Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astrologiya
Astrologiya (yun. ἄστρον - "ulduz", "bürc" və yun. λογία - "elm" sözündən) və ya nücum elmi — göy cisimləri, onların hərəkətləri ilə Yerdəki insanların xarakterləri, sosial əlaqələri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən ənənə və təlimlərin bütünlükdə adıdır. Müasir dövrdən əvvəlki zamanlarda astrologiya ilə astronomiya tez-tez qarışdırılırdı. Astrologiya demək olar ki, astronomiya ilə birlikdə inkişaf etmişdir. Böyük astroloqlar həm də dövrlərinin böyuk astronomları idilər. Astrologiya Şərqdə "ilmi-nücum", "ulduz falı" və başqa adlarla adlandırılmışdır. Akademik mətbuatda astrologiya elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq insanların böyük bir hissəsi ona inanmaqda davam edir.
Balıqlar (astrologiya)
Balıqlar (lat. Pisces) — Balıqların astroloji əlaməti 330 °-dən 0 ° -ə qədər olan ecliptik uzunluqdan uzanarkən bu mövqe hazırda bürclər və işarələr təsadüfən uyğunlaşdıqdan dolayı əksəriyyətlə Dolça bürcləri ilə əhatə olunur. Bu gün Qoçun ilk nöqtəsi, ya da bərabər günəş bərabərliyi, Balıqlarla bağlıdır. Putolomey, Alfa Piscium'u iki balığa birləşdirən kordonların birlikdə düyünləndiyi nöqtə kimi təsvir etmişdir. [8] Astroloji simvolu bir ağızdan və ya quyruqlardan ibarətdir ilə tutulan iki balığı göstərir. Balıq adətən əks istiqamətdə üzən şəkildə təsvir edilir; Balıqlar t əbiətində ikililiyi təmsil edir. Neptun planet tərəfindən idarə olunur. Bir cüt olaraq təyin olunmasına baxmayaraq, bütün dillərdə Balıq bürcü tək olaraq verilir , Yunanıstan, Bolqar, Hollandiya, Latviya və İtaliyadan istisna olmaqla,. Balıqlar Bürcün dəyişdirilə bilən su əlamətidir. Onlar duyğuları, intuisiyasını, təxəyyülünü, qaçışını, romantikasını və empresyonizmini təmsil edir.
Buğa (astrologiya)
Buğa (♉︎) (yun. Ταῦρος) — Zodiakın ikinci bürcü.
Dolça (astrologiya)
== Dolça == (lat. Aquarius) 21 yanvar - 19 fevral Ünsürü - Hava Rəmzi - Dolça Rəngi - Mavinin müxtəlif çalarları Himayəçi planeti - Saturn Aparıcı motivi - Cəsur olması Rəmzi görkəmi - Göz Müsbət xüsusiyyətləri - Humanist, azad, istiqanlı, iradəli, yaradıcı, sədaqətli, idealistdir. Mənfi xüsusiyyətləri - Aqresivliyi, tez əsəbləşə bilməsi Uğurlu rəqəmi: - 2, 4 (4-ə bölünən bütün rəqəmlər), 8, 9, 11, 13.
Oxatan (astrologiya)
(lat. Sagittarius). Oxçu üçün Latın adı oxçu rəmzi isə stilizə olunmuş bir oxdur. Oxatan ümumiyyətlə bir yay çəkən bir kentavr şəklində təmsil olunur. Qərbdə Ophiuchus ilə şərqdə Oğlaq arasında yerləşir. Şimal yarımkürəsindən göründüyü kimi, bürcün parlaq ulduzları 'Çaydan' olaraq bilinən asanlıqla tanınan bir asterizm meydana gətirir. Ulduzlar və Sgr (Kaus Media), ɛ Sgr (Kaus Australis), 7 Sgr (Ascella) və p Sgr (Nanto) qazanın bədənini təşkil edir; A Sgr (Kaus Borealis) qapağın nöqtəsidir; y2 Sgr (Alnasl) - mələfənin ucu; və o Sgr (Nunki) və t Sgr qolu Süd Yolu Oxatan yaxınlığında ən sıx yerdədir, çünki qalaktik mərkəzin yerləşdiyi yerdir. Nəticə etibarı ilə Oxatan, A Sagittarii yaxınlığında Lagoon Dumanı (Messier 8) də daxil olmaqla bir çox tanınmış dumanlıqdan ibarətdir; Scutum ilə sərhədə yaxın olan Horseshoe Dumanı və ya Swan Dumanı olaraq da bilinən Omega Dumanı (Messier 17). 22 noyabr - 21 dekabr Ünsürü – od Rəmzi – kentavr Rəngi – mavi Himayəçi planeti – Yupiter Uğurlu günləri-Çərşənbə Uğurlu rəqəmi-3,5 Uğurlu daşı-Firuzə Aparıcı motivi – məsləhət və rəhbərlik Rəmzi görkəmi ilə insanın qanını təsəvvürə gətirir. Müsbət xüsusiyyətləri – fəal, sərbəst, səmimi, şən, qəlbitəmiz, dostcanlı və ədalətlidir.
