Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asoru dili
Asoru dili və ya Yeni Asoru Arami dili Sami dil ailəsinə mənsubdur. Təxminən 220 min insan tərəfindən danışılmaqdadır və Asoru xalqının İranın Qərbi Azərbaycan ostanında, Türkiyənin Hakkari əyalətində, İraqda, Suriyada ,Ermənistanda və Gürcüstanda danışdığı dildir.
Saori Arimaçi
Saori Arimaçi (d. 12 iyul 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Saori Ariyoşi
Saori Ariyoşi (d. 1 noyabr 1987) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 63 oyun keçirib, 1 qol vurub.
Saori Naqamine
Saori Naqamine (5 iyul 1993) — Yaponiyalı oxatan. Saori Naqamine Yaponiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Saori Naqamine birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Braziliyanın nümayəndəsi Ane Marselle dos Santos ilə üz-üzə gəldi. Həmin görüşdə Saori Naqamine rəqibinə 3:7 hesabı ilə uduzdu.
Saori Yoşida
Saori Yoşida (yap. 吉田沙保里; d. 5 oktyabr 1982; Tsu, Yaponiya) — Yaponiyanı təmsil edən dünya şöhrətli sərbəst güləşçi. Saori Yoşida, 2004-cü ildə Afinada, 2008-ci ildə Pekində, 2012-ci ildə Londonda baş tutan Olimpiya Oyunlarının çempionu, 2016-cı ildə Rio-de-Janeyroda baş tutan yarışın isə vitse-çempionudur. Saori Yoşida, 2002-ci ildən 2015-ci ilə qədər baş tutan 13 Dünya Çempionatının qalibidir (2004-cü ildə Dünya Çempionatı baş tutmamışdır). 1998-ci ildən etibarən qatıldığı bütün yarışlarda qızıl medal qazanan Saori Yoşida, karyerası ərzində yeganə məğlubiyyətini, məhz karyerasının sonuncu görüşündə aldı. == Həyatı == Saori Yoşida 1982-ci il 5 oktyabrda Yaponiyanın Tsu şəhərində anadan olub. == Karyerası == === 1998—2001-ci illər === ==== Yeniyetmələrin karyerası ==== Saori Yoşida beynəlxalq səviyyədə birinci yarışına, 1998-ci ilin iyul ayında qatıldı. 52 kiloqram çəki dərəcəsində çıxış edən 15 yaşlı Saori Yoşida, Birləşmiş Krallıqın Mançester şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının həlledici, final görüşündə Polşa güləşçisi İvona Matkovskanı məğlub etdi və yeniyetmələrin Dünya çempionu oldu. Saori Yoşida bir il sonra, 1999-cu ildə Polşanın Lodz şəhərinin ev sahibliyində baş tutan analoji yarışdada çempion oldu.
Şaori qalası
Şaori qalası (gürc. შაორის ციხე) — Gürcüstanın cənub bölgəsində, Samtsxe-Cavaxeti diyarının Axalkalaki bələdiyyəsində tunc dövrünə aid meqalit tikili. Quru hörgü texnikası ilə tikilmiş siklop tikili qeyri-adi tərtibata malikdir. Almaz formalı dairəvi boşluqlara malik qala eyniadlı qayalı dağda, dəniz səviyyəsindən 2752 metr yüksəklikdə, Kiçik Qafqaz dağlarında, Paravani gölünün şimal-qərbində yerləşir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni abidələri siyahısına daxil edilib. == Memarlığı == Əvvəllər Koroğlu qalası kimi tanınan Şaori qalası strateji cəhətdən Paravani gölünün ərazisində yerləşən digər böyük siklopik ərazi olan Abuli qalası ilə topoqrafik və memarlıq cəhətdən bir çox oxşarlıqlara malikdir.Şaori qalası heç bir tikinti materialı qarışımından istifadə edilmədən böyük bazalt bloklarından tikilmişdir. O, hər biri sıldırım zirvənin üstündə yerləşən iki hissədən ibarətdir. Mərkəzi hissəsi planda nizamsız düzbucaqlıdır və ən hündür ərazidə tikilmişdir. Qalanın eni 1 metr, hündürlüyü 1,3 metr olan şərq darvazasından içəri girmək mümkündür. Şaori qalasının yerləşdiyi yer və məkan onun şəhər həyatının mərkəzi kimi istifadə olunması ehtimalını azaldır.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Müdaxilə etmədən baş verən bir abort, "spontan abort" olaraq tanınır və hamiləliklərin təxminən 30-40%-ində baş verir.Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir, lakin təhlükəli abort, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ana ölümünün əsas səbəbidir. while making safe abortion legal and accessible reduces maternal deaths.Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Acari
Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi. Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür.
