Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abidos
Abidos (q.misir ȝbḏw, q.yun. Ἄβυδος, ərəb. أبيدوس‎, qibt. Ⲉⲃⲱⲧ) — Qədim Misir dövlətinin ən qədim şəhərlərindən və dini mərkəzlərindən biri. Burada axirət tanrılarına (Hentinment, Upuaut və Osiris) sitayiş edilirdi. Orta padşahlıq dövründən başlayaraq Osirisə daha çox sitayiş olunmuşdur. Abidosdan yalnız iki məbədin xarabalığı qalmışdır. Ayrton, Edward Russell; William Matthew Flinders Petrie. Abydos. iii.
Amitoz
Amitoz — bölünmə hüceyrə bölünmələr arasında enerji sərfinə görə ən səmərəli bölünmə üsulu hesab olunur. Mitoz bölünmədən fərqli olaraq, burada bölünmə vətərlərinin yaranması, xromosomların spiral halında burularaq yoğunlaşması, nüvə pərdəsinin itməsi kimi hallar müşahidə olunmur. Xromosomlarda qısalma və yoğunlaşma baş vermədiyi üçün onlar işıq mikroskopu altında görünmürlər. Amitoz bölünmə zamanı hüceyrə enerjisi bəzi hallarda yalnız DNT-nin ikiləşməsinə kifayət edir. DNT-nin bu cür bir neçə dəfə ikiləşməsi nəticəsində bəzən nəhəng xromosomlar yaranır. Əksər hallarda isə hüceyrə enerjisi DNT-nin ikiləşməsi ilə bərabər, həm də nüvənin bölünmısinı kifayət edir, sitoplazma isə bölünə bilmir. Belə bölünmələr adətən çoxnüvəliklə nəticələnir. Amitoz bölünmənin bəzi formalarında isə nüvə bölünməsindən sonra sitoplazma da bölünə bilir və DNT ilə bərabər digər hüceyrə kompenentlərinin qız hüceyrələr arasında müstəqil paylanması baş verir. Bu zaman əvvəl nüvə, sonra isə sitoplazma ortadan ikiyə bölünür. Əgər irsi məlumatlar və hüceyrə kompenentləri qız hüceyrələr arasında qeyri-bərabər paylanarsa, bu adətən hüceyrənin məhvi ilə nəticələnir.
Psixoz
Psixoz — düşüncə və duyğunun ağır formada pozulduğunu təyin edən psixiatriya terminidir Psixotik epizod keçirən xəstələr halüsinasiyalar görüb, batil (?) inanclara inanırlar. Onlarda şəxsiyyət dəyişiklikləri və düşüncə pozğunluğu da müşahidə edilir. Psixoz adətən gənclərdə görülsə də, orta yaşlı insanlardan da yan keçmir. Psixiatrlara görə, gənclərdə daha sıx görülən psixoz ağır bir zehni xəstəliyin əlaməti ola bilər. "Psixoz" sözü ilk dəfə 1845-ci ildə Ernst Von Fektersleben tərəfindən dəlilik və maniya sözlərinə alternativ olaraq istifadə edilib. Psixoz sözünün yunan dilindən tərcüməsi "anormal" vəziyyət deməkdir. Ümumi psixiatriyada psixoz ağır ağıl xəstəliyinin simptomu olaraq qəbul edilsə də, özü bir diaqnoz sayılmır. Psixoz şizofreniya, bipolar pozuğluq və ağır kliniki depressiya ilə əlaqələndirilir. Epilepsiya xəstəliyinin gedişində rast gəlinən psixoz əlamətləri kəskin və xronik formalarda meydana çıxa bilər. Kəskin psixoz halları həm düşüncənin pozulması ilə, həm də düşüncə pozuntusu olmadan cərəyan edir.