Oğlaq (astrologiya)
Oğlaq bürcü (lat. Capricorn) — 22 dekabrdan 20 yanvaradək. Astroloqlar hesab edirlər ki, Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər. Rəmzləri: keçi, oğlaq, nərdivan, qüllə saatları. Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar. Daşları: yaqut, oniks, qranit, aydaşı, lazurit. Metalları: qurğuşun. Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq. Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə. Tilsimləri: qara pişik, şeytan.
Qoç (astrologiya)
Qoç (♈︎) (lat. Aries) — Zodiakın birinci bürcü. Fəza koordinat sisteminin ilk 30 dərəcəsini (0° ≤ λ <30°) əhatə edir və eyni adlı bürcə aiddir. Tropik bürc altında Günəş bu bürcü hər il təxminən 20 mart – 21 aprel arasında keçir. Bu tarix Hicri təqvimində ilk aydır. Tropik astrologiya sisteminə görə Günəş orta hesabla 21 martda baş verən mart ekinoksuna çatdıqda Qoç bürcünə girir. Yer kürəsinin Günəşin ətrafında dövr etməsi təxminən 365,24 gün çəkdiyindən, ekinoksun dəqiq vaxtı hər il eyni deyil. Bir sıçrayış ilinin 29 fevralı, həmin ilin mart ekinoksunun əvvəlki ilə nisbətən təqvimə görə on səkkiz saat əvvəl olmasına səbəb olur. Qoç Zodiakdakı ilk atəş bürcüdür, digər atəş bürcləri Şir və Oxatandır. Bu tarixlər arasında anadan olanlara, hansı astrologiya sistemini seçdiklərinə görə, Arians və ya Ariens deyilə bilər.
Tərəzi (astrologiya)
(lat. Libra) Tərəzi — Astrologiya ya görə yeddinci Zodiak nişanı. Yaz gün bərabərliyi nöqtəsi indən başlayaraq Ekliptika nın 180°-dan 210°-dək uyğun gələn sektoru. Tərəzi bürcünün hamisi Venera planeti hesab edilir. Qərb astrologiya sına görə hesab edilir ki, Günəş Tərəzi bürcündə 24 sentyabr dan 22 oktyabr dək yerləşir. Vedi astrologiya sına görə isə o orada 16 oktyabr dan 15 noyabr dək yerləşir. Tərəzi bürcü astronomiyadakı Tərəzi bürcü deyil. Orada Günəş 31 oktyabr dan 22 noyabr dək olur. Bağlı olduğu keyfiyyətlər: hava. Metalı: bürünc.Rəngi – bənövşəyi Digər əlamətləri : Aparıcı motivi – ədalətli mühakimə yürütmək və kamilləşmək.
Şir (astrologiya)
Şir (♌︎) (yun. Λέων) — Zodiakın beşinci bürcü. Şir bürcünə aiddir və Xərçəngdən sonra və Qızdan əvvəl gəlir. Ənənəvi Qərb bürcü, Şiri 23 iyul - 22 avqust arasındakı dövrlə əlaqələndirir. Fəza koordinat sisteminin 120 ilə 150 dərəcəsini əhatə edir. Şir atəşlə əlaqələndirilir və modalı sabitdir. Tropik bürc altında Günəş bu bölgəni hər il orta hesabla 23 iyul - 22 avqust tarixləri arasında keçir. Sidereal bürc altında isə təxminən 16 avqust - 15 sentyabr arasında keçir. Şir bürcü mifoloji Nemey şiri ilə əlaqələndirilir. Şirin əks işarəsi Dolçadır.
