Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adolf Assal
Adolf Assal (fr. Adolf El Assal; 7 aprel 1981, İsgəndəriyyə) — Misir əsilli Lüksemburq rejissoru, ssenaristi və prodüseri. == Həyatı == Adolf Assal 7 aprel 1981-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olmuşdur. O, yeddi yaşında ailəsi ilə Lüksemburqa mühacirət etmiş, həmçinin həyatının ilk hissəsini Dubay və Londonda keçirmişdir. Assal 2002-ci ildə Birləşmiş Krallıqdakı Kinqston Universitetində ali təhsil almışdır. O, 2007-ci ildə jurnalistika üzrə bakalavr, sonra isə rejissorluq üzrə magistr dərəcəsi almışdır. Assal təhsilini maliyyələşdirmək üçün 2005-ci ildə qrup yoldaşı ilə "Bigtime Entertainments" adlı aşağı büdcəli istehsallarda ixtisaslaşan şirkət qurmuşdur. Beləliklə, şirkət əsasən inkişaf etməkdə olan sənətçilər üçün musiqi klipləri olmaqla təxminən otuz layihə istehsal etmişdir.
Assal gölü
Assal — Cibutinin mərkəzində yerləşən, axarsız ,krater gölü. Göl dəniz səviyyəsindən 155 m aşağıda Afar ovalığında yerləşir. Göl Afrikanın ən alçaq nöqtəsidir. Gölün 20–40 m dərinlikdə su duzluluğu 35 ‰ təşkil edir ki, bununla da göl Ölü dəniz və Elton gölü ilə yanaşı dünyanın ən duzlu göllərindən sayılır. Göl qalın duzlu torpağla əhatə olunub. Burada duz hasil edilir və karvanlarla Efiopiyaya göndərilir. Göldən təxminən beş kilometr məsafədə cənub-şərqdə Tacura körfəzi yerləşir. Cibuti Respublikası təklif edib ki, Assal gölü ilə Ardoukoba vulkanı UNESCO-nun "Dünya irsi" siyahısına salınsın. == İqlimi == İsti səhrada yerləşən gölün sentyabrdan maya qədər temperaturası 52 °C qədər qalxır. Oktyabrdan aprelə qədər yüksək rütubətli yağışlar yağır və havanın temperaturu 34 °C aşağı düşmür.
Amsoil
AMSOIL Inc. əsasən sintetik sürtkü yağları, yanacaq əlavələri və filtrləri hazırlayıb və qablaşdıran Amerika korporasiyasıdır. İstehsal və İdarəetmə mərkəzi Superior, Viskonsin şəhərində yerləşir. Şirkətin təsisçisi Albert J. Amatuzio 1960-cı illərin ortalarından axırlarına qədər bir neçə sintetik mühərrik yağı formulaları hazırlamışdır. O, 1968-ci ilə qədər kommersiya məqsədi ilə sintetik mühərrik yağı satışı etsə də. 1972-ci ildə AMSOIL 10W-40 Sintetik Motor Yağı məhsulu ilə Amerika Neft İnstitutunun tələblərinə cavab verən dünyada ilk sintetik mühərrik yağı oldu və şirkət "The First in Synthetics®" şüarını rəsmi olararaq patentləşdirdi. Şirkət 1970-ci və 1980-ci illərin əvvəllərində sənayedə bir çox ilkləri yaradaraq bir neçə digər sintetik sürtkü yağı seriyalarını təqdim etdi. AMSOIL, Şimali Amerikada məhsullarını birbaşa marketinq modelinə uyğun olaraq müstəqil dilerlər şəbəkəsi vasitəsilə satışını həyata keçirir. == Tarix == Albert J. Amatuzio Duluz, Minn şəhərində reaktiv qırıcı təyyarələrin eskadron komandiri vəzifəsində işləyərkən AMSOIL Inc şirkətini qurdu. Milli Hava Qvardiyasında işləyərkən qırıcı təyyarə mühərriklərinin dəqiq işləməsindən təsirlənərək, bu texnogiyanı avtomobil sahəsində də tətbiq etmişdir .