Aidon
Aidon Oy — Şimali Avropada ağıllı şəbəkə üçün ağıllı ölçmənin həllərinə və xidmətlərinə diqqət yetirən Finlandiya texnologiya şirkəti. Şirkət 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində təsis edilmişdir. Şirkətin Finlandiya, Norveç və İsveçdə ofisləri mövcuddur. Aidon 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində yeddi nəfərlik startap şirkəti kimi təsis edilmişdir. 2004-cü ildən bəri Aidon Şimali Avropada 2,5 milyondan çox nöqtənin ölçülməsi üçün müqavilə imzalamışdır. Aidon Şimali Avropa enerji paylayıcı sistem operatorlarına (DSOs) sənaye interneti və ağıllı şəbəkə texnologiyalarını paylayır və onları gündən-günə təkmilləşdirir. Şirkət Finlandiya, Norveç və İsveçdə fəaliyyət göstərir. Hal-hazırda şirkətin Şimali Avropada 2,5 milyondan çox hesablayıcısı var.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
Abidos siyahısı
Abidos siyahısı (fr. la nouvelle table d’Abydos) — Qədim Misirdə fironların siyahısı, Adibosdakı I Seti məbədinin divarlarına kartuşda həkk olunmuş 76 fironun — Qədim Misir çarlarının Menesdən başlamış I Setiyə qədər adlarının siyahısı. İlk olaraq Mariet Ogüst tərəfindən aşkarlanmışdır. Kartuşlar iki horizontal sırada yerləşmişdir. Siyahıda hər fironun bir adı göstərilmişdir. Cədvəldə əvvəlcə Adibos siyahısındakı ad, sonra isə fironun digər məşhur adı və izahı göstərilir. Abidos siyahısında ikinci sülalə fironlarından bir neçəsi göstərilməmişdir. № 28-dən sonra firon Şepiskara göstərilməmişdir. 39-cu kartuşla Abidos siyahısının ikinci cərgəsi başlanır. Wolfgang Helck: Untersuchungen zu Manetho und den ägyptischen Königslisten.
Amidou Mir
Amidou Mir (1 yanvar 1995) — Fransalı peşəkar kişi BMX velosipedçisi. Amidou Mir Fransanı beynəlxalq yarışlarda təmsil edir. Amidou Mir 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.452 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu.
Babək Abidov
Babək Vəfadar oğlu Abidov (3 may 1992; Dəvəçi, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Babək Abidov 1992-ci ilin 3 may günündə Şabran rayonunun (dövrünün Dəvəçi rayonu) Zeyvə kəndində anadan olub. == Hərbi xidməti == Kiçik gizir Babək Abidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Babək Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Abidov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Babək Abidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Sevilyalı İsidor
Sevilyalı İsidor (lat. Isidorus Hispalensis; 560 – 4 aprel 636) — Məşhur xristian alimi, Kilsə Atalarından biri. Sevilyalı İsidoru orta əsrlərin ilk ensiklopedisti adlandırırlar. Adllı-sanlı ispan-romalı və vestqot kralının qızının ailəsindəndir, yeniyetməliyində parlaq ritorik təhsil almış. Məşhur xristian ilahiyyatçısı Sevilyalı İsidor 560-cı ildə Karfagen (müasir Kartaxena) şəhərində tanınmış və dindar ailədə dünyaya gözlərini açmışdır. Öz dövrünə görə yaxşı təhsil almışdır. Onun Leandr və Fulhensi adlı qardaşı, Florentina adlı bacısı olmuşdur. Daha sonralar bu ailənin hər üzvü Roma-Katolik Kilsəsi tərəfindən müqəddəs elan edilmişdir. Valideynlərini tez itirən İsidor böyük qardaşının himayəsində yaşamışdır. Lakin onun qardaşı Leandr tərbiyəsi zamanı sərt tədbirlərə əl atırdı.
Vilson İsidor
Vilson İsidor (27 avqust 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. 29 iyun 2018-ci ildə İsidor Renn klubunun əvəzedici komandası ilə debüt mövsümündən sonra Monako klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. İsidor peşəkar karyerasında debütünü 11 noyabr 2018-ci ildə Pari Sen-Jermen klubuna qarşı oyunda etmişdir. O, 49-cu dəqiqədə Jordi Mboulanı əvəz etmişdir. Liqa 1 görüşündə Monako rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur. İsidor Fransada anadan olmuşdur. Valideynləri isə Haiti vətəndaşlarıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
İsidor Baraxov
İsidor Baraxov (İvanov) (rus. Исидор Никифорович Барахов (Иванов); 31 yanvar 1898 – 15 sentyabr 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet dövləti xadimi, XX əsrin əvvəllərində Yakutiyanın ictimai-siyasi xadimi, vətəndaş müharibəsinin iştirakçısı. Maksim Ammosov və Platon Oyunski ilə birlikdə RSFSR-in tərkibində Yakutiya ASSR-in yaradıcılarından idi. 31 yanvar (12 fevral), 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində varlı bir kəndli-maldar ailəsində anadan olmuşdur. 1914-cü ildə Verxnevilyui kənd ibtidai məktəbini bitirmişdir. Yakutiya şəhərindəki müəllimlər seminariyasında oxuduğu müddət Y. M. Yaroslavski ilə tanış olmuş və onun inqilabi dərnəyində iştirak etmişdir. 1917-ci ilin sentyabrından RSDİPüzvüdür. Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi (1920–1922), YaASSR Xalq Komissarları Sovetinin sədri (1922–1924), Ümumittifaq Kommunist Partiyası (b) Yakutiya Vilayət Komitəsinin birinci katibi (1926–1928). Millət vəkili, sonra — ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri (1933–1938). Partiyanın X, XII, XV qurultaylarının nümayəndəsi, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin YMİK-nin üzvü seçilmişdir.