Əkizlər (astrologiya)
== Xarici keçidlər ==
Əqrəb (astrologiya)
(lat. Scorpio) 23 oktyabr — 22 noyabr Ünsürü — su Rəmzi — əqrəb Rəngi — tünd qırmızı Himayəçi planeti — Pluton, Mars Aparıcı motivi — idarəetmə, hökmranlıq və nəzarət Rəmzi görkəmi — İnsan qəlbinin fatehi Müsbət xüsusiyyətləri — məğrur, ləyaqətli, urəyiaçıq, xeyirxah, təmkinli və ehtiraslı, müstəqil, mübariz və dərin intuisiyalıdır, mistikaya meyillidir, amma hər hansı hadisədən baş çıxara bilir, məsuliyyətli, dözümlü, cəsarətli və rəhmdildir. Mənfi xüsusiyyətləri — xudbindir, şöhrətpərəst və hökmranlığa meyillidir, özbaşına, şıltaq, yeri gəldi-gəlmədi hər kəsdən ehtiram tələb edən, mərkəzci, amansız və qapalıdır.
Tərəzi bürcü (astrologiya)
(lat. Libra) Tərəzi — Astrologiya ya görə yeddinci Zodiak nişanı. Yaz gün bərabərliyi nöqtəsi indən başlayaraq Ekliptika nın 180°-dan 210°-dək uyğun gələn sektoru. Tərəzi bürcünün hamisi Venera planeti hesab edilir. Qərb astrologiya sına görə hesab edilir ki, Günəş Tərəzi bürcündə 24 sentyabr dan 22 oktyabr dək yerləşir. Vedi astrologiya sına görə isə o orada 16 oktyabr dan 15 noyabr dək yerləşir. Tərəzi bürcü astronomiyadakı Tərəzi bürcü deyil. Orada Günəş 31 oktyabr dan 22 noyabr dək olur. Bağlı olduğu keyfiyyətlər: hava. Metalı: bürünc.Rəngi – bənövşəyi Digər əlamətləri : Aparıcı motivi – ədalətli mühakimə yürütmək və kamilləşmək.
Andrologiya
Andrologiya (yun. ανδρικός — kişi + q.yun. λόγος — öyrənmə) — tibbin kişiləri, kişi anatomiyasını və fiziologiyasını, kişi cinsi xəstəliklərini və onların müalicəsi metodlarını öyrənən tibb sahəsi. Avropada andrologiya elmin və təcrübənin ayrı sahəsi kimi dəyərləndirilir. Bu sahənin əsas elmi istiqamətləri aşağıda sadalanmışdır.
Astronomiya
Astronómiya — hərfi mənada göy cisimləri, ulduzlar, geniş mənada isə Kainat obyektləri və bütövlükdə Kainat haqqında elmdir. Yer, Ay, başqa böyük planetlər və onların peykləri, kometlər, kiçik planetlər, meteorlar və meteroitlər, planetlərarası kosmik fəza, Günəş, ulduzlar və onların sistemləri, qalaktikalar, ulduzlararası və qalaktikalararası mühit, müxtəlif relyativist obyektlər "Kainat obyektləri" adlanır. Bu obyektlərin bütöv çoxluğu isə Kainatdır.Başqa sözlə desək Astronomiya- Səma cisimlərini (Qalaktikalar, ulduzlar, planetlər, kometlər), onların sistemlərinin hərəkəti, quruluşu, mənşəyi və inkişafını öyrənən elmdir.Astronomiya qədim tarixə malikdir. Astronomiyaya aid ilk elementar məlumatlar, minlərcə il bundan əvvəl Babildə, Misir və Çində məlum idi.Qədim zamanlarda astronomiya bir sıra elmlərin məcmusuna deyilirdi. Bunların içində naviqasiya, meteorologiya və hətta astrologiya da vardı. Müasir elmdə astronomiya dedikdə əsas olaraq astrofizika başa düşülür. Astronomiya iki yerə bölünür; nəzəri və vizual astronomiya. Astronomiya elminin tədqiqat obyekti Kainat və onun elementlərinin mənşəyi, tərkibi, xassəsi, təkamülü və inkişaf qanunauyğunluqlarıdır. Əlaqəli təbii sistemlərdən dördü — Günəş sistemi, ulduzlar, qalaktikalar, Kainat astonomiyanın tədqiqat obyektidir. Bu obyektləri öyrənmək üçün o fizika elminin müasir tədqiqat metod və vasitələrindən istifadə edir.