Assasin
Xaşaşilər, Həşişilər və ya Assasinlər (ərəb. الحشاشين‎ — Assasin, Haşaşın, Haşışın, Hassassin, Haşaşiyyın; fars. حشیشیون/Hašišiyun‎) — Şiəliyin İsmaililər məzhəbinin Nizarilər qoluna aid olan qruplaşma. Həsən Sabbah tərəfindən 1090-cı ildə Ələmut qalasında yaradılan Nizari İsmaili dövlətinin ordusuna verilən ad. Xaşxaşilər siyasi məqsədlər üçün həyata keçirdikləri qətllərə görə ad çıxarmışdılar. XIV əsrin ortalarında xaşxaşilərin adının Avropa dillərindəki tələffüzünə uyğun olan "assasin" sözü bir çox Avropa dillərinə qatil kimi tərcümə edilməyə başladı və indiyədək də həmin mənada qalmaqdadır. == Adın etimologiyası == "Xaşiyyə" sözünün nizarilərə münasibətdə işlənməsinə XII əsrin əvvəllərindən yazılı mənbələrdə rast gəlmək olar. Bu zamana qədər ismaililiyin iki cərəyanı — Fatimi Misirində möhkəmlənmiş nizarilər və mustalitlər arasında polemika kəskinləşdi. Fatimi xəlifəsi əl-Əmirin dövründə yazılmış əsərlərdən birində 1122-ci ildə Suriya nizariləri ilk dəfə Həşişiyyə adlandırılmışdır. Bu termin yenidən onlara münasibətdə Səlcuq salnaməsi "Nüsrətül-fətrə"də (1183), eləcə də tarixçilər Əbu Şama (vəf.
Lusail
Luseyl (ərəb. لوسيل‎ Lūsayl) – Qətərin ikinci ən böyük şəhəri. Əd-Dəayin bələdiyyəsinin şimalında, Doha şəhər mərkəzindən 23 km şimalda, Qərb sahili laqununun şimalında yerləşir. Şəhərin sahəsi 38 km², əhalisi isə 198.000 təşkil edir. Şəhərdə yaxta limanları, yaşayış binaları, ticarət bölgələri, ada kurortları, bahalı ticarət və əyləncə mərkəzləri, qolf meydançaları, süni adalar, əyləncə bölgələri yerləşir. Tikinti işləri davam etməkdədir. Şəhərin tikintisində Qatari Diar və Parsons şirkətləri iştirak edir. Şəhərdə tikilmiş Luseyl Stadionunun tutumu 80.000+ nəfərdir və 2022-ci ildə Futbol üzrə Dünya çempionatının açılış və final oyunlarına ev sahibliyi edəcək. 2015-ci ildə Luseyl İdman Arenasında Həndbol üzrə Dünya çempionatının bəzi oyunları baş tutmuşdur.
Mastail
Mastail — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1049 nəfərdir. == Toponimiyası == Oykonim talış dilində Mastəyl adlanır. Kəndin adı talış dilindəki most (qatıq) və əyi (Əli adının yerli tələffüz formasıdır) sözlərindən düzəlib, “qatıq satan Əli, qatıqçı Əli” mənasındadır. Həqiqətən də Əli adlı bir nəfər vaxtilə uzun müddət həmin kənddə qatıq satmaqla məşğul olmuşdur. Digər mülahizələrə görə, bu oykonim talış dilindəki mıstəyl sözündən olub, mis filizinin çıxdığı yer” deməkdir.