Alofi
Alofi (Alofis) (ing. Alofi) — qəsəbə, Sakit okeanın cənub hissəsində yerləşən Niue adasının inzibati mərkəzi . Koordinatları: 19°4' c.e. 169°95' q.u. Dəniz səviyyəsindən hündürlüyü — 20 m. Əhalisi — 614 nəfər (2001-ci il, siyahıyaalma). İki hissədən ibarətdir — Şimali Alofi (əhalisi 256 məfər) və hökumət idarələri yerləşən Cənubi Alofi (əhalisi 358 nəfər). Həmçinin liman şəhəridir, kopra və banan aparılır. Alofi adanın qayalı sahili boyu bir neçə kilometr uzunluğunda olan yaşayış məntəqəsidir. Qəsəbənin bir neçə gözəgəlimli binasından əlavə kanoe yaxınlaşması üçün sahil yeri vardır.
Amoria
Yonca (lat. Trifolium) – paxlakimilər fəsiləsinə aid bitki cinsi.Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (Medicaqo sativa L.) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (Trifolium pratense L.) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çok bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var. == Əhəmiyyəti == Azərbaycanda şəxsi və fermer təsərrüfatlarında heyvanlar üçün yem bazasının əsasını qaba yemlər (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Yem paylarının tərkibində qaba yemlərin xüsusi çəkisi 80–85%-dir, qalan 15–20%-i qüvvəli yemlər təşkil edir. Qaba yem bitkilərinin əsasını yonca təşkil edir.
Aomori
Aomori (yap. 青森市 Aomori-şi) — Yaponiyanın Tohoku regionundakı Aomori prefekturasının eyniadlı paytaxtı. Əhalisi 229 min (2004). Honsyu adasının şimalında mühüm tranzit-nəqliyyat qovşağı. Dəniz limanı və beynəlxalq havalimanı var. Tunel (uz. 54 km) vasitəsilə Hakodate ş. (Hokkaydo a.) ilə birləşir. Şəhər 1625-ci ildə salınmışdır. Ticarət və nəşriyyat işi mərkəzidir.
Aporia
Aporia [alm. = fr. Aporie; ing. Aporia; yun. Aporia; a = sız, poros = yol, körpü, çıxış; ər. يغؤنح حؤل لؤتم غ شُ ] — Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar. Apriya paradoksun bir növüdür.
Aqora
Aqora (q.yun. ἀγορά) — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu. Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Aqora ilə əlaqəli mediafayllar var.
Aqxori
Aqxori (sanskr. अघोर पंथ) - Hindistanda kannibalizm adətlərini özlərində saxlayan dini sekta. Aqxori sözü hind dilindən tərcümədə qorxmazlar mənasını verir. Sekta üzvlərinin ritual ayinlərdə insan ətlərinin yediyi, yanlarında gecələdiyi və kəllə sümüklərindən piyalə kimi istifadə etdikləri məlumdur. Aqxorilərin nekrofiliya ilə məşğul olmaları səbəbindən sektanın Hinduizmlə heç bir əlaqəsinin olmadığını ehtimal edilir. == Ədəbiyyat == Patel, Rajan. Feast of Varanasi. Raafilms. 2016. Dallapiccola, Anna.
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Ascari
Ascari Cars Ltd. (qısaca: Ascari) — Böyük Britaniyada yerləşən idman avtomobil istehsalçısıdır. Şirkət hollandiyalı milyoner Zvart Klaas tərəfindən təsis edilib. Şirkət iki dəfə Formula-1 dünya çempionu olan Alberto Askarinin (1918-1955) adına layiq görülmüşdür. O, iki dəfə qalib gələn ilk sürücü oldu.
Askari
Ascari Cars Ltd. (qısaca: Ascari) — Böyük Britaniyada yerləşən idman avtomobil istehsalçısıdır. Şirkət hollandiyalı milyoner Zvart Klaas tərəfindən təsis edilib. Şirkət iki dəfə Formula-1 dünya çempionu olan Alberto Askarinin (1918-1955) adına layiq görülmüşdür. O, iki dəfə qalib gələn ilk sürücü oldu.