Metrologiya
Metrologiya — fiziki parametrlərin ölçülməsi, tələb olunan dəqiqliyin əldə edilməsi üçün istifadə edilən metod və vasitələr barədə elmdir. Eyni zamanda metrologiya — istehsal olunan məhsulların və proseslərin keyfiyyərinin əsasıdır. Elmi və texniki tərəqqinin inkişafı işində, istehlakçıların tələblərinə uyğun olan məhsulların layihələndirilməsində və effektiv istehsalında, həmçinin, uyğunsuzluqların aşkar edilməsi və qarşısının alınması prosesində hakim mövqe metrologiyaya məxsusdur. Metrologiyanın əsas predmeti ölçmələr,onların vəhdəti və dəqiqliyidir. Qanunverici metrologiya dövlət tərəfindən müəyyənləşdirilmiş qaydalarla ölçmə vasitələrinin eyniliyini və ölçmələrin vəhdətini təmin edir. Nəzəri metrologiya bu elmin fundamental əsaslarını işləyib hazırlayır. Tətbiqi metrologiya nəzəri işləmələrin və qanunverici metrologiyanın müddəalarının praktiki tətbiqi məsələlərini işıqlandırır.
Osteologiya
Osteologiya sümüklər haqqında elmi sahədir. Anatomiyanın alt başlığı olan, sümüklər , diş, mikro sümik morfologiyası, patologiya, sümük bərkimə müddəti (qığırdaqlardan etibarən), sümüklərin müqaviməti ve sərtliyi (biofizika), kimi mövzularda ətraflı araşdırmalara söykənir. Ümumiyyətlə alimlər tərəfidnən insan cesədləri üzərində yaş, ölüm, cinsiyyət, inkişaf ve yetkinləşmə mövuzlarında cəsədin şəxsiyyətinin müəyyənləşdirməsində istifadə edilir. Məhkəmə tibbi ekspertiza,Biyoloji antropologiya ve arxeologiya sahələrində tez-tez istifadə edilir.
Petrologiya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm. Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki, analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Aerologiya
Aerologiya (yun. Aer – hava, logos - elm) — atmosferin yuxarı qatlarında havanın vəziyyətini öyrənən elm. Atmosferin yuxarı qatları — təyyarə, şar, zond, raket, süni peyk, kosmik hava gəmisi vasitəsilə qaldırılan, özüyazan və göstəricilərini radio ilə yerə verən cihazlar vasitəsi ilə öyrənilir.
Antologiya
Antologiya (yun άνθολογία, anthos — çiçək və lego — yığıram) — hər hansı bir xalqın ədəbiyyatını, həmçinin müəyyən dövrə, cərəyana, tematikaya, yaxud janra aid ədəbiyyatı təmsil edən müxtəlif müəlliflərin seçilmiş əsərlərindən ibarət şeir və ya nəsr məcmuəsi. == Ümumi məlumat == Qədim zamanlarda antik ədəbiyyatın seçilmiş əsərlərindən, xüsusilə, epiqramlardan ibarət məcmuələr antologiya adlanırdı. Ədəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (e.ə.II əsrin sonları-I əsrin əvvəlləri) tərtib etmişdir. Onun "Çələng" adlı antologiyasına öz əsərlərindən əlavə, həmçinin qırx altı şairin şeiri daxil idi. Antologiya Şərqdə geniş yayılmışdır. Ərəb poeziyası antologiyaları orta əsrlərdə yaranmışdır (“Həmasə” və s.). Azərbaycanda ilk antologiyalar 19-cu əsrdə tərtib olunmuşdur ( Mirzə Yusif Qarabağinin tərtib etdiyi “Məcmueyi divani-Vaqif və digər müasirin”, Hüseyn Əfəndi Qayıbovun 4 cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə” və s.). 20-ci əsrdə və 21-ci əsrin əvvəllərində “Azərbaycan poeziyası antologiyası“ (M., 1939; c.1–3, M., 1960), Azərbaycan şeiri (ingiliscə) və nəsri (fransızca) antologiyaları (M., 1971), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası“ (4 cilddə; c.1–3, 1981– 88, c.4, 1994), “Kərkük folkloru antologiyası“ (1987), Azərbaycan folkloru antologiyası (14 cildi çap olunmuşdur; 1999–2006) və s. antologiyalar nəşr edilmişdir. Antologiyalar XVIII-XIX əsrlərdə Rusiya ədəbiyyatında da yayılmışdır.