İsidor Ştraus
İsidor Ştraus (ing. Isidor Straus; 6 fevral 1845 – 15 aprel 1912) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Miletli İsidor
Miletli İsidor (q.yun. Ἰσίδωρος ὁ Μιλήσιος; 442, Milet, Bizans imperiyası – 537) — VI əsr Bizans riyaziyyatçısı və memarı . Miletdə anadan olub. Ailəsi haqqında məlumat azdır. Artıq 530-cu illərin ortalarında Misirin İsgəndəriyyə şəhərində və Konstantinopolda dərs deyən görkəmli alim idi. İmperator I Yustiniyanın dəvəti ilə 532–537-ci illərdə Trallesli Anfimi ilə birlikdə Ayasofiya, daha sonra isə Rodoslu Konstantinin təkzibedilməz şahidliyinə görə Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsini inşa etmişdir. İsidorun sonrakı taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onun istedadlı memar olan İsidora adlı oğlu olmuşdur. İsidor stereometriya və fizika problemləri üzərində işləyirdi. O, parabolanın fasiləsiz çəkilməsi üçün alət icad etdi və onun köməyi ilə kubun ikiqat artırılması məsələsini həll etdi.
Asio
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Sidor Şibayev
Sidor Şibayev (1825, Noqinsk, Moskva quberniyası[d] – 30 avqust 1888, Moskva) — I dərəcəli gildiya taciri, sahibkar, Rusiyanın ilk neft sənayeçilərindən biri. O, 1878-ci ildə Bakıya gələrək sulfat turşusu istehsal edən zavod tikmişdir. Bundan sonra isə "S. M. Şibayev və K" şirkətini quraraq neft sənayeçilərindən birinə çevrilmişdir. O, həm də neftdən sürtkü yağını geniş miqyasda istehsal edən ilk sənayeçilərdən biridir. Sidor Martınoviç Şibayev 1817-ci ildə Moskva quberniyasının Boqordosk uyezdində anadan olub. Onun nəsli Roqojsk qəbiristanlığından olan köhnə ayinçilərdən idi. Tacir ailəsində doğulan o, ilk fəaliyyətinə Morozovların manufakturasında başlayıb.1857-ci ildə Moskva quberniyasında Boqorodsk ərazisində tekstil fabrikinin əsasını qoyub. Onun fabrikində 500-dən çox işçi işləyirdi. Artıq 1873-cü ildə onun fabriki il ərzində 230 min hissə parça istehsal edərək ona hər il 2 milyon rubl qazanc gətirirdi. O, 1878-ci ildə Bakıya gələrək sulfat turşusu istehsal edən zavod tikib.1884-cü ildə Rusiya mineral yağlarının və digər kimyəvi məhsulların istehsalı üzrə kapital dəyəri 1.5 milyon rubl olan "S. M. Şibayev və Ko" şirkətinin əsasını qoyub.