İsmail
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır olar və onun evində yaşıyardı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcəri ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
İsrail
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9.136.000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
Assam
Assam (assam. অসম, benq. আসাম) — Hindistan respublikasını təşkil edən ştatlardan biri. == Coğrafiyası == Qərbdən Banqladeş dövləti ilə Qərbi Benqal əyaləti, şimaldan Butan dövləti ilə Arunaçal-Pradeş Birliyi, şərqdən Nagaland və Manipur, cənubdan də Meqalaya, Tripura əyalətləri və Mizoram Birliyi ilə əhatə olunmuşdur. Şimalda Himalay dağları, cənubda Şillong yaylası arasında 78.500 km²lik bir sahəni əhatə edən Assam, Brahmaputra və qollarının suladığı geniş bir vadi üzərində qərar tutur; mərkəzi Qevhatidir. Himalayın ətəklərində yer alan dar bir boğazla şimali-qərbdən Hindistan yarımadasına bağlanır. == Tarixi == Qədim çağlarda önəmli bir yerləşmə bölgəsi olan Assam vadisi, müsəlmanların bölgəni fəthindən öncə iki önəmli Hind krallığının hakimiyətində idi. Biri qərb bölgəsindəki Kamta krallığı (Fars dilli qaynaqlarda Kamrup), digəri isə şimal-şərqdəki Ahum krallığı idi. Ayrıca yörədə, öz bölgələrində müstəqil yaşayan və “buyan” deyilən rəislər vardı. XIII və XIV əsrlərdə Əl-Biruni, Cuzcani və İbn Bətutə tərəfindən qələmə alınan İslam qaynaqlarında bölgənin adı Kamrun, Kamru və Kamrud şəkillərində keçir.
Ağsal
Ağsal — Şərur rayonunun Şimal-Şərqində dağ. Ağsal — Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında, Ağsal dərəsində mineral bulaq.
Assit
Assitin — böyük həcmli rezeksiyalarda və sirrotik xəstələrin əksəriyyətində rast gəlməsinə baxmayaraq onun klinik büruzə verən forması 25%—35% xəstədə müşahidə edilir.
Katolikos İsrail
Katolikos İsrail — Albanların LXXXXI yaxud LXXXXII katolikosu. == Katolikosluğu == Katolikos V Nersesin qardaşı nəvəsi idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə İbrahim xan İsraili katolikos kimi təsdiqlədi və Gəncə yepiskopluğunu ona verdi. İsrail 1806-cı ilədək İbrahim xan tərəfindən katolikos kimi dəstəkləndi və Amaras monastırı ona verildi. Bir tərəfdən də Katolikos VII Simeonun yurisdiksiyasını tanıdığını elan edən xan bununla məliklərin gücünü azaltmağı özünə məqsəd qoymuşdu.
Kol İsrail
«Kol İsrail» («İsrailin səsi») — dövlət (1965-ci ilə qədər) radio stansiyası, dövlət idarəçiliyində müstəqil quruluş haqqında qanunun qəbulundan sonra, Rabitə İdarəsinın (Reşut ha-şidur) filialı kimi fəaliyyətini davam etmişdir. == Tarixi == Erets İsrail telekanalının yayımı 30 mart 1936-cı ildə «Fələstində İngilis Mandat İdarəsinin» («Palestine Broadcasting Service» — PBS, ivritcə — «Reşut ha-şidur ha-palestini»), Fələstin Yayım Xidməti tərəfindən bir hissəsi kimi fəaliyyət göstərirdi. İlk yayım Qüds otelində "Palaz" da yerləşən studiyadan hazırlanıb. Özünü PBS-in varisi hesab edərkən, Kol İsrail 2006-cı ildə 70 illik yubileyini qeyd etdi. == Əsas kanalları == Kol Yisrael en:Israel Radio International — xarici dillərdə yayımı'. Reshet Aleph («Reşet alef») — mədəniyyət kanalı. Reshet Bet («Reşet bet») — xəbərlər, aktuallıq, idman. Reshet Gimel («Reşet qimel») — israil musiqisi; Reshet Dalet («Reşet dalet») — ərəb dilində yayımı. REQA (REKA) — 14 dildə yayımı. 88FM — yüksək keyfiyyətli musiqilər.
Lusail stadionu
Lusail Stadionu (ərəb. إستاد لوسيل‎ Istād Lūsayl) — Qətərin Lusail şəhərində stadion. Qətərdə ən böyük stadiondur. 2022 FİFA Dünya Kubokunun finalı bu stadionda keçiriləcəkdir.