Arabaçı (astronomiya)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Astronomiya tarixi
Astronomiya tarixi (ing. History of astronomy) == N.Tusiyə qədərki dövr == Tarixi araşdırmalardan aydın olur ki, Qədim Yunanıstan, Çin, Hindistan, Misir və başqa ölkələrin alimlərinin Kainatın quruluşu haqqında elmi əsasları olan fikirləri formalaşmış və astronomiyaya aid olan bir sıra kitablar tərtib olunmuşdur. Həmin dövrün məşhur alimlərindən Hipparx, Ptolomey, Aristotel və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Göy sferi-nin ilk qlobusunu b.e.ə. II-ci əsrdə yaşamış Hipparx hazırlamışdır. Deyilənlərə əsasən aydın olur ki, ilk dəfə Hipparx ulduzları öz parlaqlığına görə ayırmış və Armilar dairəsi adlanan müşahidə cihazını kəşf etmişdir. Aristotel Kainatın quruluşu haqqında öz dövrünə görə yeni bir sistem yaratmışdır. Ptolomey isə Planetlərin Geosentrik sisteminin (mərkəzdə Yer olmaqla) yaradıcısı olmuşdur. Onun əsas elmi işi “Almagest” və ya “Məcəsti” adlanan astronomik əsərdir. Bu kitabın adının belə bir şəklə düşməsi əsrlər boyu ondan istfadə olunması ilə əlaqədardır.
Astronomiya təqvimləri
Uzun zaman fasilələrinin hesablanma və saxlanma sistemlərinə təqvim deyilir. Təqvimlər insan cəmiyyətinin həyati tələbləri ilə əlaqədar olaraq yaranmış, inkişaf etmiş və təkmilləşmişdir. == Təqvimlərin tarixi == Təqvimlərin tarixi çox qədimdir. Hələ beş min il bundan əvvəl Misirdə vaxtın tələblərinə cavab verə bilən ilk təqvim olmuşdur. Sonralar müxtəlif təqvim sistemləri tərtib olunmuş və onlar uzun illər ərzində dəqiqləşdirilmiş və mükəmməlləşdirilmişdir.Təqvim, 13,8 milyard il yaşı olan kainatın elm təhsildə pedaqoji məqsədlər və ya məşhur elm üçün xronologiyasını tərtib etmək məqsədilə istifadə olunan bir metoddur , Konsepsiya Carl Sagan tərəfindən özünün "Eden Əjdahaları" (1977) kitabında və "Cosmos" televiziya seriyası vasitəsilə populyarlaşdırılmışdır. Sagan, müqayisəli səth sahəsini genişləndirməyə davam edir və "Kosmik təqvim bir futbol meydanının ölçüsünə qədər ölçülürsə, insanlıq əlinin ölçüsünün bütün sahəsini əhatə edəcəkdir". == Kosmik il. == Kosmik Təqvim göstərir ki, kainat və Yer üzündəki bütün hadisələrin əlaqəsinin vaxt ölçüsü 12 aylıq, 365 günlük bir müddət boyunca planlaşdırılır.
Buğa (astronomiya)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Dolça (astronomiya)
Dolça (lat. Aquarius) — Zodiak qurşağında olan bürclərdən biri. Bu bürc haqqında ən qədim məlumatlar Babil Krallığı zamanındakı daş barelyeflərdə görünür. Ən parlaq ulduzu Sədalməlik adlanır. İkinci ən parlaq ulduzu Sadalsuuddur. Knidli Evdoksun, Aratoslu Solinin, Ptolomeyin antik ulduz kataloqlarına daxil edilmişdir. Messye (Messier) nömrələri M2, M72 və M73 olan ulduz topaları bu bürcə daxildir.
Dövr (astronomiya)
Dövr — Astronomiyada Günəş dövriliyi nəzərdə tutulur və günəş fəallığının dəyişiklikləri nəticəsində müşahidə olunur. Ən yaxşı öyrənilmiş və daha çox tanınmış 11 illik Günəş dövrləridir. Günəş fəallığının dəyişikliklərinin əsas səbəbkarları Günəşin səthində görünən ləkələr hesab olunur. Günəşin səthində görünən ləkələrin sahəsi dəyişdikçə Günəşin fəallığıda dəyişir. Bu proses dövri xarakter daşıyır. Alimlər 11 iilik, 22 illik, əsrlik, 2 əsirlik, minillik, 2300 illik və s. Günəş dövrlərini müşahidə edirlər.