Sidor Kovpak
Sidor Artemyeviç Kovpak (ukr. Си́дір Арте́мович Ковпа́к; 13 (25) may 1887, Kotelva[d], Xarkov quberniyası[d] – 11 dekabr 1967, Kiyev) — sovet hərbçisi və dövlət xadimi. General-mayor (1943). İki dəfə Sovet İttifaqı Qəhrəmanı (1942, 1944). 1908–1912-ci və 1914–1917-ci illərdə Rusiya İmperator Ordusunda xidmət etmişdir. XVI Ordu Korpusunun 47-ci Piyada Diviziyasının 186-cı Aslanduz Piyada Alayının tərkibində Birinci Dünya müharibəsinin iştirakçısı olub. 1918-ci ildə Xarkov quberniyasının Axtırski rayonunun Kotelevski volostunda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparan qırmızı partizan dəstəsi təşkil edib. 1919-cu ilin iyul ayından Fəhlə və Kəndli Qırmızı Ordusunda kvartalmaster kimi xidmətdə olub. Vətəndaş müharibəsi başa çatdıqdan sonra o, hərbi inzibati xidmətdə keçib. 1926-cı ilin iyul ayından alay komandiri olan S. A. Kovpak həmən il səhhətindəki problemlərə görə ehtiyata çıxıb.
İsidor Ayzek Rabi
İsidor Ayzek Rabi (ing. Isidor Isaac Rabi; 29 iyul 1898[…] – 11 yanvar 1988[…], Manhetten, Nyu-York ştatı, ABŞ) — amerikalı fizik, 1944-cü ildə "atom nüvələrinin maqnit xassələrinin rezonans ölçülməsi metoduna görə" fizika üzrə Nobel mükafatı laureatı, 1967-ci ildə "Sülh uğrunda atom" mükafatı laureatı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1940).
Baraxov, İsidor Nikiforoviç
İsidor Baraxov (İvanov) (rus. Исидор Никифорович Барахов (Иванов); 31 yanvar 1898 – 15 sentyabr 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet dövləti xadimi, XX əsrin əvvəllərində Yakutiyanın ictimai-siyasi xadimi, vətəndaş müharibəsinin iştirakçısı. Maksim Ammosov və Platon Oyunski ilə birlikdə RSFSR-in tərkibində Yakutiya ASSR-in yaradıcılarından idi. == Həyatı == 31 yanvar (12 fevral), 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində varlı bir kəndli-maldar ailəsində anadan olmuşdur. 1914-cü ildə Verxnevilyui kənd ibtidai məktəbini bitirmişdir. Yakutiya şəhərindəki müəllimlər seminariyasında oxuduğu müddət Y. M. Yaroslavski ilə tanış olmuş və onun inqilabi dərnəyində iştirak etmişdir. 1917-ci ilin sentyabrından RSDİPüzvüdür. Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi (1920–1922), YaASSR Xalq Komissarları Sovetinin sədri (1922–1924), Ümumittifaq Kommunist Partiyası (b) Yakutiya Vilayət Komitəsinin birinci katibi (1926–1928). Millət vəkili, sonra — ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri (1933–1938). Partiyanın X, XII, XV qurultaylarının nümayəndəsi, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin YMİK-nin üzvü seçilmişdir.
ASIMO
ASIMO (yap. アシモ — Aşimo) — Honda şirkəti tərəfindən yaradılmış humanoid robotdur. Boyu 130 sm, çəkisi 54 kq. olan robot, belində çantası olan astronavt formasında düzəldilmişdir və saatda 6 km. məsafə qət etmə bacarığına malikdir. ASIMO Hondanın Araşdırma və İnkişaf etdirmə Mərkəzi tərəfindən Yaponiyada çıxarılmışdır. 1986-cı ildə Honda tərəfindən yaradılmağa başladılan insan robotları seriyasından 11-cisidir. ASIMO adı ingiliscə "Advanced Step in Innovative Mobility" sözlərinin baş hərflərindən ibarətdir. Yaponca 足も yazılır və aşimo kimi oxunur. 2007-ci ildə 46 ASIMO robotu hazırlanmışdır.
Aşdod
Aşdod — İsrailin Cənub bölgəsində, Aralıq dənizi sahilində yerləşən şəhər. == Haqqında == Şəhərin əhalisi 240.400 nəfərdir və İsrailin ən böyük 5-ci şəhəridir. Şəhərin adı e.ə. 17-ci ildə Kənan mənbələrində çəkilir. Aşdod həm də İsrailin ən böyük limanıdır və ölkə idxalının 60 %-i buradan həyata keçirilir. Həmçinin ölkənin əhəmiyyətli sənaye şəhəridir. Müasir Aşdod isə 1956-cı ildə qurulmuş və 1968-ci ildə şəhər statusu qazanmışdır. Şəhər əhalisinin əsasını Rusiya və İstambuldan köçüb gələn gürcü yəhudiləri təşkil edir.