Amorf cümlə
Amorf cümlə — Cümlənin adi, kanonik (müəyyən dil üçün məqbul sayılan) üzvlərinə görə bölünə bilməməsi.
Astra
Çayırçiçəyi, aster (lat. Aster) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.Astranı çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik astraların Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp astrasının (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir. İtaliya astrası (A.amellus) — boruşəkilli, dilcikli çiçəkləri bənövşəyi, göy və sarı rəngdədir.
Azəri
Azərbaycanlılar (az.-əbcəd آذربایجانلیلار‎), Azərbaycan türkləri və ya azərilər (az.-əbcəd آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı.Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. == Məskunlaşma == Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).İranda azərbaycanlılar əsasən, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanlarında çoxluq təşkil edirlər. Həmçinin, Kürdüstan ostanının şərq rayonlarında (Qürvə şəhəri yaxınlığındakı kəndlərdə), Həmədan ostanında və Qəzvin ostanının şimal rayonlarında yaşayırlar. Tehran, Kərəc və Məşhəd şəhərlərində də böyük azərbaycanlı icmaları var. İranda yaşayan azərbaycanlıların ümumi sayı, müxtəlif hesablamalara görə, 20–30 milyon nəfərdir.Rusiyada azərbaycanlılar Dağıstanın cənubunda yaşayırlar.
Baseri
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Amorf dillər
Amorf dillər - Sözdəyişdirici şəkilçiləri olmayan dillərdir ki, belə dillərdə qrammatik mənalar ya yanaşma əlaqəsi, ya da köməkçi sözlər vasitəsilə ifadə olunur. Məs.: çin dili. Sözün tam mənasında amorf dil yoxdur.
Amorf hal
Amorf hal (A.h)-(yun. amorphos-formasız) maddənin qeyri-kristal quruluşlu bərk halı olub, xassələrin izotropluğu və ərimə nöqtəsinin olmaması ilə xarakterizə olunur. İzotropluq, yəni onların bütün fiziki xassələri (mexaniki, istilik, elektrik, optik və s. xassələri) təbii şəraitdə kristallarınkından fərqli olaraq, maddə daxilində hər hansı istiqamətdə eynidir (bax. Anizotropluq). Temperaturun yüksəlməsi zamanı amorf maddə yumşalır və maye hala tədricən keçir. Bu xüsusiyyət, atom, molekul, ion və onların qruplarının yüz və min period davamında kristallardaki kimi ciddi periodikliyin A.h.-dakı maddələrdə olmaması ilə əlaqədardır.Eyni zamanda A.h.-da maddələrdə qonşu zərrəciklərin yerləşməsində (n.d. yaxın düzülüş, şək., b) uyğunlaşma mövcuddur. Məsafənin böyüməsilə bu uyğunlaşma kiçilir və qəfəs sabitinin bir neçə mislinə bərabər məsafədə itir (bax. Uzaq və yaxın düzülüş).
Amorf metallar
Amorf metallar (A.m)-qeyri-kristallik bərk metallar və onların ərintiləridir. Metal (və qeyri-metal) maddələrin amorfluğu təcrübi olaraq kristallar üçün xarakter olan nümunələrin rentgen-, neytron- və elektronoqramlarında difraksiya maksimumlarının olması ilə müəyyən olunur. A.m.-ın əsas alınma üsulları bunlardır: 1) maye ərintinin sürətlə soyudulması (q ≥ {\displaystyle \geq } 105−106 К/с sürətilə); alınan amorf ərinti metallik şüşə adlanır; 2) soyuq altlıqda A.m.-ın nazik təbəqəsi alınana kimi buxarın kondensasiyası və ya atomların tozlandırılması; 3) elektrokimyəvi çökdürmə; 4) kristallik metalları ion və ya neytronların intensiv axını ilə şüalandırma. A.m.-kristallizasiya prosesinə nisbətən termodinamik dayanıqsız metastabil sistemlərdir; onların mövcudluğu yalnız aşağı temperaturlarda kinetik proseslərin astalığı ilə əlaqədardır. Amorflaşdırıcı aşqarların mövcudluğu A.m.-in stabilləşməsinə kömək edir. Təmiz metallardan alınan amorf nazik təbəqələr ərintidən alınanlardan daha az stabildir, təmiz metallardan metallik şüşələrin alınması üçün isə yüksək sürətli soyutma tələb olunur (~1010 К/с). İlk dəfə 1960-cı ildə alınmış metallik şüşələr daha çox maraqlıdır. Metallik şüşələrin əsas sinifləri: М1-х Yх — sistemlərи, М — keçid və ya təsirsiz metal, Y-amorflayıcı qeyri-metal və keçid metallarının və ya digər metalların ərintiləri. Tərkiblərin müəyyən intervalında [1–3] metallik şüşələrin əksəriyyəti nadir mexaniki, maqnit və kimyəvi xassələrə malikdir. Bir sıra metallik şüşələrin axıcılıq və şəffaflıq sərhəddi çox yüksəkdir və nəzəri sərhədə yaxındır.
