Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astagəl qiymətləndirmə
Astagəl qiymətləndirmə (en. lazy evaluation) – qiymətləndirmə əməlini yalnız gərəkli olduqda və yalnız müəyyən həddə kimi yerinə yetirməyə imkan verən proqramlaşdırma metodikası. Astagəl qiymətləndirmə çox böyük cədvəlləri və siyahıları kifayət qədər tez və səmərəli emal etməyə imkan verir. Məsələn, əgər proqram A cədvəlinin 2 sütunu ilə B cədvəlinin 4 sütununun nə dərəcədə eyni olub-olmamasını müəyyənləşdirməlidirsə, astagəl qiymətləndirmə sütunları, uyğunsuzluğu aşkarlayanadək və ya sütunlardan birinin sonuna varanadək element-element tutuşduran proqram kimi gerçəkləşdirilir (əks halda, əgər proqram hər iki sütunu tam emal etməli olsaydı, bu artıq vaxt olardı). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Astagəl lorilərin mühafizəsi
Astagəl lori - Nycticebus cinsinin yaşburun primatları — 2007-ci ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən müdafiəsiz və ya nəsli tükənməkdə olan cins kimi qəbul edilmişdir. Onlar bir çox ölkənin qanunları və beynəlxalq müqavilələrlə qorunur, lakin bu qanunların gerçək icrası hər yerdə təmin edilmir və bu cür növlər tükənmək təhlükəsi altında qalır. Astagəl Lori-Cənubi və Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayır. Onların mövcudluğuna dair əsas təhlükələr-meşələrin selektiv kəsilməsinin nəticəsində yaşayış yerlərinin məhv edilməsi və parçalanması, kəndtəsərüfatının qırılıb yandırılması, qida məqsədi ilə qanunsuz ovlanmaları, xalq təbabətində və rituallarda istifadəsi və qanunsuz satışıdır. Bu primatlara qulluq edilməsinin çətin olmasına, onların dişləməsinin zəhərli, yuxu tsiklinin və yuxusuzluğunun insanla müqayisədə fərqli olmasına baxmayaraq astagəl lorilər YouTube-da məşhur videoçarxların və Onlardan ekzotik ev heyvanları həvəskarları arasında aparılan sorğuların qəhrəmanı oldular. Bu cinsə artan tələbat onların qanunsuz ovlanmasına, bu sahədə qaçaqmalçılığa və qanunsuz ticarətin genişlənməsinə səbəb olmuşdur: artıq beynəlxalq hava limanlarında yüzlərlə heyvan müsadirə olunub, lakin bu qaçaqmalçılığın yalnız kiçik bir hissəsi ola bilər, çünki asatagəl lorilərin çox da böyük olmayan ölçüsünə görə onları asanlıqla gizlətmək və daşımaq mümkündür. Astagəl lorilərdə qəfəs mühitində çoxalma pis gedir, lakin kiçik lori balasının qəfəslərdə, o cümlədən də San-Dieqo zooparkında doğum halları da məlumdur. Halbuki, zooparkda saxlanılan astagəl lorilərin əksəriyyəti, artıq çoxalmaq üçün çox qocadılar. Qeyri-peşəkarların qəfəsdə saxladığı astagəl lorilər çox vaxt düzgün olmayan qidalanma, qənaətbəxş olmayan qayğı, stress və yoluxucu xəstəliklər nəticəsində tez-tez ölümlə üzləşir. Bir çox hallarda astagəl lorilərlə ticarət edənlər onları az yaşlı uşaqlar üçün təhlükəsiz etməkdən ötrü dişlərini çıxardırlar.
Astakol
Astanə
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Astakol (Tarım)
Astakol (az.-əbcəd آستاکوْل‎, fars. آستاکول‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Abbər qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 871 nəfər yaşayır (251 ailə).
Astaga.com
Astaga.com — İndoneziya mərkəzli internet markası. Marka 2000-ci ildə internet investisiya şirkəti olan İndonesia Online şirkətinin bir qolu kimi yaradılmışdır. 7 milyon ABŞ dolları məbləğində sərmayə qoyduqdan sonra, 2001-ci ildə marka Cənubi Afrika media konqlomeratı hesab edilən M-Web provayderinə satılmışdır. Marka illər ərzində inkişaf elədi. 2004-cü ildə 300-dən çox işçiyə sahib olan marka İndoneziya səviyyəsində zirvəyə yüksəldi. 2004-cü ilin sonunda M-Web provayderi İndoneziya ilə əlaqələri kəsdi. Provayder Astaga.com və Kafegaul.com markalarının fəaliyyət göstərən aktiv hissələrini xarici və İndoneziya investorlarının konsorsiumuna satdı. 2012-ci ildə Astaga.com Fil Rikard və Sandi Qunavan tərəfindən idarə olunan beynəlxalq investisiya şirkəti tərəfindən satın alınmışdır. 2013-cü ilin sonundan etibarən marka beta versiyada fəaliyyət göstərir. == İstinadlar == == Mənbə == "Slank Cyber Virus Serbu Astaga.com".