Asio otus
Adi qulaqlı bayquş (lat. Asio otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Asio flammeus
Bataqlıq bayquşu (lat. Asio flammeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Çarı Aşırov
Çarı Aşırov (1910 - 2003) — Türkmənistanın xalq yazıçısı, Məhtumqulı adına dövlət mükafatının sahibi. Çarı Aşırov 1910-cu ildə Köşüdə dünyaya gəlib, 1928-ci ilndən etibarən şeirlər yazmaya başlayıb. Öncə uşaqlar üçün, sonra isə lirik şeirlər qələmə alıb. Onun "Azanlar" (Yoldan çıxanlar), "İntelligent" (Ziyalı), "Ayralık" (Ayrılık) kimi əsərləri böyük ilgi uyandırır. Savaşa qatılan şair antifaşist temayla "Gılıç Al Ələ" (Qılınc al ələ), "Görülmədik Cəng" (Görünməyən döyüş), "Erməni qizi" (Erməni qızı), "Atam", "Vətən" kimi şeirlərini, "Ən Səhərində" (Ən Şəhərində), "Bayii" (Zəngin) kimi romanlarını, "Gizil Əsgərin Ənəsi" (Qızıl əsgərin anası), "Gahrıman" (Qəhrəman) kimi balladalarını yazmışdır. Savaşdan sonrakı dönəmdə çox verimli bir şəkildə çalışır. Şair "Ganlı Sakanın Sonı" (Qanlı sakanın sonu), "Gökyaylanıfi Yiğitləri" (Göyyaylağın igidləri), "Yaş Kilvanıfi Yalnışı" (Gənc dəyirmançının yanlışı), "Lalın Oglı" (Lalın oğlu) kimi şairanə, mənzum əsərləri, "İzçı" (İzci), Əkizlər (Əkizlər), Gürəş (Güləş), "Gam Sərdar" (Qoca sərdar) kimi böyük nəsr əsərlərini yazır. Onun müxtəlif növlərdə yazdığı bir çox əsəri vardır. Bunlarla yanaşı o usta bir mütərcimdir.
Ülkü Aşaröz
Ülkü Aşaröz (d. 12 iyul 1970, İstanbul-13 avqust 2020, İstanbul) — Türk musiqiçisi, dramaturq, müəllim və teatr aktyorudur.
Əşrəf Aşırov
Əşrəf Aşırov (18 yanvar 2001, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Əşrəf Aşırov 2018-ci ildə Zaqreb şəhərində (Xorvatiya) yeniyetmələr arasında Dünya Çempionatını 8-ci, 2019-cu ildə Tallin şəhərində (Estoniya) gənclər arasında Dünya Çempionatını isə 5-ci pillədə başa vurdu. 2021-ci ilin fevral-may ayları ərzində Kiyev Turnirini 8-ci, Avropa Çempionatını 18-ci, U23 Avropa Çempionatını isə 5-ci pillələrdə başa vuran Əşrəf Aşırov avqustda Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Daha sonra o, Oslo şəhərində (Norveç) Dünya Çempionatını 12-ci, Belqrad şəhərində (Serbiya) U23 Dünya Çempionatını isə 5-ci pillədə başa vurdu. Əşrəf Aşırov 2022-ci ildə əvvəlcə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirini 11-ci pillədə başa vursa da, sonra Bolqarıstanda U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Martda ilin birinci nüfuzlu turniri hesab olunan Avropa Çempionatında mübarizə aparan Əşrəf Aşırov turnirin final görüşündə Yunanıstan nümayəndəsi Georgios Kugiumtsidisa məğlub olaraq Avropa Çempionatını gümüş medalla başa vurdu. Mövsümün növbəti turnirlərində isə Əşrəf Aşırov uğursuz mübarizə apardı — İtaliyada Matteo Pellicone beynəlxalq turnirini və İspaniyada U23 Dünya Çempionatını 11-ci, Serbiyada Dünya Çempionatını isə 17-ci pillələrdə başa vurdu.