Amorf yarımkeçiricilər
Amorf yarımkeçiricilər (A.y)-amorf maddə olub, yarımkeçirici xassələrinə malikdirlər. A.y.-kovalent A.y.-ə (Ge və Si, GaAs və s. amorf halında), halkogenid şüşələrə (məs., As31 Ge30 Se21 Те18), oksid şüşələrinə (məs., В2О5-P2О5) və dielektrik nazik təbəqələrə (SiOх, AL2О3, Si3 Н4 və s.) ayrılır. A.y.-nə yüksək leqirlənmiş kompensə edilmiş yarımkeçirici kimi də baxmaq olar ki, onun keçiricilik zonasının "dibi" və valent zonasının "tavanı" enib-qalxır, lakin bu dəyişmə (fluktuasiya) qadağan olunmuş zonanın eni ε {\displaystyle \varepsilon } D tərtibindədir. Keçiricilik zonasındakı elektronlar və valent zonasındakı deşiklər hündür çəpərlərlə ayrılmış potensial relyefin çuxurlarında yerləşən "damcılara" ayrılır. Aşağı temperaturlarda elektrik keçiriciliyi sıçrayışlı xarakter daşıyır. Daha yüksək temperaturlarda A.y.-in elektrik keçiriciliyi elektronların delokallaşmış hal oblastına istiliklə ötürülməsi ilə əlaqədardır. A.y. bir sıra nadir xassələrə malikdirlər ki, bu da onların müxtəlif praktiki tətbiqi üçün imkanlar yaradır. Halkogenid şüşələr spektrin İQ oblastındakı şəffaflığına, yüksək müqavimətinə və fotohəssaslığına görə ötürücü televiziya borularının elektrofotoqrafik lövhələrinin hazırlanması üçün və holoqram yazılarında tətbiq olunur.
ASCII
1963-cü ildə mətn tipli informasiyanın kodlaşdırılması üçün ASCII standartı American Standard Code for Information Interchange qəbul edilmişdir. Bu standartdan 128 müxtəlif simvolun – ingilis əlifbasının baş və kiçik hərflərinin, 0-dan 9-a qədər rəqəmlərin, durğu işarələrinin və xüsusi idarəedici simvolların təsviri zamanı istifadə edilir. == ASCİİ çap oluna bilən simvollar == == Mənbə == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Ahşeri
Ahşeri – Manna dövlətinin hökmdarı. Ahşerinin dövründə Manna xeyli güclənərək tam müstəqil xarici siyasət yeritmiş, eyni zamanda Azərbaycana gəlmiş (son tədqiqatlara görə geri qayıtmış) skif – sak tayfaları ilə ittifaqa girərək Ön Asiyanın ən güclü dövlətlərindən birinə çevrilmişdir. == Fəaliyyəti == === Skiflərlə ittifaq === Aşşurla mübarizədə Ahşeri "Mannalılar ölkəsinın əyalətlərində" yerləşən kimmerlərin və skiflərin yardımından istifadə edirdi. Asarxaddon özünü "Mannalılar ölkəsinin əhalisini, ram edilməyən kutiləri pərən-pərən salan, onları xilas edə bilməyən müttəfiq-skif İşpakayın qoşununu qılıncdan keçirən" kimi qələmə versə də Manna ona tabe olmamışdı.Aşşur allahının orakuluna verilən sorğularda Asarxaddon addımbaşı soruşur ki, atlar və qoşunla birlikdə aşşur rəisləri Midiya ölkəsindən xərac toplamağa gedəndə mannalılar onun xərac toplayanlarına hücum edəcəklərmi. Ahşerinin hakimiyyəti dövründə Aşşur əleyhinə madaylar üsyan qaldırdıqda mannalılar onlarla birlikdə çıxış etdilər. Güman edildiyi kimi Kaştaritinin başçılıq etdiyi midiyalıların birliyi xalq hərəkatı nəticəsində yaranmışdı.Kaştaritinin, mannalıların və müttəfiq kimmerlərin qoşunları Aşşurla mübarizədə qələbə çaldılar. Orakula sorğularda Kaştaritinin, kimmerlərin və mannalıların birləşmiş qoşunlarının tutmaq istədikləri müxtəlif şəhərlər sadalanır. Sorğulardan birindən görünür ki, Asarxaddon öz düşmənləri ilə danışıqlar aparmaq qərarına gəlir; məqsəd onların birliyini parçalamaq idi. O, madayların və ehtimal ki, mannalıların da yanına qasid göndərir; öz qızını skif hökmdarı Partatuaya ərə verib verməmək məsələsini müzakirə edir. Digər məlumatdan görürük ki, o kimmerləri öz tərəfinə çəkməyə cəhd göstərərək mannalılar əleyhinə çıxmaq qərarına gəlir.