Maqar (İsrail)
Maqar şəhəri (ivr. ‏מע'אר‏‎ ,ərəb. المغار‎) — İsrailin İsrail şimal dairəsində yerləşən yerli şuradır. Onun sahəsi 19810 dunam təşkil edir. Maqar şəhəri 1956-cı ildə yeri şura statusu almışdır. == Tarixi == === Qədim zamanlarda === Maqar şəhəri hələ Roma imperiyası dövründə "Zar" adı altında tarixçilərə məlum olmuşdur. Şərab istehsalı üçün bir çox zeytun ağacları və qədim mətbuat bu rayonda kənd təsərrüfatının uzun tarixi haqqında danışmağa imkan verir. Çoxsaylı mağaralarda qədim evlərə aid qalıqlar tapılmışdır. Şuranın adı ərəb sözündən götürülüb, mənası "mağara" deməkdir. === Osmanlı İmperiyası === 1596-cı ildə şura Osmanlı imperiyasının vergi siyahılarına daxil edilmişdir.
Namık İsmail
Namık İsmail (türk. Namık İsmail; 1890 – 30 avqust 1935, İstanbul) — Türkiyə rəssamı, yazıçısı, siyası xadimi. Namık İsmail 1890-cı ildə Türkiyənin Samsun şəhərində anadan olub. Atası Altunizadə İsmail Zühtü bəy, anası Amasiyalı Yeğenzadə Hüsnü bəyin qızı Bakiyə xanımdır. İsmail anadan olduqdan az bir vaxt sonra ailəsi ilə birlikdə İstanbula köçür. İlk təhsilə 1896-cı ildə Kabataşda yerləşən "Şemsülmekatip"də başladı; daha sonra Beşiktaşdakı "Hamidiye" məktəbində təhsilini davam etdirdi. Rəsim müəllimi Arslanyanın tələbəsi oldu və məktəbi ikinciliklə bitirdi. Saint Benoit Litseyində oxudu. Qalatasaray Litseyi yanğın sonrası yenidən açılınca, Tofiq Fikrətin müdirliyi sırasında bu litseyi bitirərək orta təhsilini tamamladı. Rəsim müəllimi Şevket Dağdan fərdi rəsim dərsləri aldı.
Ferdinand Lassal
Ferdinand Lassal (alm. Ferdinand Lassalle‎; 11 aprel 1825[…], Vrotslav, Sileziya[d] – 31 avqust 1864[…], Karuj[d], Cenevrə kantonu) — Almaniya filosofu, hüquqşünası, iqtisadçısı, təşviqatçısı və siyasətçisi, Almaniya sosial-demokratiyasının və lassalçılığın banisi. == Həyatı == Ferdinand Lassal 11 aprel 1825-ci ildə Breslauda anadan olmuşdur. O, Almaniyada 1848–1849-cu illər inqilabında iştirak etmişdir. Ümumalmaniya fəhlə ittifaqının (1860) yaradıcılarındandır. Onun fəhlələri birliyə təşviq etməsi marksizm–leninizm baniləri tərəfindən müsbət qiymətləndirilmişdir. Karl Marksın "Qota proqramının tənqidi" və Vladimir Leninin "Fəlsəfə dəftərləri" əsərlərində Lassalın baxışlarının tənqidi təhlili verilmişdir. Lassal 31 avqust 1864-cü ildə, Cenevrədə bir dueldə aldığı ağır yaralardan vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Berlau, A Joseph, The German Social Democratic Party, 1914–1921, New York: Columbia University Press, 1949. Bernstein, Edward, Ferdinand Lassalle as a Social Reformer, London: Swan Sonnenschein & Co, 1893.