Aşide Bengü
Aşide Bengü və ya Aşide Benqü ( d.? – ö. 5 dekabr, 681) – Göytürk dövlətinin dağılmasından sonra göytürklərin 50 illik müstəqillik üsyanının təhrik edicisi olan göytürk əsilzadəsi. Çin qaynaqlarında adı Venfu olaraq keçir. == Həyatı == Türk əsilzadəsi olduğu bilinən Bengü haqqında dəqiq məlumatlar yoxdur. Çin qaynaqlarına görə, Bengü 679-cu ildə Sanyu canişinliyi himayəsində çalışan üst səviyyəli türk idarəçi olmuşdur. Onunla birlikdı, Aşide Fenzi adında başqa türk general da olmuşdur. Bengü və Fenzi Tanq sülaləsinin gücsüz anını gözləmiş və gözlədikləri an gəldiyində Aşina Nişufunu xaqan edərək Tanqa qarşı üsyan qaldırmışdırlar. Lakin, 680-ci ildə Pei Xinqcian komandanlığındakı Çin ordusu Nişufuyu məğlub etdi. Bengü Çin ordusundan qaçmağı bacardı, lakin Nişufu Çin təərfindən cəzalandırımaqdan qorxan ordusu tərəfindən qətlə yetirildi.
Aşide sülaləsi
Aşide sülaləsi — Göytürk xaqanlığında aparıcı sülalələrdən biri. Damğası — . Təkcə anası Aşide sülaləsindən olan uşaqlar taxta çıxa bilərdi. == Tarixdəki əsas nümayəndələri == Tonyukuk (çin. 阿史德元珍) — Qapağan xaqanın, Bilgə xaqanın və İlteriş xaqanın məsləhətçisi, sərkərdəsi, Yollıq xaqanın babası. Aşide Venfu (çin. 阿史德溫傅) — Aşina Nişufunun üsyanına kömək edən sərkərdə. Daha sonralar Aşina Funianın üsyanına qoşulmuşdur. Lakin 681-ci ildə sonuncu tərəfindən tutularaq imperatora təslim edilmişdir. Aşide Fenqçi (çin.
Cun Aşida
Cun Aşida (芦田 淳, Aşida Cun, 21 avqust 1930, Concu, Yaponiya imperiyası – 20 oktyabr 2018) – Yaponiya dəb dizayneri. Yaponiya imperator evi üçün dizayn etdiyi geyimlərə görə tanınır. Onun ikinci qızı Tae Aşida da dəb dizayneridir. Cun Aşida 1930-cu ildə Yaponiyanın hakimiyyəti altında olan Koreyada həkim ailəsində doğulmuşdur. O, səkkizuşaqlı ailənin ən kiçik üzvü olmuşdur. Aşida orta təhsilini tamamlamaq üçün Yaponiyada qayıtmış, İkinci dünya müharibəsindən əvvəl ABŞ-dən qayıdan böyük qardaşının və onun həyat yoldaşının geyimlərini gördükdən sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. O, rəssam və dizayner Cuniçi Nakaharanın tələbəsi olmuşdur. 1960-cı ildə Takaşiyama alış-veriş mərkəzində və "Teijin" parça şirkətində məsləhətçi dizayner kimi işləməyə başlamışdır. 1963-cü ildə öz brendini yaratmışdır. Aşida ilk kolleksiyasını 1964-cü ildə Tokioda təqdim etmişdir.
Maksimillian Fransua Mari İsidor de Robespyer
Maksimilian Robespyer (6 may 1758[…], Arras – 28 iyul 1794[…], Paris) — Fransız inqilabının liderlərindən olan İrlandiya əsilli vəkil. Maksimilian Robespyer 1758-ci il 6 may tarixində Fransanın şimalında olan Arras şəhərində anadan olub. Robespyer 1769-cu ildə, Parisdə Böyük Lüdovuq Kollecində daxil olur. Burada təhsil aldığı dövrdə çalışqanlığı ilə yoldaşlarından fərqlənib. 1781-ci ildə məktəbi bitirdikdən sonra, atasının yolunu davam etdirərək vəkil peşəsini seçir və bu sahədə fəaliyyət göstərir. O tezliklə müvəffəqiyyətli vəkil olur və Yepiskop Tribunalında hakim vəzifəsinə də yiyələnir. Məhkəmə dinləmələri ərzində, o maarifçi ideayları ilə tanınır və kasıb insanların lehinə hər zaman dəlil gətirə bilməsi ilə şöhrət qazanır. [mənbə göstərin] O, geniş mütaliələrlə məşğul olur, həmçinin cəmiyyətdə baş verən hadisələrlə dərindən maraqlanır. 1782-ci ildə o cinayət hakimi təyin edilir. Robespyerin siyasi ideyalarına ən böyük təsir göstərən Jan Jak Russonun fikirləri olub.