Astanə Əşrəfiyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Neslihan Atagül
Neslihan Atagül (20 avqust 1992, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Neslihan Atagül 20 avqust 1992-ci il tarixində İstanbulda doğulmuşdur. Anası rus, atası çərkəz mənşəlidir.13 yaşında Sevinc Erberkin sahibi olduğu Erberk Ajansın nömrəsini tapıb ünvanını almış və anasıyla gedib qeydini etdirmişdir. Bir ay sonra da bir reklam çarxında oynamışdır. Yeditepe Universitetində teatr bölümündə oxuyur. 2006-cı ildə "Yarpaq tökümü" serialında canlandırdığı Deniz xarakteri ilə aktyorluq dünyasına addım atdı. 2006-cı ildə ilk uzun metrajlı filmi "İlk eşk"-da Vahide Gördüm, Çetin Tekindor ilə birlikdə oynadı. Bu filmdəki rolu ilə Qızıl Koza Film Festivalında "Ümüd verən gənc aktrisa" mükafatını aldı. 18 noyabr 2011-ci ildə Atv-də yayımlanan, Mahsun Kırmızıgülün senaristliyini və rejissorluğunu etdiyi ilk serial çalışması olan "Həyat davam edir" adı serialda Neslihan Atagül, Fikret Kuşkan, Menderes Samancılar, Arif Erkin Güzelbeyoğlu kimi ustalarla oynamışdır. 2012-ci ildə Yeşim Ustaoğlunun yazıb idarə etdiyi, baş rollarında Neslihan Atagül, Özcan Deniz, Nihal Yalçın və Barış Hacıhanın iştirak etdiyi və avtobusların uğradığı bir fasilə yerində çalışan iki gəncin əhvalatını izah edən "Əraf" filmində, gənc aktrisa Neslihan Atagül də öz qabiliyyətini gözəl bir şəkildə göstərdi.
Astanə Əşrəfiyə şəhristanı
Astaneyi-Əşrəfiyyə şəhristanı (Farsca: شهرستان آستانه اشرفیه‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 107,801 nəfərdir . === Milli tərkib === Şəhristan əhalisi əsasən giləklərdən ibarətdir. == Bəxşlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşiəhali : 72,867 nəfər (2006 s.a.)şəhər əhalisi : 36,298 nəfər (2006 s.a.) kənd əhalisi : 36,569 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşiəhali : 34,934 nəfər (2006 s.a.)şəhər əhalisi : 13,762 nəfər (2006 s.a.) kənd əhalisi : 21,172 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşində :Astaneyi-Əşrəfiyyə şəhəriƏhalisi : 36,298 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşində :Kiyəşəhr şəhəriƏhalisi : 13,762 nəfər (2006 s.a.) == Dehistanlar == Şəhristanda 6 dehistan (kənd rayonu) vardır.
Mərkəzi Asiya üstəgəl Yaponiya
Mərkəzi Asiya üstəgəl Yaponiya dialoqu – Yaponiya ilə Mərkəzi Asiyada yerləşən dövlətlər (Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) arasında yeni əməkdaşlıqlar yaratmaq məqsədilə irəli sürülən siyasi təşəbbüs. Məqsəd Yaponiya ilə Mərkəzi Asiya arasında əlaqələri yeni səviyyəyə qaldırmaqdır. Neytrallığını qoruyan Türkmənistan sadəcə müşahidəçi qismindədir. == Üzvlər == Yaponiya Qazaxıstan Qırğızıstan Tacikistan Özbəkistan Türkmənistan == Tarix == Dialoq 28 avqust 2004-cü ildə Qazaxıstanın Astana şəhərində Yaponiya və Mərkəzi Asiya ölkələrinin nazirlərinin görüşündə elan olunmuşdur. Buraxılan birgə bəyannamədə tərəflərin 4 istiqamətdəki baxışları əks olunmuşdur: fundamental prinsiplər və dəyərlər, əlaqələrin genişləndirilməsi, regionlararası əməkdaşlıq və beynəlxalq arenada əməkdaşlıq. Bəyannaməyə əsasən dialoqun əsas hədəfləri bunlardır: Mərkəzi Asiyada sülh, stabillik və demokratiyanı gücləndirmək. Regionun iqtisadi fondlarını, islahatları və sosial inkişafı gücləndirmək. Regionlar arası əməkdaşlığı gücləndirmək. Mərkəzi Asiya ilə qonşu regionlar arasında yaxşı əlaqələrin saxlanılması və inkişaf etdirilməsi. Digər regional məsələlərə hörmətlə yanaşan Yaponiya-Mərkəzi Asiya əməkdaşlığı.Birgə bəyannamədə Yaponiya ilə Mərkəzi Asiya arasında potensial əməkdaşlıq sahələri də göstərilmişdir.