İsrail xalqı
İsrail övladları və ya İsrail xalqı — qədim ibrani dininin rəhbəri və atası olan Yaqubun on iki uşağının törəmələrinə verilmiş ad. İbrahimi dinlərdə tanrı tərəfindən Yaquba İsrail adının verildiyinə inanılır (Yaradılış 32:28). Yaqub islama görə peyğəmbərdir və "Quran"da İsrail adı Yaqub əvəzinə istifadə edilmişdir (əl-i İmran, 93). Yaqubun 12 uşağının nəslindən on iki israilli çıxmışdır. İsrail sözü "Tanrı yolunda, doğru yolda" və ya "Tanrıyla güləşən" deməkdir. İsra (ivritcə "güləşmək") və əl (sami dillərində tanrı) sözlərindən yaranmışdır. "Tanax"da Yaqubun tanrı ilə güləşindən bəhs edilir. Yaqubun həyat yoldaşları, əmisi Lavanın qızları Lea və Raheldir. Leadan altı oğlu bir qızı, Raheldən iki oğlu olmuşdur. Ayrıca Leanın cariyəsi Zilpadan iki, Rahelin cariyəsi Bilhadan iki oğlu olmuşdur.
Fassial qranulyoma
Fassial qranulyoma (ing. granuloma faciale) – xronik, lokal leykositoklastik vaskulitə aiddir. Çərhayı-qəhvəyi aydın sərhədli papula və ya pilər sifətdə yaranır, illər boyu qalır. Biopsiyada epidermis altında eozinofillər və normal kollagen müəyyən edilir.
İsmail (ad)
İsmail — türk kişi adı. İsmail — peyğəmbər, İbrahim peyğəmbərin Həcərdən olan oğlu. İsmail Küçükkaya — türk jurnalisti və yazarıdır. İsmail Türüt — Türkiyə xalq musiqisi sənətçisi.
İsmail Akgül
İsmayıl Akgül (1986, Bolu ili) — məmur və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. İsmayıl Akgül 1986-cı ildə Bolu ilində anadan olub. Atatürk Universitetinin Ədliyyə Peşə Liseyindən məzun olub. 9 il mühafizə zabiti olaraq çalışıb. Dövlət Su İşləri (DSİ) Baş İdarəsinin Bolu 53-cü şöbəsində müdafiə rəisi vəzifəsində çalışıb. 2021-2023-cü illərdə Yeşilay Bolu şöbəsinin prezidenti olub. 2023-cü ildə MHP namizədi olaraq Bolu ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
İsmail Özdemir
İsmayıl Özdəmir (1985, Əskişəhər ili[d]) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. İsmayıl Özdəmir 1985-ci ildə Eskişehir ilində anadan olub. İbtidai və orta təhsilini Kayseridə alıb. 2007-ci ildə Ərciyəs Universiteti Maşınqayırma Bölməsindən məzun olub. 2013-cü ildə həmin universitetin magistr dərəcəsi alıb. 2005-2007-ci illərdə ali təhsil alan tələbələrin yeganə təmsil olunduğu Milli Tələbə Şurasının sədri olub. 2007-ci ildə Kayseri Maşın Mühəndisləri Palatasına üzvü olub. Əməyin mühafizəsi, enerji və xarici siyasət mövzuları üzrə araşdırmaları və tədqiqatları olub. 2008-2018-ci illərdə “Ortadoğu” qəzetində məqalələri dərc olunub, “Kutlu Sesleniş” jurnalında isə rəhbər vəzifədə çalışıb. Uzun illərdir MHP üzvüdür.
İsrail Torpağı
İsrail Torpağı (ivr. ‏אֶרֶץ יִשְׂרָאֵל‏‎, Ereş Yisrael) — Cənubi Levant ərazisi üçün ənənəvi iudaist ad. Əlaqədar "Bibliya" və dini terminlərə Kənan torpaqları, Vəd edilmiş torpaqlar, Müqəddəs torpaqlar və Fələstin daxildir. Bu ərazinin sərhədlərinin tərifləri "Yəhudi Bibliyası"nda keçidlər arasında dəyişir. "Müqəddəs Kitab"ın başqa yerlərində doqquz dəfə "Dandan Beer-Şevaya", üç dəfə isə "Hamatın girişindən Misir çayına qədər" kimi xatırlanır. İsrail Torpağı konsepsiyası İsrail Dövlətinin qurucuları tərəfindən irəli sürülüb. Bu, tez-tez iki tarixi yəhudi krallığının adından İsrailin rəsmi diskursunda İudeya və Samariya dairəsi kimi xatırlanan İordan çayının qərb sahilinin statusu ilə bağlı siyasi müzakirələrdə üzə çıxır. İsrail tarixi Fələstin Davies, W. D., The Territorial Dimension of Judaism (1982), University of California Press Goldberg, Michael. Jews and Christians: Getting Our Stories Straight. Wipf and Stock Publishers.