Aşarit
Aşarit — mineral, Mg[HBO3] == Haqqında == Aşarit - Rombik. Habitus. Lifli, iynəvari, təbaşirəbənzər. Rəngi ağ. Sərtliyi 3,5. Xüsusi çəkisi 2,68. Boratların çökmə yataqlarında, duzlu süxurlarda; metasomatik yataqlarda lüd­vi­qit və serpentinlə birgə. Bor elementinin filizi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Aşoka
Aşoka (e.ə. 304, Patna, Mauriya İmperiyası – e.ə. 232, Patna, Mauriya İmperiyası) — Mauriya sülaləsindən olan və demək olar ki, bütün Hindistan yarımqitəsini e.ə 268 və 232-ci illər arasında idarə etmiş Buddist monarx.Ara müharibələrindən sonra atasının taxt-tacını ələ keçirmişdir. Aşoka tayfa müharibələrini ittiham edən və birləşmiş dövləti təbliğ edən buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, bütün Hindistan Aşokanın hakimiyyəti altında birləşdirilmişdi. Aşokanın hakimiyyəti illəri Hindistan mədəniyyətinin, memarlığının inkişafı, yazının yayılması dövrüdür. Aşokanın ölümündən sonra onun çarlığı dağılmışdır. == İstinadlar == == Mənbə == Rauf Məlikov, Nizami İbrahimov. "Məktəblinin tarix lüğəti", "Aşoka" məqaləsi. Thapar, Romila.
Aşırım
Aşırım və ya gədik— dağ silsiləsi və ya massivin darağında eniş sahəsi. Aşırımlar bir dağ dərəsindən digərinə asanlıqla və rahat keçməsinə xidmət edir. Mühüm nəqliyyat yolu üzərində yerləşən dağ aşırımları əsasən xüsusi ada malik olur. Bu aşırımlar mühüm əhəmiyyət kəsb edir. Aşırımların hündürlüyü dağların hündürlüyündən asılıdır. Uralda aşırımların orta hündürlüyü 400 m, Alplarada - 3000 m-ə dək, Himalayda-5500 m-dək, Böyük Qafqazda isə 2500 m-dir. Aşırımdan şose və dəmir yolları, bəzilərindən isə yük heyvanlarının və piyadaların hərəkəti üçün dar cığırlar keçir. Azərbaycanada Ağsu və Biçənək aşırımları mühüm əhəmiyyətə malikdirlər. Aşırımlardan adəti üzrə avtomobil və dəmir yolu keçir. Bəzi aşırımların keçilməsi ancaq at, ulaq və insanların keçməsinə xidmət edir.
Abxaziya apsarı
Abxaziya apsarı (abx. Aҧсар) — Abxaziyanın pul vahidi. Abxaziya Respublikası Milli Bankı tərəfindən buraxılır. Bu pul vahidi ilə yanaşı Abxaziyada Rusiya rublu da istifadə olunur. Bir Rusiya rublu 0.10 apsardır. İndiyə qədər ancaq 1, 2, 10, 20, 25, 50, 100 apsarlıq pullar tədavülə buraxılıb. Abxaziya pulları Moskvada istehsal olunur. Pulun istifadəsi xeyli məhduddur. İlk Abxaziya apsarı 2008-ci ildə hazırlanıb. 10 apsar gümüşdən hazırlanır, 25 və 50 apsar isə qızıldan düzəldilir.