Ferdinand Lassal (alm. Ferdinand Lassalle; 11 aprel 1825[1][2][…], Vrotslav, Sileziya[d][4] – 31 avqust 1864[2][3][…], Karuj[d], Cenevrə kantonu[5]) — Almaniya filosofu, hüquqşünası, iqtisadçısı, təşviqatçısı və siyasətçisi, Almaniya sosial-demokratiyasının və lassalçılığın banisi.
Ferdinand Lassal | |
---|---|
| |
prezident () | |
23 may 1863 – 31 avqust 1864 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Ferdinand Johann Gottlieb Lassal |
Doğum tarixi | 11 aprel 1825[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 1864[2][3][…] (39 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, siyasətçi, iqtisadçı, vəkil, filosof |
Elmi fəaliyyəti | |
Elm sahəsi | politologiya, iqtisadiyyat, fəlsəfə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ferdinand Lassal 11 aprel 1825-ci ildə Breslauda anadan olmuşdur. O, Almaniyada 1848–1849-cu illər inqilabında iştirak etmişdir. Ümumalmaniya fəhlə ittifaqının (1860) yaradıcılarındandır. Onun fəhlələri birliyə təşviq etməsi marksizm–leninizm baniləri tərəfindən müsbət qiymətləndirilmişdir. Karl Marksın "Qota proqramının tənqidi" və Vladimir Leninin "Fəlsəfə dəftərləri" əsərlərində Lassalın baxışlarının tənqidi təhlili verilmişdir. Lassal 31 avqust 1864-cü ildə, Cenevrədə bir dueldə aldığı ağır yaralardan vəfat etmişdir.[7]