935-ci ildə Asen Zlatarov, yerli tələbələri ziyarət etmək üçün Belqrada gedir və onlarla bir sıra söhbətlər edir.
Lokomotiv Daşkənd
Lokomotiv (Daşkənd) - Özbəkistanın futbol klubu == Tarixi == 2001-ci ildə yaranıb.
Başkənd Universiteti
Başkənd Universiteti — Türkiyənin Ankara şəhərində yerləşən özəl universitet. Universitet 13 yanvar 1994-cü ildə Türkiyə Orqan Transplantasiyası və Yanıq müalicəsi Vəqfi və Haberal Təhsil Vəqfi tərəfindən Ankarada qurulmuşdur.