Üç üstəgəl iki (film, 1963)
Üç üstəgəl iki (rus. Три плюс два) — 1963-cü ildə görkəmli sovet yazıçısı Sergey Mixalkovun ssenarisi əsasında çəkilmiş sovet komediya filmi. == Məzmunu == Üç yaxın dost — baytar Roman Lyubeşkin, diplomat Vadim və fizik Stepan Sundukov "Volqa" avtomobilində Qara dəniz sahillərinə məzuniyyətə yollanırlar. Burada təsadüfən iki rəfiqə — sirk aktisti Zoya Pavlovna və kinoaktrisa Nataşa onlarla rastlaşırlar. Oğlanlardan ikisi qızları sevirlər. == Film haqqında == Film Sergey Mixalkovun "Vəhşilər" (rus. Дикари) pyesi əsasında ekranlaşdırılıb. == Rollarda == Natalya Kustinskaya — Nataşa, kinoaktrisa Natalya Fateyeva — Zoya Pavlovna, şir və pələng təlimçisi Andrey Mironov — Roman Lyubeşkin, həkim-baytar Yevgeni Jarikov — Vadim, diplomat Gennadi Nilov — Stepan İvanoviç Sundukov, fizika-riyaziyyat elmləri doktoru == Xarici keçidlər == Üç üstəgəl iki — IMDb səhifəsi Üç üstəgəl iki filmi Azərbaycan dilində Arxivləşdirilib 2018-05-26 at the Wayback Machine Üç üstəgəl iki filmi Youtube saytında (rus.) Как снимали фильм "Три плюс два" Arxivləşdirilib 2015-08-19 at the Wayback Machine на "Мой Web" (rus.) Места съемок фильма на сайте "Кино, снятое в Крыму" (rus.) Места съемок фильма. Современное состояние (rus.) Пьеса Сергея Михалкова "Дикари" в Библиотека Максима Мошкова (rus.) Документальный фильм "Три плюс два".
Üç üstəgəl milyon (film, 1981)
== Məzmun == Film məşhur pambıqçı Tərlan Musayevaya, heykəltaraş Fuad Salayevə, neft ustası Firudin Vəliyevə həsr olunmuşdur.
Antiqel
Antigel (fr.antigel — donmayan, donmadan qoruyan, soyuğa davamlılığı artıran aşqar) — dizel yanacaqlarına depressor aşqarlarının ümumi qəbul olunmuş adıdır. Antigel dizel yanacağının aşağı temperaturlu xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. 1965—1969 –cu illərdə dizel yanacağı üçün depressor aşqarlarına cəmi 10 patent alınmışdı, 1975—1984-cü illərdə isə bu göstərici 110-u ötdü. Patentlərin 90%-də depressor aşqarları kimi polimerlər göstərilir. == Tarix == Müxtəlif neft məhsullarına, əsasən, yağlara depressor aşqarlarının inkişafı 1931-ci ilə gedib çıxır, bu ildə yağlara sintetik aşqar - paraflou alınmışdı. Dizel yanacaqlarına depressor aşqarlarının yaradılması istiqamətində işlər XX əsrin 60-cı illərinin ortasından başlamışdı.Bu problemə belə gec fikir verilməsi onunla izah olunur ki, depressor aşqarları donma temperaturunu yetərincə azaltdığı halda onun bulanma temperaturuna təsir etmir. Məhz bu göstəırici uzun müddət yanacaqların qış mövsümündə yararlı olduğunu göstərən meyar idi. Sonralar məlum oldu ki, bu meyar bulanma temperaturu deyil, yanacağın axma temperaturu - onun axıcılığıdır. Yalnız bundan sonra depressor aşqarlarının sintezinə başlanıldı. == Təsnifat == Hal-hazırda dizel yanacaqlarına depressor aşqarlarını kimyəvi təbiətinə görə aşağıdakı kimi təsnif etmək olar: Etilenin polyar monomerlərlə (etilen-vinilasetat sopolimerləri və onların kompozisiyaları, etilen və vinilasetat əsasında üçlü sopolimerlər, etilenin digər polyar monomerlərlə sopolimerləri); Poliolefin tipli məhsullar (etilen-propilen, etilen-propilen-dien məhsulları və onların parçalanma məhsulları, α-olefinlərin sopolimerləri, modifikasiya olunmuş poliolefinlər); Polimetakrilat aşqarlar (polialkil(меt)akrilatlar, alkil(met)akrilatların sopolimerləri; Polimer olmayan kimyəvi birləşmələr (alkilnaftalinlər; çoxatomlu turşular və spirtlərin efirləri; tərkibində uzun alkil radikalları saxlayan amidlər).