İsrail çərkəzləri
İsrail çərkəzləri (adıq Израилым ис Адыгэхэр; ivr. ‏הצ'רקסים בישראל‏‎) — etnik çərkəz olan israillilərdir. Onlar XIX əsrdə Qafqaz müharibəsi zamanı Rusiya imperiyası tərəfindən həyata keçirilən Çərkəz soyqırımı nəticəsində formalaşmış çərkəz diasporunun bir qoludur. Çərkəzlər əslən çərkəz dillərində danışan və Şimali Qafqazdakı tarixi Çərkəz bölgəsindən olan Abxaz-adıq dilləri ailəsinə aid etnik qrupdurlar. İsraildəki çərkəzlərin əksəriyyəti müsəlmandırlar. İsrail çərkəzləri əsasən İslam dininin sünni qoluna sadiqdirlər; onların sayı təxminən 4000-5000 nəfər olmaqla, İsrailin iki şəhərində: Kfar-Kama (Кфар Кама) və Reyhaniyədə (Рихьаные) yaşayırlar. Onlar 1870-ci illərdə Osmanlı imperatorluğu tərəfindən Qalileyaya yerləşdirilən iki çərkəz diaspor qrupunun nəslindəndirlər. Çərkəzlər İsraildəki (Druzlarla yanaşı) iki milli azlıq qruplarından biridirlər ki, onlarda İsrail Silahlı Qüvvələrində (İSQ) məcburi hərbi xidmətə cəlb olunurlar. İSQ-i çərkəz və druz icmalarından yalnız kişilərin hərbi xidmətə çağırılmasını məqbul qəbul edir; bu siyasət İsrailin yəhudi əksəriyyətinə tətbiq edilən siyasətdən fərqlidir,çünki, İsraildə kişilərlə bərabər qadınlar da hərbi xidmətə çağırılır. Çərkəzlər 1000 ilə yaxın xristian olsalar da, XVI əsrdən XIX əsrə qədər Krım tatarları və Osmanlı türklərinin təsiri ilə islamlaşdırılıb.
Culian Assanc
Culian Pol Assanj (ing. Julian Paul Assange; 3 iyul 1971[…], Taunsvil[d], Kvinslend) — Avstraliya internet jurnalisti, aktivist, Vikiliksin təsisçisi. Böyük dövlətlərin yüksək dövlət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və cəsus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşmışdır. == Həyatı == Culian Assanj 1971-ci ildə Avstraliyanın Kvinslend ştatında yerləşən Taunsvill şəhərində anadan olub. 2006-cı ildə VikiLeaks saytını yaratmışdır. Assanc doqquz nəfərdən ibarət idarə heyəti üzvlərindən olub ayrıca mətbuat sözcüsüdür. Qəzetlər onu VikiLeaksin "meneceri" və ya "qurucusu" olaraq tanısa da, Assanc özünü qurucu olaraq görmədiyini, yalnız redaktor olduğunu bildirmişdir. Sayta yüklənəcək sənədlərdə ən son söz və təsdiq Assanc tərəfindən verilir. Digər bütün sayt işçiləri kimi, Assanc da sayt üçün ödənişsiz və könüllü olaraq işləyir. 30 noyabr 2010-cu ildə İsveçdə 2 qadına qarşı təcavüz iddiası ilə Assancın həbsinə qərar verdi.
Aşkali bayrağı
Aşkali bayrağı — aşkalilərin öz yurdlarında və diasporda aşkali millətini təmsil etməsi seçdiyi bayraq. Aşkali bayrağı Albaniya bayrağından ilhamlanmışdır, çünki aşkalilərin əksəriyyəti albandillidir.