Astafev burnu
Astafev burnu — Naxodka buxtasının şərq girişində, Trudnı yarımadası sahilində yerləşən burun. Burun 1859-cu ildə kəşf edilmiş və xəritəyə salınmışdır. 1860-cı ildə isə «Amerika» gəmisinin şturmanı Yakov Astafevin şərəfinə adlandırılmışdır. Burun Naxodka şəhərinin eyni adlı mikrorayonunda, Astafev küçəsində yerləşir. Burun ərazisində Astafev bur stansiyası, Naxodka dəniz ticarət limanı, Astafev terminalı, Noxodka körfəzinə nəzarət edən radiotexniki post, 19 m hündürlüyə malik mayak, sərhəd qoşunlarına aid zastava və gəmilərin dayanacaq məntəqəsi yerləşir. Yarımadanın şərq hissəsində, açıq dənizə baxan ərazidə çimərlik vardır. Astafev stansiyası Moskvadan ən uzaqda yerləşən sərnişin stansiyasıdır. Burundan 800 m aralıda batmış gəmi vardır. == Tarixi == Burun 1860-cı ildə rus hidroqrafı, «Amerika» korvetinin şturmanı Yakov Astafevin şərəfinə adlandırılmışdır. 1859-cu ildə Naxodka buxtasını ilk kəşf edənlər burada koreyalılara aid qəsəbə və kişik qayıqların yan alması üçün sal müəyyən edirlər.
Ortagel dili
Ortairland dili (şot.kelt Gaoidhealg) və ya Ortagel dili (şot.kelt An Mheán-Ghaeilge) — 900–1200-cü illərdə indiki İrlandiyada, Şotlandiyada və Men adasında danışılmış dil. Müasir goydel dilləri olan irland, şotland-kelt və men dillərinin hamısı ortagel dilinin davamçılarıdır. == Nümunə == Aşağıda Konnaxt kralı Eoqan Bel barədə ortagel dilində yazılmış şeir verilib. Dún Eogain Bél forsind loch forsrala ilar tréntroch, ní mair Eogan forsind múr ocus maraid in sendún. Maraid inad a thige irraibe ’na chrólige, ní mair in rígan re cair nobíd ina chomlepaid. Cairptech in rí robúi and, innsaigthech oirgnech Érenn, ní dechaid coll cána ar goil, rocroch tríchait im óenboin. Roloisc Life co ba shecht, rooirg Mumain tríchait fecht, nír dál do Leith Núadat nair co nár dámair immarbáig. Doluid fecht im-Mumain móir do chuinchid argait is óir, d’iaraid sét ocus móine do gabail gíall [n]dagdóine. Trían a shlúaig dar Lúachair síar co Cnoc mBrénainn isin slíab, a trían aile úad fo dess co Carn Húi Néit na n-éces. Sé fodéin oc Druimm Abrat co trían a shlúaig, nísdermat, oc loscud Muman maisse, ba subach don degaisse.
Yana Vastavel
Yana Vastavel (22 oktyabr 1999) — Belçikalı akrobatika gimnastıdır. Belçikanı 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 gümüş medal qazandı. Yana xanım Solano Kassamayor ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medal qazandı. 2013-cü ilin Avropa Çempionatınında gümüş medalçısıdır. == Həyatı == Yana Vastavel 22 oktyabr 1999-cu ildə anadan olmuşdur. == Karyerası == Yana Vastavel ilk uğurunu 2013-cü ildə Portuqaliyada qazandı. O Odivelasdə Avropa Çempionatının gümüş medalını qazandı. 1 il sonra isə Yana xanım 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Solano Kassamayor ilə birgə 3 gümüş medal qazandı. Yana Vastavel çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medala layiq görüldü.